Məhkəmə qərarları › İş №2(006)-5783/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5783/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5783/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı ”ABC-Telecom” MMC-nin Cavabdeh qarşı “pulun tutulması” barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ”ABC-Telecom” MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, cavabdeh "xxxx" MMC ilə 22.12.2019-cu il, 25.12.2019-cu il, 03.01.2020-ci və 28.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********46301 və **********78644 olan 2 ədəd Samsung J2 Core markalı telefon, İMEİ Kodu **********46738 olan Xiaomi Redmi 8A markalı telefon, Soft – Yumsaq - 3 yerli mebel əşyası, Tekstil Divan üzü 3-lü almış və nəticədə 851 (səkkiz yüz əlli bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 22.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 256.8 (ikiyüz əlli altı manat, səksən qəpik) manat (12 ay x 21 manat 40 qəpik + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********46301 Samsung J2 Core markalı telefon üçün ümumilikdə, 90 (doxsan) manat olmaqla ondan, 81.8 (səksən bir manat, səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8.2 (səkkiz manat, iyirmi qəpik) manat cərimə; 25.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 256.8 iki yüz əlli altı manat, səksən qəpik) manat (12 ay x 21 manat 40 qəpik + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********78644 Samsung J2 Core markalı telefon üçün ümumilikdə, 114 (yüz on dörd) manat olmaqla ondan, 103.8 (yüz üç manat, səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10.2 (on manat, iyirmi qəpik) manat cərimə; 03.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 380.4 (üç yüz səksən manat, qırx qəpik) manat (12 ay x 31 manat 70 qəpik+ 0 manat ilkin ödəniş) İMEİ Kodu **********46738 olan Xiaomi Redmi 8A markalı telefon üçün ümumilikdə, 137 (yiiz otuz yeddi) manat olmaqla ondan, 124.4 (yüz iyirmi dörd manat, qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12.6 (on iki manat, altmış qəpik) manat cərimə; 28.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 548 (beş yüz qırx səkkiz) manat (20 ay x 27 manat 40 qəpik + 0 manat ilkin ödəniş) Soft - Yumsaq - 3 yerli mebel əşyası, Tekstil Divan üzü 3-lü üçün ümumilikdə, 510 (beş yüz on) manat olmaqla ondan, 464 (dörd yüz altmış dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 46 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 668 manat təşkil edir. Məhkəmə iddia tələbinin qiyməti iki min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 22.12.2019-cu il tarixli müqaviləsindən görünür ki, alqı-satqı qiyməti 256.8 (iki yüz əlli altı manat, səksən qəpik) manat (12 ay x 21 manat 40 qəpik + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********46301 Samsung J2 Core markalı telefon üçün ümumilikdə, 90 (doxsan) manat olmaqla ondan, 81.8 (səksən bir manat, səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8.2 (səkkiz manat, iyirmi qəpik) manat cərimə borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 25.12.2019-cu il tarixli müqaviləsindən görünür ki, alqı-satqı qiyməti 256.8 iki yüz əlli altı manat, səksən qəpik) manat (12 ay x 21 manat 40 qəpik + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********78644 Samsung J2 Core markalı telefon üçün ümumilikdə, 114 (yüz on dörd) manat olmaqla ondan, 103.8 (yüz üç manat, səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10.2 (on manat, iyirmi qəpik) manat cərimə borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 03.01.2020-ci il tarixli müqaviləsindən görünür ki, alqı-satqı qiyməti 380.4 (üç yüz səksən manat, qırx qəpik) manat (12 ay x 31 manat 70 qəpik+ 0 manat ilkin ödəniş) İMEİ Kodu **********46738 olan Xiaomi Redmi 8A markalı telefon üçün ümumilikdə, 137 (yiiz otuz yeddi) manat olmaqla ondan, 124.4 (yüz iyirmi dörd manat, qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12.6 (on iki manat, altmış qəpik) manat cərimə borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 28.02.2020-ci il tarixli müqaviləsindən görünür ki, alqı-satqı qiyməti 548 (beş yüz qırx səkkiz) manat (20 ay x 27 manat 40 qəpik + 0 manat ilkin ödəniş) Soft - Yumsaq - 3 yerli mebel əşyası, Tekstil Divan üzü 3-lü üçün ümumilikdə, 510 (beş yüz on) manat olmaqla ondan, 464 (dörd yüz altmış dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 46 manat cərimə miqdarında borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə belə bir nəticəyə gəlir ki, Cavabdeh kredit müqaviləsi üzrə borcun müqavilə ilə müəyyənləşdirilmiş müddətdə ödənilməsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən icranı gecikdirmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, 22.12.2019-cu il tarixli müqaviləyə əsasən, iMEi Kodu **********46301 Samsung J2 Core markalı telefon üçün 87. manat ödanilməmiş hissə, 8.2 manat cərimə; 25.12.2019-cu il tarixli miiqavilasinə əsasən, iMEi Kodu **********78644 Samsung J2 Core markall telefon üçün 103.8 manat ödənilməmiş hissə, 10.2 manat cərimə; 03.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEi Kodu **********46738 olan Xiaomi Redmi 8A markalı telefon üçün 124.4 manat ödanilməmiş hissə, 12.6 manat cərimə; 28.02.2020-ci il tarixli müqavilasinə asasan, Soft - Yumsaq - 3 yerli mebel əşyası, Tekstil Divan üzü 3-lü üçün 464 manat hissə, 46 manat cərimə miqdarında borc, ümumilikdə, 851 manat borc. 30 manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun məbləği 30 manat təşkil edir. Ona görə məhkəmə hesab edir ki, ödənilməyən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. 22.12.2019-cu il tarixli müqaviləyə əsasən, iMEi Kodu **********46301 Samsung J2 Core markalı telefon üçün 87. manat ödanilməmiş hissə, 8.2 manat cərimə; 25.12.2019-cu il tarixli miiqavilasinə əsasən, iMEi Kodu **********78644 Samsung J2 Core markall telefon üçün 103.8 manat ödənilməmiş hissə, 10.2 manat cərimə; 03.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEi Kodu **********46738 olan Xiaomi Redmi 8A markalı telefon üçün 124.4 manat ödanilməmiş hissə, 12.6 manat cərimə; 28.02.2020-ci il tarixli müqavilasinə asasan, Soft - Yumsaq - 3 yerli mebel əşyası, Tekstil Divan üzü 3-lü üçün 464 manat hissə, 46 manat cərimə miqdarında borc, ümumilikdə, 851 manat borc. 30 manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar