Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2687/2025 22.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2700 manat pulun və 1 ədəd qızıl sep, 1 ədəd komplekti, yəni 1 cüt sırğa və üzüyü, 1 ədəd qızıl barmaqcıl naturada alınıb verilməsinə və 75 manat da dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsinə dair məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı Əliyeva X2 rayon Məhkəməsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırki mülki iş üzrə Cavabdeh ona qızıl barmaqcıq sepini qaytardığından iddia ərizəsinin sırğa və üzük hissəsində, bu əşyaların verilməsi mümkün olmadıqda isə onların dəyəri olan 600 manat məbləğində pulun qaytarılması hissəsində təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, izahatında bildirmişdir ki, cavabdehə 1 ədəd qızıl sep, 1 ədəd komplekti yəni 1 cüt sırğa və üzüyü, 1 ədəd qızıl barmaqcıq 3000 manat pul , 300 manat da ota görə pul vermişdir. Onun 600 manatını və qızıl barmaqcıq sepini qaytarmışlar. 2700 manat pul və və 1 ədəd qızıl sep, 1 ədəd komplekti, yəni 1 cüt sırğa və üzüyü isə qaytarılmamışdır. Dəfələrlə pulunu, qızılını istəmiş, lakin hər dəfə müxtəlif bəhanələr gətirmişlər. Bu barədə Bərdə RPŞ nə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə qərar qəbul edilərək cinayət işinin başlanmasının rədd edilməklə mülki məsələ kimi xarakterizə edilmişdir. Ona görə də o məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və məhkəmə, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə qarşı iddia tələbinə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -X3 tərəfindən yazılaraq imzalanmış xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, qardaşı X1 və onun həyat yoldaşı Cavabdeh qohumu İddiaçı olan 2500 manat pul borcunu bu ayın axırına kimi ödəyəcəyinə söz vermiş və bu barədə yazılı öhdəlik götürmüşdür. -Bərdə RPŞ-nin İB-nin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarında Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, Tərtər rayonu, Seyidimli kəndində yaşayır, işsizdir. İddiaçı onun qohumudur, belə ki, İddiaçı onun qeyri-rəsmi əri Elzamin Bağırlının dayısı Nizami Hətəmovun yoldaşıdır. Onunla münasibətləri daim yaxşı olmuş və onların aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. İşin mahiyyəti üzrə bildirir ki, 2020-ci ilin sentyabr ayında müharibə başlayan zaman, o, qeyri-rəsmi yaşadığı yoldaşı Elzamin Bağırlı ilə İddiaçıgilin evində yaşamışdılar. Həmin vaxt o, hamilə imiş və şəxsi ehtiyacları üçün pula ehtiyacı yaranmışdır. Bunun üçündə İddiaçı borca pul istəmiş, lakin İddiaçı borca pul verə bilməyəcəyini demişdir. O, da həmin vaxt ona bir nəfərdən borca 3.000 manat pul tapmasını istəmiş və həmin pul üçündə hər ay 20 manat sələmə verəcəyini bildirmişdir. İddiaçı hansısa qohumundan borca 3.000 manat pul tapmış və həmin puldan özüdə 300 manat götürmüş, ona 2700 manat pulu 2020-ci ilin sentyabr ayında dəqiq xatırlamadığı vaxtda ona vermişdir. Bundan başqa İddiaçı evində olan qızıllardan 1 ədəd 6 qramlıq qızıl komplekti ona vermiş və Gəncə şəhərində sata biləcəyini bildirmişdir. Həmin qızılı o, da satıb, təxminən 1 ay sonra 600 manat pulu aparıb Bərdə rayonu, Şatırlı kəndində İddiaçı özünə vermişdir. O, 2020-ci ilin setyabr ayında İddiaçı aldığı 2700 manat puldan 2024-cü ilin yanvar ayında cəmi 250 manat pulu yoldaşı Elzamin Bağırov vermişdir. Onun İddiaçı hal-hazırda 2450 manat borcu qalmışdır. Bundan başqa həmin vaxt Gəncə şəhərində xeyir işə getdiyi üçün İddiaçı taxmaq üçün qızıl- ziynət əşyaları götürmüş və həmin qızılları daha sonra İddiaçı özünə qaytarmışdır. İddiaçı aid 1 ədəd qızıl komplekti isə satıb pulunu Mahirənin özünə vermişdir. O, İddiaçı borca pul almış, həmin pulu imkanı olmadığı üçün bu günə kimi qaytara bilməmişdir. Onun İddiaçı pulunu ələ keçirmək məqsədi olmamışdır. Cavabdeh əlavə olaraq bildirmişdir ki, o, İddiaçı pulunu və qızılını ələ keçirməmiş, qızılların hamısını qaytarmışdir. 2700 manat olan pul borcundanda 250 manat pulu isə vermişdilər, halhazırda onun İddiaçı 2450 manat pul borcu qalmışdır. O, pulu borca almış, həmin vaxt hamiləymiş və hamiləliyində yaranan problemlərə görə pul götürmüşdür. Qızılların hamısını isə İddiaçı özünə qaytarmışdır. Beləliklə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı cavabdehin pula ehtiyacı olduğundan ona 1 ədəd qızıl sep, 1 ədəd komplekti yəni 1 cüt sırğa və üzüyü, 1 ədəd qızıl barmaqcıq 3300 manat pul və lavə 300 manat da pul vermişdir. Həmin pulun 600 manatını və qızıl barmaqcıq sepi cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır. Lakin qalan 2700 manat pul və 1 ədəd qızıl sep, 1 ədəd komplekti, yəni 1 cüt sırğa və üzüyü hələ də iddiaçıya qaytarılmamışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən 2700 manat pul və 1 ədəd qızıl sep, 1 ədəd komplekti, yəni 1 cüt sırğa və üzüyü alınaraq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh isə iddiaçıya 2450 manat məbləğində borcunun olduğunu bildirmiş, bu hal Bərdə RPŞ-nin İB-nin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı ilə öz təsdiqini tapmışdır Azərbaycan Respublikası Mülki Məcəllənin -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehin ona 2700 manat pul borcunun olduğunu bildirsə də, bu halı təsdiq edəcək sübutları, məhkəməyə təqdim edə bllməmişdir. Eyni zamanda cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda isə cavabdeh izahatında iddiaçıya 2450 manat məbləğində borcunun olduğunu, lakin qızılların hamısının isə iddiaçıya geri qaytardığını bildirmişdir. Göründüyü kimi cavabdeh iddiaçı tərəfindən ona yalnız 2450 manat pul məbləği verildiyini etiraf etmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbinin 2450 manat hissəsi əsaslı hesab edilərək təmin edilməlidir. Bundan əlavə cavabdeh cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarında izahatında qızıl-zinyət əşyalarının hamısının iddiaçıya qaytardığını bildirsə də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli və 1 ədəd qızıl sep, 1 ədəd komplekti, yəni 1 cüt sırğa və üzüyü, bu qızılların verilməsi mümkün olmadıqda isə onların dəyəri olan 600 (altı yüz) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 65 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 2450 (iki min dörd yüz əlli) manat pul və 1 ədəd qızıl sep, 1 ədəd komplekti, yəni 1 cüt sırğa və üzüyü, bu qızılların verilməsi mümkün olmadıqda isə onların dəyəri olan 600 (altı yüz) manat məbləğində pul və 65 (altmış beş) manat da dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə ilə müraciət edə və həmin müddət bitdikdən sonra tərəflər qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2687/2025
Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-2687/2025
22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver