Məhkəmə qərarları › İş №2(006)-5708/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5708/2024

27.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5708/2024 27.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, iddiaçı "xxxx" MMMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:

1. İddiaçı "xxxx" MMMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır.

Əsaslandırıcı hissə:

3. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, ərizəyə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbz Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5562/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçıya geri qaytarılmış dövlət rüsumunun qəbzidir. “https://emehkeme.gov.az/public/searchpaymentdetails” rəsmi internet səhifəsinin “məhkəməyə ödənilmiş dövlət rüsumunun yoxlanılması” bölməsindən görünür ki, ********** nömrəli qəbz e-2(006)- 5562/2024 və 2(006)-5706/2024 nömrəli işlər üzrə istifadə olunmuşdur, həmin rəsmi səhifədən, həmçinin, müəyyən edilir ki, eyni iddiaçının başqa cavabdehə qarşı olan tələbi üzrə 2(006)- 5706/2024 nömrəli iş hazırda məhkəmənin icraatındadır. Beləliklə, müəyyən olunmuşdur ki, nəinki hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmiş, hətta iddiaçı hüquqdan sui-istifadə edərək, qərardadla ona geri qaytarılması müəyyən edilmiş rüsuma dair eyni qəbzi bir neçə iddia ərizəsinə əlavə etməklə, həmin işlərə rüsum ödənilmədən baxılması niyyətində olmuşdur.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 151.1. Ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Maddə 152.1.5. Müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

5. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır.

Nəticə:

6. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151- 152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİM:

İddiaçı "xxxx" MMMC-nin Cavabdeh qarşı “pul” tələbinə tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar