Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-579/2023 11.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən əsassız olaraq hesablanmış 670.15 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evimdə "xxxx" ASC-nin nümayəndələri tərəfindən yoxlanış aparılan zaman işıq sayğacın qoşulma sxemində səhvlik olduğu üçün, sayğacın plombu ləğv olunaraq qoşulma sxemi EEİQ-na uyğun dəyişdirilmişdir və 259815 saylı protokola əsasən yeni plomb vurulmuşdur. Yeni formada elektrik naqillərin qoşulması səbəbini soruşanda, ona bildirdilər ki, öncədən "xxxx" ASC-nin nümayəndələri tərəfindən yeni sayğac quraşdırıldığı zaman EElQ-nin tələbləri yerinə yetirilməyib və elektrik sayğacın şəbəkəyə qoşulma sxemi səhv aparılmışdır. "xxxx" ASC-nin nümayəndələri tərəfindən sayğacın qoşulma sxemi dəyişdirildikdən sonra xx.xx.2022 tarixdə sayğacın balansını yoxlayanda (670.15 manat) məbləğində borc yazılmasını aşkar etdi. “Azərişıq" ASC ərazi üzrə idarəyə məsələ ilə bağlı müraciət etdikdə ona 670.15 manat məbləğində cərimə ödəməli olmağı bildirilmişdir. İndiyə qədər istifadə edilmiş işığa görə yaranmış borcla hər hansı mübahisə yaşanmamışdır. Çünki o, istehlakçı olaraq öz üzərinə düşən öhdəliyini yerinə yetirmişdir və istifadə etdiyi işığa görə dövlətə olan borcu ödəmişdir. Əlavə olaraq, fərdi yaşayış evində işıq sayğacı evin çöl hissəsində yerləşir və həmin işıq sayğacına baxış ancaq ayda bir dəfə işıq borcun bildirişi götürüləndə baxılıb. “Azerişıq" ASC-nin xx.xx.2022-ci il tarixli aktı ilə ona işıq sərfiyyatına görə 670.15 manatın artıq yazılması qeyd olunmuşdur. Belə ki, həmin akta əsasən, ona məxsus fərdi yaşayış evində elektrik sayğacı kənar mənbədən götürülmüş “0” xətti vasitəsi ilə dövrədən kənarlaşdınlması ilə əsaslandırılıb. Sayğaca və sayğacın qoşulma sxeminə onun tərəfindən heç bir müdaxilə və zədələnmə olmamışdır. "xxxx" ASC-nin qərarına əsasən onun ünvanı üzrə tərtib olunan akt üzrə işıq sərfiyyatına görə 670.15 manat borc hesablanmışdır. Nazirlər Kabinetinin İşıqdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Elektrik enerjisindən istifadə qaydalarına uyğun olaraq Dövlət elektroenergetika müəssisəsinin, yaxud enerji təchizatı müəssisəsinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı müvafiq olaraq pozuntuya yol vermiş tərəfin vəsaiti hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, müstəqil enerji istehsalçısı tərəfindən müvafiq olaraq dövlət elektroenergetika müəssisəsinin, yaxud enerjitəchizatı müəssisəsinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. Dövlət elektroenergetika müəssisəsinin və ya enerjitəchizatı müəssisəsinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə müstəqil enerji istehsalçısı pozuntuya yol vermiş tərəfdən istismara yararlı yeni elektrik sayğacı tələb etmək hüququna malikdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş 029927 NDM nömrəli Aktın surətindən görünür ki, elektrik aparatının sayğaca qoşulma sxemi səhvdir. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş 259815 saylı protokolun surətindən görünür ki, 029927 NDM nömrəli Akta əsasən **********26920 saylı abonə kodlu istifadəçinin sayğacın möhürüaçılmış, sxem düzəldi və yenidən möhürləndi. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı, RX seriyalı çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Abunə haqqında çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixə 670,15 manat məbləğində borc yazılmışdır. "xxxx" ASC Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər qərar hissəsindən görünür ki, baxış keçirilən zaman fərdi yaşayış evinə məxsus elektik sayğacı kənar mənbədən götürülmüş “0” xətti vasitəsilə dövrədən kənarlaşdırılması səbəbindən 670,15 manat məbləğində borc yazılmışdır. Məhkəmə qeyd edir ki, «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istina olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Həmin Qaydaların 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd edilən Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. "xxxx" ASC Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər qərar hissəsindən görünür ki, baxış keçirilən zaman fərdi yaşayış evinə məxsus elektik sayğacı kənar mənbədən götürülmüş “0” xətti vasitəsilə dövrədən kənarlaşdırılması səbəbindən 670,15 manat məbləğində borc yazılmışdır. Nəzərə alınmalıdır ki, abunəçi mülkiyyətçinin anasıdır. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı (mülkiyyətçi) İddiaçı məxsus ünvana cavabdehin əməkdaşları tərəfindən xx.xx.2022-ci ildə elektrik sayğacının şəbəkəyə qoşulma sxeminin səhv olması ilə əlaqədar olaraq NDM 029927 saylı akt tərtib olunmuş və akta əsasən 670,10 manat əlavə ödəniş hesablanmışdır. İşin faktiki hallarından göründüyü kimi, akt tərtib olunarkən qanunvericiliyin tələbləri pozulmuş, məişət abonenti və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Eyni zamanda sayğaca hər hansı müdaxilə faktı müəyyən edilməmiş və sayğacın mənzildən kənarda yerləşməsi nəzər alınmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli NDM-029927 saylı akt üzrə **********26920 saylı abonent koduna hesablanmış 670 manat 15 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli NDM-029927 saylı akt üzrə **********26920 saylı abunə koduna hesablanmış 670 manat 15 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli NDM-029927 saylı akt üzrə **********26920 saylı abunə koduna hesablanmış 670 manat 15 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-579/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-579/2023
11.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver