Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5688/2021 21.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, iddiaçı ”ABC-Telecom” MMC-nin Cavabdeh qarşı “pulun tutulması” barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.01.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********31216 LG H930 markalı telefon üçün 162 manat ödənilməmiş hissə, 16 manat cərimə; 13.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********73068 X1 7 markalı telefon, Sony qulaqlıq, Xiaomi Mi səsucaldıcı üçün 549 manat ödənilməmiş hissə, 54 manat cərimə; 25.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********18656 Xiaomi Mi A3 markalı telefon üçün 514 manat ödənilməmiş hissə, 51 manat cərimə miqdarında borc yaranmışdır. Ümumilikdə, 1346 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh Akimova (Qulamova) Mələkxanım Eyvaz qızından alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 17.01.2019-cu il, 13.08.2019-cu il, 25.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********31216 LG H930 markalı telefon, İMEİ Kodu **********73068 X1 7 markalı telefon, Sony qulaqlıq, Xiaomi Mi səsucaldıcı, İMEİ Kodu **********18656 Xiaomi Mi A3 markalı telefon almış və nəticədə 1346 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 17.01.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti manat (18 ay x 81 manat + 89 manat ilkin ödəniş) İMEİ Kodu **********31216 LG H930 markalı telefon üçün ümumilikdə, 178 manat olmaqla ondan, 162 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16 manat cərimə; 13.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 976 manat (16 ay x 61 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********73068 X1 7 markalı telefon, Sony qulaqlıq, Xiaomi Mi səsucaldıcı üçün ümumilikdə, 603 manat olmaqla ondan, 549 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 54 manat cərimə; 25.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 700.5 manat (15 ay x 46 manat 70 qəpik + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********18656 Xiaomi Mi A3 markalı telefon üçün ümumilikdə, 565 manat olmaqla ondan, 514 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 51 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1998,50 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, tərəflər arasında müqavilə mövcuddur və tələb MPM-nin 284-1-ci maddəsinə uyğundur. Ərizə icraata qəbul edilmiş və Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat icraatında baxılmışdır. Məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh oğlu ilə "xxxx" MMC arasında bağlanmış 17.01.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********31216 LG H930 markalı telefon üçün 162 manat ödənilməmiş hissə, 16 manat cərimə; 13.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********73068 X1 7 markalı telefon, Sony qulaqlıq, Xiaomi Mi səsucaldıcı üçün 549 manat ödənilməmiş hissə, 54 manat cərimə; 25.12.2019cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********18656 Xiaomi Mi A3 markalı telefon üçün 514 manat ödənilməmiş hissə, 51 manat cərimə, ümumilikdə, 1346 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilələr hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 429.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Əgər alıcı alğısatqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Həmin Məcəllənin 600-cı maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqavilələri üzrə sonuncunun müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 17.01.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********31216 LG H930 markalı telefon üçün 162 manat ödənilməmiş hissə, 16 manat cərimə; 13.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********73068 X1 7 markalı telefon, Sony qulaqlıq, Xiaomi Mi səsucaldıcı üçün 549 manat ödənilməmiş hissə, 54 manat cərimə; 25.12.2019cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********18656 Xiaomi Mi A3 markalı telefon üçün 514 manat ödənilməmiş hissə, 51 manat cərimə, ümumilikdə, 1346 (bir min üç yüz qırx altı) manat borc, 30 manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 367.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 366-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. 17.01.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********31216 LG H930 markalı telefon üçün 162 manat ödənilməmiş hissə, 16 manat cərimə; 13.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********73068 X1 7 markalı telefon, Sony qulaqlıq, Xiaomi Mi səsucaldıcı üçün 549 manat ödənilməmiş hissə, 54 manat cərimə; 25.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********18656 Xiaomi Mi A3 markalı telefon üçün 514 manat ödənilməmiş hissə, 51 manat cərimə, ümumilikdə, 1346 (bir min üç yüz qırx altı) manat borc, 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-5688/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5688/2021
21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver