Məhkəmə qərarları › İş №2(006)-5863/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5863/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5863/2021 05.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qızına qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qızına qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, Cavabdeh qızı "xxxx" MMC ilə 04.09.2019-cu il, 11.01.2020-ci il və 11.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********16782 “Xiaomi Redmi 7” markalı telefon, “Hoffmann Solo” soba, “Samsung” tozsoran almış və nəticədə 1081 (bir min səksən bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 432 manat (12 ay x 36 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********16782 “Xiaomi Redmi 7” markalı telefon üçün ümumilikdə, 79 manat olmaqla ondan, 72 (yüz əlli) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7 manat cərimə; 11.11.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 707.4 (yeddi yüz yeddi manat,qırx qəpik) manat (18 ay x 39 manat 30 qəpik + 0 manat ilkin ödəniş) “HOFFMANN SOLO” soba üçün ümumilikdə 734 (yeddi yüz otuz dörd) manat olmaqla ondan, 667.4 (altı yüz altməş yeddi manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 66.6 (altmış altı manat altmış qəpik) manat cərimə; 11.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 320.4 (üç yüz iyirmi manat qırx qəpik) manat (12 ay x 26 manat 70 qəpik + 0 manat ilkin ödəniş) “Samsung” tozsoran üçün ümumilikdə, 268( iki yüz altmış səkkiz) manat olmaqla ondan, 243.80 (iki yüz qırx üç manat,səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24.20 (iyirmi dörd manat,iyirmi qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 476.6 manat təşkil edir. Müqavilənin şərtlərinə görə “müştəri” bu müqavilənin 2-ci bəndinin şərtlərini pozduqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən 04.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********16782 “Xiaomi Redmi 7” markalı telefon üçün 72 manat ödənilməmiş hissə, 7 manat cərimə; 11.11.2020-ci il tarixli müqaviləsinə əsasən, “HOFFMANN SOLO” soba üçün ümumilikdə 667.40 manat ödənilməmiş hissə, 66.60 manat cərimə; 11.01.2020-ci il tarixli müqaviləsinə əsasən, “Samsung” tozsoran üçün ümumilikdə, 243.80 manat ödənilməmiş hissə, 24.20 manat cərimə miqdarında borc, ümumilikdə 1081 manat borc, 30 manat ödənilməmiş dövlət rüsumu Cavabdeh qızından alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti iki min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə göndərilmiş bildiriş 03.09.2021-ci il tarixdə qəbul edilmiş, lakin məhkəməyə iddiaya etiraz ərizəsi ünvanlanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh qızı arasında bağlanılmış 04 sentyabr 2019-cu il tarixli müqavilədən görünür ki, "xxxx" MMC “Xiaomi Redmi 7” markalı telefonu Cavabdeh qızına satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqaviləyə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 36 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh qızı arasında bağlanılmış 11.01.2020-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC “HOFFMANN SOLO” sobanı Cavabdeh qızına satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqaviləyə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 39 manat 30 qəpik olmaqla ödəməyi öhdəsinə götürmüşdür. ABC Telecom» MMC ilə Cavabdeh qızı arasında bağlanılmış 11.01.2020-ci il tarixli müqavilədən görünür ki, “Samsung ” markalı tozsoranı Cavabdeh qızına satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqaviləyə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 26 manat 70 qəpik olmaqla ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən Cavabdeh qızına ünvanlanmış 18.11.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh qızı "xxxx" MMC ilə 04.09.2019-cu il, 11.01.2020-ci il və 11.01.2020-ci il tarixli müqavilələrinə əsasən, “Xiaomi Redmi 7” markalı telefon, “Hoffmann Solo” soba, “Samsung” tozsoran almış və nəticədə 1081 manat borc yaranmışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtləri pozulmuş və nəticədə 04.09.2019-cu il tarixli müqavilə üzrə 72 manat ödənilməmiş hissə, 7 manat cərimə pulu olmaqla, ümumilikdə 79 manat, 11.01.2020-ci il tarixli müqavilə üzrə 667.4 manat ödənilməmiş hissə, 66.6 manat cərimə pulu olmaqla, ümumilikdə 734 manat, 11.01.2020-ci il tarixli müqavilə üzrə 243.8 manat ödənilməmiş hissə, 24.2 manat cərimə pulu olmaqla, ümumilikdə 268 manat, hər üç müqavilə üzrə ümumilikdə isə 1081 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh qızından 04.09.2019-cu il tarixli müqavilə üzrə 72 AZN (yetmiş iki manat) ödənilməmiş hissə, 7 AZN (yeddi manat) cərimə pulu, 11.01.2020-ci il tarixli müqavilə üzrə 667.40 AZN (altı yüz altmış yeddi manat, qırx qəpik) ödənilməmiş hissə, 66.60 AZN (altmış altı manat, altmış qəpik) cərimə pulu, 11.01.2020-ci il tarixli müqavilə üzrə 243.80 AZN (iki yüz qırx üç manat, səksən qəpik) ödənilməmiş hissə, 24.20 AZN (iyirmi dörd manat, iyirmi qəpik) cərimə pulu olmaqla, ümumilikdə 1081 AZN (bir min səksən bir manat) borc və 30 AZN (otuz manat) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh qızından 04.09.2019-cu il tarixli müqavilə üzrə 72 AZN (yetmiş iki manat) ödənilməmiş hissə, 7 AZN (yeddi manat) cərimə pulu, 11.01.2020-ci il tarixli müqavilə üzrə 667.40 AZN (altı yüz altmış yeddi manat, qırx qəpik) ödənilməmiş hissə, 66.60 AZN (altmış altı manat, altmış qəpik) cərimə pulu, 11.01.2020-ci il tarixli müqavilə üzrə 243.80 AZN (iki yüz qırx üç manat, səksən qəpik) ödənilməmiş hissə, 24.20 AZN (iyirmi dörd manat, iyirmi qəpik) cərimə pulu olmaqla, ümumilikdə 1081 AZN (bir min səksən bir manat) borc və 30 AZN (otuz manat) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar