Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6040/2020 03.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər VVADQ şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2000-ci il tarixli 383929 №-li Nikahın bağlanması haqqında şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi, 1979-cu il aprel ayının 3-də Naxçıvan MR Şərur şəhərinin Şərur qəsəbəsində doğulmuşdur. 2000-ci ildə Naxçıvan şəhər sakini X6 ilə qanuni nikahla evlənmişdir. 2005-ci il may ayının 20-də həmin nikahdan qızı - X7 dünyaya gəlmişdir. X3 2020-ci il mart ayının 28-də Bakı şəhərində vəfat etmiş, ölüm faktı Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli AZ-İİ № 062343 nömrəli ölüm haqqında şəhadətnamə ilə qeydə alınmışdır. Sabiq həyat yoldaşının işçisi olduğu Azərbaycan Dövlət Neft Şirkəti Metanol zavodu onun xx.xx.2019-cu il tarixli AA ******* nömrəli (FİN № xxxxxxx) şəxsiyyət vəsiqəsində soyadının Nağıyeva, Naxçıvan Şəhər VVADQ şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2000-ci il tarixli 383929 №-li Nikahın bağlanması haqqında şəhadətnamədə və Naxçıvan Şəhər VVADQ şöbəsi tərəfindən qızı X4 adına verilmiş xx xxxx 2005-ci il tarixli 627074 №-li Doğum haqqında şəhadətnamədə Süleymanova göstərildiyi səbəbindən mövcud qanunvericiliyə uyğun olaraq qızına atasını itirdiyinə görə müavinət təyin edə bilmir. Belə olan halda, nikah haqqında şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsinə zərurət yaranmışdır. Ərizəyə əlavə edilmiş sənədlərdən göründüyü kimi ərizə əsaslıdır və bu səbəbdən hesab edir ki, Naxçıvan Şəhər VVADQ şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2000-ci il tarixli 383929 №-li Nikahın bağlanması haqqında şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxara bilər. Yuxarıda göstərilənlərə əsasən Naxçıvan Şəhər VVADQ şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2000-ci il tarixli 383929 №-li Nikahın bağlanması haqqında şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi teleqramla məhkəməyə müraciət edərək, ərizəsini müdafə etdiyini bildirməklə mövcud vəziyyətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çoxluğunu nəzərə alaraq Ərizəçi mülki işinə dair məhkəmə baxışı iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə ərizəçi və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə mülki iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.2.5-ci, 308ci və 311-ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşıdır. Naxçıvan Şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2000-ci il tarixli 383929 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Ərizəçi xx.xx.2000-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 199 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Süleymanov, arvada Süleymanova soyadı verilmişdir. Naxçıvan Şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 627074 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2005-ci ildə Naxçıvan şəhərində anadan olmuş, atası X6, anası X1r, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 358 nömrə ilə qeyd edilmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X6 ilə Ərizəçi xx.xx.2000-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 199 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Süleymanov, arvada Süleymanova soyadı verilmişdir. Onların birgə nikahından xx.xx.2005-ci il təvəllüdlü Leyla Süleymanlı adlı qızları anadan olmuşdur. Ərizəçi, ərə getdikdən sonra soyadını dəyişdirdiyinən, qızı X4 adına Naxçıvan Şəhər VVADQ şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 627074 saylı doğum haqqında şəhadətnamədə soyadı “X2” kimi qeyd edilmişdir. Ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, yuxarıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçinin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyindən, hüquq müəyyən edici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Belə ki, ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktının müəyyən edilməsindən birbaşa asılıdır. Belə ki, Ərizəçi məxsus şəxsiyyət vəsiqəsində və nikah haqqında şəhadətnaməsində doğum tarixinin eyni olması Naxçıvan Şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2000-ci il tarixli 383929 №-li Nikahın bağlanması haqqında şəhadətnamənin ona məxsus olmasına dair ərizənin təmin edilməsi barədə məhkəmənin qənaətinin düzgün olduğuna dəlalət edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2000-ci il tarixdə verilmiş 383929 №-li Nikahın bağlanması haqqında şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən xx xxxxxxxx 2000-ci il tarixdə verilmiş 383929 №-li Nikahın bağlanması haqqında şəhadətnamənin xx.xx.1979-cu il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-6040/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6040/2020
03.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver