Məhkəmə qərarları › İş №2(006)-5680/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5680/2021

12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5680/2021 12.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, İddiaçı vəkili Vəkil Gülamməddin oğlunun, Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı və X2 Cavabdeh qarşı «pul» tələbinə dair ilk iddiası; Cavabdeh İddiaçı və X4 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X7 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onların xeyrinə 34.000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh İddiaçı və X4 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddianın təmin edilməsi, 10.000 manat maddi ziyan, 20.000 manat mənəvi ziyan, cəmi 30.000 manat pul vəsaiti və hazırkı iddianın verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumunun İddiaçı və X1 tutularaq onun xeyrinə ödənilməsi, ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh anası, mərhumə X5 adına və mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu K.Səfərəliyeva küçəsi 26 saylı evdə yerləşən, 15 saylı mənzilin antresol hissəsində yerləşən, 7,3 m2 ölçüsü olan dəhlizi, 1,9 m2 ölçüsü olan sanitar qovşağını, 2,8 m2 ölçüsü olan yaşayış otağını 18.000 manata İddiaçı ilə razılaşmışlar. Bu razılaşmaya əsasən, 05.05.2012-ci il tarixdə mərhumə Elza Məmmədovaya makler vasitəsi ilə beh müqaviləsi üzrə 4.000 manat pulu İddiaçı alaraq sənədləşmə üçün qısa bir vaxt istəmiş, tam etibarını qazanmaq üçün iddiaçıya ailə üzvləri ilə birgə satmış olduğu hissədə yaşamağa razılıq vermişdir. 22.05.2012-ci il tarixdə təkrar Elza Məmmədova ilə satdığı ev üçün iddiaçı arasında 6.000 manat məbləğində notarial qaydada borc müqaviləsi bağlanmışdır. Bundan əlavə tərəflər, yəni mərhumə Elza Məmmədova və İddiaçı arasında Xəyal əmlak MMC-nin direktoru Rza Məmmədovun həm şəxsi imzası, həm də şirkətə məxsus möhürlə təsdiq edilmiş, 18.000 manat dəyərində qiymətləndirilmiş mülk üçün 4.000 manat beh müqaviləsi bağlanmışdır. Həmin məbləğin alınmasını təsdiq edən həm beh müqaviləsi, həm də borc müqaviləsi vardır. İş üzrə zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, 2012-ci ilin aprel ayında özünə ev almaq istəmişdir. Bu məqsədlə Rza adlı şəxsə müraciət etmişdir. Bir gün həmin Rza adlı şəxs ona zəng edərək ona uyğun qiymətə bir ev tapdığını bildirmişdir. Həmin vaxt onunla görüşərək həmin ünvana, yəni ünvan 1 Burada ona məlum olmuşdur ki, həmin evin sahibi Elza adlı xanımdır. Evə baxdıqdan sonra onun satmaq istədiyi mənzilin özünün yaşadığı mənzilin ikinci mərtəbəsində tikilmiş mənzil olduğunu görmüşdür. Həmin mənzilin satışı üçün qiymətinin 20.000 manat olması ev sahibi olan Elza xanım tərəfindən bildirilmişdir. O isə həmin qiymətin baha olmasını, 18.000 manata həmin mənzili ala biləcəyini söyləmişdir. Onunla qiymətdə razılaşma əldə etmişlər. 2012-ci ilin may ayında Elza xanıma 4.000 manat pul verdikdən sonra onunla yaşadığı ünvanda beh müqaviləsi imzalanmışdır. Həmin mənzilə köçdükdən təxminən 1 ay sonra Elza xanıma evin sənədləşməsinin aparılması üçün 2.000 manat pul lazım olduğunu söyləmişdir. Ona həmin pulu vermək üçün həyat yoldaşı və Elza xanım ilə birlikdə notariusa getmişlər. Burada həyat yoldaşı ilə Elza xanım arasında borc müqavilsi imzalanmışdır. Həmin müqavilədə Elza xanıma 6.000 manat pul verilməsi ilə bağlı borc müqaviləsi imzalanmışdır. Bundan bir müddət sonra Elza xanım sağlamlığı ilə əlaqədar olaraq xəstəxanaya getmişdir. Bu zaman sonuncu, ona etibar etdiyi üçün yaşadığı birinci mərtəbənin açarını təqdim etmişdir. Bir müddət sonra Elza xanımın vəfat etməsini eşitmişdir. Belə ki, təxminən 2012-ci ilin sentyabr ayında evdə olduğu zaman bir nəfər polis formasında olan şəxsin qapını döyməsini görmüşdür. Bu zaman qapını açdıqdan sonra həmin şəxs adının Etibar olmasını və Elza xanımın oğlu olmasını bildirmişdir. Həmin Etibar adlı şəxsdən Elza xanımın vəfat etməsini eşitmişdir. Sonuncu ondan anasının yaşadığı və xəstəxanaya getməzdən öncə ona verdiyi birinci mərtəbədə yerləşən mənzilin açarını istəmişdir. Evin açarını ona təqdim etmişdir. Həmin vaxt ona Elza xanımın yas mərasimi zamanı əlindən gələn bütün köməkliyi etməyə başlamışdır. Bu zaman sonuncu, yas mərasimi bitdikdən sonra evin alğı-satqı məsələsini müzakirə edəcəyini ona bildirmişdir. Bir müddət keçdikdən sonra həmin Etibar adlı şəxs ona bildirmişdir ki, onun anası olan Elza xanımın evi ona satmasından xəbəri var və anası Elza ölməzdən öncə son istəyi evin alğı-satqısını tamamlamasıdır. Buna görə də, evin qalan pulu, yəni 12.000 manat pul ona çatacaqdır. Bu zaman həyat yoldaşı da onun yanında olmuşdur. Onun dedikləri ilə razılaşmışdır. Sonuncu, ondan vərəsəliklə bağlı məsələləri həll etmək üçün möhlət istəmişdir. Ona heç bir etiraz etməmişdir. Bundan bir neçə gün sonra onu yenidən anasının evi olan birinci mərtəbəyə çağırmışdır. O, yas mərasimi üçün 2.000 manat pula ehtiyacı olduğunu, həmin pulu evin alğı-satqısına görə ödəməli olduğu 12.000 manatdan çığacağmı ona bildirmişdir. Onun polis əməkdaşı olduğu üçün ona inanmış və Etibara 2.000 manat pul vermişdir. Bundan 1-2 ay keçdikdən sonra Etibar yenə ona zəng edərək aşağıdakı evə dəvət etmiş və o, həmin evə getmişdir. Bu zaman sonuncu, ona evin sənədləşməsi üçün əlavə 2.000 manata ehtiyacı olduğunu söyləmişdir. Yenə də sonuncunun dediyi məbləği ona vermişdir. Elə həmin vaxtdan 3-4 ay keçdikdən sonra Etibar ona zəng edərək birinci mərtbəsində yerləşən anasının evinə çağırmışdır. Burada sonuncu ona evin qalan pulunu hazırlamasını söyləmişdir. Bundan əlavə, sonuncu evin sənədləşməsinin yekunlaşmaq üzrə olduğunu ona bildirmişdir. Bundan 1-2 ay keçdikdən sonra Etibar zəng edərək pulun qalan hissəsini istəmişdir. O, anası, həyat yoldaşı və həyat yoldaşının anası ilə birlikdə birinci mərtəbəyə Etibarın yanına düşmüşlər. Burada onlar pulun qalan hissəsini, yəni 8.000 manatı ona tam ödəmiş və ondan bununla bağlı bir sənəd tələb etmişlər. Sonuncu isə müxtəlif yalanlar söyləyərək onları inandırmış və onlara heç bir sənəd verməmişdir. Həmin hadisədən təxminən 2 ay keçdikdən sonra o, zəng edərək evin bütün sənədləşməsini həll etməsini və evdə yaşayan ailə üzvlərini qeydiyyata almaq üçün əlavə 2.000 manat pul istəmişdir. Bu zaman o, həmin 2.000 manatı hazırlayaraq sonuncu ilə birinci mərtəbədə görüşmüşdür. Görüş zamanı o, 2.000 manatı ona təqdim etmişdir. Bu zaman onun sonuncuya və anasına verdiyi pulun ümumi məbləği 20.000 manatı keçmişdir. Bundan sonra o dəfələrlə Etibara zəng etsədə, sonuncu, müxtəlif bəhanələr gətirərək evin sənədlərini təqdim etməkdən yayınmışdır. Bundan sonra onunla görüşlərin birində Etibar sənədləşməni heç cür edə bilmədiyini ona bildirmişdir. Bu zaman o verdiyi pulları sonuncudan tələb etmişdir. Etibar isə pulları verməkdən müxtəlif bəhanələr gətirərək yayınmışdır. Bununla bağlı o, notariuslara müraciət etmişdir. Orada isə ona bu sənədləşmənin aparılması üçün alğı-satqı müqaviləsinin bağlamasını bildirmişlər. Etibara bunu söylədikdən sonra, sonuncu alğı-satqı müqaviləsi üçün həmin məbləğdə pulunun olmamasını bildirmişdir. O bu sənədləşmənin hazırlanması üçün borc alaraq qısa müddətə 20.000 manat pul tapmışdır. Bundan sonra o, Etibara zəng edərək alğı-satqı müqaviləsi üçün 20.000 manat pulu tapdığını bildirmiş və Etibarı notariusa getməyə dəvət etmişdir. Notariusda Etibar və onun həyat yoldaşı evi satmaq istəmədiklərini və pulu geri qaytaracaqlarını bildirmişlər. Bundan sonra o, oradan ayrılmış və yaşadığı ünvana gəlmişdir. Bir müddət sonra Etibara zəng edərək ondan 20.000 manat pulunu tələb etmişdir. O, isə hal-hazırda 20.000 manat pulunun olmadığını və həmin pulu ev söküləndə qaytara biləcəyini bildirmişdir. Bundan sonra sonuncu, növbəti gün onu yaşadığı evlərinə dəvət etmişdir. O, sonuncunun yaşadığı evlərinə getmişdir. Etibar onunla heç bir söhbət etməmişdir. Həmin evdə özünü Anar kimi təqdim edən şəxs və həyat yoldaşı ona müxtəlif hədə-qorxular gəlməyə başlamışlar. Bundan sonra həmin Anar adlı şəxs ondan telefonu ilə səs yazıb-yazmadığını soruşmuşdur. O, isə sonuncuya mobil telefonunun üzərində olduğunu, aralarında olan danışıqları qeydə alması üçün səs yazısı funksiyasını qoşduğunu söyləmişdir. Bu zaman Anar adlı şəxs və Etibarın həyat yoldaşı ondan telefonunu söndürməyi tələb etmişlər. O isə telefonunu söndürərək cibinə qoymuşdur. Bu zaman Etibarın həyat yoldaşı atasının general rütbəsi daşımasını və Respublikada nüfuzlu şəxs olmasını söyləmişdir. Daha sonra Etibarın həyat yoldaşı Aygün xanım onlardan əl çəkməsimi istəmişdir. Əgər onlardan əl çəkməsə ona təsir etmək üçün heç bir əməldən yayınmayacaqlarnı bildirmişdir. Bundan sonra oradan çıxaraq polis orqanlarına və məhkəməyə müraciət etməyə başlamışdır. Etibara həmin evin alğı-satqısı üçün ümumilikdə 14.000 manat pul vermişdir. Etibar adlı şəxs bir neçə dəfə polis əməkdaşı olmasını özü ona söyləmişdir və bir neçə dəfə maşınında polis forması görmüşdür. Bundan sonra məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq 20.000 manat əsas borcun və 60.000 manat məbləğində faiz məbləğinin qaytarılmasını xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin 24.02.2017-ci il tarixli 2(006)-340/2017 saylı qətnaməsi ilə iddiası qismən təmin edilərək, Cavabdeh 10.000 pulun tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Sonradan apellyasiya qaydasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin 22.05.2018-ci il tarixli 2(103)-5534/2018 saylı qətnaməsi ilə verdikləri apellyasiya şikayəti qismən təmin edilərək, Nəsimi rayon Məhkəməsinin 24.02.2017-ci il tarixli 2(006)-340/2017 saylı qətnaməsi qismən, yəni 10.000 manat pul vəsaitinin tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilməklə, həmin hissədə iddia təmin edilərək, Cavabdeh onların xeyrinə əlavə 10.000 pulun tutulması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi 60.000 manat məbləğində faiz məbləğinin tutulması birədə iddianı rədd etsə də, məhkəmə qətnaməsi ilə onlara izah etmişdir ki, iddiaçılar pul vəsaitinin onların sahibliyindən çıxması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddia sürmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ıcənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi qanunverici real zərərlə bağlı hüququ pozulmuş şəxsə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur ki, apellyasiya instansiya məhkəməsi bununla bağlı bizə hüquq izah etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh tərəf olan Bakı şəhəri Nəsimi rayonu K.Səfərəliyeva küçəsi 26 saylı evdə yerləşən, 15 saylı mənzilin antresol hissəsində yerləşən, 7,3 m2 ölçüsü olan dəhlizi, 1,9 m2 ölçüsü olan sanitar qovşağını, 2,8 m2 ölçüsü olan yaşayış otağını onlara verməli olduğu halda bunu təmin etməmişdir. Nəticədə onlar, özlərinə vurulmuş real zərərlə bərabər, gələcəkdəki faydadan məhrum olmuşlar. Belə ki, sonrada onlara məlum olmuşdur ki, Bakı şəhəri Nəsimi rayonu K.Səfərəliyeva küçəsi 26 saylı evdə yerləşən, 15 saylı mənzilin antresol hissəsində yerləşən, 7,3 m2 ölçüsü olan dəhlizi, 1,9 m2 ölçüsü olan sanitar qovşağını, 2,8 m2 ölçüsü olan yaşayış otağını onlara verməkdən imtina etdikdən sonra həmin ərazi plana düşmüş və cavabdehə bu əmlaka görə 63.000 manat pul ödənilmişdir. Beləliklə, həmin əmlak onlara təhvil verilsəydi, buna görə nəzərdə tutulmuş 63.000 manat pul onlara ödəniləcəkdi ki, onlar bundan məhrum olmuşlar. Əgər məhkəmə qətnaməsi ilə onlara qaytarılan 20.000 manat pul vəsaitini nəzərə aldıqda onlar 43.000 manat əldən çıxmış faydadan məhrum olmuşlar ki, həmin məbləğ cavabdehdən alınaraq onlara ödənilməlidir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2012-ci üdən bu günə kimi iddiaçıların ona qarşı əsassız iddia tələbləri ilə bağlı məhkənəyə müraciətləri davam edir. Həm daşınmaz əmlak, həm də pul tələbinə dair əvvəlki iddiaları ilə bağlı qanuni qüvvəsini almış yekun məhkəmə qərarları tam icra edildiyindən, həmin mülki işlər üzrə icraata xitam verilmişdir. On ilə yaxın cavabdehlər ondan əl çəkməyərək ev və ya pul qoparmaq məqsədi ilə məhkəməyə əsassız iddialar, hüquq mühafizə orqanlarına isə ondan çoxsaylı şikayətlər etmişlər. Bunun nəticəsinə 4 ildir səhhətində ciddi problemlər yaranmış və müayinələr edildikdən sonra ürəyindən təcili əməliyyat olunmasının vacibliyi deyilmişdir. Odur ki, 2017-ci ildə ürək əməliyyatı keçirmişdir (analizlərlə əməliyyat xərci 8.000 manat) ona gərginlik, narahatçılıq və stresdən uzaq olması tövsiyə edilmişdir. Lakin cavabdehlərin ona qarşı iddiaları və şikayətləri onu daim gərginlik və strres vəziyyətində saxlamışdır. Bundan başqa, 2019-cu ildə də həmin gərginlik-stres səbəbindən bağırsağından cərrahiyyə əməliyyatı (analizlərlə əməliyyat xərci cəmi 1.500 manat) olunmuşdur. Bundan başqa onda «xroniki hipertoniya» (təzyiq) xəstəliyi də vardır, buna görə də, hazırda da həmin xəstəlikdən əziyyət çəkərək dərmanlar qəbul edir və həkim müalicəsi alır. Cavabdehlərin ona qarşı əsassız iddiaları və hüquq-mühafizə orqanlarına ondan şikayətlərinə görə səhhətinə vurduqları ziyandan başqa sonuncular ona xeyli maddi ziyan da vurmuşlar. Cavabdehlərə görə özünü müdafiə etmək üçün vəkil xidmətlərinə, məhkəmələrə və hüquq mühafizə orqanlarına çağırışlara görə yollara, eləcə də rüsumlara vəsaiti xərclənmişdir. Cavabdehlərin hərəkətləri nəticəsində səhhətindəki problemlərlə bağlı keçirdiyi cərrahiyyə əməliyyatlarına xeyli vəsait ödəmişdir, həmin əməliyyatlar və ödənişlə bağlı sənədləri hazırkı iddiaya əlavə edərək məbləğin cavabdehlərdən xeyrinə maddi ziyan kimi tutulması zəruridir. Həmçinin hesab edir ki, cavabdehlər ona vurduqları maddi ziyandan başqa bu illər ərzində ona mənəvi ziyan da vurmuşlar. Son illər cavabdehlərin hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir, bu günə kimi özündə daim inamsızlıq, narahatlıq, məyusluq hissləri və stres müşahidə edilir. Bununla bağlı mənəvi ziyan məbləği də cavabdehlərdən xeyrinə tutulmalıdır. Mənəvi ziyanın tutulması ilə bağlı qanunvericiliyə əsasən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağluşəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərarda eyni zamanda göstərilir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasmm müstəqil nəticəsidir. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 3 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində göstərilir: «Plenum izah edir ki, Azərbaycan Respublikası Qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nm müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.» «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. «İnsan Plüquqlarının və X3 Haqqmda Konvensiya»nın 41 -ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasmda müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». İnsan hüquqları üzrə Avsopa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı 14.03.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanm müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Mənəvi ziyanm məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Hesab edir ki, ilk iddia rədd edilməli, qarşılıqlı iddia isə təmin edilərək, cavabdehlər İddiaçı və X1 10.000 manat maddi ziyan, 20.000 manat mənəvi ziyan və hazırkı iddia ilə bağlı dövlət rüsumu məbləği tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmalıdır. İddiaçı və onun vəkili vəkili Vəkil Gülamməddin oğlu məhkəmə iclasında ilk iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 2012-ci ildən bu günə kimi iddiaçıların ona qarşı müxtəlif iddia tələbləri ilə bağlı məhkənəyə müraciət etmələri hazırda da davam edir. Qarsı tərəf ailəsi ilə birgə əvvəl anasına, sonra isə vərəsəlik hüququ ilə ona məxsus evin «antresol» adlanan hissəsində kirayəçi kimi yaşamışlar. Sonuncular ona məxsus evin kirayəçi kimi yaşaqıdları hissədən məhkəmə qaydasında məcburi çıxarıldıqdan sonra, həmin evin yerləşdiyi ərazi yol çəkilməsi ilə bağlı plana düşmüş və müvafiq kompensasiya verilərək ev sökülmüşdür. Bir daha vurğulamaq istəyir ki, ilk iddia ərizəsində göstərilən dəlillərin heç bir hüquqi əsası yoxdur, iddiada qeyd edilənlər absurddur və xəyaldır, bu cür əsassız və məntiqsiz iddialarla sonuncular hər hansı vasitə ilə ona (səhhətinə) ziyan vurmaq, ondan «pul qoparmaq» fikrindədirlər. Anlamalıdırlar ki, mülkiyyətçisi olduğu evdə sonuncular kirayəçi kimi yaşadıqlarına və sonradan oradan çıxarıldıqlarına görə həmin daşınmaz əmlaka dair onların hər hansı bir hüquqları yaranmır. İddiaçılar qeyd edirlər ki, kirayə qaldıqları evin söküntüsü zamanı onun «antersol» adlanan hissəsinə görə o, 63.000 manat pul almışdır, 20.000 manatı onlara qətnamə əsasında ödəmişdir və guya hazırkı iddiada qeyd etdikləri kimi 34.000 (43.000) manat borcludur. Lakin anlamırlar ki, hətta cavabdehlərin qeyd etdikləri məbləğdən 10 qat artıq almış olsa belə, mülkiyyətindəki evə görə aldığı kompensasiya məbləğinin onlara heç bir aidiyyəti yoxdur, sonuncular evin kirayə qaldıqları hissəsinə görə ondan heç bir məbləğ tələb edə bilməzlər. Aralarındakı pul tələbi ilə bağlı qanuni qüvvəsini almış son qətnaməyə görə ondan ilk iddia üzrə iddiaçıların xeyrinə 20.000 manat pulun tutulması və onun tərəfindən ekspertiza xərcinin ödənilməsi qeyd edilmiş, qanunsuz faydalanmaya görə 60.000 manat faiz tutulması hissəsində tələb rədd edilmişdir. Həmin qətnamənin 20.000 manat pulun tutulması hissəsi onun tərəfindən tam icra edildiyindən işə xitam verilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddiaçılar hazırda mahiyyətcə eyni olan iddia ilə məhkəməyə müraciət etməklə, yersiz olaraq həm məhkəmənin iş yükünün artmasına, həm də onun səhhətindəki xroniki problemlərin ağırlaşmasına səbəb olurlar. Belə ki, 10 ilə yaxındır aralarında sürən məhkəmə və hüquq mühafizə orqanlarındakı çəkişmələrlə bağlı stressdən səhhətində ciddi fəsadlar yaranmış, bununla bağlı 2019-cu ildə əməliyyət keçirərək ürək damarlarına bir neçə stend yerləşdirilmiş, bu gündə bunula bağlı həkim müayinəsi keçir, ürək və təzyiq problemlərilə bağlı müalicələr alır. İddianın məntiqsiz, əsassız və şəxsi mülahizələrdən ibarət olmasını sübut edən hallardan biri də iddia ərizəsinin məzmununda 43.000 manat tələb qoyulmasına baxmayaraq, «xahiş edirəm» hissəsində 34.000 manat qeyd edilməsidir. Bu da iddianın absurd və məntiqsiz olmasına dəlalət edir. Ona görə də, ilk iddianı hüquqi və məntiqi nöqteyi nəzərindən əsassız, sübutu olmayan şəxsi mülahizə hesab edərək rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X2 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı və Cavabdeh izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia və qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Həm ilk iddia üzrə iddiaçılar, həm qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən iddia tələblərinin əsası kimi istinad etdikləri hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. İlk iddia üzrə iddiaçılar onlara əldən çıxmış fayda qismində ziyan vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Əksinə, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 fevral 2017-ci il tarixli 2(006)-340/2017 saylı qətnaməsindən; həmçinin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 may 2018-ci il tarixli 2(103)-5534/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı və X2 Cavabdeh qarşı «borcun və ya borc müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar özgəsinin pul vəsaitlərindən qanunsuz faydalanmağa görə faizlərin tutulması» tələbinə dair iddiası üzrə mübahisəyə məhkəmədə baxılaraq müvafiq hüquqi qiymət verilmişdir. Qeyd olunan qətnamələrlə müəyyən edilmiş faktlar hazırda mübahisələndirilə bilməz. Qarşılıqlı iddia üzrə iddiaçı isə onun səhhətində olan narahatçılıqlarla qarşılıqlı iddia üzrə cavabdehlərlə mübahisələri arasında səbəbli əlaqənin olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, ilk iddia və qarşılıqlı iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı və X2 Cavabdeh qarşı «pul» tələbinə dair ilk iddiası; Cavabdeh İddiaçı və X4 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ilk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçılara, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı və X2 Cavabdeh qarşı «pul» tələbinə dair ilk iddiası; Cavabdeh İddiaçı və X4 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçılara, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar