Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5870/2021 16.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.11.2018-ci il tarixli müqaviləyə əsasən Violetta mebel əşyası üçün 577 (beş yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 172 (bir yüz yetmiş iki) manat dəbbə pulu, 02.05.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung markalı televizor üçün 1022 (bir min iyirmi iki) manat ödənilməmiş hissə, 307 (üç yüz yeddi) dəbbə pulu, 30.05.2019-cu il tarixli müqaviləyə əsasən, Amur markalı Yataq, Çarpayı, Dolab, Termo, Tumba, Doshek Uretan üçün 1155 (bir min yüz əlli beş) manat ödənilməmiş hissə, 346 (üç yüz qırx altı) manat dəbbə pulu, 15.08.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********20177 olan X4 markalı telefon üçün 377 (üç yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 134 (bir yüz otuz dörd) manat dəbbə pulu, 09.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********11614 olan İphone 11 markalı telefon üçün 1845 (bir min səkkiz yüz qırx beş) manat ödənilməmiş hissə, 553 (beş yüz əlli üç) manat dəbbə pulu, olmaqla, ümumilikdə 6448 manat borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 29.11.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1536 manat (24 ay x 64 manat + 0 manat ilkin ödəniş) olan Violetta mebel əşyası üçün ümumilikdə 749 manat olmaqla, 577 (beş yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 172 (bir yüz yetmiş iki) manat dəbbə pulu, 02.05.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2304 manat (18 ay x 128 manat + 0 mana ilkin ödəniş) olan Samsung markal televizor üçün ümumilikdə 1329 manat olmaqla, 1022 (bir min iyirmi iki) manat ödənilməmiş hissə, 307 (üç yüz yeddi) dəbbə pulu, 30.05.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1540 manat (20 ay x 77 manat + 0 manat ilkin ödəniş) olan Amur markalı Yataq, Çarpayı, Dolab, Termo, Tumba, Doshek Uretan üçün ümumilikdə, 1501 manat olmaqla, 1155 (bir min yüz əlli beş) manat ödənilməmiş hissə, 346 (üç yüz qırx altı) manat dəbbə pulu, 15.08.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********20177, alqı-satqı qiyməti 2708 (iki min yeddi yüz səkkiz) manat olan X4 markalı telefon üçün ümumilikdə 471 manat olmaqla, 377 (üç yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 134 (bir yüz otuz dörd) manat dəbbə pulu, 09.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********11614, alqı-satqı qiyməti 2468 manat olan İphone 11 markalı telefon üçün ümumilikdə, 2398 (iki min üç yüz doxsan səkkiz) manat olmaqla, 1845 (bir min səkkiz yüz qırx beş) manat ödənilməmiş hissə, 553 (beş yüz əlli üç) manat dəbbə pulu borcu yaranmış, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməmişdir. Cavabdehin cəmi ödədiyi məbləğ 5620 manat təşkil edir. İddiaçı MMC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 29.11.2018-ci il tarixli müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 1536 manat təşkil edən Violetta mebel əşyası üçün üçün 0 manat ilkin ödənişlə, 24 ay müddətinə, hər ay 64 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. 02.05.2019-cu il tarixli müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 2304 manat təşkil edən Samsung televizor üçün 0 manat ilkin ödənişlə, 18 ay müddətinə, hər ay 128 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. 30.05.2019-cu il tarixli müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 1540 manat təşkil edən Amur markalı Yataq, Çarpayı, Dolab, Termo, Tumba, Doshek Uretan üçün 0 manat ilkin ödənişlə, 20 ay müddətinə, hər ay 77 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. 15.08.2019-cu il tarixli müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 2708 manat təşkil edən X4 markalı telefon üçün 26 manat ilkin ödənişlə, 6 ay müddətinə, hər ay 447 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. 09.11.2019-cu il tarixli müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 2468 manat təşkil edən İphone 11 markalı telefon üçün 8 manat ilkin ödənişlə, 12 ay müddətinə, hər ay 205 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. 21.07.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, 29.11.2018-ci il, 02.05.2019-cu il, 30.05.2019-cu il, 15.08.2019-cu il və 09.11.2019-cu il müqavilələrə əsasən Cavabdeh iddiaçı "xxxx" MMC-yə ümumilikdə 6448 manat borcu vardır. 11.06.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMC Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 14.09.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. 22.07.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi, yəni iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu (cərimə) müəyyən edilərkən tənasüblük qorunmamış və yüksək hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Məcəlləsinin: 462.1-ci maddəsinə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, hər üç müqavilə üzrə iddiaçı tərəfindən hesablanmış dəbbə pulunun məbləği endirilməli, 29.11.2018-ci il tarixli müqaviləyə əsasən 20 manat məbləğində, 02.05.2019-cu il tarixli müqaviləyə əsasən 40 manat məbləğində, 30.05.2019-cu il tarixli müqaviləyə əsasən isə 40 manat məbləğində, 15.08.2019-cu il tarixli müqaviləyə əsasən 10 manat məbləğində, 09.11.2019-cu il tarixli müqaviləyə əsasən 50 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 29.11.2018-ci il tarixli müqaviləyə əsasən Violetta mebel əşyası üçün 577 (beş yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu, 02.05.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung markalı televizor üçün 1022 (bir min iyirmi iki) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə pulu, 30.05.2019-cu il tarixli müqaviləyə əsasən, Amur markalı Yataq, Çarpayı, Dolab, Termo, Tumba, Doshek Uretan üçün 1155 (bir min yüz əlli beş) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə pulu, 15.08.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********20177 olan X4 markalı telefon üçün 377 (üç yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, 09.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********11614 olan İphone 11 markalı telefon üçün 1845 (bir min səkkiz yüz qırx beş) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, olmaqla, ümumilikdə 5096 (beş min doxsan altı) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 29.11.2018-ci il tarixli müqaviləyə əsasən Violetta mebel əşyası üçün 577 (beş yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu, 02.05.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung markalı televizor üçün 1022 (bir min iyirmi iki) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə pulu, 30.05.2019-cu il tarixli müqaviləyə əsasən, Amur markalı Yataq, Çarpayı, Dolab, Termo, Tumba, Doshek Uretan üçün 1155 (bir min yüz əlli beş) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə pulu, 15.08.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********20177 olan X4 markalı telefon üçün 377 (üç yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, 09.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********11614 olan İphone 11 markalı telefon üçün 1845 (bir min səkkiz yüz qırx beş) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, olmaqla, ümumilikdə 5096 (beş min doxsan altı) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-5870/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5870/2021
16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver