Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5721/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31.05.2021-ci il tarixli, 2(102)-3346/2021 saylı qərarı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-351/2020 nömrəli iş üzrə 27 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-14/18 saylı, 05 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh X3 07.10.2015-ci il tarixli 61B8/13 saylı əlavə kredit müqaviləsi üzrə 44099,2 ABŞ dolları məbləğində əsas borc, 8991,5 ABŞ dolları məbləğində faiz borcu, cəmi 53090,7 ABŞ dolları ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə, 01.12.2015-ci il tarixli 61B8/13-4 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 14478,42 manat, faiz borcu üzrə 352,3 manat, cərimə borcu üzrə 500 manat, cəmi 15330,72 manat, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manatın tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 2 saylı evin, 52 saylı mənzilinə yönəldilməsi və ilkin satış qiymətinin 82000 manat olmaqla açıq hərracdan satılması, həmin yaşayış sahəsinə tutma yönəldildikdə və o satıldıqdan sonra, cavabdehlər X7, Cavabdeh2, X8, X2 və İddiaçı tərəfindən 1 ay ərzində tərk edilmədikdə, həmin yaşayış sahəsindən çıxarılmaları, ipoteka predmetinin satışından əldə olunan vəsaitin hesabına cavabdeh X5 iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi,iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdeh X3 iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manatın alınaraq "xxxx" MMC-nin hesabına, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 50 manatın alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırda İddiaçı mübahisələndirdiyi hallarla bağlı (ipoteka müqaviləsi ilə əlaqədar) yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə aktlarında müəyyən olunmuş hallar mahiyyət etibarı ilə eynilik təşkil edir. Yəni iddiaçının hazırda qaldırdığı iddiada mübahisələndirdiyi məsələlərə (ipoteka müqaviləsinə) artıq hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 261- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-5721/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5721/2021
03.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver