Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6077/2021 12.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sərliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə 10.12.2019-cıı il, 18.02.2020-ci il, 18.03.2020-ci il tarixli müqavilələrinə əsasən, “Hoffmann LED” televizor, İMEİ Kodu **********56619 “X1 8 T” markalı telefon, İMEİ Kodu **********13071 “Samsung Galaxy A51” markalı telefon almış və nəticədə 873 (səkkiz yüz yetmiş üç) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 10.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 516 AZN (beş yüz on altı manat) (12 ay x 43 manat + 0 manat ilkin ödəniş) “Hoffmann LED” televizor üçün ümumilikdə 126 AZN (yüz iyirmi altı manat) olmaqla ondan, 114.2 AZN (yüz on dörd manat, iyirmi qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11.8 AZN (on bir manat, səksən qəpik) cərimə; 18.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 577,8 AZN (beş yüz yetmiş yeddi manat, səksən qəpik) (18 ay x 32 manat 10 qəpik + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********56619 X1 8 T” markalı telefon üçün ümumilikdə, 353 AZN (üç yüz əlli üç) olmaqla ondan, 320.6 AZN (üç yüz iyirmi manat, altmış qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32.4 AZN (otuz iki manat, qırx qəpik) cərimə; 18.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 740.8 AZN (yeddi yüz qırx manat, səksən qəpik) (12 ay x 49 manat 90 qəpik + 142 manat ilkin ödəniş) İMEİ Kodu **********13071 “Samsung Galaxy A51” markalı telefon üçün ümumilikdə, 394 AZN (üç yüz doxsan dörd) olmaqla ondan, 358.1 AZN (üç yüz əlli səkkiz manat, on qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 35.9 AZN (otuz beş manat, doxsan qəpik) cərimə miqdarında borc yaranmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, 10.12.2019-cu il tarixli müqaviləsinə əsasən, “Hoffmann LED” televizor üçün 114.20 AZN (yüz on dörd manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 11.80 AZN (on bir manat, səksən qəpik) cərimə; 18.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********56619 X1 8 T” markalı telefon üçün 320.60 AZN (üç yüz iyirmi manat, altmış qəpik) ödənilməmiş hissə, 32.40 AZN (otuz iki manat, qırx qəpik) cərimə; 18.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********13071 “Samsung Galaxy A51” markalı telefon üçün 358.1 AZN (üç yüz əlli səkkiz manat, on qəpik) ödənilməmiş hissə, 35.90 AZN (otuz beş manat, doxsan qəpik) cərimə, ümumilikdə, 873 AZN (səkkiz yüz yetmiş üç manat) borc və 30 AZN (otuz manat) ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti iki min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 10 dekabr 2019-cu il tarixli, ******* saylı müqavilədən görünür ki, "xxxx" MMC “Hoffmann LED” markalı televizoru Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 43 AZN olmaqla ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 18 fevral 2020-ci il tarixli, 20113058 saylı müqavilədən görünür ki, "xxxx" MMC X1 8 T” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 32,10 AZN olmaqla ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 18 mart 2020-ci il tarixli, 20184265 saylı müqavilədən görünür ki, "xxxx" MMC “Samsung Galaxy A51” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 142 AZN ilkin ödəniş etməklə, hissə-hissə 12 ay müddətinə hər ay 49,90 AZN olmaqla ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 13 avqust 2021-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 10 dekabr 2019-cu il tarixli müqavilə üzrə 114.2 AZN (yüz on dörd manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 11.80 AZN (on bir manat, səksən qəpik) cərimə, 18 fevral 2020-ci il tarixli müqavilə üzrə 320.6 AZN (üç yüz iyirmi manat, altmış qəpik) ödənilməmiş hissə, 32.4 AZN (otuz iki manat, qırx qəpik) cərimə, 18 mart 2020-ci il tarixli müqavilə üzrə 358.1 AZN (üç yüz əlli səkkiz manat, on qəpik) ödənilməmiş hissə, 35.9 AZN (otuz beş manat, doxsan qəpik) cərimə, hər üç müqavilə üzrə isə 792,90 AZN (yeddi yüz doxsan iki manat, doxsan qəpik) ödənilməmiş hissə, 80,10 AZN (səksən manat, on qəpik) cərimə, ümumilikdə 873 AZN (səkkiz yüz yetmiş üç manat) məbləğində borcu vardır. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 22.02.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh "xxxx" MMC ilə 10.12.2019-cıı il, 18.02.2020-ci il, 18.03.2020-ci il tarixli müqavilələrə əsasən “Hoffmann LED” televizor, X1 8 T” markalı və “Samsung Galaxy A51” markalı telefonlar almış və nəticədə borc yaranmışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtləri pozulmuş və nəticədə 10 dekabr 2019-cu il tarixli müqavilə üzrə 114.20 AZN (yüz on dörd manat, iyirmi qəpik) ödənilməmiş hissə, 11.80 AZN (on bir manat, səksən qəpik) cərimə, 18 fevral 2020-ci il tarixli müqavilə üzrə 320.60 AZN (üç yüz iyirmi manat, altmış qəpik) ödənilməmiş hissə, 32.40 AZN (otuz iki manat, qırx qəpik) cərimə, 18 mart 2020-ci il tarixli müqavilə üzrə 358.10 AZN (üç yüz əlli səkkiz manat, on qəpik) ödənilməmiş hissə, 35.90 AZN (otuz beş manat, doxsan qəpik) cərimə, hər üç müqavilə üzrə 873 AZN (səkkiz yüz yetmiş üç manat) məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 AZN (otuz manat) məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 10 dekabr 2019-cu il tarixli müqavilə üzrə 114.20 AZN (yüz on dörd manat, iyirmi qəpik) ödənilməmiş hissə, 11.80 AZN (on bir manat, səksən qəpik) cərimə, 18 fevral 2020-ci il tarixli müqavilə üzrə 320.60 AZN (üç yüz iyirmi manat, altmış qəpik) ödənilməmiş hissə, 32.40 AZN (otuz iki manat, qırx qəpik) cərimə, 18 mart 2020-ci il tarixli müqavilə üzrə 358.10 AZN (üç yüz əlli səkkiz manat, on qəpik) ödənilməmiş hissə, 35.90 AZN (otuz beş manat, doxsan qəpik) cərimə, hər üç müqavilə üzrə 873 AZN (səkkiz yüz yetmiş üç manat) məbləğində borc və 30 AZN (otuz manat) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 10 dekabr 2019-cu il tarixli müqavilə üzrə 114.20 AZN ( bir yüz on dörd manat, iyirmi qəpik) ödənilməmiş hissə, 11.80 AZN (on bir manat, səksən qəpik) cərimə, 18 fevral 2020-ci il tarixli müqavilə üzrə 320.60 AZN (üç yüz iyirmi manat, altmış qəpik) ödənilməmiş hissə, 32.40 AZN (otuz iki manat, qırx qəpik) cərimə, 18 mart 2020-ci il tarixli müqavilə üzrə 358.10 AZN (üç yüz əlli səkkiz manat, on qəpik) ödənilməmiş hissə, 35.90 AZN (otuz beş manat, doxsan qəpik) cərimə, hər üç müqavilə üzrə 873 AZN (səkkiz yüz yetmiş üç manat) məbləğində borc və 30 AZN (otuz manat) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-6077/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6077/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver