Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5856/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə 05.08.2019-cu il, 03.11.2019-cu il və 16.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********78301 “Huawei P Smart Z” markalı telefon, İMEİ Kodu **********08579 olan “Huawei P Smart Z” markalı telefon, “Lenovo” notebook, İMEİ Kodu **********08388 olan “iPhone Xs” markalı telefon almış və nəticədə 3244.8 AZN (üç min iki yüz qırx dörd manat, səksən qəpik) borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 05.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 702 AZN (yeddi yüz iki) (12 ay x 58 manat + 6 manat ilkin ödəniş) İMEİ Kodu **********78301 olan “Huawei P Smart Z” markah telefon üçün ümumilikdə, 452 AZN (dörd yüz əlli iki manat) olmaqla ondan, 348 AZN (üç yüz qırx səkkiz manat) ödənilməmiş hissə, 104 AZN (yüz dörd manat) dəbbə; 03.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 672 AZN (altı yüz yetmiş iki manat) (12 ay x 55 manat + 12 manat ilkin ödəniş) İMEİ Kodu **********08579 olan “Huawei P Smart Z” markalı telefon üçün ümumilikdə 715 (yeddi yüz on beş) manat olmaqla ondan, 550 AZN (beş yüz əlli manat) ödənilməmiş hissə, 165 AZN (yüz altmış beş manat) dəbbə; 16.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3279.8 AZN (üç min iki yüz yetmiş doqquz manat, səksən qəpik) (12 ay x 250 manat 40 qəpik +275 manat ilkin ödəniş) “Lenovo” notebook, İMEİ Kodu **********08388 olan “iPhone Xs” markah telefon üçün ümumilikdə, 2077.8 AZN (iki min yeddi yüz yetmiş yeddi manat, səksən qəpik) olmaqla ondan, 1627.8 AZN (min altı yüz iyirmi yeddi manat, səksən qəpik) ödənilməmiş hissə, 450 (dörd yüz əlli manat) dəbbə pulu hesablanmışdır. Cavabdeh 16.01.2020-ci il tarixli müqaviləsinə əsasən, 11.09.2020-ci il tarixində “Lenovo” notebookdan imtina etmiş və məhsul 422 AZN qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdeh 16.01.2020-ci il tarixli müqaviləsinə əsasən, 29.10.2020-ci il tarixində İMEİ Kodu **********08388 “iPhone Xs” marklı telefondan imtina etmiş və məhsul 955 AZN qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 16.01.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 275 AZN, “Lenovo” notebook qaytarıldıqdan sonra qoyulan qiymət 422 AZN, İMEİ Kodu **********08388 “iPhone Xs” markalı telefon qaytarıldıqdan sonra qoyulan qiymət 955 AZN, ümumilikdə 1652 AZN təşkil edir. Digər müqavilələr üzrə isə cəmi ödədiyi məbləğ 476 AZN təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, ABC Müştəri-nin ödədiyi məbləğin 50 %-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Göstərilənlərə əsasən, 05.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********78301 olan “Huawei P Smart Z” markalı telefon üçün 348 AZN (üç yüz qırx səkkiz ödənilməmiş hissə, 104 AZN (bir yüz dörd manat) dəbbə; 03.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********08579 olan “Huawei P Smart Z” markalı telefon üçün 550 AZN (beş yüz əlli manat) ödənilməmiş hissə, 165 AZN (yüz altmış beş manat) dəbbə; 16.01.2020-ci il tarixli müqaviləsinə əsasən, “Lenovo” notebook, İMEİ Kodu **********08388 “iPhone Xs” markalı telefon üçün 1627.8 AZN (min altı yüz iyirmi yeddi manat, səksən qəpik) ödənilməmiş hissə, 450 AZN (dörd yüz əlli manat) dəbbə pulu, ümumilikdə 3244, 80 AZN (üç min iki yüz qırx dörd manat, səksən qəpik) borc, 30 AZN (otuz manat) ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, borcu olduğunu etiraf edir, lakin iddia tələbinin razı olmadığı hissələri var. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05.08.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 702 AZN, İMEİ Kodu **********78301 olan “Huawei P Smart Z” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ilkin ödəniş 6 manat olmaqla hər ay 58 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03.11.2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 672 AZN, İMEİ Kodu **********08579 olan “Huawei P Smart Z” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ilkin ödəniş 12 manat olmaqla hər ay 55 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16.01.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 3279,8 AZN, “Lenovo” notebook, İMEİ Kodu **********08388 olan “iPhone Xs” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ilkin ödəniş 275 manat olmaqla hər ay 250,4 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 30 iyul 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə 05.08.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********78301 olan “Huawei P Smart Z” markalı telefon üçün 348 AZN ödənilməmiş hissə, 104 AZN dəbbə, cəmi 452 AZN; 03.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********08579 olan “Huawei P Smart Z” markalı telefon üçün 550 AZN ödənilməmiş hissə, 165 AZN dəbbə pulu, cəmi 715 AZN; 16.01.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********08388 olan “Lenovo” notebook, “iPhone Xs” markalı telefon üçün 1627,8 AZN ödənilməmiş hissə, 450 AZN dəbbə pulu, cəmi 2077,8 AZN, ümumilikdə 3244,8 AZN borcu vardır. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, cavabdeh İddiaçı MMC ilə 05.08.2019-cu il tarixli müqaviləyə əsasə, İMEİ Kodu **********78301 olan “Huawei P Smart Z” markalı telefon, 03.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********08579 olan “Huawei P Smart Z” markalı telefon, 16.01.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********08388 olan “Lenovo” notebook, “iPhone Xs” markalı telefon almışdır. Cavabdeh 11.09.2020-ci il tarixində “Lenovo” notebookdan imtina etmiş və məhsul 422 AZN qiymətləndirilib onun borcundan silinərək geri qaytarılmışdır. 29.10.2020-ci il tarixində “iPhone Xs” markalı telefondan imtina etmiş və məhsul 955 AZN qiymətləndirilib onun borcundan silinərək geri qaytarılmışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtləri pozulmuş və nəticədə ümumilikdə 3244,80 AZN borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə məbləği ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılaraq, 05.08.2019-cu il, 03.11.2019-cu il, 16.01.2020-ci il tarixli müqavilələr üzrə cəmi 60 (10+10+40) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 AZN (otuz manat) dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 05.08.2019-cu il tarixli müqaviləyə əsasə, İMEİ Kodu **********78301 olan “Huawei P Smart Z” markalı telefon üçün 348 AZN (üç yüz qırx səkkiz manat) ödənilməmiş hissə, 10 AZN (on manat) dəbbə; 03.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********08579 olan “Huawei P Smart Z” markalı telefon üçün 550 AZN (beş yüz əlli manat) ödənilməmiş hissə, 10 AZN (on manat) dəbbə pulu; 16.01.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********08388 olan “Lenovo” notebook, “iPhone Xs” markalı telefon üçün 1627,8 AZN (bir min altı yüz iyirmi yeddi manat, səksən qəpik) ödənilməmiş hissə, 40 AZN (qırx manat) dəbbə pulu, ümumilikdə 2585,8 AZN (iki min beş yüz səksən beş manat, səksən qəpik) məbləğində pul və 30 AZN (otuz manat) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 05.08.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********78301 olan “Huawei P Smart Z” markalı telefon üçün 348 AZN (üç yüz qırx səkkiz manat) ödənilməmiş hissə, 10 AZN (on manat) dəbbə; 03.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********08579 olan “Huawei P Smart Z” markalı telefon üçün 550 AZN (beş yüz əlli manat) ödənilməmiş hissə, 10 AZN (on manat) dəbbə pulu; 16.01.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********08388 olan “Lenovo” notebook, “iPhone Xs” markalı telefon üçün 1627,80 AZN (bir min altı yüz iyirmi yeddi manat, səksən qəpik) ödənilməmiş hissə, 40 AZN (qırx manat) dəbbə pulu, ümumilikdə 2585,80 AZN (iki min beş yüz səksən beş manat, səksən qəpik) məbləğində pul və 30 AZN (otuz manat) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-5856/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5856/2021
30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver