Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5874/2021 04.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, 26.06.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********87296 olan Xiaomi 8 Lite markalı telefon üçün 130 manat ödənilməmiş hissə, 0 manat dəbbə, 25.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********65450 Xiami Redmi 8A markalı telefon, X4 üçün 245 manat ödənilməmiş hissə, o manat dəbbə, 19.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********12107 Samsung Galaxy A51 markalı telefon üçün 736.8 manat ödənilməmiş hissə, 0 manat dəbbə, 01.05.2020-ci il tarixli müqaviləsinə əsasən, Dnepr-Yataq markalı çarpayı, dolab, termo üçün 1065 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, 2176.8 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 ifadəsində bildirmişdir ki, Cavabdeh "xxxx" MMC ilə 26.06.2019-cu il, 25.10.2019-cu il, 19.03.2020-ci il və 01.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********87296 olan Xiaomi 8 Lite markalı telefon, İMEİ Kodu **********65450 Xiaomi Redmi 8A markalı telefon, X4, İMEİ Kodu **********12107 Samsung Galaxy A51 markalı telefon, Dnepr - Yataq markalı çarpayı, dolab, termo almış və nəticədə 2176.8 (iki min yüz yetmiş altı manat, səksən qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 26.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 780 (yeddi yüz səksən) manat (12 ayx 65 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********87296 olan Xiaomi 8 Lite markalı telefon üçün ümumilikdə, 130 (yüz otuz,) manat olmaqla ondan, 130 (yüz otuz manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə; 25.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 468 (dördyüz altmış səkkiz) manat (12 ay x 39 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********65450 Xiaomi Redmi 8A markalı telefon, X4 üçün ümumilikdə, 245 (iki yüz qırx beş) manat olmaqla ondan, 245 (iki yüz qırx beş) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə; 19.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 842.8 (səkkiz yüz qırx iki manat, səksən qəpik) manat (12 ay x 66 manat 90 qəpik + 40 manat ilkin ödəniş) İMEİ Kodu **********12107 Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə, 736.8 (yeddi yüz otuz altı manat, səksən qəpik) manat olmaqla ondan, 736.8 (yeddi yüz otuz altı manat, səksən qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə; 01.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1349 (min üç yiiz qırx doqquz) manat (18 ay x 70 manat 50 qəpik + 80 manat ilkin ödəniş) Dnepr - Yataq markalı çarpayı, dolab, termo üçün ümumilikdə, 1065 (min altmış beş) manat olmaqla ondan, 1065 (min altmış beş) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1263 manat təşkil edir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və giymətləndirilməlidir. İş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh arasında bağlanmış 26.06.2019-cu il tarixli müqaviləsindən görünür ki, alqı-satqı qiyməti 780 (yeddi yüz səksən) manat (12 ayx 65 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********87296 olan Xiaomi 8 Lite markalı telefon üçün ümumilikdə, 130 (yüz otuz,) manat olmaqla ondan, 130 (yüz otuz manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu hesablanmışdır. İş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh arasında bağlanmış 25.10.2019-cu il tarixli müqaviləsindən görünür ki, alqı-satqı qiyməti 468 (dördyüz altmış səkkiz) manat (12 ay x 39 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********65450 Xiaomi Redmi 8A markalı telefon, X4 üçün ümumilikdə, 245 (iki yüz qırx beş) manat olmaqla ondan, 245 (iki yüz qırx beş) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu hesablanmışdır. İş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh arasında bağlanmış 19.03.2020-ci il tarixli müqaviləsindən görünür ki, alqı-satqı qiyməti 842.8 (səkkiz yüz qırx iki manat, səksən qəpik) manat (12 ay x 66 manat 90 qəpik + 40 manat ilkin ödəniş) İMEİ Kodu **********12107 Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə, 736.8 (yeddi yüz otuz altı manat, səksən qəpik) manat olmaqla ondan, 736.8 (yeddi yüz otuz altı manat, səksən qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu hesablanmışdır. İş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh arasında bağlanmış 01.05.2020-ci il tarixli müqaviləsindən görünür ki, alqı-satqı qiyməti 1349 (min üç yiiz qırx doqquz) manat (18 ay x 70 manat 50 qəpik + 80 manat ilkin ödəniş) Dnepr - Yataq markalı çarpayı, dolab, termo üçün ümumilikdə, 1065 (min altmış beş) manat olmaqla ondan, 1065 (min altmış beş) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu hesablanmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə zamanı, həm iddiaçının nümayəndəsinin izahatından, həmçinin iş materiallarından müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrdən göründüyü kimi tərəflər arasında kreditin ödənilməsi şərtləri razılaşdırılmasına baxmayaraq iddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında və qaydasında həyata keçirmiş, yəni kredit məbləğini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Belə ki, cavabdeh tərəfindən kredit üzrə əsas və faiz borclanın ödənilməsində ardıcıl olaraq gecikmələr və ümumiyyətlə ödəməmələr baş verir. Məhkəmə belə bir nəticəyə gəlir ki, Cavabdeh müqavilələr üzrə borcun müqavilə ilə müəyyənləşdirilmiş müddətdə ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçı "xxxx" MMC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə MMC-nin tələb etdiyi dəbbə pulunun məbləği azaldılmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 26.06.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********87296 olan Xiaomi 8 Lite markalı telefon üçün 130 manat ödənilməmiş hissə, 0 manat dəbbə, 25.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********65450 Xiami Redmi 8A markalı telefon, X4 üçün 245 manat ödənilməmiş hissə, o manat dəbbə, 19.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********12107 Samsung Galaxy A51 markalı telefon üçün 736.8 manat ödənilməmiş hissə, 0 manat dəbbə, 01.05.2020-ci il tarixli müqaviləsinə əsasən, Dnepr-Yataq markalı çarpayı, dolab, termo üçün 1065 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, 2176.8 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul cavabdehdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 26.06.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********87296 olan Xiaomi 8 Lite markalı telefon üçün 130 manat ödənilməmiş hissə, 0 manat dəbbə, 25.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********65450 Xiami Redmi 8A markalı telefon, X4 üçün 245 manat ödənilməmiş hissə, o manat dəbbə, 19.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********12107 Samsung Galaxy A51 markalı telefon üçün 736.8 manat ödənilməmiş hissə, 0 manat dəbbə, 01.05.2020-ci il tarixli müqaviləsinə əsasən, Dnepr-Yataq markalı çarpayı, dolab, termo üçün 1065 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, 2176.8 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-5874/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5874/2021
04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver