Məhkəmə qərarları › İş №2(006)-5875/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5875/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5875/2021 20.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı 22.03.2020-ci il, 05.07.2020-ci il, 04.07.2020-ci il, 02.08.2020-ci il, 05.08.2020-ci il, 26.08.2020-ci il tarixlərindəki müqavilələrə əsasən, İMEİ Kodu **********74976 olan “X5 8T” markalı telefon, “HOFFMANN” markalı şirəçəkən, “HOFFMANN” markalı ventilyator, “Samsung LED” markalı televizor, “HOFFMANN” markalı paltaryuyan, İMEİ Kodu **********96038 olan “Samsung Galaxy A20s” markalı telefon almış və nəticədə 2775 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 22.03.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 554,4 manat (12 ay x 38 manat 70 qəpik + 90 manat ilkin ödəniş) olan İMEİ Kodu **********74976 olan “X5 8T” markalı telefon üçün ümumilikdə 299 manat olmaqla, ondan 231 manat ödənilməmiş hissə, 68 manat dəbbə pulu; 05.07.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 169,8 manat (6 ay x 23 manat 30 qəpik + 30 manat ilkin ödəniş) olan “HOFFMANN” markalı şirəçəkən üçün ümumilikdə 89,2 manat olmaqla, ondan 69,2 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu; 04.07.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 141,2 manat (9 ay x 12 manat 80 qəpik + 26 manat ilkin ödəniş) olan “HOFFMANN” markalı ventilyator üçün ümumilikdə 96,9 manat olmaqla, ondan 75,9 manat ödənilməmiş hissə, 21 manat dəbbə pulu; 02.08.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1729,4 manat (18 ay x 68 manat 30 qəpik + 500 manat ilkin ödəniş) olan “Samsung LED” markalı televizor üçün ümumilikdə 1275,8 manat olmaqla, ondan 1092,8 manat ödənilməmiş hissə, 183 manat dəbbə pulu; 05.08.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 780,4 manat (18 ay x 35 manat 30 qəpik + 145 manat ilkin ödəniş) olan “HOFFMANN” markalı paltaryuyan üçün ümumilikdə 657,9 manat olmaqla, ondan 563,9 manat ödənilməmiş hissə, 94 manat dəbbə pulu; 26.08.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 380,2 manat (12 ay x 25 manat 60 qəpik + 73 manat ilkin ödəniş) olan İMEİ Kodu **********96038 olan “Samsung Galaxy A20s” markalı telefon üçün ümumilikdə, 356,2 manat olmaqla, ondan 289,2 manat ödənilməmiş hissə, 67 (altmış yeddi) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1433,4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti eçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müqavilənin ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönədilə bilər. Göstərilənlərə əsasən 22.03.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********74976 olan “X5 8T” markalı telefon üçün 231 manat ödənilməmiş hissə, 68 manat dəbbə pulu; 05.07.2020-ci il tarixli müqaviləyə əsasən, “HOFFMANN” markalı şirəçəkən üçün 69,2 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu; 04.07.2020-ci il tarixli müqaviləyə əsasən, “HOFFMANN” markalı ventilyator üçün 75,9 manat ödənilməmiş hissə, 21 manat dəbbə pulu; 02.08.2020-ci il tarixli müqaviləyə əsasən, “Samsung LED” markalı televizor üçün 1092,8 manat ödənilməmiş hissə, 183 manat dəbbə pulu; 05.08.2020-ci il tarixli müqaviləyə əsasən, “HOFFMANN” markalı paltaryuyan üçün 563,9 manat ödənilməmiş hissə, 94 manat dəbbə pulu; 26.08.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********96038 olan “Samsung Galaxy A20s” markalı telefon üçün 289,2 manat ödənilməmiş hissə, 67 manat dəbbə pulu hesablanmışdır. Göstərilənlərə əsasən ümumilikdə 2775 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək ərizədə göstərilənləri təsdiq etdi və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22 mart 2020-ci il tarixli, 20196258 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC İMEİ Kodu **********74976 olan “X5 8T” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04 iyul 2020-ci il tarixli, 21005802 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC “HOFFMANN” markalı ventilyatoru Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 09 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05 iyul 2020-ci il tarixli, 21006240 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC “HOFFMANN” markalı şirəçəkəni Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 06 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 avqust 2020-ci il tarixli, 21050651 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC “Samsung LED” markalı televizoru Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05 avqust 2020-ci il tarixli, 21055678 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC “HOFFMANN” markalı paltaryuyanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26 avqust 2020-ci il tarixli, 21113244 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC İMEİ Kodu **********96038 olan “Samsung Galaxy A20s” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 22.03.2020-ci il tarixli müqavilə üzrə 231 manat ödənilməmiş borcu, 68 manat dəbbə borcu, cəmi 299 manat, 05.07.2020-ci il tarixli müqavilə üzrə 69,2 manat ödənilməmiş borcu, 20 manat dəbbə borcu, cəmi 89,2 manat, 04.07.2020-ci il tarixli müqavilə üzrə 75,9 manat ödənilməmiş borcu, 21 manat dəbbə borcu, cəmi 96,9 manat, 02.08.2020-ci il tarixli müqavilə üzrə 1092,8 manat ödənilməmiş borcu, 183 manat dəbbə borcu, cəmi 1275,8 manat, 05.08.2020-ci il tarixli müqavilə üzrə 563,9 manat ödənilməmiş borcu, 94 manat dəbbə borcu, cəmi 657,9 manat, 26.08.2020-ci il tarixli müqavilə üzrə 289,2 manat ödənilməmiş borcu, 67 manat dəbbə borcu, cəmi 356,2 manat olmaqla, ümumilikdə 2775 manat borcu vardır. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh arasında 22.03.2020-ci il, 05.07.2020-ci il, 04.07.2020-ci il, 02.08.2020-ci il, 05.08.2020-ci il, 26.08.2020-ci il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələr bağlanmış, həmin müqavilələrə əsasən "xxxx" MMC İMEİ Kodu **********74976 olan “X5 8T” markalı telefon, “HOFFMANN” markalı şirəçəkən, “HOFFMANN” markalı ventilyator, “Samsung LED” markalı televizor, “HOFFMANN” markalı paltaryuyan, İMEİ Kodu **********96038 olan “Samsung Galaxy A20s” markalı telefonu Cavabdeh vermiş, Cavabdeh isə müqavilələrdə göstərilmiş müddətlərdə müqavilə şərtlərini yerinə yetirməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun "xxxx" MMC-yə ödənilməmiş borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu ilə bağlı hissələrdə qismən təmin edilərək dəbbə pulu 22 mart 2020-ci il tarixli, 20196258 saylı müqavilə üzrə 20 manat məbləğində, 05 iyul 2020-ci il tarixli, 21006240 saylı müqavilə üzrə 6 manat məbləğində, 04 iyul 2020-ci il tarixli, 21005802 saylı müqavilə üzrə 7 manat, 02 avqust 2020-ci il tarixli, 21050651 saylı müqavilə üzrə 100 manat, 05 avqust 2020-ci il tarixli, 21055678 saylı müqavilə üzrə 56 manat, 26 avqust 2020-ci il tarixli, 21113244 saylı müqavilə üzrə 28 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 22 mart 2020-ci il tarixli, 20196258 saylı müqavilə üzrə 231 (iki yüz otuz bir) manat ödənilməmiş məbləğ, 20 (iyirmi) manat dəbbə pulu, cəmi 251 (iki yüz əlli bir) manat, 05 iyul 2020-ci il tarixli, 21006240 saylı müqavilə üzrə 69,2 (altmış doqquz manat, iyirmi qəpik) manat ödənilməmiş məbləğ, 6 (altı) manat dəbbə pulu, cəmi 75,2 (yetmiş beş manat, iyirmi qəpik) manat, 04 iyul 2020-ci il tarixli, 21005802 saylı müqavilə üzrə 75,9 (yetmiş beş manat, doxsan qəpik) manat ödənilməmiş məbləğ, 7 (yeddi) manat cərimə borcu, cəmi 82,9 (səksən iki manat, doxsan qəpik) manat, 02 avqust 2020-ci il tarixli, 21050651 saylı müqavilə üzrə 1092,8 (bir min doxsan iki manat, səksən qəpik) manat ödənilməmiş məbləğ, 100 (bir yüz) manat dəbbə pulu, cəmi 1192,8 (bir min yüz doxsan iki manat, səksən qəpik) manat, 05 avqust 2020-ci il tarixli, 21055678 saylı müqavilə üzrə 563,9 (beş yüz altmış üç manat, doxsan qəpik) manat ödənilməmiş məbləğ, 56 (əlli altı) manat dəbbə pulu, cəmi 619,9 (altı yüz on doqquz manat, doxsan qəpik) manat, 26 avqust 2020-ci il tarixli, 21113244 saylı müqavilə üzrə 289,2 (iki yüz səksən doqquz manat, iyirmi qəpik) manat ödənilməmiş məbləğ, 28 (iyirmi səkkiz) manat dəbbə pulu, cəmi 317,2 (üç yüz on yeddi manat, iyirmi qəpik) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 2569 (iki min beş yüz altmış doqquz) manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbləri qismən təmin edilsin. Cavabdeh 22 mart 2020-ci il tarixli, 20196258 saylı müqavilə üzrə 231 (iki yüz otuz bir) manat ödənilməmiş məbləğ, 20 (iyirmi) manat dəbbə pulu, cəmi 251 (iki yüz əlli bir) manat, 05 iyul 2020-ci il tarixli, 21006240 saylı müqavilə üzrə 69,2 (altmış doqquz manat, iyirmi qəpik) manat ödənilməmiş məbləğ, 6 (altı) manat dəbbə pulu, cəmi 75,2 (yetmiş beş manat, iyirmi qəpik) manat, 04 iyul 2020-ci il tarixli, 21005802 saylı müqavilə üzrə 75,9 (yetmiş beş manat, doxsan qəpik) manat ödənilməmiş məbləğ, 7 (yeddi) manat cərimə borcu, cəmi 82,9 (səksən iki manat, doxsan qəpik) manat, 02 avqust 2020-ci il tarixli, 21050651 saylı müqavilə üzrə 1092,8 (bir min doxsan iki manat, səksən qəpik) manat ödənilməmiş məbləğ, 100 (bir yüz) manat dəbbə pulu, cəmi 1192,8 (bir min yüz doxsan iki manat, səksən qəpik) manat, 05 avqust 2020-ci il tarixli, 21055678 saylı müqavilə üzrə 563,9 (beş yüz altmış üç manat, doxsan qəpik) manat ödənilməmiş məbləğ, 56 (əlli altı) manat dəbbə pulu, cəmi 619,9 (altı yüz on doqquz manat, doxsan qəpik) manat, 26 avqust 2020-ci il tarixli, 21113244 saylı müqavilə üzrə 289,2 (iki yüz səksən doqquz manat, iyirmi qəpik) manat ödənilməmiş məbləğ, 28 (iyirmi səkkiz) manat dəbbə pulu, cəmi 317,2 (üç yüz on yeddi manat, iyirmi qəpik) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 2569 (iki min beş yüz altmış doqquz) manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar