Məhkəmə qərarları › İş №2(006)-5784/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5784/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5784/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, cavabdeh, İddiaçı MMC ilə 27.10.2019-cu il və 28.11.2019-cu il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********28173 olan Xiaomi Redmi 8 markalı telefon, aksesuar, İMEİ Kodu **********45583 olan X1 8 markalı telefon almış və nəticədə 145 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 27.10.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 444 manat (12 ay x 36 manat + 12 manat ilkin ödəniş) İMEİ Kodu **********28173 olan Xiaomi Redmi 8 markalı telefon, ümumilikdə, 44 manat olmaqla, ondan 40 manat ödənilməmiş hissə, güzəşt olunaraq 4 manat cərimə; 28.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 614 manat (12 ay x 31 manat + 242 ilkin ödəniş) İMEİ Kodu **********45583 olan X1 8 markalı telefon üçün ümumilikdə, 101 manat olmaqla ondan 92 manat ödənilməmiş hissə, güzəşt olunaraq 9 manat cərimə borcu hesablanmışdr. Cavabdehin cəmi ödədiyi məbləğ 926 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, 27.10.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********28173 olan Xiaomi Redmi 8 markalı telefon üçün 40 manat ödənilməmiş hissə, 4 manat cərimə, 28.11.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********45583 olan X1 8 markalı telefon üçün 92 manat ödənilməmiş hissə, 9 manat cərimə, ümumilikdə 145 manat borc, 20 manat ödənilmiş dövlət rüsumu olmaqla Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti iki min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada məlumat göndərilsədə, qapı bağlı olduğundan məktub məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 27.10.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 444 manat olan Xiaomi Redmi 8 markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə 12 manat ilkin ödəniş olmaqla hər ay 36 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdehoğlu arasında bağlanmış 28.11.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 614 manat olan X1 8 markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə 242 manat ilkin ödəniş olmaqla hər ay 31 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 04.05.2021-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdehoğlunun İddiaçı MMC-yə 27.10.2019-cu il tarixli müqavilə üzrə 40 manat ödənilməmiş hissə, 4 manat cərimə, cəmi 44 manat borcu vardır. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 23.07.2021-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə 28.11.2019-cu il tarixli müqavilə üzrə 92 manat ödənilməmiş hissə, 9 manat cərimə, cəmi 101 manat borcu vardır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 28.04.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı MMC ilə 27.10.2019-cu il tarixli müqaviləyə əsasən Xiaomi Redmi 8 markalı telefon, aksesuar və 28.11.2019-cu il tarixli müqaviləyə əsasən Xiaomı redmi note 8 markalı telefon almışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtləri pozulmuş və nəticədə ümumilikdə 145 (bir yüz qırx beş manat) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 20 (iyirmi) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 27.10.2019-cu il tarixli müqaviləyə əsasən 40 (qırx) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, 28.11.2019-cu il tarixli müqaviləyə əsasən 92 (döxsan iki) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə, ümumilikdə 145 (bir yüz qırx beş) manat borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 27.10.2019-cu il tarixli müqaviləyə əsasən 40 (qırx) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, 28.11.2019-cu il tarixli müqaviləyə əsasən 92 (döxsan iki) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə, ümumilikdə 145 (bir yüz qırx beş) manat borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar