Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5881/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.11.2019-cu il tarixli müqaviləyə əsasən Lenovo notebook, İMEİ kodu SGG7XVAREJF8M olan tablet, Lenovo Mouse üçün 858 manat ödənilməmiş hissə, 291 manat dəbbə pulu; 07.12.2019-cu il tarixli müqaviləyə əsasən Apple MacBook üçün 1.779 manat ödənilməmiş hissə, 501 manat dəbbə pulu; 31.12.2019-cu il tarixli müqaviləyə əsasən Sony Playstation-4, Playstation-4 diski üçün 742 manat 60 qəpik ödənilməmiş hissə, 227 manat 40 qəpik dəbbə pulu olmaqla, cəmi 4.399 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 26.11.2019-cu il, 07.12.2019-cu il və 31.12.2019-cu il tarixli müqavilələrə əsasən Lenovo notebook, İMEİ kodu SGG7XVAREJF8M olan tablet, Lenovo Mouse, Apple MacBook, Sony Playstation-4, Playstation-4 diski almış və nəticədə 4.399 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 26.11.2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 4.380 manat (12 ay x 324 manat + 492 manat ilkin ödəniş), Lenovo notebook, İMEİ kodu SGG7XVAREJF8M olan tablet, Lenovo Mouse üçün ümumilikdə 1.149 manat olmaqla, həmin məbləğdən 858 manat ödənilməmiş hissə, 291 manat dəbbə pulu; 07.12.2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 3.189 manat (12 ay x 239 manat + 321 manat ilkin ödəniş), Apple MacBook üçün ümumilikdə 2.280 manat olmaqla, həmin məbləğdən 1.779 manat ödənilməmiş hissə, 501 manat dəbbə pulu; 31.12.2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 1.243 manat 60 qəpik (12 ay x 69 manat + 412 manat ilkin ödəniş) olan Sony Playstation-4, Playstation-4 diski üçün ümumilikdə 970 manat olmaqla, həmin məbləğdən 742 manat 60 qəpik ödənilməmiş hissə, 227 manat 40 qəpik dəbbə pulu hesablanmışdır. Cavabdeh 26.11.2019-cu il tarixli müqaviləyə əsasən Lenovo notebookdan 07.12.2019-cu il tarixdə imtina etmiş və məhsul 3.174 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 26.11.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 348 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 3.174 manat, ümumilikdə 3.522 manat təşkil edir. Digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1.911 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-ə həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50 %nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyərlərini müqavilələrin şərtlərinə uyğun olaraq hissə-hissə ödəmək şərti ilə 26.11.2019-cu il tarixli müqaviləyə əsasən Lenovo notebook, İMEİ kodu SGG7XVAREJF8M olan tablet, Lenovo Mouse; 07.12.2019-cu il tarixli müqaviləyə əsasən Apple MacBook; 31.12.2019-cu il tarixli müqaviləyə əsasən Sony Playstation-4, Playstation-4 diski almışdır. Müqavilələrin şərtlərinə görə Cavabdeh alınmış əşyalara görə ilkin ödənişli, müxtəlif müddətlərə hər ay müvafiq ödənişlər etməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçı "xxxx" MMCdən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə müxtəlif əşyalar almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə 29.07.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən 4.399 manat borc məbləği yaranmışdır. Xəbərdarlıqdan görünür ki, "xxxx" MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 26.11.2019-cu il tarixli müqaviləyə əsasən Lenovo notebook, İMEİ kodu SGG7XVAREJF8M olan tablet, Lenovo Mouse üçün 858 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu; 07.12.2019-cu il tarixli müqaviləyə əsasən Apple MacBook üçün 1.779 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu; 31.12.2019-cu il tarixli müqaviləyə əsasən Sony Playstation-4, Playstation-4 diski üçün 742 manat 60 qəpik ödənilməmiş hissə, 20 manat 40 qəpik dəbbə pulu olmaqla, cəmi 3.480 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, üç müqavilə üzrə müvafiq olaraq 30 manat, 50 manat və 20 manat 40 qəpik məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun tutulması ilə yanaşı, yuxarıda qeyd olunan müqavilələr üzrə müvafiq olaraq 30 manat, 50 manat və 20 manat 40 qəpik məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 26.11.2019-cu il tarixli müqaviləyə əsasən Lenovo notebook, İMEİ kodu SGG7XVAREJF8M olan tablet, Lenovo Mouse üçün 858 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu; 07.12.2019-cu il tarixli müqaviləyə əsasən Apple MacBook üçün 1.779 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu; 31.12.2019-cu il tarixli müqaviləyə əsasən Sony Playstation-4, Playstation-4 diski üçün 742 manat 60 qəpik ödənilməmiş hissə, 20 manat 40 qəpik dəbbə pulu olmaqla, cəmi 3.480 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-5881/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5881/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver