Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6067/2021 12.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi Dairəsini cəlb etdiyi “hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Ucar Rayon Aqrar İslahat Komissiyasının 20.10.1997-ci il tarixli 13 saylı qərarı əsasında verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0018 KOD 90407038 nömərli dövlət aktında “X3” kimi göstərilmiş şəxsin “Ərizəçi” olması faktı müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, o, iddia ərizəsinə təsdiqlənmiş surəti əlavə etdiyi “Torpağa mülkiyyət hüququna dair” JN-0018 kod 90407038 nömrəli dövlət aktından göründüyü kimi Ucar rayon Aqrar İslahat Komissiyasının 20.10.1997-ci il tarixli 13 saylı qərarı ilə Ucar rayonunun Çiyni kəndində ona və ailə üzvlərinə 3.84 hektar torpaq sahəsi verilmişdir. Lakin həmin dövlət aktında onun adı səhvən “Famil” kimi yazılmışdır. Bu isə ona çıxarışın və texniki pasportun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinə müraciət etdikdən sonra məlum olmuşdur. Belə ki, o torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışın və texniki pasportun hazırlanması üçün daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etsə də həmin idarənin 12.03.2021-ci il tarixli cavabı ilə ona bildirilmişdir ki, yalnız göstərilən səhvi aidiyyatı üzrə aradan qaldırıldıqdan sonra o eyni tələblə həmin orqana yenidən müraciət edə bilmir. Sonda, ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs qismində qoyulmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi Dairəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Göyçay Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə Göyçay rayonunda anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin 22 iyul 2021-ci il tarixli məktubundan görünür ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı hüquq əldə edilən ərizəsi və ərizəyə əlavə olunan sənədlər əsasında aparılır. Həmçinin bildirilir ki, DT və XK-si tərəfindən verilmiş JN-0018 kod 90407038 nömrəli dövlət aktında Ərizəçi adı X1 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ucar rayonu İcra Hakimiyyəti Başçısının Ənvər Məmmədxanlı kənd inzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 113 saylı, 18 avqust 2021-ci il tarixli Arayışdan görünür ki, Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı JN-0018 saylı kod 90407038də adı X1 yazılsada Azərbaycan Respublikası şəxsiyət vəsiqəsi AA*******-də adı Ərizəçi kimi yazılan şəxslə eyni şəxsdir. Uçar rayon İHB-nın Ə.Məmmədxanlı İƏD-si üzrə nümayəndəlikdə X3 adlı şəxs yaşamır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DT və XK-si tərəfindən verilmiş JN-0018 sayli torpağa mülkiyyət hüququna dair dövlət aktında Ərizəçi adı “X3” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, X3 xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuşdur (AZ-İİ seriyalı 713453 saylı doğum haqqında şəhadətnamə). İş materiallarında olan Uçar rayon X2 20 oktyabr 1997-ci il tarixli 13 nömrəli Qərarı ilə ona və ailə üzvlərinə 3.84 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmışdır. Lakin Ərizəçi adı Famil adı kimi göstərilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 22.07.2021-cı il tarixli **********33 nömrəli məktubunda qeyd edilmişdir ki, DT və XK-si tərəfindən verilmiş JN-0018 sayli torpağa mülkiyyət hüququna dair dövlət aktında Ərizəçi adı “X3” kimi qeyd edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ucar Rayon Aqrar İslahat Komissiyasının 20.10.1997-ci il tarixli 13 saylı qərarı əsasında verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0018 KOD 90407038 nömərli dövlət aktında “X3” kimi göstərilmiş şəxsin “Ərizəçi” olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ucar Rayon Aqrar İslahat Komissiyasının 20.10.1997-ci il tarixli 13 saylı qərarı əsasında verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0018 KOD 90407038 nömərli dövlət aktında “X3” kimi göstərilmiş şəxsin “Ərizəçi” olması faktı müəyyən edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-6067/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6067/2021
12.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver