Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6069/2021 05.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh X3 qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbi qismən təmin edilməli, 16.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********50946 və **********32472 olan 2 ədəd Samsung Galaxy A10 markalı telefon, 2 ədəd aksesuar üçün 255.10 (iki yüz əlli beş manat, on qəpik) manat ödənilməmiş hissə, 3,60 manat dəbbə pulu; 15.12.2019-cu il tarixli müqaviləsinə əsasən, X5 üçün 118 (yüz on səkkiz) manat öənilməmiş hissə, 3,60 manat dəbbə pulu; 16.12.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN LED televizor üçün 295.10 (iki yüz doxsan beş manat, on qəpik) manat ödənilməmiş hissə, 8,60 manat dəbbə pulu; 23.01.2020-ci il tarixli müqaviləsinə əsasən, Acer notebook, notebook çantası üçün 29 (iyirmi doqquz) manat ödənilməmiş hissə, 1,30 manat dəbbə pulu, 24.01.2020-ci il tarixli müqaviləsinə əsasən, Acer notebook, Panasonic qulaqlıq qulaqcıq üçün 515.80 (beş yüz on beş manat, səksən qəpik) manat ödənilməmiş hissə, 15,40 manat dəbbə pulu, 28.02.2020-ci il tarixli müqaviləsinə əsasən, S Pozis RS-411 Soyuducu üçün 429 manat ödənilməmiş hissə, 6,90 manat dəbbə pulu, 12.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********46605 Huawei Y5 Lite markalı telefon üçün 218.40 manat ödənilməmiş hissə, 4,60 manat dəbbə pulu, 24.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********74983 an Xiaomi Redmi 8 markalı telefon üçün 404.40 manat ödənilməmiş hissə, 8,20 manat dəbbə pulu, ümumilikdə 2.317 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “ABC TELECOM" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi, iddia qalan hissədə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 izahatında bildirmişdir ki, cavabdeh, "xxxx" MMC ilə 16.11.2019-cu il, 15.12.2019-cu il,16.12.2019-cu il, 23.01.2020-ci il, 24.01.2020-ci il, 28.02.2020-ci il, 12.05.2020-ci il, 24.05.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, İMEİ Kodu **********50946 və **********32472 olan 2 ədəd Samsung galaxy A10 markalı telefon, 2 ədəd aksesuar, X7, HOFFMANN LED televizor, 2 ədəd Acer notebook, notebook çantası, Panasonic qulaqlıq, S Pozis RS-411 Soyuducu, İMEİ Kodu **********46605 Huawei Y5 Lite markalı telefon, İMEİ Kodu **********74983 olan Xiaomi Redmi 8 markalı telefon almış və nəticədə 2831.8 (iki min səkkiz yüz otuz bir manat, səksən qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 816 (səkkiz yüz on altı) manat (12 ay x 68 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********50946 və **********32472 olan 2 ədəd Samsung galaxy A10 markalı telefon, 2 ədəd aksesuar üçün ümumilikdə, 336.1 (üç yüz otuz altı manat, on qəpik) manat olmaqla ondan 255.1 (iki yüz əlli beş manat, on qəpik) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat dəbbə pulu; 15.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 240 (iki yüz qırx) manat (12 ay x 20 manat + 0 manat ilkin ödəniş) olan X5 üçün ümumilikdə, 154 (yüz əlli dörd,) manat olmaqla ondan 118 (yüz on səkkiz) manat öənilməmiş hissə, 36 (otuz altı) manat dəbbə pulu; 16.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 432 (dörd yüz otuz iki) manat (18 ay x 24 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN LED televizor üçün ümumilikdə, 381.1 (üç yüz səksən bir manat, on qəpik) manat olmaqla ondan 295.1 (iki yüz doxsan beş manat, on qəpik) manat ödənilməmiş hissə, 86 (səksən altı) manat dəbbə pulu; 23.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 804.6 (səkkiz yüz dörd manat, altmış qəpik) manat (18 ay x 44 manat 70 qəpik + 0 manat ilkin ödəniş) olan Acer notebook, notebook çantası üçün ümumilikdə, 42 (qırx iki) manat olmaqla ondan 29 (iyirmi doqquz) manat ödənilməmiş hissə, 13 (on üç) manat dəbbə pulu hesablanmışdır. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və giymətləndirilməlidir. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 16.11.2019-cu il tarixli müqaviləsindən görünür ki, alqı-satqı qiyməti 816 (səkkiz yüz on altı) manat (12 ay x 68 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********50946 və **********32472 olan 2 ədəd Samsung galaxy A10 markalı telefon, 2 ədəd aksesuar üçün ümumilikdə, 336.1 (üç yüz otuz altı manat, on qəpik) manat olmaqla ondan 255.1 (iki yüz əlli beş manat, on qəpik) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat dəbbə pulu; İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 15.12.2019-cu il tarixli müqaviləsindən görünür ki, alqı-satqı qiyməti 240 (iki yüz qırx) manat (12 ay x 20 manat + 0 manat ilkin ödəniş) olan X5 üçün ümumilikdə, 154 (yüz əlli dörd,) manat olmaqla ondan 118 (yüz on səkkiz) manat öənilməmiş hissə, 36 (otuz altı) manat dəbbə pulu; İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 16.12.2019-cu il tarixli müqaviləsindən görünür ki, alqı-satqı qiyməti 432 (dörd yüz otuz iki) manat (18 ay x 24 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN LED televizor üçün ümumilikdə, 381.1 (üç yüz səksən bir manat, on qəpik) manat olmaqla ondan 295.1 (iki yüz doxsan beş manat, on qəpik) manat ödənilməmiş hissə, 86 (səksən altı) manat dəbbə pulu; İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 23.01.2020-ci il tarixli müqaviləsindən görünür ki, alqı-satqı qiyməti 804.6 (səkkiz yüz dörd manat, altmış qəpik) manat (18 ay x 44 manat 70 qəpik + 0 manat ilkin ödəniş) olan Acer notebook, notebook çantası üçün ümumilikdə, 42 (qırx iki) manat olmaqla ondan 29 (iyirmi doqquz) manat ödənilməmiş hissə, 13 (on üç) manat dəbbə pulu hesablanmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə zamanı, həm iddiaçının nümayəndəsinin izahatından, həmçinin iş materiallarından müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrdən göründüyü kimi tərəflər arasında kreditin ödənilməsi şərtləri razılaşdırılmasına baxmayaraq iddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında və qaydasında həyata keçirmiş, yəni kredit məbləğini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Belə ki, cavabdeh tərəfindən kredit üzrə əsas və faiz borclanın ödənilməsində ardıcıl olaraq gecikmələr və ümumiyyətlə ödəməmələr baş verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinin tələbinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə belə bir nəticəyə gəlir ki, Cavabdeh müqaviləai üzrə borcun müqavilə ilə müəyyənləşdirilmiş müddətdə ödənilməsinə dair üzərlərinə düşən öhdəlikləri yerinə yetirmədiklərindən və borcun ödənilməsi barədə iddiaçı "xxxx" MMC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiklərindən icranı gecikdirmişlər. Həmçinin MM-nin 449.4-cü maddəsinin tələbindən çıxış edərək məhkəmə qeyd edir ki, hazırda iddiaçı bankla cavabdeh arasında bağlanılmış kredit müqaviləsində faizlərin hesablanması üçün müddət müəyyənləşdirilmişdir və buna görə də həmin müqavilənin tələbləri əsas götürülməklə əsas borca faizlər müqavilənin qüvvədə olduğu müddət ərzində hesablanmalıdır. Müqavilə müddəti bitdikdən sonra isə kredit məbləğini vaxtında qaytarmadığına görə borcalana gecikdirilmiş məbləğlə bağlı tərəflər arasında bağlanmış müqaviləyə uyğun cərimə hesablanmalıdır. Məhkəmə qeyd edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən borc məbləği cavabdehdən tutulmalıdır və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 16.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********50946 və **********32472 olan 2 ədəd Samsung galaxy A10 markalı telefon, 2 ədəd aksesuar üçün 255.10 (iki yüz əlli beş manat, on qəpik) manat ödənilməmiş hissə, 3,60 manat dəbbə pulu; 15.12.2019-cu il tarixli müqaviləsinə əsasən, X5 üçün 118 (yüz on səkkiz) manat öənilməmiş hissə, 3,60 manat dəbbə pulu; 16.12.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN LED televizor üçün 295.10 (iki yüz doxsan beş manat, on qəpik) manat ödənilməmiş hissə, 8,60 manat dəbbə pulu; 23.01.2020-ci il tarixli müqaviləsinə əsasən, Acer notebook, notebook çantası üçün 29 (iyirmi doqquz) manat ödənilməmiş hissə, 1,30 manat dəbbə pulu, 24.01.2020-ci il tarixli müqaviləsinə əsasən, Acer notebook, Panasonic qulaqlıq qulaqcıq üçün 515.80 (beş yüz on beş manat, səksən qəpik) manat ödənilməmiş hissə, 15,40 manat dəbbə pulu, 28.02.2020-ci il tarixli müqaviləsinə əsasən, S Pozis RS-411 Soyuducu üçün 429 manat ödənilməmiş hissə, 6,90 manat dəbbə pulu, 12.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********46605 Huawei Y5 Lite markalı telefon üçün 218.40 manat ödənilməmiş hissə, 4,60 manat dəbbə pulu, 24.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********74983 an Xiaomi Redmi 8 markalı telefon üçün 404.40 manat ödənilməmiş hissə, 8,20 manat dəbbə pulu, ümumilikdə 2.317 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “ABC TELECOM" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Odur ki, məhkəmə təqdim edilmiş sübutların mötəbərliyini əsas götürərək iddianın qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul cavabdehdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 16.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********50946 və **********32472 olan 2 ədəd Samsung galaxy A10 markalı telefon, 2 ədəd aksesuar üçün 255.10 (iki yüz əlli beş manat, on qəpik) manat ödənilməmiş hissə, 3,60 manat dəbbə pulu; 15.12.2019-cu il tarixli müqaviləsinə əsasən, X5 üçün 118 (yüz on səkkiz) manat öənilməmiş hissə, 3,60 manat dəbbə pulu; 16.12.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN LED televizor üçün 295.10 (iki yüz doxsan beş manat, on qəpik) manat ödənilməmiş hissə, 8,60 manat dəbbə pulu; 23.01.2020-ci il tarixli müqaviləsinə əsasən, Acer notebook, notebook çantası üçün 29 (iyirmi doqquz) manat ödənilməmiş hissə, 1,30 manat dəbbə pulu, 24.01.2020-ci il tarixli müqaviləsinə əsasən, Acer notebook, Panasonic qulaqlıq qulaqcıq üçün 515.80 (beş yüz on beş manat, səksən qəpik) manat ödənilməmiş hissə, 15,40 manat dəbbə pulu, 28.02.2020-ci il tarixli müqaviləsinə əsasən, S Pozis RS-411 Soyuducu üçün 429 manat ödənilməmiş hissə, 6,90 manat dəbbə pulu, 12.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********46605 Huawei Y5 Lite markalı telefon üçün 218.40 manat ödənilməmiş hissə, 4,60 manat dəbbə pulu, 24.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********74983 an Xiaomi Redmi 8 markalı telefon üçün 404.40 manat ödənilməmiş hissə, 8,20 manat dəbbə pulu, ümumilikdə 2.317 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “ABC TELECOM" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-6069/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6069/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver