Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5824/2020 20.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızı Ərizəçi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, Ərizəçi ərizəsində onun 1992-ci ilin fevral ayından xx.xx.1992-ci il tarixədək dövlətin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsinin hüquqi faktı kimi tanınmasını xahiş etmişdir. Lakin şəxsin hərbi xidmətdə olması, onun bu və ya digər hadisələrdə iştirakını təsdiq etmək qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmənin deyil, müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətinə aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 14-cü bəndində deyilir: "Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan döyüş əməliyyatlarında iştirak etmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir." Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bundan əlavə ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və ya Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq idarəsinə müraciət edə bilər və onun müraciəti müsbət həll olunmadığı təqdirdə inzibati orqanın hərəkət və hərəkətsizliyindən müvafiq İnzibati Məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara inzibati məhkəmə icraatı qaydasında ərazi üzrə İnzibati Məhkəmələr baxır. Həmin Məcəllənin 153.4-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-ci maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153.2, 153.2.1, 268- 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Ərizəçi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-5824/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5824/2020
20.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver