Məhkəmə qərarları › İş №2(006)-601/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-601/2023

24.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-601/2023 24.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı Cavı̇ d oğlunun iştirakı ilə İddiaçı Cavı̇ d oğlunun cavabdehlər Məmmədov Nazı̇ m Aydın oğlu və 1 saylı Bakı "ASAN xı̇ dmət" mərkəzı̇ ndə notariat ofisinə qarşı “mirasın qəbulu üçün müddətin uzadılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavı̇ d oğlu cavabdehlər Məmmədov Nazı̇ m Aydın oğlu və 1 saylı Bakı "ASAN xı̇ dmət" mərkəzı̇ ndə notariat ofisinə qarşı “mirasın qəbulu üçün müddətin uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışlar ki, ünvan 1 ünvanında yerləşən 73 saylı mənzil X2 mülkiyyətindədir. O, 11.0.2021-ci il tarixində vəfat etmişdir. Onun ölümündən sonra vəsiyyətnamə üzrə vərəsəsi olan nəvəsi İddiaçı Cavı̇ d oğlu vərəsəlik işinin açılması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün 1 saylı Bakı "Asan xı̇ dmət" Mərkəzı̇ ndə notariat ofisinə müraciət etmiş, lakin imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət vərəsə tərəfindən buraxılmışdır. Qanunvericiliklə müəyyən edilmiş müddət üzrlü səbəbdən buraxılmışdır. Belə ki, X5 rəhmətə gedən ili ölkədə sərt karantin rejimi olmuşdur. Qeyd olunan ildə İddiaçı Cavı̇ d oğlu Covid-19 virusuna yoluxmuş, evdən kənara gedə bilməmişdir. Həmçinin qanunvericiliklə miras əmlakının qəbul edilməsi üçün müddətin nəzərdə tutulmasından məlumatsız olmuşdur. Eyni zamanda miras qoyanın digər qanun üzrə vərəsəsi qardaşı Məmmədov Nazı̇ m Aydın oğlu ərizə ilə notariat ofisinə müraciət edərək miras payını qəbul etmək niyyətinin olmadığını bildirmişdir. Göstərilənləri nəzərə alaraq X3 miras qalmış ünvan 1 ünvanında yerləşən 73 saylı mənzilin üzərində mirasın qəbul edilməsi vaxtının 2 ay müddətinə uzadılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Daha sonra İddiaçı Cavı̇ d oğlu iddia ərizəsinə dəqiqləşdirmə ilə müraciət edərək, X3 miras qalmış əmlakla bağlı ötürülmüş bütün müddətin üzrlü hesab edilməsi və mirasın qəbul edilməsi vaxtını əlavə olaraq 2 ay müddətinə uzatmaqla bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı Cavı̇ d oğlu iddia tələbini müdafiə edərək, onun təmin edilməsi məhkəmədən xahiş etmişdir.

5. Əvvəlki məhkəmə iclasında cavabdeh Məmmədov Nazı̇ m Aydın oğlu məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbini qəbul edir, iddiaçı onun bacısı oğludur. İddiaçının nənəsi, yəni onun anası vəfat edərkən ünvan 2 ünvanında yerləşən 73 saylı mənzili İddiaçı vəsiyət etmişdir. Onun da buna heç bir etirazı olmamışdır. Ancaq ölkədə mövcud olan pandemiya səbəbindən iddiaçı vaxtında qanunvericilik ilə nəzərdə tutulmuş müddət ərzində həmin evi iddiaçıya keçməsi üçün lazımi prosedurları heyata keçirə bilməmişdir. Sonradan onlar bununla bağlı Asan Xidmətə müraciət etsələr də, onlara bildirmişlər ki, qanunvericiliklə nəzərdə tutulmuş proessual müddət keçmişdir. Bu səbəbdən də miras edilmiş evin iddiaçının adına keçirilməsi mümkün olmamışdır.

6. Cavabdeh 1 saylı Bakı "ASAN xı̇ dmət" mərkəzı̇ ndə notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan АЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 8 yanvar 1968-ci il tarixində Bakı şəhərində anadan olmuş, atası X9, anası X4.

8. İş materiallarında olan АЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 21 iyun 1964-cü il tarixində Bakı şəhərində anadan olmuş, atası X10, anası X4.

9. İş materiallarında olan 1 saylı Bakı "ASAN xı̇ dmət" mərkəzı̇ qeydiyyat şöbəsi tərəfindən 29 iyul 2016-cı il tarixində verilmiş AZ-İ seriyalı 827102 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 25 iyul 2016-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 29 iyul 2016-cı il tarixində 924 № ilə qeyd edilmişdir. Ölümün səbəbi: «rektosiqmoid kolostomiyadan son.vəz.» göstərilmişdir.

10. İş materiallarında olan 1 saylı Bakı "ASAN xı̇ dmət" mərkəzı̇ qeydiyyat şöbəsi tərəfindən 25 fevral 2019-cu il tarixində verilmiş AZ-İİ seriyalı 000115 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 21 fevral 2019-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 25 fevral 2019-cu il tarixində 399 № ilə qeyd edilmişdir. Ölümün səbəbi: «hemiplegiya» göstərilmişdir.

11. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən 21 yanvar 2021-ci il tarixində verilmiş AZ-İİ seriyalı 160509 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 11 yanvar 2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 12 yanvar 2021-ci il tarixində 70 № ilə qeyd edilmişdir. Ölümün səbəbi: «ürəyin aterosklerotik xəstəliyi» göstərilmişdir.

12. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi ÖM seriyalı, 114988 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən 36 saylı evin 73 nömrəli mənzili X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 09 iyul 2002-ci il tarixində 30/184267 nömrə ilə qeydiyyat aparılmışdır.

13. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş və qeydə alınmış 13 may 2014-cü il tarixli vəsiyyətnamədən görünür ki, ünvan 3 ünvanda yaşayan X6 ölən günədək ona məxsus olan ünvan 3 ünvanda yerləşən mənzili nəvəsi İddiaçı Cavı̇ d oğluna vəsiyyət etmişdir.

14. İş materiallarında olan 1 saylı Bakı "ASAN xı̇ dmət" mərkəzı̇ qeydiyyat şöbəsi tərəfindən İddiaçı Cavı̇ d oğluna ünvanlanmış 22 oktyabr 2022-ci il tarixli məktubda cavab olaraq bildirilmişdir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldıqdan altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, iş üzrə müəyyən edilmişdir ki, iddiaçının nənəsi X6 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Vərəsə İddiaçı Cavı̇ d oğlu xx.xx.2022-ci ildə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmişdir. Lakin ona mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyü bildirilmişdir. Hazırda iddiaçı mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin üzrlü hesab edərək mirasın qəbul edilmə vaxtının uzadılmasını xahiş edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

17. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

18. Göründüyü kimi, qanunverici mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılmasını yalnız gecikmənin səbəbi üzrlü olduğu halda mümkün hesab etmişdir. Lakin, qanunverici mirasın qəbul edilməsi müddətinin uzadılması üçün hansı səbəbin üzrlü hesab olunmasını konkret göstərməyərək, həmin səbəblərin müəyyən edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır.

19. Odur ki, məhkəmə hazırkı məqamda İddiaçı Cavı̇ d oğlu tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü səbəb(lər)dən ötürülüb-ötürülməməsi məsələsini araşdırmağı vacib hesab edir və bu xüsusatın hüquqi həlli ilə bağlı Konstitusiya Məhkəməsinin təcrübəsinə istinadı zəruri sayır.

20. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir.

21. İşin hallarından da göründüyü kimi, iddiaçıya nənəsindən qalmış miras Covid-19 pandemiyası vaxtına təsadüf etmiş, iddiaçı həmin virusa yoluxmuş, cavabdeh isə iddianı etiraf etmiş, ümumiyyətlə hüquqi savadsızlığı səbəbindən bunun üçün notariusa müraciət etmək lazım olduğunu bilməmiş, yəni ondan asılı olmayan səbəblərdən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətdə müraciət edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət iddiaçı tərəfindən üzrlü səbəbdən ötürülmüşdür.

22. Qeyd olunanlara əsasən iddia təmin edilməli, xx.xx.2021-ci il tarixində vəfat etmiş X1mış mirasın İddiaçı Cavı̇ d oğlu tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət 2 (iki) ay müddətinə uzadılmalıdır.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixində vəfat etmiş X1mış mirasın İddiaçı Cavı̇ d oğlu tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət 2 (iki) ay müddətinə uzadılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar