Məhkəmə qərarları › İş №2(006)-5762/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5762/2021

15.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5762/2021 15.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X7 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh4nə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın ipotekadan azad edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh4nə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın ipotekadan azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC ilə mülkiyyətçi X2 və X10 arasında İmişli şəhəri Q.Qarayev küçəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərindəki iki mərtəbəli, altı otaqlı, 147,6 m2 yaşayış və 148,0 m2 köməkçi sahəsi olan 05 nömrəli fərdi yaşayış evinə dair İmişli rayon Birinci Dövlət Notariat Kontorunda bağlanmış 21 avqust 2007-ci il tarixli 64 saylı alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ondan irəli gələn hüquqi nəticələrin və çıxarışların ləğv edilməsi, habelə həmin əmlakın ipoteka ilə yüklülükdən azad edilərək, Cavabdeh1 ASC qarşısında olan yüklülüyün ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh X6 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ioteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 84 nömrəli kredit müqaviləsi üzrə 44.269 manat 47 qəpik əsas borc, 3.903 manat 22 qəpik faiz olmaqla, cəmi 48.172 manat 69 qəpik borcun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş, X8 məxsus olan İmişli şəhəri Q.Qarayev küçəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərindəki iki mərtəbəli, altı otaqlı, 147,6 m2 yaşayış və 148,0 m2 köməkçi sahəsi olan 05 nömrəli fərdi yaşayış evinə yönəldilərək mənzilin açıq hərracdan satılmasından əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli rayon Məhkəməsinin 28.10.2019-cu il tarixli 2(036)2200/2019 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, cavabdeh X3 44.269,41 manat əsas borcun, 3.903,22 manat faizin, cəmi 48.172,69 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutularaq iddiaçı LPO Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş, X5 mülkiyyətində olan İmişli şəhəri Q.Qarayev küçəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərindəki iki mərtəbəli, altı otaqlı, 147,6 m2 yaşayış və 148,0 m2 köməkçi sahəsi olan 05 nömrəli fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılaraq şatışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin hərracdan ilkin satış qiymətinin 56.000 manat müəyyən edilməsi qət edilmişdir. Hesab edirlər ki, adıçəkilən ev bank qarşısında yüklü edilərkən hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, İmişli rayonu Birinci Dövlət Notariat Kontorunda Cavabdeh1 ASC ilə mülkiyyətçi X2 və X10 arasında qeyd olunan evə dair 21 avqust 2007-ci il tarixli 64 saylı alğı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. İmişli rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11.03.2021-ci il tarixli 1661 və 1662 nömrəli arayışlardan görünür ki, onlar müqavilə bağlandığı zaman həmin evdə qeydiyyatda olmaqla, orada yaşayırdılar və hal-hazırda da mübahisəli evdə qeydiyyatdadırlar. Lakin, ipoteka müqaviləsi bağlandığı zaman saxta sənəddən - mübahisəli evdə yalnız bir nəfər ailə üzvünün, X4 yaşadığının göstərildiyi İmişli rayon İHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 2007-ci ilin iyul ayında verilmiş 8096 №-li arayışdan istifadə edilmişdir. Qeyd olunan ipoteka müqaviləsi bağlanarkən, bu barədə onların məlumatları, habelə razılıqları olmamışdır. Yalnız adıçəkilən məhkəmə mübahisəsindən sonradan məlumatları olduqda, birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət versələr də, məhkəmə bu şikayətlərini mümkünsüz hesab etmişdir. Beləliklə, hesab edirlər ki, Cavabdeh1 ASC ilə X10 arasında 84 №-li kredit müqaviləsinin təminatı kimi bağlanmış 64 №-li, 21 avqust 2007-ci il tarixli ipoteka müqaviləsi onlar həmin evdə pasport qeydiyyatında olmalarına baxmayaraq onların məlumatları olmadan bağlanmış, bu barədə onların razılıqları alınmamışdır. Bu səbəbdən, Cavabdeh1 ASC ilə X10 arasında bağlanmış 21 avqust 2007-ci il tarixli 64 saylı ipoteka müqaviləsi etibarsız hesab edilməli, həmin müqavilə ləğv edilərək İmişli şəhəri Q.Qarayev küçəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərindəki iki mərtəbəli, altı otaqlı, 147,6 m2 yaşayış və 148,0 m2 köməkçi sahəsi olan 05 nömrəli fərdi yaşayış evinin bank qarşısında olan ipoeka yüklülüyü ləğv edilməlidir. İddiaçıların nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X13 məhkəmə iclasında iddianı qəbul etmədi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh4nə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh4 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsinin və cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İmişli rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli 2(036)-2200/2019 saylı qətnaməsi ilə iddiaçı LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh X6 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X3 44.269,41 manat əsas borcun, 3.903,22 manat faizin, cəmi 48.172,69 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutularaq iddiaçı LPO Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş, X5 mülkiyyətində olan İmişli şəhəri Q.Qarayev küçəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərindəki iki mərtəbəli, altı otaqlı, 147,6 m2 yaşayış və 148,0 m2 köməkçi sahəsi olan 05 nömrəli fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılaraq şatışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin hərracdan ilkin satış qiymətinin 56.000 manat müəyyən edilməsi qət edilmişdir. X1 rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli 2(036)-2200/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2021-ci il tarixli 2(106)- 1395/2021 saylı qətnaməsi ilə X5 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə İmişli rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli 2(036)-2200/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçılar tərəfindən iddia tələbinin əsası kimi istinad etdikləri hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, ipoteka qoyanla ipoteka saxlayan arasında müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə ciddi riayət olunmuş, ipoteka predmeti olan daşınmaz əmlakda qeydiyyatda olan şəxs (X9) əmlakın ipoteka qoyulmasına, satılmasına, girov qoyulmasına etiraz etməmişdir. Məhkəmə qeyd edir ki, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin əmlakın ipotekadan azad edilməsi üçün hazırkı iş üzrə heç bir qanuni əsas müəyyən edilmədi. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında qeyd olunan ipoteka müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Bu səbəbdən, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün qanuni əsaslar yoxdur, iddia təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər LPO Cavabdeh1 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh4nə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın ipotekadan azad edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh4nə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın ipotekadan azad edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar