Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5977/2021 01.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s. tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə barışıq sazişini təqdim edərək, tərəflər arasında yaranmış mübahisənin 01.11.2021-ci il tarixli barışıq sazişi ilə həll edildiyini bildirib, sazişin təsdiq edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 01.11.2021-ci il tarixli barışıq sazişinin şərtlərinə əsasən tərəflər sözügedən mübahisə ilə əlaqədar uzun sürən məhkəmə çəkişməsinə son qoymaq habelə mübahisəni barışıqla həll etmək məqsədi ilə barışıq sazişi bağlayırlar, bu sazişə uyğun olaraq “birinci tərəf”, yəni İddiaçı mübahisəni barışıqla həll etmək məqsədilə və alqı-satqı predmeti olan və hazırda 23.02.2021-ci il tarixli qeydiyyat nömrəsi ******* olan çıxarışa uyğun olaraq Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 47, mənzil 33-ü ödənişsiz olaraq, heç bir məbləğdə pul vəsaiti ödəmədən geri öz mülkiyyətinə qəbul edir və mənzil onun mülkiyyətinə qaytarılır, bununla da İddiaçı mülkiyyət hüquqları tam bərpa olunur, bunun müqabilində o, Nəsimi Rayon Məhkəməsində qaldırdığı mənzilin alqı-satqısını etibarsız hesab edilməsi iddiasından imtina edir, ikinci tərəf, yəni Cavabdeh mübahisəni barışıqla həll etmək məqsədi ilə alqı-satqı predmeti olan və hazırda 23.02.2021-ci il tarixli, MA seriyalı qeydiyyat nömrəsi ******* olan Çıxarışa uyğun olaraq onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 47 saylı evin 33 nömrəli mənzili ödənişsiz olaraq, yəni heç bir məbləğdə pul vəsaitinin ödənilməsini tələb etmədən birinci tərəfə, yəni İddiaçı mülkiyyətinə qaytarılmasını öz öhdəsinə götürür. Bununla əlaqədar Cavabdeh yuxarıda göstərilən Çıxarışın əslini Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qaytarır və həmin mənzilə olan mülkiyyət hüquqlarından imtina edir. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 47 saylı evin 33 nömrəli mənzilin ödənişsiz qaydada birinci tərəfə, yəni İddiaçı mülkiyyətinə keçməsinə və ona bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən Çıxarışın verilməsinə etiraz etmir, bu sazişin müddəalarının pozulmasına görə yaranacaq mübahisələr məhkəmə qaydasında həll ediləcək, bu saziş məhkəmə tərəfindən təsdiq edildikdə, qanunvericiliyin tələblərinə görə eyni zamanda iş üzrə icraata xitam veriləcək. Bununla əlaqədar tərəflər Azərbaycan Respublikası MPM-nın 262.4-cü maddəsində göstərilən “işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir “ müddəaları ilə tanış olduqlarını təsdiq edirlər, bu saziş tərəflər onu imzaladığı və məhkəmə tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir, bu saziş 2 (iki) vərəqdə, 3 (üç) nüsxədə tərtib edilir, məhkəmə tərəfindən təsdiq olunduqdan sonra onlardan hər biri müvafiq olaraq tərəflərdə və məhkəmədə saxlanılır. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s. tələbi”nə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 01.11.2021-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. 1) Tərəflər sözügedən mübahisə ilə əlaqədar uzun sürən məhkəmə çəkişməsinə son qoymaq habelə mübahisəni barışıqla həll etmək məqsədi ilə barışıq sazişi bağlayırlar; 2) Bu sazişə uyğun olaraq “birinci tərəf”, yəni İddiaçı mübahisəni barışıqla həll etmək məqsədilə və alqı-satqı predmeti olan və hazırda 23.02.2021-ci il tarixli qeydiyyat nömrəsi ******* olan çıxarışa uyğun olaraq Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 47, mənzil 33-ü ödənişsiz olaraq, heç bir məbləğdə pul vəsaiti ödəmədən geri öz mülkiyyətinə qəbul edir və mənzil onun mülkiyyətinə qaytarılır, bununla da İddiaçı mülkiyyət hüquqları tam bərpa olunur, bunun müqabilində o, Nəsimi Rayon Məhkəməsində qaldırdığı mənzilin alqı-satqısını etibarsız hesab edilməsi iddiasından imtina edir; 3) İkinci tərəf, yəni Cavabdeh mübahisəni barışıqla həll etmək məqsədi ilə alqı-satqı predmeti olan və hazırda 23.02.2021-ci il tarixli, MA seriyalı qeydiyyat nömrəsi ******* olan Çıxarışa uyğun olaraq onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 47 saylı evin 33 nömrəli mənzili ödənişsiz olaraq, yəni heç bir məbləğdə pul vəsaitinin ödənilməsini tələb etmədən birinci tərəfə, yəni İddiaçı mülkiyyətinə qaytarılmasını öz öhdəsinə götürür. Bununla əlaqədar Cavabdeh yuxarıda göstərilən Çıxarışın əslini Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qaytarır və həmin mənzilə olan mülkiyyət hüquqlarından imtina edir. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 47 saylı evin 33 nömrəli mənzilin ödənişsiz qaydada birinci tərəfə, yəni İddiaçı mülkiyyətinə keçməsinə və ona bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən Çıxarışın verilməsinə etiraz etmir; 4) Bu sazişin müddəalarının pozulmasına görə yaranacaq mübahisələr məhkəmə qaydasında həll ediləcək; 5) Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdə, qanunvericiliyin tələblərinə görə eyni zamanda iş üzrə icraata xitam veriləcək. Bununla əlaqədar tərəflər Azərbaycan Respublikası MPM-nın 262.4-cü maddəsində göstərilən “işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir “ müddəaları ilə tanış olduqlarını təsdiq edirlər; 6) Bu saziş tərəflər onu imzaladığı və məhkəmə tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir; 7) Bu saziş 2 (iki) vərəqdə, 3 (üç) nüsxədə tərtib edilir, məhkəmə tərəfindən təsdiq olunduqdan sonra onlardan hər biri müvafiq olaraq tərəflərdə və məhkəmədə saxlanılır. İddiaçı Cavabdeh qarşı “mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s. tələbi”nə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-5977/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5977/2021
01.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver