Məhkəmə qərarları › İş №2(006)-5652/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5652/2021

10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5652/2021 10.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «borc pul tələbi və daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «borc pul tələbi və daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi və vəkili X3 məhkəmə iclasında barışıq sazişi və ərizə təqdim edərək mülki iş üzrə icraata xitam verilməsini və tərəflər arasında bağlanmış 10 sentyabr 2021-ci il tarixli barışıq sazişin təsdiq edilməsin xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə l azımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş 10.09.2021-ci il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, bundan sonra “İddiaçı” adlandırılacaq İddiaçı bir tərəfdən və digər tərəfdən “Cavabdeh” adlandırılacaq X2 aşağıdakı əsas şərtlərlə barışıq sazişini imzalamışlar: 1. İddiaçı və cavabdeh X2 04 iyun 2021-ci il tarixli Reyester 3M-1077 № qeydiyyatdan keçən kredit (borc) müqaviəsinin və 04 iyun 2021-ci il tarixli Reyester 3M-1081 № qeydiyyatdan keçən İpoteka müqaviləsinin ləğv edilməsini, (əmlak üzərindən yüklülüyün götürülməsini) və aşağıdakı şərtlər daxilində barışıq sazişinin təsdiq edilməsini xahiş edirlər. 2. Bu barışıq sazişi məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildikdən sonra, İddiaçı cavabdeh X1 ona olan 1.900.000 (bir milyon doqquz yüz min) manat borcundan imtina edir. Cavabdeh X2 öz borcunun əvəzində ona məxsus olan ünvan 1 ünvanında 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 839.9 kv.m olan qeyri-yaşayış sahəsini İddiaçı mülkiyyətinə keçirilməsinə etiraz etmir. 3. İddiaçı və cavabdeh X2 məhkəmədən ünvan 1 ünvanında 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 839.9 kv.m olan qeyri-yaşayış sahəsinə dair İddiaçı adına yeni çıxarışın və texniki pasportun verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 sayl Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsini xahiş edirlər. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, tərəflər arasında 10.09.2021-ci il tarixdə bağlanmış barışıq sazişi həmin şərtlərlə məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən hakim iş üzrə icraata tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından barışıq sazişi təsdiq olunmalı və mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı «borc pul tələbi və daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması» tələbinə dair tərəflər arasında bağlanmış 10.09.2021-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun:

1. İddiaçı və cavabdeh X2 04 iyun 2021-ci il tarixli Reyester 3M-1077 № qeydiyyatdan keçən kredit (borc) müqaviəsinin və 04 iyun 2021-ci il tarixli Reyester 3M- 1081 № qeydiyyatdan keçən İpoteka müqaviləsinin ləğv edilməsini, (əmlak üzərindən yüklülüyün götürülməsini) və aşağıdakı şərtlər daxilində barışıq sazişinin təsdiq edilməsini xahiş edirlər.

2. Bu barışıq sazişi məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildikdən sonra, İddiaçı cavabdeh X1 ona olan 1.900.000 (bir milyon doqquz yüz min) manat borcundan imtina edir. Cavabdeh X2 öz borcunun əvəzində ona məxsus olan ünvan 1 ünvanında 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 839.9 kv.m olan qeyri-yaşayış sahəsini İddiaçı mülkiyyətinə keçirilməsinə etiraz etmir.

3. İddiaçı və cavabdeh X2 məhkəmədən ünvan 1 ünvanında 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 839.9 kv.m olan qeyri-yaşayış sahəsinə dair İddiaçı adına yeni çıxarışın və texniki pasportun verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 sayl Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsin xahiş edirlər. İddiaçı Cavabdeh qarşı «borc pul tələbi və daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar