Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6045/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X24 oğlunun katibliyi, İddiaçı Əliyeva (Dadaşova) Minaxanım Əli qızının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə İddiaçı Əliyeva (Dadaşova) Minaxanım Əli qızının cavabdehlər Cavabdeh1 və ünvan 2 qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əliyeva (Dadaşova) Minaxanım Əli qızı cavabdehlər Cavabdeh1 və ünvan 2 qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 61 saylı bağ sahəsi iddiaçının mərhum anası X6 mülkiyyətində olmuşdur. İddiaçının anası X12 11.01.2009-cu il tarixində vəfat etmiş və Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən 13.01.2009cu il qeydiyyat tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. İddiaçı 2007-ci il tarixindən etibarən Böyük Britaniya vətəndaşlığını qəbul etmişdir. İddiaçı 2007-ci il 03 oktyabr və 2008-ci ilin avqust ayında Bakıya gələrək anasının yanında qalmışdır. Eyni zamanda, iddiaçı anasının ölümü ilə əlaqədar Bakıya gələrək, valideyninin yas mərasimlərində iştirak etmişdir. O cümlədən, övladlıq borcunu yerinə yetirərək anasının qəbir daşının düzəldilməsi üçün xərc çəkmişdir. İddiaçı anasının vəfatından sonra qardaşı anasından qalmış torpağın bərabər qaydada hamının arasında, yəni 3 qardaş və 1 bacı arasında bölünəcəyini bildirmişdir. Hər dəfə soruşanda hələ də torpağın bölünmədiyini, bölünərsə iddiaçının da payının veriləcəyini bildirmişdir. Belə ki, iddiaçının qardaşı Cavabdeh1 heç kimə məlumat vermədən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.25 ha torpaq sahəsindən ibarət olan miras əmlakının qəbuluna dair 31 oktyabr 2019-cu il tarixdə 7 saylı xüsusi Notariat ofisinə ərizə ilə müraciət etmişdir. 28 yanvar 2021-ci il tarixdə isə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və nəzərdə tutulan miras əmlakın 1/1 hissədə tam pay hüquqları müəyyənləşdirilmişdir. Cavabdeh1 tərəfindən miras əmlakının qəbuluna dair ərizədə vərəsələr kimi iddiaçının mərhum qardaşları X13 və X23 qeyd olunmuşdur. Lakin qanuni vərəsə qismində iddiaçını göstərməmişdir Göründüyü kimi, Cavabdeh1 tərəfindən qəsdən iddiaçının qanuni vərəsə qismində çıxış etməsi faktı 7 saylı Notariat ofisindən gizlədilmişdir və bunun nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Bundan əlavə, iş üzrə materiallardan da göründüyü kimi ünvan 1nin Cavabdeh1 adına sənədləşdirilməsi zamanı iddiaçının mərhum qardaşı X17 oğlu X18 və keçmiş həyat yoldaşı X3 razılığı alınsa da, faktiki nikahda olduğu həyat yoldaşının və qızının, o cümlədən mərhum X7 ailə üzvlərindən isə heç birinin razılıq ərizələri alınmamışdır. Yəni, həmin şəxslər də Cavabdeh1 tərəfindən gizlədilmişdir. İş materiallarında diqqət çəkən məqamlardan biri də X14 və X3 razılıq ərizələrinin hələ 10 fevral 2011-ci il tarixdə alınmasıdır. Bu bir daha göstərir ki, notariat kontoru iddiaçıya qarşı qərəzli olmuş, vərəsə kimi mövcudluğunu ümumiyyətlə araşdırmamışdır. Göstərilənlərə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsinə Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən Cavabdeh1 adına verilmiş 28 yanvar 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında sözügedən bağ sahəsinin 05 fevral 2021-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğvi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı Əliyeva (Dadaşova) Minaxanım Əli qızının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək, iddiaçının Respublika ərazisində yaşamamasını, başqa ölkənin vətəndaşı olmasını bildirərək tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 7 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İşin materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 13.10.2010-cu il tarixdə verilmiş AZ-İİ № 538016 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx xxxxxxx 1959-cu ildə Bakı şəhərində anadan olmuş, atası X15, anası X10r. İşin materiallarında olan 25.08.1969-cu il tarixdə verilmiş AZ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 26 avqust 1953-cü ildə Bakı şəhərində anadan olmuş, atası X15, anası X10r. İş materiallarında olan 29.01.1982-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 14.12.1981-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Əzizbəyov rayon VVADQ şöbəsi tərəfindən verilmiş 19.04.2007-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 19.04.2007-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Əzizbəyov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06.01.2010-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 11.01.2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18.02.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 08.08.2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Cavabdeh1 ünvan 2 ünvanladığı 31.10.2019-cu il tarixli ərizədən görünür ki, ondan başqa vərəsələr kimi X13 və X23 göstərilmişdir. İş materiallarındakı Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən verilmiş 28 yanvar 2021-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin surətindən görünür ki, 11.01.2009-cu il tarixdə vəfat etmiş X6 vərəsəsi-ünvan 3 ünvanında qeydiyyatda olan qızı Cavabdeh1dur, o, miras əmlakdan 1/1 hissədə tam pay almalıdır. Həmin şəhadətnaməyə əsasən miras əmlak ünvan 1ndən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 18.08.2021-ci il tarixli məktubundan görünür ki, İdarənin arxivində mövcud olan sənədlərə əsasən Şüvəlan qəsəbəsində yerləşən 0.25 hektar torpaq sahəsi olan 61 saylı bağ sahəsi keçmiş X1 və İstismarı Birliyi ilə bağlanılmış 29.03.1996-cı il tarixli, 5266 nömrəli müqavilə ilə X11 (sənəddə olduğu kimi) icarəyə verilmişdir. ünvan 1 ünvanında yerləşən 0.25 hektar torpaq sahəsi ********** qeydiyyat nömrəli ərizə və ərizə ilə təqdim edilən 29.03.1996-cı il tarixli 5266 nömrəli müqavilənin təsdiq edilmiş surəti, Bakı şəhəri, 7 saylı xüsusi notariat ofisindən verilmiş, Cavabdeh1 mərhum X6 vərəsəsi müəyyən edilməsi barədə 876 nömrəli, 07.11.2019-cu il tarixli məktub əsasında 05.01.2021 -ci il tarixdə mərhum X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra, Bakı şəhəri 7 saylı xüsusi notariat ofisində 28.01.2021 -ci il tarixdə reyestrdə 2V-37 nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında sözügedən bağ sahəsi 05.02.2021-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin 16.09.2021-ci il tarixli məktubundan görünür ki, 28 yanvar 2021-ci il tarixdə 2V-37 № ilə qeyd edilmiş reyestrdə 11 yanvar 2009-cu ildə vəfat etmiş mərhum X5 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 61 saylı bağ sahəsinə dair Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq vərəsə Cavabdeh1 faktiki miras əmlakı idarə etdiyinə görə və Bələdiyyə orqanından torpaq vergisinin onun tərəfindən uzun müddət ödənilməsi barədə rəsmi sənədin olması və digər sənədləri müəyyən etdikdən sonra vərəsə Cavabdeh1 tərəflərindən Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Notariat Ofisinə təqdim etdikləri sənədlərdə və “Elektron Notariat "avtomatlaşdırılmış İnformasiya sistemindən Çıxarışda şikayətçi X2 adı, soyadı qeyd edilmədiyi üçün, o vərəsə kimi nəzərə alınmamışdır və həmçinin Cavabdeh1 nümayəndəsi X16 notariat ofisinə vərəsəliyin qəbulu barədə yazdığı ərizədə X4 vərəsə kimi qeyd etməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Əliyeva (Dadaşova) Minaxanım Əli qızı anasından miras qalmış əmlaka dair miras payının müəyyən edilməsi üçün qardaşı Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Göstərilən Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Eyni Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Göstərilən Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna miras qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1243.1, 1243.2, 1243.3, 1246). "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – "Notariat haqqında” Qanun) 9-cu maddəsinin birinci hissəsinə görə, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. “Notariat haqqında” Qanunun 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Göründüyü kimi Cavabdeh1 ünvan 2 ünvanladığı ərizəsində bacısı Əliyeva (Dadaşova) Minaxanım Əli qızını vərəsə kimi qeyd etməmişdir. Bu səbəbdən iddiaçı qanuni vərəsəlik dairəsinə daxil edilməmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsinə Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən Cavabdeh1 adına verilmiş 28 yanvar 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ünvan 1nə dair 05 fevral 2021-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsinə Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən Cavabdeh1 adına verilmiş 28 yanvar 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ünvan 1nə dair 05 fevral 2021-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-6045/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6045/2021
28.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver