Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5978/2021 12.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əqdin etibarsızlığı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əqdin etibarsızlığı” tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı cavabdehlə tanışlıq münasibətləri vardır. Həmin şəxslə şifahi olaraq biznes fəaliyyəti ilə məşğul olmuşlar. Belə ki, o, Emindən bir neçə dəfə şifahi şəkildə telefon alqı-satqısı ilə məşğul olması üçün pul almışdır. Əldə edilmiş qazancdan da ona pul vermişdir. Sonradan aralarında pul ilə bağlı müəyyən mübahisə yaranmış və haqq-hesabı müəyyənləşdirmək üçün görüşmüşlər. Onun hesablamalarına görə, ona guya ümumilikdə dollar verməlidir. O isə ona etiraz edərək, bu məbləğdə borcunun olmadığını bildirmişdir. Sonradan onun barəsində polisə və işlədiyi müəssisəyə müraciət edəcəkləri hədələndikdən sonra məsələnin bu səviyyəyə qalxmasından, yəni işindən çıxarılacağı qorxusundan onunla razılaşaraq notariusa getmiş və qeyd edilən məbləğdə borcun götürülməsinə dair müqavilə imzalamışdır. 13 noyabr 2017-ci il tarixdə Bakı şəhərində 54 saylı notariat kontorunda Cavabdehla uydurma borc müqaviləsi bağlamışdır. Həmin vaxt müqavilənin məzmununu Cavabdeh sözləri ilə notarius işçiləri tərtib etdilər. O da heç tanış olmadan imza etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, həmin müqavilə hüquqi nəticələr yaratmaq üçün bağlanmamışdır. 160.000 ABŞ dolları kifayət qədər böyük məbləğdə puldur. Həmin məbləğdə pulun borc alınması istəyir, fikri ümumiyyətlə, heç vaxt olmamışdır, yəni müqavilənin bağlanması həqiqi iradənin ifadəsi deyildi. Müqavilə üzrə ona nağd olaraq həmin gün və ya ondan əvvəlki günlərdə heç bir borc məbləği ödənilməyib, bu məbləğdə pulu nə qəbul etmiş, nə almışdır. Bunu əgər 54 saylı notariat kontorunda video-müşahidə qurğularının qeydləri ilə bağlı arxivləşmə aparılırsa, bu görüntülər də təsdiq edə bilər ki, iddiaçı Cavabdeh notariat kontorunda pul qəbul etməmişdir. Müqavilə polislə hədələnməyi və işindən çıxarılmağından qorxduğu üçün görünüş bağlanmışdır ki, aralarında belə bir borc münasibəti həyata keçməmişdir. Həmin müqavilə ilə cavabdehlə onun arasında uydurma olaraq, saxta və formal olaraq, həqiqətə uyğun yan və həqiqəti əks etdirməyən məzmunda bağlanmışdır. Cavabdeh bu məbləğdə pulu olmamışdır, həmin pula malik olmasına dair, bu məbləğdə pulu ona verməsinə dair, kredit müqaviləsindən savayı hər hansı sübutu dəlili yoxdur. Mübahisənin obyektiv, tam, hərtərəfli və obyektiv araşdırılması üçün tərəflər arasındakı hüquq münasibətləri aydınlaşdırılmalıdır. Tərəflərin münasibətlərinin nədən qaynaqlandığı ortaya çıxarılmalı, onların münasibətləri araşdırılmalı, borc götürülməsinin zərurəti üzə çıxarılmalı və bütün bunlara qiymət verilməlidir. Yəni,tərəflərin insani, qohumluq, daşlıq, yaxud işğüzar münasibətləri sorğulansa, borcun hansı münasibətlərdən irəli gəldiyi araşdırılsa borc münasibətlərinin həqiqi münasibətlər yox, uydurma münasibətlər olması üzə çıxarılmış olacaqdır. Yoxsa, bu cür münasibətlər araşdırılmazsa, onda gerçək həyatlarında çəliklərdən yayınmaq istəyən bir sıra insan üçün bu cür müqavilələr əvəzedilməz bir yol, bir fürsət, bir imkan olar, mülki hüquqda isə uydurma əqdlər institutu əhəmiyyətsiz olar, bu əqdlərlə bağlı məsələləri tənzimləyən normalar məhkəmə praktikasında işləməyən, tətbiq edilməyən normalara çevrilər. Mübahisənin və iddianın xarakteri tələb edir ki, tərəflər arasındakı münasibətlər aydınlaşdırılsın və üzə çıxarılsın. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək, bundan başqa iddia müddətinin tətbiqi haqqında ərizə təqdim edərək qeyd etmişdir ki, iddiaçı X2 cavabdeh X1 qarşı müqavilənin etibarsızlığı tələbinə dair iddia ərizəni ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 54 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş ”13 noyabr 2017-ci il tarixli kredit (borc) müqaviləsinin etibarsız hesab edilməsi" barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər arasında bağlanmış müqavilə 13 noyabr 2017-ci il tarixində rəsmiləşdirilmişdir. Müqavilə bağlandığı gündən artıq 3il 11 ay vaxt keçmişdir. İddiaçı X3iu iddia tələbində həmin müqavilənin polislə hədələndiyindən və işindən çıxarılmasından qorxduğu üçün bağlandığı göstərmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir İl ərzində əqdi mübahisə edə bilər. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sf/ww Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunun iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər bərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir. (Avropa Məhkəməsinin “Drryus Litvaya qarşı iy üzrd* 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının “Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü ili tarixli qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımına başlanğıcı bir tərəfdən subyektiv hüququnu pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış 13 noyabr 2017-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən borc alana 16000 ABŞ dolları məbləğində pul borc verir, borc alan krediti 13.11.2018-cı il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə baxışında müəyyən edildi ki, borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış 13 noyabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən borc alana 160000 ABŞ dolları məbləğində pul borc vermiş, borc alan krediti 13.11.2018-cı il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı qeyd olunan müqavilənin uydurma əqd olduğunu, cavabdeh tərəfindən ona həmin müqavilə üzrə borc pul verilmədiyini bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “əqdin etibarsızlığı” tələbinə dair iddia ərizəsi təmin edilməməli,iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “əqdin etibarsızlığı” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-5978/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5978/2021
12.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver