Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3827/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3827/2024 (Açar sözlər: Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi), pul tələbi, birgə nikah dövründə əldə edilmiş əmlak) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1052/202 4 nömrəli, 10 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 26 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Maarif Abbasov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərara əsasən, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə DİN-nin “102” xidmətinə zəng vuraraq və Abşeron RPİ-nin Saray PB-nə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə yaşadığı Saray qəsəbəsində yerləşən evində atası İddiaçı tərəfindən hədələnməsi barədə verdiyi məlumat üzrə araşdırma aparılaraq toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır.
2. Həmin material üzrə izahatı alınmış Cavabdeh2 göstərmişdir ki, şikayət etdiyi İddiaçı onun doğma atasıdır. Bir müddətdir ki, atası Əzimulla ilə münasibətləri yaxşı deyil. Buna səbəb atasının əvvəllər və xx.xx.2023-cü il tarixdə Saray qəsəbəsində onların yaşadığı evə gələrək anasının sağlığında ona verdiyi qızıl-zinət əşyalarını və özünün hədiyyə olaraq verdiyi əşyaların pulunu ondan tələb etməsi və buna görə də atası ilə aralarında münaqişə yaranması olmuşdur. Sonuncu xx.xx.2023-cü il tarixdə atası Əzimullanın stulu pəncərəyə çırparaq onu hədələməsi barədə polisə məlumat vermişdir.
3. Material üzrə izahatı alınmış İddiaçı izahatında göstərmişdir ki, qızı Cavabdeh2 onun barəsində etdiyi şikayətlə tanış oldu. Qızı Rəqsanə ilə kürəkəni Anar 2008-ci ildə ailə qurmuşlar və əvvəllər onlarla münasibətləri normal olub. Bir müddətdir ki, onlara verdiyi qızıl-zinət əşyalarını və aldığı mebellərin pulu olan 10.000 manat pulu geri tələb etsə də, onların qeyd olunanları geri qaytarmadıqları üçün aralarında tez-tez mübahisələr yaranmışdır. xx.xx.2023-cü il tarixdə onların yaşadıqları Saray qəsəbəsində yerləşən evə gəlmiş, yenə də onlarla aralarında mübahisə yaranmış, heç kimə qarşı fiziki zor tətbiq etməmiş və heç kimi hədələməmişdir. Lakin, Anar münaqişə yaranması barədə DİN-nin “102” xidmətinə zəng vuraraq məlumat vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı “əmlak və pul” tələbi barədə iddia ərizəsi i lə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10.000 manat pulun və ümumi dəyəri 3.500 manat olan (komplekt) sep, sırğa, üzük, sepin üzərinə vurulmuş klon və ümumi dəyəri 5.600 manat olan sep və sepin üzərində olan quran qabının alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 onun qızı, Cavabdeh1 isə kürəkənidir. Onlar 2009-cu ilin mart ayında rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. 2009-cu ildə onlar ailə həyatı qurarkən elin adət-ənənələrinə uyğun olaraq qızına hədiyyə olaraq cehiz əşyaları alaraq onların nikaha girdikləri vaxt Cavabdeh1 məxsus Bakı şəhəri Xəzər rayonu, Aİbalılıq bağ massivlərində yerləşən mənzilinə yığmışdır. 2021-ci ilin əvvələrində cavab dehlər Abşeron rayonu Saray qəsəbəsində torpaq sahəsi alaraq özləri üçün fərdi yaşayış evi tikməyə başlamışlar. Onlar 2023-cü ilin əvvələrdində evi tikib tam aldıqdan sonra evin içinə lazım olan məişət əşyaları almaq üçün 3 ay müddətinə qaytarmaq şərti ilə ondan 10.000 manat borc pul istəmişlər. O da onların səmimiyyətinə inanıb 2023-cü iyun ayında, 3 ay müddətinə qaytarmaq şərti ilə onlara 10.000 manat borc pul vermişdir. Onlar həmin borcu sentyabr ayının sonunadək qaytacaqlarını bildirsələr də, lakin ona olan borclarını qaytarmaq istəməmişlər. Dəfələrlə onlarla görüşüb onlardan pulunu tələb etmiş, amma buna baxmayaraq heç bir müsbət nəticəsi olmamışdır. Həyat yoldaşı X3 xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün o, 2022ci ilin oktyabr ayında rəhmətə getmişdir. Həyat yoldaşına məxsus ümim i dəyəri 3.500 manat olan komplekt sep, sırğa, üzük və sepin üzərinə vurulmuş klon və ümumi dəyəri 5.600 manat ola sep və sepin üzərində olan quran qabı qızıllarını evdən götürərək müvəqqəti saxlanması üçün cavabdeh qızı Rəqsanəyə vermişdir. Onun qızılları da ona məxsus olduğundan qızılları da onlardan tələb etmiş, lakin onlar həmin qızılları da ona qaytarmaqdan imtina etdmişlər. xx.xx.2023-cü il tarixdə onların Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evinə gedib borcunu və qızılları onlardan tələb edərkən onun barəsində Azərbaycan Respublikası DİN 102 qaynar xəttinə zəng edərək onlarla mübahisə etdiyini bildirmişlər. Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı Maarif Abbasov tərəfindən xx.xx.2023-cü il tarixdə toplanmış materiallar üzrə “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında q ərar qəbul edilmişdir. Həmin qərardan da görünür ki, cavabdeh qızı və onun həyat yoldaşı tərəfindən verilmiş olduqları izahatlarında həmin qızılların və 10.000 manat pulun onlara verildiyini, lakin həmin pulun və qızılların hədiyyə olaraq onlara verdiyini bildirmişlər. Bir daha qeyd olunmalıdır ki, onlara verdiyi 10.000 manat pul və göstərilən qızıl-zinət əşyaları onlara hədiyyə edilməmişdir. Həmin pulu onlar yeni tikdirdikləri evə məişət əşyaları almaq üçün borc almış, qızıl-zinət əşyalarını isə həyat yoldaşı rəhmətə getdiyi üçün müvəqqəti saxlanması səbəbi ilə qızı Cavabdeh2 vermişdir. Göründüyü kimi cavabdehlər üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməmiş, pulunu, qızıllarını ona geri qaytarmaq istəməmişlər.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərə k bildirmişdir ki, onun iddiaçıya borcu yoxdur, qızıl-zinət əşyalarını isə Rəqsanəyə sağlığında qaynanası hədiyyə vermişdir. Onun heç kimin puluna ehtiyacı yoxdur. İddianın təmin edilməməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, onun atasına borcu yoxdur, atası ona cehiz olaraq mebel dəsti almışdır. Əgər istəyirsə həmin mebeli gəlib apara bilər. Qızılları isə anası ona sağlığında özü hədiyyə vermişdir. Qızılların atasına heç bir aidiyyatı yoxdur. İddianın təmin edilıməməsini xahiş etmişdir.
8. Abşeron Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(012)-510/2024 nömrəli, 23 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Sevinc Quliyeva) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, idd iaçı, qızı Cavabdeh2 və kürəkəni Cavabdeh1 qızına verdiyi cehiz əşyalarının pulunu və qızıl-zinət əşyalarını tələb etmişdir. İddiaçı həmin məbləğin borc verilməsini, qızıl-zinət əşyalarını isə saxlamaq üçün verdiyini iddia etmişdir. Cavabdehlər isə onlara iddiaçının borc verməməsini, cehiz əşyaları hədiyyə almasını, qızıl-zinət əşyalarının isə anasının sağlığında ona hədiyyə verilməsini bildirmişdir. Bu hal işin mübahisəli halı olmaqla, iddiaçı tərəfindən əksi sübut olunmamışdır. Belə olan halda, yəni nə qədər ki, tərəflər arasında borc münasibətlərinin yaranması ilə bağlı iddiaçı tərəfindən mötəbər sübut təqdim edilməmişdir, məhkəmə hesab etmişdir ki, iddia tələbi 10.000 manat borcun cavabdehlərə verilməsi hissəsində əsassızdır və təmin edilə bilməz.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçı mərhum arvadına məxsus qızıl-zinət əşyalarını tələb etməklə bağlı subyektiv hüququ yoxdur. Belə ki, iş materiallarında iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, mübahisə predmeti olan qızıl-zinət əşyaları iddiaçının mərhum arvadına, eləcə də Cavabdeh2 mərhum anasına məxsus olmuşdur. İddiaçı həmin qızıl-zinət əşyalarının mərhum arvadı tərəfindən sağlığında qızına hədiyyə verilib-verilməməsi ilə bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də həmin hissədə də təmin edilməməlidir.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası 225.3, 389.1, 442, 739, 740-cı maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 106.3, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instan siyası məhkəməsindəki icraat:
12. Qətnamədən iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişlər.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci məhkəmə işə qərəzli yanaşaraq yalnız cavabdehlərin mövqeyindən çıxış edərək, verdiyi izahatı qəbul etməyərək, onun tərəfindən təqdim edilmiş etiraza qiymət verməyərək, müdafiə hüququna şərait yaratmadan qanunazidd qətnamə qəbul etmişdir. Hazırkı iş üzrə qətnamə çıxararkən birinci instansiyası məhkəməsi iş üzrə düzgün araşdırma aparmamış, sübutlara düzgün qiymət verməmiş, konstitusiya ilə qorunan hüquqlarını, ədalətli araşdırma prinsipini, çəkişmə prinsipini pozaraq, qanunsuz və ədalətsiz olaraq birtərəfli qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi yalnız cavabdeh tərəfin qanunsuz və səthi dəlilləri əsasında işə baxmış, işin konkret halları və qanunun normaları nəzərə alınmamışdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Cavabdehlərə verdiyi 10.000 manat pul və göst ərilən qızıl-zinət əşyaları onlara hədiyyə edilməmişdir. Həmin pulu onlar yeni tikdirdikləri evə məişət əşyaları almaq üçün borc kimi verilmiş qızıl-zinət əşyaları isə həyat yoldaşı dünyasını dəyişdiyi üçün onun yas mərasimi ilə əlaqədar, bu müddət ərzində evə gələn şəxslər həmin qızılları götürməsin deyə Cavabdeh2 saxlaması, yas mərasimi bitdikdən sonra qızılları ona geri qaytarması üçün verilmişdir. Göründüyü kimi cavabdehlər üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməmiş, pulu və qızılları geri qaytarmaq istəməmişlər. İşə baxan birinci inistansiya məhkəməsi qızıl-zinət əşyalarının tələb edilməsi hissəsində onun subyektiv hüququnun olmamasını onunla əsaslandırmışdır ki, iş materiallarında onun tərəfindən təqdim edilmiş fotoşəkillərdən də görünür ki, mübahisə predmeti olan qızıl-zinət əşyaları onun mərhum arvadına, eləcə də Cavabdeh2 mərhum anasına məxsus olmuşdur. Həmin qızıl-zinət əşyalarının mərhum arvadı tərəfindən sağlığında qızına hədiyyə verilibverilməməsi ilə bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi təmin edilməməlidir. Məhkəməyə təqdim edilmiş qızıl-zinət əşyaları mərhum həyat yoldaşı sağ ikən onun üzərində olmuşdur. Həmin qızıl-zinət əşyalarını əks etdirən fotoşəkillər onun tərəfindən məhkəməyə təqdim edilmişdir. İddia tələbini də qızıl-zinət əşyalarının cavabdehdə saxlanması hissəsinə münasibətdə bildirmişdir ki, həmin qızıllar həyat yoldaşı rəhmətə getdiyi gün öz evində saxlamaq üçün onun tərəfindən qızı Cavabdeh2 verilmişdir. Qızılların hal-hazırda həqiqətən də Cavabdeh2 olması özünün etirafedici ifadəsi ilə də təsdiq olunmuşdur. Lakin o qızıl-zinət əşyaları ona mərhum anası sağ ikən hədiyyə verdiyini sübuta yetirə bilməmişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(105)-1052/2024 nömrəli, 10 iyul 2024-ci il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslan dırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinə əsasən, iddiaçı fərdi-müəyyən əşya olan əmlakın – qızıl-zinət əşyaların ona məxsus olmasını, qeyd edilən əşyalarının cavabdehin qeyri-qan uni sahibliyində olmasını tam sübuta yetirə bilməmişdir.
17. Məhkəmə kollegiyası iddianın pul tələbinə dair hissəsi ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırmaları zamanı iddiaçı 10.000 manat məbləğində pul vəsaitinin cavabdehə verilməsini göstərsə də, buna dair nə birinci instansiya nə apellyasiya icraatı zamanı mötəbər sübut təqdim etməmişdir. Belə olan halda kollegiya hesab etmişdir ki, iddiaçının izahatı iddianın təmin edilməsi üçün yetərli olmadığından, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı pul hissəsində təmin etməmişdir.
18. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətlərinin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxmışdır. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən təqdim olunmuş sübutlara və mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşmışdır.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etməmişdir.
20. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 157.2, 385.1, 386.1, 739.1, 740.1, 740.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 384.0.1, 385.1.1 - 385.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
21. Qətnamədən iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, həmin qızıl-zinət əşyaları mərhum həyat yoldaşı ilə birgə nikah dövründə əldə etdikləri üçün onun mülkiyətindədir. Amma göründüyü kimi cavabdeh həmin qızıl-zinət əşyalarını qanunsuz olaraq özündə saxlayaraq ona geri qaytarmaqdan imtina edir. Tərəfindən 10.000 manat məbləğində pul vəsaitinin cavabdehlərə verilməsi ilə bağlı məhkəmə göstərir ki, pulu cavabdeh lərə verməyini bildirsə də, lakin bunu təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Qeyd olunmalıdır ki, Cavabdeh2 onun qızı, Cavabdeh1 isə kürəkənidir. 2009-cu ildə onlar ailə həyatı qurarkən elin adətənələrinə uyğun olaraq qızına hədiyyə olaraq cehiz əşyaları alaraq onların nikaha girdikləri vaxt Cavabdeh1 məxsus Bakı şəhəri Xəzər rayonu, Albalılıq bağ massivlərində yerləşən mənzilinə yığmışdır. 2021-ci ilin əvvələrində cavabdehlər Abşeron rayonu Saray qəsəbəsində torpaq sahəsi alaraq özləri üçün fərdi yaşayış evi tikməyə başladılar. Onlar 2023-cü ilin əvvələrdində evi tikib tam aldıqdan sonra evin içinə lazım olan məişət əşyaları almaq üçün 3 ay müddətinə qaytarmaq şər ti ilə ondan 10.000 manat borc pul istədilər. O, da onların səmimiyyətinə inanıb 2023-cü iyun ayında, 3 ay müddətinə qaytarmaq şərti ilə onlara 10.000 manat borc pul vermişdir. Onlar həmin borcu sentyabr ayının sonunadək qaytacaqlarını bildirsələr də, lakin ona olan borclarını qaytarmaq istəmirlər. Dəfəlrlə onlarla görüşüb onlardan pulunu tələb etməyinə baxmayaraq bunun heç bir müsbət nəticəsi olmamışdır. İş materiallarına əlavə etdiyi Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı Maarif Abbasov tərəfindən xx.xx.2023-cü il tarixdə toplanmış materiallar üzrə “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul edilib. Həmin qərarda cavabddehlərin izahatından da göründüyü cavabdehlər özləridə etiraf edir ki, o, onlara 10.000 manat pul vermiş, amma buna baxmayaraq o, həmin pulu güya onlar yeni aldıqları evə cehiz alsın deyə hədiyyə vermişdir. Həmin pulu onlara yeni evlərinə cehiz almaq üçün hədiyyə kimi verməyi cavabdehlər tərəfindən borcu qaytarmamaq üçün uydurulmuş əsasdır. Çünki el adət ən-ənəsinə uyğun olaraq o, onalara hədiyyə şəkilində verdiyi cehizləri 2008-ci ildə onlar ailə həyatı qurarkən valideyin kimi hədiyyə olaraq onlara vermişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
23. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
24. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hə rəkətlərindən əmələ gəlir.
25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
26. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
27. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
28. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
29. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağ lamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.
30. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.
31. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
32. Maddə 385.1. Öhdəliyə ə sasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
34. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdar da olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
35. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
36. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdı.
37. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
38. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
39. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikas ının Ailə Məcəlləsi.
40. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
41. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin a dına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
42. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
45. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlar a, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
49. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhk əmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
50. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıd ır.
53. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
54. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
57. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
58. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
59. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsi aktı tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
61. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə apellyasiya instansiya məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə qismən razılaşmır.
62. Belə ki, iddiaçı iddia ərizəsi ilə məh kəməyə müraciət edərək, qızı Cavabdeh2 və kürəkəni Cavabdeh1 yeni tikdikləri ev üçün məişət əşyaları almaq məqsədi ilə 2023-cü iyun ayında, 3 ay müddətinə qaytarmaq şərti ilə 10.000 manat borc pul verdiyini, lakin cavabdehlərin həmin pulu sonradan qaytarmadıqlarını, həmçinin mərhum arvadına məxsus qızıl-zinət əşyalarını arvadının vəfatından sonra, yas mərasimi bitənə kimi, müvəqqəti olaraq saxlamaq üçün qızı Cavabdeh2 verdiyini, lakin sonradan qızının həmin qızılları ona qaytarmadığını bildirərək, cavabdehlərdən 10.000 manat pulun və ümumi dəyəri 3.500 manat olan (komplekt) sep, sırğa, üzük, sepin üzərinə vurulmuş klon və ümumi dəyəri 5.600 manat olan sep və sepin üzərində olan quran qabının alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
63. Cavabdehlər isə iddia tələ bini qəbul etməyərək, iddiaçıya borclarının olmadığını, qızılları isə anasının vəfat etməmişdən əvvəl sağlığında qızı Cavabdeh2 özünün hədiyyə verməsini, qızılların atasına heç bir aidiyyatının olmadığını bildirərək, iddianın rədd edilməsini xahiş etmişlər.
64. Birinci instansiya məhkəməsi, tərəflər arasında borc münasibətlərinin yaranması ilə bağlı iddiaçı tərəfindən mötəbər sübut təqdim edilməməsini, iddia tələbinin 10.000 manat borcun cavabdehlərə verilməsi hissəsində əsassız olmasını, iddiaçının mərhum arvadına məxsus qızıl-zinət əşyalarını tələb etməklə bağlı isə sübyektiv hüququnun olmadığını, mübahisə predmeti olan qızıl-zinət əşyalarının iddiaçının mərhum arvadına, eləcə də Cavabdeh2 mərhum anasına məxsus olmasını, iddiaçının həmin qızıl-zinət əşyalarının mərhum arvadı tərəfindən s ağlığında qızına hədiyyə verilib-verilməməsi ilə bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməməsini qeyd edərək iddianı rədd etmişdir.
65. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qətnaməni dəyişdirmədən saxlayarkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı fərdi-müəyyən əşya olan əmlakın - qızıl-zinət əşyaların ona məxsus olmasını, qeyd edilən əşyalarının cavabdehin qeyri-qanuni sahibliyində olmasını tam sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası iddianın pul tələbinə dair hissəsi ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırmaları zamanı iddiaçı 10.000 manat məbləğində pul vəsaitinin cavabdehə verilməsini göstərsə də, buna dair nə birinci instansiya, nə də apellyasiya icraatı zamanı mötəbər sübut təqdim etməmişdir. İddiaçını n izahatı iddianın təmin edilməsi üçün yetərli olmadığından, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı pul hissəsində təmin etməmişdir.
66. Məhkəmə kollegiyası ilk öncə cavabdehlərdən 10.000 manat məbləğində pul tələbinə münasibətdə iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlaması barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı iddiaçının kassasiya şikayətinə münasibətdə hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən həmin tələblə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş, tələbin əsaslandığı faktiki hallara dair işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmə nin gəldiyi nəticə əsaslandırılmışdır. Həmin tələblə bağlı kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası apellyasiya məhkəməsinin əsaslandırması ilə razılaşır.
67. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, 10.000 manat pul tələbinə münasibətdə işin faktiki halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin tələblə bağlı kassasiya şikayətində qeyd olunan dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
68. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, qeyd olunan hissə ilə bağlı iddiaçının kassasiya şikayətində sadalanan formal dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin göstərilən hissədə ləğv olunması və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən iddianın 10.000 manat məbləğində pul tələbinə münasibətdə rədd olunması hissəsində iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin sadalanan dəlilləri əsassızdır. Ona görə də iddiaçının cavabdehlərə qarşı “10.000 manat məbləğində pul tələbinə dair iddiasının təmin edilməməsi” hissəsində kassasiya şikayəti rədd edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmalıdır.
69. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mərhum arvadına məxsus qızıl-zinət əşyalarının cavabdehlərdən alınaraq ona verilməsi hissəsində iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 372ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır.
70. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbində göstərilən qızıl-zinət əşyalarının iddiaçının mərhum arvadı X2 məxsus olması, eyni zamanda Cavabdeh2 həmin əşyaların ona mərhum anası tərəfindən bağışlanması və hazırda onda olmasını qeyd etməsi ilə qızıl-zinət əşyalarının mövcudluğu apellyasiya instansiya məhkəməsi tərəfindən işin mübahisəsiz halı kimi qəbul edilsə də, həmin hissədə iddianın rədd edilməsi ilə razılaşarkən, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının düzgün tətbiq edilməməsi diqqətdən kənarda qalmış, tələbin qanuni əsasını təşkil edən maddi hüquq normaları kimi Mülki Məcəl lənin 213.1, 222, 225.1, 1151.1, 1151.2, 1200-cü maddələri, habelə Ailə Məcəlləsinin 32.1-ci maddəsi nəzərdən keçirilməmişdir.
71. Qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin 32-ci maddəsi ilə ər-arvadın birgə mülkiyyətinin əsasları müəyyən edilmişdir. Həmin maddəyə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
72. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
73. Göründüyü kimi iddiaçının cavabdehlərdən tələb etdiyi və Cav abdeh2 mərhum anası tərəfindən ona bağışlanmasını qəbul etdiyi qızıl-zinət əşyalarının iddiaçı ilə mərhum arvadı Fərqanə Rəhimovanın ər-arvad kimi birgə mülkiyyətində olması ilə yanaşı, Fərqanə Rəhimovanın ölümündən sonra həmin əşyaların mərhuma aid hissəsinin miras aktivinə daxil olması işin mübahisəsiz halı olsa da, mərhum Fərqanə Rəhimovanın birgə mülkiyyətində olan əmlakının yalnız özünə aid olan hissəsinə sərəncam vermək hüququna malik olması apellyasiya instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 222.3-cü maddəsinin tələbi baxımından yoxlanılmamışdır. Həmçinin mərhum Fərqanə Rəhimovanın birgə mülkiyyətində olan əmlakın özünə aid hissəsini qızı Cavabdeh2 bağışlaması qəbul olunduğu halda belə, miras aktivinə daxil olan həmin hissəyə münasibətdə də iddiaçının mərhum arvadına münasi bətdə birinci növbə vərəsə kimi məcburi payın bağışlanmış əşya hesabına artırılması hüququnun olması Mülki Məcəllənin 1200-cü maddəsinin tələbi baxından qiymətləndirilməmişdir.
74. Yuxarıda göstərilən halları araşdırmadan və qiymətləndirmədən apellyasiya instansiyası məhkəməsinin qızıl-zinət əşyaları tələbi hissəsində iddianı rədd etməsi barədə gəldiyi nəticə tam və əsaslı deyildir.
75. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi o nda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
76. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
77. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayətində qızılzinət əşyaları tələbinə dair iddianın rədd edilməsi hissəsində apellyasiya instansiya məhkəməsi işin hallarını zi ddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə həmin hissədə düzgün həllni tapmamışdır.
78. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
79. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəy yənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
80. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin yuxarıda qeyd olunan hissədə düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə işin hallarına və qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.
81. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş kas sasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin qızıl-zinət əşyaları tələbinə münasibətdə rədd edilməsinə dair hissədə ləğv edilməli, mülki iş mübahisələndirilən həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə iddianın təmin edildiyi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
82. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də ar aşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
83. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1052/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qətnaməsi qismən, iddia tələbinin “ümumi dəyəri 3.500 manat olan (komplekt) sep, sırğa, üzük, sepin üzərinə vurulmuş klonun və ümumi dəyəri 5.600 manat olan sep və sepin üzərində olan quran qabının cavabdehlərdən alınıb iddiaçıya ödənilməsi”nə münasibətdə təmin edilmədiyi hissədə ləğv edilsin və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.