Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-510/2024 23.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10.000 (on min) manat pulun və ümirni dəyəri 3500 manat olan (komlekt) sep. sırğa, üzük, sepin üzərinə vurulmuş klon və ümumi dəyəri 5600 manat ola sep və sepin üzərində olan quran qabının alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 onun qızı, Cavabdeh1 isə onun kürəkənidir. Onlar 2009-cu ilin mart ayında rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Qeyd edir ki, 2009-cu ildə onlar ailə həyatı qurarkən elinin adətənələrinə uyğun olaraq qızına hədiyyə olaraq cehiz əşyaları alaraq onların nikaha girdikləri vaxt Cavabdeh1 məxsus Bakı şəhəri Xəzər rayonu, Aİbalılıq bağ massivlərində yerləşən mənzilinə yığmışdır. 2021-ci ilin əvvələrində cavabdehlər Abşeron rayonu Saray qəsəbəsində torpaq sahəsi alaraq özləri üçün fərdi yaşayış evi tikməyə başladılar. Onlar 2023-cü ilin əvvələrdində evi tikib tam aldıqdan sonra evin içinə lazım olan məişət əşyaları almaq üçün 3 ay müddətinə qaytarmaq şərti ilə ondan 10.000 (on min) manat borc pul istədilər. O da onların səmimiyyətinə inanıb 2023-cü iyun ayında, 3 ay müddətinə qaytarmaq şərti ilə onlara 10.000 (on min) manat borc pul verdi. Onlar həmin borcu sentyabr ayının sonunadək qaytacaqlarını bildirsələr də, lakin ona olan borclarını qaytarmaq istəmirlər. Dəfəlrlə onlarla görüşüb onlardan pulunu tələb etmiş, amma buna baxmayaraq heç bir müsbət nəticəsi olmamışdır. Onu da qeyd edir ki, həyat yoldaşı X1 xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün o, 2022-ci ilin oktyabr ayında rəhmətə getmişdir. Həyat yoldaşına məxsus ümimi dəyəri 3500 manat olan komlekt sep, sırğa, üzük və sepin üzərinə vurulmuş klon və ümumi dəyəri 5600 manat ola sep və sepin üzərində olan quran qabı qızıllarını evdən götürərək müvəqqəti saxlanması üçün cavabdeh qızı Rəqsanəyə vermişdir. Onun qızılları da ona məxsus olduğundan qızılları da onlardan tələb etdi, lakin onlar həmin qızılları da ona qaytarmaqdan imtina etdilər. xx.xx.2023-cü il tarixdə onların Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evinə gedib borcunu və qızlları onlardan tələb edərkən onun barəsində Azərbaycan Respublikası DİN 102 qaynar xəttinə zəng edərək onlarla mübahisə etdiyini bildirmişlər. Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı poİis mayoru X2 tərəfindən xx.xx.2023-cü il tarixdə toplanmış materiallar üzrə “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul edilmişdir. Həmin qərardan da görünür ki, cavabdeh qızı və onun həyat yoldaşı tərəfindən verilmiş olduqları izahatlarında həmin qızılların və 10.000 manat pulun onlara verildiyini, lakin həmin pulun və qızılların hədiyyə olaraq onlara verdiyini bildirmişlər. Bir daha qeyd edir ki, onlara verdiyi 10.000 ( on min) manat pul və göstərilən qızıl zinət əşyaları onlara hədiyyə edilməmişdir. Həmin pulu onlar yeni tikdirdikləri evə məişət əşyaları almaq üçün borc almış, qızıl zinət əşyalarını isə həyat yoldaşı rəhmətə getdiyi üçün müvvəqqəti saxlanması səbəbi ilə qızı Cavabdeh2 vermişdir. Göründüyü kimi cavabdehlər üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmir, pulunu, qızıllarını ona geri qaytarmaq istəmirlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədi və bildirdi ki, onun iddiaçıya borcu yoxdur, qızıl-zinyət əşyalarını isə Rəqsanəyə sağlığında qaynanası hədiyyə vermişdir, onun heç kimin puluna ehtiyacı yoxdur. . İddianın təmin edilıməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, onun atasına borcu yoxdur, atası ona cehiz olaraq mebel dəsti almışdır, əgər istəyirsə həmin mebeli gəlib apara bilər, qızılları isə anası ona sağlığında özü hədiyyə vermişdir, qızılların atasına heç bir aidiyyatı yoxdur. İddianın təmin edilıməməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, tərəflərin izahatları, iş materiallarında olan rədd materialı və iş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Albalılıq yaşayış massivi, ünvansız fərdi yaşayış evində yaşayan Cavabdeh2 xx.xx.2023-cü il tarixdə DİN-nin “102” xidmətinə zəng vuraraq və Abşeron RPİ-nin Saray PB-nə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə yaşadığı Saray qəsəbəsində yerləşən evində atası İddiaçı tərəfindən hədələnməsi barədə məlumat vermiş və həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmçinin Cavabdeh1 bu barədə DİN-nin “102” xidmətinə verdiyi məlumat daxil olmuşdur. İzahatı alınmış Cavabdeh2, şikayət etdiyi İddiaçı onun doğma atası olması barədə məlumat vermişdir. Bir müddətdir ki, atası Əzimulla ilə münasibətlərinin nortmal olmaması buna səbəb atasının əvvəllər və xx.xx.2023-cü il tarixdə Saray qəsəbəsində onların yaşadığı evə gələrək anasının sağlığında ona verdiyi qızıl zinət əşyalarını və özünün hədiyyə olaraq verdiyi əşyaların pulunu ondan tələb etməsi olduğunu və buna görə də atası ilə aralarında münaqişə yaranması həmin vaxt atası Əzimullanm stulu pəncərəyə çırparaq onu hədələməsi barədə məlumat vermişdir. Material üzrə izahatı alınmış İddiaçı qızı Cavabdeh2 onun barəsində etdiyi şikayətlə tanış olduğunu bildirmişdir. Qızı Rəqsanə ilə kürəkəni Anarın 2008-ci ildə ailə qurduqlarını və əvvəllər onlarla münasibətlərinin normal olduğunu qeyd etmişdir. Bir müddətdir ki, onlara verdiyi qızıl zinət əşyalarını və və aldığı mebellərin pulu olan 10000 manat pulu geri tələb etsə də, onların qeyd olunanları geri qaytarmadıqları üçün aralarında tez-tez mübahisələr yarandığını qeyd etmişdir. xx.xx.2023-cü il tarixdə onların yaşadıqları Saray qəsəbəsində yerləşən evə gəldiyini yenə də onlarla aralarında mübahisə yarandığını, heç kimə qarşı fiziki zor tətbiq etmədiyini və heç kimi hədələmədiyini lakin, Anarın münaqişə yaranması barədə DİN-nin “102” xidmətinə zəng vuraraq məlumat verdiyini bildirmişdir. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı qızı Cavabdeh2 və kürəkəni Cavabdeh1 qızına verdiyi cehiz əşyalarının pulunu və qızıl zinət əşyalarını tələb edir. İddiaçı həmin məbləğin borc verilməsini, qızıl zinyət əşyalarını isə saxlamaq üçün verdiyini iddia edir. Cavabdehlər isə onlara iddiaçının borc verməməsini, cehiz əşyaları hədiyyə almasını, qızıl zinyət əşyalarının isə anasının sağlığında ona hədiyyə verilməsini bildirmişdir. Bu hal işin mübahisəli halı olmaqla, iddiaçı tərəfindən əksi sübut olunmamışdır. Belə olan halda yəni nə qədər ki, tərəflər arasında borc münasibətlərinin yaranması ilə bağlı iddiaçı tərəfindən mötəbər sübut təqdim edilməmişdir, məhkəmə hesab edir ki, iddia tələbi 10.000 manat borcun cavabdehlərə verilməsi hissəsində əsassızdır və təmin edilə bilməz. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı Əzmulla Rəhimov mərhum arvadına məxsus qızıl zinyət əşyalarını tələb etməklə bağlı sübyektiv hüququ yoxdur, belə ki, iş materiallarında iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, mübahisə predmeti olan qızıl zinyət əşyaları iddiaçı Əzmulla Rəhimovun mərhum arvadıbna, eləcə də Cavabdeh2 mərhum anasına məxsus olmuşdur, iddiaçı həmin qızıl-zinyət əşyalarının mərhum arvadı tərəfindən sağlığında qızına hədiyyə verilib verilməməsi ilə bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir,ona görə də həmin hissədə də təmin edilıməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası MM-nin 739-cu maddəsinə əsasən borc müqaviləsinə gorə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəzedilən əşyalara mülkiyyət huququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə goturur, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlıı əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə goturur. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin məcəllənin 740-cı maddəsinə əsəsən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikasının MM-nin 389.1 -ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə tərəflərin izahatlarını, iş materiallarında olan sənədləri və işin konkret hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №2(012)-510/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-510/2024
23.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver