Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5749/2024 06.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçi və maraqlı şəxsin nümayəndəsi və vəkili X1 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizədə qeyd olunmuşdur ki, Ərizəçi həyat yoldaşı Maraqlı şəxs ilə nikahın pozulması ilə bağlı mediasiya sessiasında iştirak etmişdir. 29 oktyabr 2024-cü il tarixdə 9 saylı mediasiya təşkilatında MŞB/9/2024-01375 nömrəli barışıq sazişi imzalamışlar. Həmin barışıq sazişinin 7-ci bəndində əsasən Maraqlı şəxs ərizəçinin mülkiyyətində olan Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev5/7, mənzil 639 saylı mənzili ərizəçiyə verdiyini və öz payından onun lehinə imtina etdiyini bildirmişdir. 8-ci bəndə əsasən hər ikisi bir-birlərinə qarşı hal-hazırda və ya gələcəkdə heç bir tələblərinin olmayacağını öhdəlik kimi götürmüşlər. Bundan sonra o həmin mənzilin satılması üçün alqı-satqı etmək istəyərkən notarius tərəfindən qeyd edilən barışıq sazişinin qüvvəsi olmadığını, yalnız məhkəmə qaydasında təsdiq edildikdən sonra həmin barışıq sazişini qəbul edəcəklərini bildirmişlər. O, hal-hazırda çıxılmaz vəziyyətdə qalmışdır. Çünki evi satmaqla bağlı digər vətəndaşla razılaşmışdır. Amma bu məsələyə görə alqı-satqı edə bilmir. Buna görə də Barışıq Sazişinin təsdiq edilməsi məqsədilə qətnamə qəbul edilməsi zərurəti vardır. Göstərilənlərə əsasən 9 saylı Mediasiya təşkilatının MŞB/9/2024-01375 nömrəli, 29 oktyabr 2024-cü il tarixli barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş, həmçinin bildirmişdir ki, həyat yoldaşı Maraqlı şəxs ilə aralarında bağlanmış nikahın pozulması ilə bağlı mediasiyaya müraciət etmişlər. Bu zaman onunla aralarında xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinin şərtlərinə əsasən Maraqlı şəxs hazırda onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov küçəsi, ev 5/7, mənzil 639 saylı mənzili ona vermiş və öz payından onun lehinə imtina etmişdir. Həmçinin, hazırda həyat yoldaşı ilə aralarında bağlanmış nikah rəsmi olaraq pozulmamışdır. Bunun üçün o, qeyd edilən mənzilin satılması ilə bağlı notariusa müraciət edərkən oradan ona bildirilmişdir ki, ya həmin barışıq sazişinin məhkəmə qaydasında təsdiqi, ya da tərəfin yazılı razılığı olmalıdır. Hazırda maraqlı şəxs ölkədə olmadığına görə elə bir ərizənin verilməsi mümkün olmadığından barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi zərurəti yaranmışdır. Ona görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi və vəkili X2 ərizəni qəbul etdiklərini və heç bir etirazları olmadıqlarını bildirmişdir. 5.Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 6.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi ilə və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmış, barışıq sazişinə əsasən tərəflər müəyyən şərtlər əsasında razılığa gəlmişdir. Hazırda ərizəçi həmin barışıq sazişinin təsdiq edilməsini xahiş edir. b) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, **********85 nömrəli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat dövlət rüsumu ödəyib. 8.Mülki işin materiallarında olan Birinci tərəf Ərizəçi və İkinci tərəf Maraqlı şəxs arasında bağlanan xx.xx.2024-cü il tarixli, MŞB/9/2024-01375 nömrəli Barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır:
1. Tərəflər arasında xx.xx.2008-ci il tarixində bağlanmış nikah müqaviləsi bağlanıb və həmin nikahdan onların iki övladı - xx.xx.2004-cü il təvəllüdlü X7 və xx.xx.2007-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Lakin tərəflər arasında münasibətlər ciddi şəkildə pozulmuşdur və onlar nikaha davam etdirilməsinin şərtlərini müzakirə etmək üçün Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət etmişlər.
2. Tərəflər razılaşır ki, nikah münasibətlərini davam etdirməsinlər. Lakin tərəflərin yetkinlik yaşına çatmayan övladları olduğuna görə onlar arasında nikaha xitam verilmə səlahiyyəti məhkəmənin müstəsna səlahiyyətində olduğundan tərəflər o barədə danışıqları davam etdirməyib danışığa xitam verirlər; bu məqsədlə tərəflərdən hər hansı birisi müvafiq rayon məhkəməsinə müraciət edəcəkdir. Belə halda digər tərəf nikaha xitam verilməklə bağlı iddia tələbini qəbul edir.
3. Tərəflər arasında birgə nikahdan olan hər iki övlad analarının yanında saxlanacaqdır.
4. İkinci tərəf (uşaqların atası) övladları ilə sərbəst görüş hüququna sahibdir. Bu görüş həm də video və audio danışıqlar vasitəsi ilə həyata keçirilir. İkinci tərəf həmin müddət ərzində uşağın qidalanmasını, yuxu rejimini, sağlam şəraitdə qalmasını, soyuqdan və xəstəliklərdən mühafizə etməsini təmin etməlidir.
5. İkinci tərəf uşaqların saxlanılması üçün hər bir uşaq üçün 500 manat olmaq üzrə aylıq aliment ödəyəcəkdir.
6. Aliment hər təqvim ayının ən gec yarısına qədər. Birinci tərəfin bildirəcəyi bank hesabına nağdsız qaydada ödəyəcəkdir.
7. Birinci tərəfin adına olan 3 otaqdan ibarət ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətində qalacaq, ikinci tərəf bu mənzildə olan payından Birinci tərəfin lehinə imtina edir. 8.Tərəflər birbirinə qarşı hazırda və gələcəkdə hər hansı əmlak tələbi, əmlak hüquqları, o cümlədən istifadə hüququ, birgə əmlakda pay hüququ, kredit öhdəliklərinə görə borcun ödənilməsi tələbi kimi hər hansı tələb irəli sürməyəcəkdir və bu Sazişin imzalandığı tarixə qədər yaranmış hərhansı münasibətə görə İkinci tərəf bu qəbildən iddialardan azad edilir
9. Şəraitin dəyişməsi nəticəsində tərəflər bu məbləği bir daha müzakirə etmək istəsələr bunun üçün təkrar mediasiyaya müraciət edəcəklər. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 9.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 10.Həmin Məcəllənin 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 11.Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 12.Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 13.Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında barışıq sazişi bağlanmışdır. Lakin, barışıq sazişi məhkəmə qaydasında təsdiq olunmadığı üçün və maraqlı şəxs ölkə xaricində olduğu üçün ərizəçi qeyd edilən evi sata, yəni alqısatqısını həyata keçirə bilməmişdir. Bu səbəbdən də barışıq sazişinin məhkəmə qaydasında təsdiq olunmasına zərurət yaranmışdır. 14.Bundan başqa, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. 15.Məhkəmə qeyd edir ki, 29 oktyabr 2024-cü il tarixli barışıq sazişinin 8-ci bəndinin təsdiqi yolverilməzdir. Belə ki, Sazişin həmin bəndi məhkəməyə müraciət etməyin qarşısının alınması və qanunun tələblərinin hüquqi nəticələri ilə bağlı olduğundan barışıq sazişi bu hissədə təsdiq edilə bilməz. Əlavə olaraq qeyd edilməlidir ki, sazişin təsdiq edilməyən hissəsinin təsdiq edilən hissədən ayrılması mümkündür. 16.Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş qanunazidd olmayan hissədə məhkəmə tərəfindən təsdiq edilməlidir. 17.Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinin tələblərinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. 18.Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizəsi qismən təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “1. Tərəflər arasında xx.xx.2008-ci il tarixində bağlanmış nikah müqaviləsi bağlanıb və həmin nikahdan onların iki övladı - xx.xx.2004-cü il təvəllüdlü X7 və xx.xx.2007-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Lakin tərəflər arasında münasibətlər ciddi şəkildə pozulmuşdur və onlar nikaha davam etdirilməsinin şərtlərini müzakirə etmək üçün Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət etmişlər.
2. Tərəflər razılaşır ki, nikah münasibətlərini davam etdirməsinlər. Lakin tərəflərin yetkinlik yaşına çatmayan övladları olduğuna görə onlar arasında nikaha xitam verilmə səlahiyyəti məhkəmənin müstəsna səlahiyyətində olduğundan tərəflər o barədə danışıqları davam etdirməyib danışığa xitam verirlər; bu məqsədlə tərəflərdən hər hansı birisi müvafiq rayon məhkəməsinə müraciət edəcəkdir. Belə halda digər tərəf nikaha xitam verilməklə bağlı iddia tələbini qəbul edir.
3. Tərəflər arasında birgə nikahdan olan hər iki övlad analarının yanında saxlanacaqdır.
4. İkinci tərəf (uşaqların atası) övladları ilə sərbəst görüş hüququna sahibdir. Bu görüş həm də video və audio danışıqlar vasitəsi ilə həyata keçirilir. İkinci tərəf həmin müddət ərzində uşağın qidalanmasını, yuxu rejimini, sağlam şəraitdə qalmasını, soyuqdan və xəstəliklərdən mühafizə etməsini təmin etməlidir.
5. İkinci tərəf uşaqların saxlanılması üçün hər bir uşaq üçün 500 manat olmaq üzrə aylıq aliment ödəyəcəkdir.
6. Aliment hər təqvim ayının ən gec yarısına qədər. Birinci tərəfin bildirəcəyi bank hesabına nağdsız qaydada ödəyəcəkdir.
7. Birinci tərəfin adına olan 3 otaqdan ibarət ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətində qalacaq, ikinci tərəf bu mənzildə olan payından Birinci tərəfin lehinə imtina edir.
8. Şəraitin dəyişməsi nəticəsində tərəflər bu məbləği bir daha müzakirə etmək istəsələr bunun üçün təkrar mediasiyaya müraciət edəcəklər.” hissəsində təsdiq edilməli, ərizə qalan hissədə rədd edilməlidir. 19.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizəsi qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/9/2024- 01375 nömrəli aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: “1. Tərəflər arasında xx.xx.2008-ci il tarixində bağlanmış nikah müqaviləsi bağlanıb və həmin nikahdan onların iki övladı - xx.xx.2004-cü il təvəllüdlü X7 və xx.xx.2007-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Lakin tərəflər arasında münasibətlər ciddi şəkildə pozulmuşdur və onlar nikaha davam etdirilməsinin şərtlərini müzakirə etmək üçün Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət etmişlər.
2. Tərəflər razılaşır ki, nikah münasibətlərini davam etdirməsinlər. Lakin tərəflərin yetkinlik yaşına çatmayan övladları olduğuna görə onlar arasında nikaha xitam verilmə səlahiyyəti məhkəmənin müstəsna səlahiyyətində olduğundan tərəflər o barədə danışıqları davam etdirməyib danışığa xitam verirlər; bu məqsədlə tərəflərdən hər hansı birisi müvafiq rayon məhkəməsinə müraciət edəcəkdir. Belə halda digər tərəf nikaha xitam verilməklə bağlı iddia tələbini qəbul edir.
3. Tərəflər arasında birgə nikahdan olan hər iki övlad analarının yanında saxlanacaqdır.
4. İkinci tərəf (uşaqların atası) övladları ilə sərbəst görüş hüququna sahibdir. Bu görüş həm də video və audio danışıqlar vasitəsi ilə həyata keçirilir. İkinci tərəf həmin müddət ərzində uşağın qidalanmasını, yuxu rejimini, sağlam şəraitdə qalmasını, soyuqdan və xəstəliklərdən mühafizə etməsini təmin etməlidir.
5. İkinci tərəf uşaqların saxlanılması üçün hər bir uşaq üçün 500 manat olmaq üzrə aylıq aliment ödəyəcəkdir.
6. Aliment hər təqvim ayının ən gec yarısına qədər. Birinci tərəfin bildirəcəyi bank hesabına nağdsız qaydada ödəyəcəkdir.
7. Birinci tərəfin adına olan 3 otaqdan ibarət ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətində qalacaq, ikinci tərəf bu mənzildə olan payından Birinci tərəfin lehinə imtina edir.
8. Şəraitin dəyişməsi nəticəsində tərəflər bu məbləği bir daha müzakirə etmək istəsələr bunun üçün təkrar mediasiyaya müraciət edəcəklər.” hissəsində təsdiq edilsin. Ərizə qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.