Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5685/2021 18.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məmmədov Azər Zabid oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.12.2018-ci il tarixli müqavilə ilə HOFFMANN Soyuducu üçün 64 (altmış dörd) ödənilməmiş hissə, 19 (on doqquz) manat dəbbə pulu; 29.04.2019-cu il tarixli müqavilə ilə İMEİ **********46083 Samsung Galaxy A30 markalı telefon üçün 46 (qırx altı) manat ödənilməmiş hissə,13 (on üç) manat dəbbə pulu; 30.09.2019-cu il tarixli müqaviləsinə əsasən,Samsung LED televizor üçün 1060 (min altmış) ödənilməmiş hissə, 318 (üç yüz on səkkiz) manat dəbbə pulu; 07.11.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********71361 Samsung Galaxy 50 markalı telefon üçün 360 (üç yüz altmış) manat ödənilməmiş hissə, 108 (yüz səkkiz) manat dəbbə pulu; 04.03.2020-ci il İMEİ Kodu **********71361 olan Samsung Galaxy A30s markalı telefon üçün 377 (üç yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 111 (yüz on bir) manat dəbbə pulu, cəmi 2476 ( iki min dörd yüz yetmiş altı manat borc) və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh oğlu ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış 17.12.2018-ci il tarixli müqavilə ilə HOFFMANN Soyuducu üçün ümumilikdə 83 (səksən üç) manat olmaqla ondan, 64 (altmış dörd) manat ödənilməmiş hissə,19 (on doqquz) manat dəbbə pulu; 29.04.2019-cu il tarixli müqavilə ilə İMEİ **********46083 Samsung Galaxy A30 markalı telefon üçün ümumilikdə 59 (əlli doqquz) manat olmaqla ondan,46 (qırx altı) manat ödənilməmiş hissə,13 (on üç) manat dəbbə pulu; 30.09.2019-cu il tarixli müqaviləsinə əsasən,Samsung LED televizor üçün ümumilikdə 1378 (bir min üç yüz yetmiş səkkiz) manat olmaqla ondan,1060 (bir min altmış) ödənilməmiş hissə,318 (üç yüz on səkkiz) manat dəbbə pulu; 30.09.2019-cu il tarixli müqaviləsinə əsasən,Samsung LED televizor üçün 1060 (bir min altmış) ödənilməmiş hissə, 318 (üç yüz on səkkiz) manat dəbbə pulu; 07.11.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********71361 Samsung Galaxy 50 markalı telefon üçün 360 (üç yüz altmış) manat ödənilməmiş hissə,108 (yüz səkkiz) manat dəbbə pulu;04.03.2020-ci il İMEİ Kodu **********71361 olan Samsung Galaxy A30s markalı telefon üçün ümumilikdə,488 (dörd yüz səksən səkkiz) manat olmaqla ondan, 377 (üç yüz yetmiş yeddi) manat ödənilməmiş hissə,111 (bir yüz on bir) manat dəbbə pulu cəmi,2476 (iki min dörd yüz yetmiş altı manat borc).Cavabdehin cəmi ödədiyi məbləğ 3515 (üç min beş yüz on beş) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 17.12.2018-ci il tarixli, № 00421436 saylı müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 1216 (bir min iki yüz on altı) manat təşkil edən «HOFFMAN» markalı Soyuducu üçün, 19 ay müddətinə, hər ay 64 (altmış dörd) manat ödəniş etmək şərti ilə Cavabdeh oğluna satmışdır. 29.04.2019-cu il tarixli, № 00636260 saylı müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 900 doqquz yüz) manat təşkil edən İMEİ Kodu **********46083 olan «Samsung Galaxy A30» markalı telefonu üçün, 15 ay müddətinə, hər ay 45 (qırx beş) manat ödəniş etmək şərti ilə Cavabdeh oğluna satmışdır 30.09.2019-cu il tarixli № 00948044 saylı müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 900( (doquz yüz) manat təşkil edən «Samsung LED» televizor markalı telefon üçün , ilkin ödəniş 77 manat, 18 ay müddətinə, hər ay 106 (yüz altı) manat ödəniş etmək şərti ilə Cavabdeh oğluna satmışdır. 07.11.2019-cu il tarixli № 01032916 saylı müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 900 (doqquz yüz) manat təşkil edən İMEİ Kodu **********71361 olan «Samsung Galaxy A50” markalı telefon üçün, 15 ay müddətinə, hər ay 60 (altmış) manat ödəniş etmək şərti ilə Cavabdeh oğluna satmışdır. 04.03.2020-ci il tarixli № 20144620 saylı müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 646 (altı yüz qırx altı) manat təşkil edən İMEİ Kodu **********71361 olan “Samsung Galaxy A30s” markalı telefon üçün, 12 ay müddətinə, hər ay 53,8 (əlli üç manat,səksən qəpik) manat ödəniş etmək şərti ilə Cavabdeh oğluna satmışdır. 23.02.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMC Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. 01.04.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh oğlunun "xxxx" MMC-yə 17.12.2018-ci il tarixli və 20.06.2019-cu il tarixli müqavilələrə əsasən ümumilikdə 3224 (üç min iki yüz iyirmi dörd) manat borcu vardır. 05.08.2021-ci il tarixli, Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.1969-cu il tarixdə Ermənistan Respublikası, Spitak rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. 13.07.2021-ci il tarixli № ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 17.12.2018-ci il tarixli, alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC 1216 (min iki yüz on altı) manat məbləğində əşyanı Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və müqavilə üzrə 19 ay müddətinə, hər ay 64 (altmış dörd) manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. 29.04.2019-cu il tarixli, əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC 675 (altı yüz yetmiş beş) manat məbləğində əşyanı Cavabdeh oğluna nisyə satmağı, cavabdeh isə həmin əşyaları qəbul etməyi və müqavilə üzrə 15 ay müddətinə, hər ay 45 (qırx beş) manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. 30.09.2019-cu il tarixli, əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC 1985 (min doqquz yüz səksən beş) məbləğində əşyanı Cavabdeh oğluna nisyə satmağı, cavabdeh isə həmin əşyaları qəbul etməyi və müqavilə üzrə 18 ay müddətinə, hər ay 106 (yüz altı) manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. 07.11.2019-cu il tarixli, əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC 900 (doqquz yüz) manat əşyanı Cavabdeh oğluna nisyə satmağı, cavabdeh isə həmin əşyaları qəbul etməyi və müqavilə üzrə 15 ay müddətinə, hər ay 60 (altmış) manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. 04.03.2020-ci il tarixli, əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC 646 (altı yüz qırx altı) manat əşyanı Cavabdeh oğluna nisyə satmağı, cavabdeh isə həmin əşyaları qəbul etməyi və müqavilə üzrə 12 ay müddətinə, hər ay 53,8 (əlli üç manat,səksən qəpik) manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşyalar satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən həmin müqavilələr üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi, yəni iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin: 462.1-ci maddəsinə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin 17.12.2018-ci il, 29.04.2019-cu il, 30.09.2019-cu il, 07.11.2019-cu il, 04.03.2020-ci il tarixli müqavilələr üzrə dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamış və yüksək hesablanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 17.12.2018-ci il tarixli, 00421436 saylı müqavilə üzrə hesablanmış 19 (on doqquz) manat dəbbə pulunun məbləği endirilməli və 6 (altı) manat məbləğində, 29.04.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 13 (on üç) manat dəbbə pulunun məbləği endirilməli və 4 (dörd) manat məbləğində, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 30.09.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 318 (üç yüz on səkkiz) manat dəbbə pulunun məbləği endirilməli və 100 (yüz) manat məbləğində, 07.11.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 108 (yüz səkkiz) manat dəbbə pulunun məbləği endirilməli və 36 manat məbləğində, 04.03.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 111 (bir yüz on bir) manat dəbbə pulunun məbləği endirilməli və 11 (on bir) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddia tələbi qismən təmin edilməli, Cavabdeh oğlundan 17.12.2018ci il tarixli, 00421436 saylı müqavilə üzrə 64 (altmış dörd) manat ödənilməmiş hissə, 6 (altı) manat dəbbə pulu, 29.04.2019-cu il tarixli, 00636260 saylı müqavilə üzrə 46 (qırx altı) manat ödənilməmiş hissə, 4 (dörd) manat dəbbə pulu, 30.09.2019-cu il tarixli, 00948044 saylı müqavilə üzrə 1060 (bir min altmış) manat ödənilməmiş hissə,100 (yüz) manat dəbbə pulu, 07.11.2019-cu il tarixli, 01032916 saylı müqavilə üzrə 360 (üç yüz altmış) manat ödənilməmiş hissə, 36 (otuz altı), 04.03.2020-ci il tarixli, 20144620 saylı müqavilə üzrə 377 (üç yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 11 (on bir) manat dəbbə pulu, ümumilikdə, 2064 (iki min altmış dörd) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 17.12.2018-ci il tarixli, 00421436 saylı müqavilə üzrə 64 (altmış dörd) manat ödənilməmiş hissə, 6 (altı) manat dəbbə pulu, 29.04.2019-cu il tarixli, 00636260 saylı müqavilə üzrə 46 (qırx altı) manat ödənilməmiş hissə, 4 (dörd) manat dəbbə pulu, 30.09.2019-cu il tarixli, 00948044 saylı müqavilə üzrə 1060 (bir min altmış) manat ödənilməmiş hissə,100 (yüz) manat dəbbə pulu, 07.11.2019-cu il tarixli, 01032916 saylı müqavilə üzrə 360 (üç yüz altmış) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat dəbbə pulu, 04.03.2020-ci il tarixli, 20144620 saylı müqavilə üzrə 377 (üç yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 11 (on bir) manat dəbbə pulu, ümumilikdə 2064 (iki min altmış dörd) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMCnin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-5685/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5685/2021
18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver