Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-604/2023 01.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1, Cavabdeh1 nümayəndəsi X9, cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb etməklə cavabdehlər Cavabdeh1, «X18» ASC-nə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb etməklə cavabdehlər Cavabdeh1, «X18» ASC-nə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışlar ki, "xxxx" X22 Səhmdar Cəmiyyəti ilə üçüncü şəxs X11 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 09KL/İ4 saylı kredit müqaviləsinin təmini üsulu kimi Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli, 09KLİ/14 saylı ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 mülkiyyətində olan Cəlilabad şəhəri, Mehdi Hüseyn küçəsində yerləşən 15 saylı evin 11 saylı mənzili banka ipotekaya qoyulmuşdur. X11 banka olan borcunu tam və vaxtında ödəmədiyi üçün bank borcun ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və Cəlilabad rayon Məhkəməsinin qətnaməsi ilə tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Cəlilabad şəhəri, Mehdi Hüseyn küçəsində yerləşən 15 saylı evin 11 saylı mənzilinə yönəldilməsi qət edilmişdir. Adı qeyd edilən ipotekaya qoyulmuş əmlak 2014-cü ildə ipotekaya qoyularkən iddiaçıların razılıqları alınmamışdır. Belə ki, mülkiyyətçi-Cavabdeh1 xx.xx.2010-cu il tarixdə Cəlilabad rayon Polis Şöbəsinə razılıq-ərizəsi yazaraq iddiaçıların Cavabdeh1 mülkiyyətində olan Cəlilabad şəhəri, Mehdi Hüseyn küçəsində yerləşən 15 saylı evin 11 saylı mənzilinə qeydiyyata alınmasına razılıq vermişdir. Bundan bir gün sonra, yəni xx.xx.2010-cu ildə iddiaçıya həmin mənzildə qeydiyyata düşməsi barədə müvəqqəti şəxsiyyət vəsiqəsi verilmiş, daha sonra isə xx.xx.2010-cu il tarixdə iddiaçı ailə üzvləri ilə birlikdə həmin evə daimi pasport qeydiyyatına düşmüşlər. Həmin tarixdən bu günlərədək isə həmin evdə qeydiyyatda olmuşlar. Əslində ev sahibi İddiaçı1 özü olmuşdur. Sadecə müəyyən problemlər səbəbilə evin sənədləşməsi Cavabdeh1 adma aparılmış və ev onun mülkiyyətinə keçirilmişdir. Cavabdehlər arasında borc müqaviləsi bağlanalaraq ipoteka müqaviləsi üzrə qeyd edilən mənzili ipoteka ilə yüklü edərkən həmin vaxt onların mənzildə qeydiyyatda ola-ola razılıqları alınmamışdır. Halbuki, qanunun tələbinə görə mənzil ipoteka ilə yüklü edilərkən mənzildə yaşayan şəxslərin də notariat qaydada razılıq ərizələri alınmalıdır. Buna baxmayaraq cavabdeh təşkilat nəinki notariat qaydada heç adi qaydada da iddiaçılardan heç bir razılıq ərizəsi almamışdır. Faktiki olaraq həmin evdə yaşayan şəxslərin-istifadə hüququ olan şəxslərin razılığının alınmayaraq kortəbbi yolla qanunsuz tərtib edilmiş aktlarla evin ipoteka yüklü edilməsini onlar əsassız və qanunsuz hesab edirlər. Göründüyü kimi Cavabdeh1 mülkiyyətində olan, Cəlilabad şəhəri, Mehdi Hüseyn küçəsində yerləşən 15 saylı evin 11 saylı mənzil xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmış və buna dair müvafiq çıxarış verilmiş, xx.xx.2010-cu il tarixdə iddiaçı və ailə üzvləri həmin mənzilə qeydiyyata düşmüşlər, bundan dörd il sonra isə yəni xx.xx.2014-cü il tarixdə isə mənzil banka ipotekaya qoyulmuşdur. Göstərilənlərə əsasən cavabdehlər "xxxx" X22 Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 Agababa qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 09KLİ/14 saylı ipoteka müqaviləsınin etibarsız hesab edilmasi və Cəlilabad şəhəri, Mehdi Hüseyn küçəsində yerləşən 15 saylı evin 11 saylı mənzilinin ipoteka yüklülüyündən azad edilmasi barədə qətnamə qəbul qəbul edilməsi məhkəmədən xahiş edilmişlər.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında izahatı alınmış iddiaçı və digər iddiaçıların nümayəndəsi (ataları) İddiaçı1 oğlu iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 nümayəndəsi (bacısı) X15 iddia tələbini qəbul edərək onun təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında izahatı alınmış "xxxx" KB ASC-nin nümayəndəsi X12 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddia tələbi əsassızdır va rədd edilməlidir. Belə ki, "xxxx" X22 Səhmdar Cəmiyyəti ilə X11 arasında kredit müqaviləsi bağlanmış və həmin müqavilənin təminatı üçün Cavabdeh1 ilə ipoteka müqaviləsi bağlanmışdır. Hazırki mülki iş üzrə İddiaçı1 bağlanmış müqavilələr üzrə tərəf olmadığından həmin müqavilələrin etibarsızlığı ilə əlaqədar iddia qaldırmaq səlahiyyəti yoxdur. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarı ilə müəyyən olunmuşdur ki, daşınmaz əmlakda qeydiyyatda olan şəxslərin ipoteka müqaviləsi bağlanılarkən razılığının alınmaması sonradan həmin müqavilənin etibarsızlığı üçün əsas ola bilməz. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X11 məhkəmə iclasına gəlməmişdir və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə, tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. İş materiallarında olan "xxxx" KB ASC ilə X13 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 09KL/14 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank X7 1.000.000 manat məbləğində 60 ay mddətinə xx.xx.2019-cu il tarixədən bu müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verilmişdir.
10. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 09KLİG14 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Cəlilabad şəhəri, Mehdi Hüseyn küçəsində yerləşən 15 saylı evin 11 saylı mənzili "xxxx" KB ASC-yə ipotekaya qoyulmuşdur.
11. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* No-li arayışın surətinə əsasən İddiaçı1, İddiaçı3 və Qasımlı X5 şəhəri, Mehdi Hüseyn küçəsində yerləşən 15 saylı evin 11 saylı mənzilində xx.xx.2010-cu il tarixdən qeydiyyatdadırlar.
12. İş materiallarında olan Cəlilabad rayon Məhkəməsinin 2(073)-2694/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər X13, Cavabdeh1 və X14 xx.xx.2014-cü il tarixli, 09KL/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 09KL/14 saylı əlavə kredit müqaviləsi üzrə 14313,30 ABŞ dolları əsas, 2471,67 ABŞ dolları faiz, 4591,58 ABŞ dolları cərimə olmaqla, cəmi 21376,55 ABŞ dolları (Azərbaycan manatının həmin günə olan məzənnəsi ilə) və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada "xxxx" KB ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Cəlilabad şəhəri, Mehdi Hüseyn küçəsində yerləşən 15 saylı evin 11 saylı mənzilə yönəldilməsi, əmlak açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cəlilabad şəhəri, Mehdi Hüseyn küçəsində yerləşən 15 saylı evin 11 saylı mənzilin ilkin satış qiymətinin 20.000 manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.
13. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-531/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən "xxxx" KB ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(073)- 2686/2015 saylı qətnaməsi iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, ipoteka predmeti olan Cəlilabad şəhəri, Cəlilabad-Uzuntəpə yolu, 4-cü döngədə yerləşən 0,0599 ha torpaq sahəsinə və onun üzərində yerləşən 8 saylı fərdi yaşayış evinə tutmanın yönəldildikdə və satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər X3 və X4 çıxarılmaları, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. İş materiallarında olan Cəlilibad rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(073)-2236/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 "xxxx" KB ASCnə Cəlilabad şəhəri, Mehdi Hüseyn küçəsində yerləşən 15 saylı evin 11 nömrəli mənzilində yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam veriməsi və Cavabdeh1 həmin fərdi yaşayış evindən çıxarılmaqla yaşayış sahəsinin boşaldılması qət edilmişdir.
15. İş materiallarında olan Cəlilabad rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)-1473/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh X8 qarşı pul tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh X1 20.000 manat pulun və 30 manat dövlət rüsumunun alınıb iddiaçı Cavabdeh1 verilməsi, iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməsi, İddiaçı1 cavabdeh X8 qarşı ünvan 1 ünvanında yerləşən mənzilə yaşayış hüququnun təmin edilməsi və həmin mənzilə köçürülməsi tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.
16. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilə Cəlilabad rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(073)-2694/2015 saylı qətnaməsi "xxxx" MMC-nin təsdiq etdiyi xx.xx.2016-cı il tarixli 31/01 nömrəli Hərracın yekunları barədə protokolu və xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixdə "xxxx" KB ASC-nin adına reyestrdən çıxarış verilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
17. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mübahisəli Cəlilabad şəhəri, Mehdi Hüseyn küçəsində yerləşən 15 saylı evin 11 saylı mənzil Cavabdeh1 mülkiyyətində olmuşdur. Həmin mənzil X11 ilə "xxxx" KB ASC arasında bağlanılmış xx.xx.2014-cü il tarixdə kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçılar mübahisəli mənzildə xx.xx.2010-cu il tarixdən yaşayış yeri üzrə qeydiyyatdadırlar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamənin icrası ilə keçirilmiş hərrac nəticəsində mübahisəli mənzil alqı-satqı müqaviləsinə əsasən "xxxx" KB ASC-yə satılmış və bank həmin mənzil üzərində mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Cəlilabad rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə "xxxx" KB ASC-nin mülkiyyətində olan Cəlilabad şəhəri, Mehdi Hüseyn küçəsində yerləşən 15 saylı evin 11 nömrəli mənzilində yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və Cavabdeh1 həmin mənzildən çıxarılmaqda yaşayış sahəsinin boşaldılmışdır. Cəlilabad rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)-1473/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh X8 qarşı pul tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh X1 20.000 manat pulun və 30 manat dövlət rüsumunun alınıb iddiaçı Cavabdeh1 verilməsi, iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməsi, İddiaçı1 cavabdeh X8 qarşı ünvan 1 ünvanında yerləşən mənzilə yaşayış hüququnun təmin edilməsi və həmin mənzilə köçürülməsi tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Hazırda iddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onlar mübahisəli mənzildə xx.xx.2010-cu il tarixdən yaşayış yeri üzrə qeydiyyatdadırlar və həmin mənzil ipoteka ilə yüklü edilərkən onların razılığı alınmamışdır. Bu səbəbdən iddiaçılar bankla Cavabdeh1 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsini və mənzilin ipoteka yüklülüyündən azad edilməsini xahiş etmişlər.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
18. Məhkəmə iddia tələbinin xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı iddiaçıların gətirdikləri dəlilləri üzrə qeyd edir ki, həmin dəlillər də əsassızdır və ipoteka müqaviləsinin etibarsızlığına səbəb ola bilməz.
19. Azərbaycan Respablikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Həmin Məcəllənin 169.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.
21. “K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, qanunverici sahiblik, istifadə və sərəncam hüququnun mahiyyətini açıqlayaraq sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanı olmasını qeyd etmişdir.Beləliklə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər.
22. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından da göründüyü kimi mülkiyyətçinin mülkiyyəti üzərində sərəncam vermək hüququ, mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir. Belə olan halda mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh1 mülkiyyətində olan mənzili üzərində istədiyi kimi sərəncam verməsi (öz mülahizəsinə görə satması, ipoteka ilə yüklü etməsi), ona qanunla (Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikası Mülki Məcəlləsi) verilən hüquqdur və həmin hüququn məhdudlaşdırılması, mülkiyyətə maneə kimi qiymətləndirilməlidir.
23. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçıların mübahisəli mənzildə qeydiyyatda olsalar da, ipoteka müqaviləsinin bağlanmasına onlarn razılıqlarının alınmaması, həmin ipoteka müqaviləsinin etibarsızlığına əsas ola bilməz.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir.
25. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.
27. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən Plenum qərarında müəyyən etdiyi hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, mübahisəli mənzilə xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanılarkən iddiaçıların qeydiyyatda olan şəxslər kimi razılığının alınmaması, həmin ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas olmadığından, iddia tələbi ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassız hesab edilməlidir.
28. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı1 cavabdeh X8 qarşı ünvan 1 ünvanında yerləşən mənzilə yaşayış hüququnun təmin edilməsi və həmin mənzilə köçürülməsi tələbinə dair iddia tələbi əsassız olduğu üçün təmin edilməmişdir.
29. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
30. Məhkəmə qeyd edir ki, İddiaçı1 iddiası üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə mübahisəli mənzilə yaşayış hüququnun olmaması təsdiq olunluğu üçün, iddiaçının tələbi bu əsaslara görə də əsassız hesab edilməlidir.
31. Məhkəmə həmçinin hesab edir ki, iddiaçıların ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbi əsassız hesab olunduğu üçün, iddia tələbi mənzilin ipoteka yüklülüyündən azad edilməsi hissəsində də əsassızdır və təmin edilməməlidir.
32. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb etməklə cavabdehlər Cavabdeh1, «X18» ASC-nə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin ipoteka yüklülüyündən azad edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir.
33. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri İddiaçı1 aid edilməlidir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb etməklə cavabdehlər Cavabdeh1, «X18» ASC-nə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin ipoteka yüklülüyündən azad edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı1 aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov