Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-592/2023 24.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçi iştirakları ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi "hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi "hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmək qərarına gəlmişdir. O, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsədə ona şifahi şəkildə məhkəməyə müraciət etmək tövsiyyə etmişdilər. Çünki onun şəxsiyyəti təsdiq edən sənəddə ata adı Seyfxan göstərildiyi halda Sənqəçal ərazisindəki 63/153 nömrəli bağın istifadəyə verilməsi haqqında 40896 saylı müqavilədə ata adı Sefxan göstərilmişdir. Elə buna görə də onun sənədinə dair mülkiyyət hüququnun əldə edilməsi mümkün olmamışdır. Sənqəçal ərazisindəki 63/153 nömrəli bağın istifadəyə verilməsi haqqında 40896 saylı müqavilə Bakı şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən gələcəkdə “Birlik” adlandırılacaq X3 və İstismarı Birliyi, direktoru T.T.Allahverdiyevin şəxsində 22 may 2007-ci il tarixdə bağlanılmışdır. Müqavilənin müddəti 22 may 2017-ci il tarixdə bitmişdir. Həmin müqavilənin müddətinin uzadılması ilə bağlı iddiaçı İnzibati Məhkəməyə müraciət etmişdir, lakin iddiaçının şəxsiyyətini təsdiq edən göstərilən ata adı ilə Sənqəçal ərazisindəki 63/153 nömrəli bağın istifadəyə verilməsi haqqında 40896 saylı müqavilədə göstərilən ata adında uyğunsuzluq yarandığı üçün iş baxılmamış saxlanılmışdır və ona şifahi olaraq izah edilmişdir ki, bu məsələ ilə bağlı rayon məhkəməsinə faktın müəyyən edilməsi ilə bağlı müraciət edə bilər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də ona şifahi olaraq məhkəməyə müraciət edə biləcəyi izaah olunmuşdur. Qeyd edilənlərə əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və X4 ərazisindəki 63/153 nömrəli bağın istifadəyə verilməsi haqqında 40896 saylı 22 may 2007-ci il tarixli müqavilənin FİN xxxxxxx , AA ******* seriyalı şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi” na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçı bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Ancaq bundan imtina olunmuşdur. Ona görə ki, onun şəxsiyyətini təsdiq edən sənəddə ata adı Seyfxan kimi göstərildiyi halda, Sənqəçal ərazisindəki 63/153 nömrəli bağın istifadəyə verilməsi haqqında 40896 saylı müqavilədə ata adı Sefxan kimi göstərilmişdir. Buna görə də mülkiyyət hüquqlarının təsdiq olunması mümkün olmamışdır. Odur ki, ərizənin təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş edir.
4. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
5. Belə ki, iş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci ildə Şamaxı şəhərində anadan olmuşdur.
6. İş materiallarında olan AZ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci ildə Şamaxı şəhərində anadan olmuş, atası X5, anası X2r.
7. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış **********11 №-li, 12 avqust 2022-ci il tarixli etiraz məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq bildirilmişdir ki, xx.xx.2007-ci il tarixli, 40896 nömrəli müqavilədə ata adı Seyfxan olaraq göstərilmişdir.
8. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və X4 ərazisindəki 63/153 nömrəli bağın istifadəyə verilməsi haqqında 40896 saylı 22 may 2007ci il tarixli müqavilənin giriş hissəsində Ərizəçi Sefxan qeyd edildiyi halda həmin müqavilənin nəticə hissəsində Ərizəçi kimi qeyd edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və X4 ərazisindəki 63/153 nömrəli bağın istifadəyə verilməsi haqqında 40896 saylı 22 may 2007-ci il tarixli müqavilənin ona məxsus olması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi bundan imtina etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
11. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir.
12. Eyni Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir.
13. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.Göründüyü kimi ərizəçi Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və X4 ərazisindəki 63/153 nömrəli bağın istifadəyə verilməsi haqqında 40896 saylı 22 may 2007ci il tarixli müqavilənin FİN xxxxxxx , AA ******* seriyalı şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi” na məxsus olması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.
15. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
16. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və X4 ərazisindəki 63/153 nömrəli bağın istifadəyə verilməsi haqqında 40896 saylı 22 may 2007-ci il tarixli müqavilənin FİN xxxxxxx, AA ******* seriyalı şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi” na məxsus olması faktı müəyyən edilməlidir. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və X4 ərazisindəki 63/153 nömrəli bağın istifadəyə verilməsi haqqında 40896 saylı 22 may 2007-ci il tarixli müqavilənin giriş hissəsində inzibati orqan tərəfindən texniki səhvə yol verilməsi Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və X4 ərazisindəki 63/153 nömrəli bağın istifadəyə verilməsi haqqında 40896 saylı 22 may 2007-ci il tarixli müqavilənin Ərizəçi məxsus olması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən imtina verilməsi üçün əsas deyil .
17. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və X4 ərazisindəki 63/153 nömrəli bağın istifadəyə verilməsi haqqında 40896 saylı 22 may 2007-ci il tarixli müqavilənin giriş hissəsində iddaçının adının “SEFXAN” olması qeyd edilmiş, həmin müqavilənin sonunda isə adının “SEYFXAN” olması müəyyən edilmişdir. Bu halda isə ona dəlalət edir ki, müvafiq inzibati orqan tərəfindən həmin an texniki səhvə yol verilmişdir.
18. Digər hal isə ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış **********11 №-li, 12 avqust 2022-ci il tarixli etiraz məktubunda iddiaçının ata adının Seyfxan olaraq qeyd edilməsi bildirilsə də, bu halın özü gələcəkdə iddiaçıya yenidən müraciət etdiyi halda müvafiq reyestr xidməti tərəfindən imtina alınması üçün əsas ola biləcəyindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinın məktubundakı ata adının düzgün yazılması iddiaçının bu fakt üzrə xüsusi icraat qaydasında məhkəməyə müraciət etməsinə maneə olmamalıdır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
21. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
22. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi ərizəsi təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və X4 ərazisindəki 63/153 nömrəli bağın istifadəyə verilməsi haqqında 40896 saylı 22 may 2007-ci il tarixli müqavilənin FİN xxxxxxx , AA******* seriyalı şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi” na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov