Məhkəmə qərarları › İş №2(006)-5834/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5834/2021

08.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5834/2021 08.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 24 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 24 sentyabr 2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış və tərəflər olaraq cavabdeh borc verən, o isə borc alan kimi aralarında olan müqavilə rəsmiləşdirilmişdir. Kredit müqaviləsinin predmetini 8.000 manat pul vəsaiti təşkil edir. Əslində, onun Cavabdeh heç bir borcu yoxdur. Cavabdeh 8.000 manat pul vəsaitini alan şəxs X1r. İddiaçının sübut növü olaraq məhkəməyə təqdim etdiyi kredit müqaviləsi üzrə ona heç bir məbləğ verilməmişdir. Kredit müqaviləsi formal xarakter daşımışdır. Kredit müqaviləsi üzrə o, tərəf olsa da, həmin müqavilənin bağlanması onun iradəsini ifadə etmir. X3 Cavabdeh 8.000 manat pul vəsaiti alması ilə bağlı hazırda Bakı Ağır Cinayət Məhkəməsində 1(101)-468/2021 cinayət işinə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılır və hökm çıxarılmaq üzrədir. Həmin cinayət işi üzrə o da təqsirləndirilən şəxs qismində cəlb edilsə də, özünü heç bir halda təqsirli bilmir. Hesab edir ki, bəraətini əldə edəcək. Çünki, o, Xanımcan Əzizovanın ifşa edən şəxs olmuşdur. Hərgah, onun Xanımcan Əzizova ilə əlbiriiyi olmuş olsa idi, yəqin ki, o, sonuncunu ifşa etməz və aidiyyəti üzrə şikayətlər etməzdi. İddiaçı ilə onun arasında bağlanmış kredit müqaviləsinin etibarsızlığı ilə bağlı hazırda müstəqil qaydada iddia tələbi irəli sürür. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh yaxın qohumu X5 vəkildir və Cavabdeh çirkin əməllərinin ört-basdır edilməsində hər zaman sonuncuya hüquqi yardım göstərir. Onu da qeyd edir ki, Cavabdeh öz həyat yoldaşı X8 qəsəbəsindəki tam orta məktəbə rüşvətlə ingilis dili müəlliməsi kimi işə qəbul etdirmək üçün 8.000 manat pulu onunla formal olaraq bağladığı «Kredit müqaviləsi» əsasında hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində barələrində 6 il müddətinə həbs qəti imkan tədbiri seçilmiş X6 və X2 vermişdir. Lakin sonradan Xanımcan Əzizova ilə öz aralarında baş tutan dialoqlardan sonra Cavabdeh öz hüquqşünas qohumu ilə onun müdafiəçi tutmağa imkanı olmadığını və hüquqi savadının olmamasını fürsət bilərək, onun bu günkü gün çarəsiz duruma salmışlar. Bu səbəbdən, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, həqiqətən də, iddia ərizəsində qeyd olunduğu kimi iddiaçı və onun arasında 24 iyun 2019cu il tarixində kredit müqaviləsi imzalanmış və həmin kredit müqaviləsinə əsasən o, İddiaçı 8.000 manat məbləğində krediti faizsiz olaraq vermiş və borclu da öz növbəsində həmin məbləği 24 sentyabr 2019-cu il tarixinə qədər geri qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 8-ci maddəsində borc alanın borcu qaytarmadığı təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacağı qeyd edilmişdir. Bunun nəticəsidir ki, onun tərəfindən mülki qaydada pul tələbinə dair 30 oktyabr 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsində borc alan İddiaçı qarşı iddia irəli sürülmüş və Abşeron Rayon Məhkəməsi tərəfindən 29 mart 2021-cı il tarixli 2(012)-896/2021 saylı qətnamə ilə iddia təmin olunmuşdur. Borc alan qətnamə ilə razılaşmayaraq, apellyasiya qaydasında şikayət versə də, Sumqayıt Apellyasmiya Məhkəməsi Mülki Kollegiyası tərəfindən qətnamə dəyişiklik edilmədən saxlanılmışdır (iş nömrəsi 2(105)-2174/2021). İddiaçı qeyd olunan borcu ödəməkdən yayınmaq məqsədi ilə kredit müqaviləsinin etibarsızlığı məsələsini ayrılıqda mübahisələndirməklə öhdəliyin icrasını gecikdirməyə çalışır. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsində analoji müddətin əhəmiyyətsiz əqdlərə münasibətdə tətbiqi də nəzərdə tutulur və qeyd olunur ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən olunan müddət əqdi mübahısələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı müddəti özündə ehtiva edir və iradə ifadəsi zədələnmiş şəxs məhz həmin maddədə göstərilən müddət ərzində müvafiq əqdi mübahisələndirmək hüququna malikdir. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 12 mart 2020-ci il tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən hallan bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Məhkəmənin nəzərinə çatdırır ki, kredit müqaviləsi 24 iyun 2019-cu il tanxdə imzalanmış və bu tanxdən sonra müvafiq qaydada 30.10.2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsində sözügedən kredit müqaviləsi uzrə pul tələbi təmin olunmuş və daha sonra Sumqayıt Apellyasiya Məhkəməsində baxılan işdə də Abşeron Rayon Məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İddiaçının kredit müqaviləsinin imzalandığı tarixdən iki ildən artıq bir müddət sonra həmin müqavilənin etibarsızlığını mübahisələndirməsi istər Azərbaycan Respublikası Mülki Məcəlləsi, istərsə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarları ilə müəyyən olunmuş əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddətin ötməsi halıdır və buna görə də, iddiaçı əqdin etibarsızlığına dair mübahisə açmaq hüququnu itirmişdir. İddiaçını irəli sürdüyü kredit müqaviləsinin etibarsızlığı barədə tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə nəzərdə tutulan əqdlərin etibarsızlığı üçün əsaslara cavab vermir. Qeyd etmək lazımdır ki, əqdlərin etibarsızlığı ilə bağlı müddəalar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəsli ilə tənzimlənir və həmin fəsildə əqdlərin etibarsızlığı üçün əsaslar müəyyən olunmuşdur. İddiaçının iddia ərizəsində qeyd etdiyi əsaslardan heç biri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunan əqdlərin etibarsızlığı hallarına aid deyildir. Digər tərəfdən, iddiaçı iddia ərizəsində şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğv edilməsi barədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddəsinə istinad etmiş və kredit müqaviləsinin bu əsasla etibarsız hesab edilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 7 sentyabr 2018-ci il tarixli qərarında müəyyən olunmuşdur ki, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir. Bu baxımdan, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarı ilə müəyyən olunmuş anlayışı nəzərdən keçirərək o qənaətə gəlmək olar ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsi ilə nəzərdə tutulan şəraitin əhəmiyyətli dəyişməsi halı kredit müqaviləsinə münasibətdə mövcud deyildir və ona münasibətdə tətbiq oluna bilməz. Yuxarıda qeyd olunanlardan əlavə məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarı ilə müəyyən olunmuşdur ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Bu baxımdan, onun tərəfindən mülki qaydada borc alana, yəni İddiaçı qarşı pul tələbinə dair iddianın Abşeron Rayon Məhkəməsində 29 mart 2021-ci il tarixli qətnamə ilə təmin olunduğunu (iş nömrəsi 2(012)-896/2021) və Sumqayıt Apellyasiya Məhkəməsində baxılan işdə (iş nömrəsi 2(105)-2174/2021) də qətnamənin dəyişiklik edilmədən saxlanıldığını nəzərə alaraq, bildirmək istəyir ki, hər iki məhkəmə işin hallarını və hüquqi əsasını araşdırmış və məhz iddia tələbinin əsasını təşkil edən əqdin, yəni kredit müqaviləsinin etibarlı olduğunu müəyyən etmişdir. Bütün bunlara baxmayaraq indiki halda iddiaçının kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası öhdəliyin icrasından yayınmaq məqsədi daşıyır və vicdanlılıq prinsipinə ziddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 202l-ci il tarixli Qərarında da qeyd olunur ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. İddiaçı iddia ərizəsində iddia etmişdir ki, kredit müqaviləsinin imzalanması onun iradəsini ifadə etməmiş və kredit müqaviləsi üzrə borcu o əldə etməmişdir. Bildirmək istəyir ki, hazırkı iş üzrə İddiaçı, yəni borc alan və o, yəni borc verən, Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-1395 nömrə ilə qeyd edilmiş kredit müqaviləsini imzalamışlar. Kredit müqaviləsi notariat qaydasında təsdiqlənmiş və imzalanarkən tərəflərə onların hüquq və vəzifələri izah edilmiş, eləcə də notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmiş və bu barədə kredit müqaviləsinin mətnində qeyd qoyulmuşdur. Qeyd edilənlərə əlavə olaraq, kredit müqaviləsi tərəflər arasında yazılı (notarial) qaydada bağlanmış, həmin müqavilə tərəfləri - İddiaçı və onun tərəfindən şəxsən imzalanmış və Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmişdir. Müqavilə bağlanarkən tərəflərin fotoşəkilləri çəkilərək müqaviləyə yerləşdirilmiş, borc alan İddiaçı kredil müqaviləsini imzaladıqdan sonra imzasının qarşısında soyadını yazmış və eyni zamanda borcalan İddiaçı 8.000 manat məbləği bank köçürülməsi vasitəsilə qəbul etmişdir. Pul vəsaiti həmin notariat oflsinin "xxxx" ASC-dəki depozit hesaba köçürülmüş və İddiaçı həmin pul məbləğini qəbul elmişdir (14 saylı notariat ofisinə sorğu edilməklə müvafiq təsdiqedici sənədlər əldə olunu bilər). Bülün bu hallar eyni zamanda yuxarıda qeyd olunan işlər üzrə Abşeron Rayon Məhkəməsi və Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən araşdırılmış və təsdiq olunmuşdur. Bütün bu halları nəzərə alaraq, qeyd etmək mümkündür kı, kredit müqaviləsinin imzalanması hazırkı iş üzrə İddiaçı iradə ifadəsini əks etdirmiş və o, müqavilə üzrə borc məbləğini bank köçürməsi ilə şəxsən qəbul etmişdir. Bu səbəbdən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, məhkəməyə təqdim edilmiş Abşeron rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(012)-896/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair iddiası təmin edilmiş, 24 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə 8.000 manat borc pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İşin faktiki hallarından görünür ki, mübahisələndirilən kredit müqaviləsi bağlanarkən qanunvericiliyin tələbləri pozulmamışdır, müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Digər tərəfdən, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti də ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür və bu da, iddianın rədd edilməsi üçün əsasdır. Bu səbəbdən, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar