Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6079/2021 12.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sərliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə 08.01.2020-ci il, 24.05.2020-ci il, 24.05.2020-ci il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********00290, **********11508, **********40886 olan 3 ədəd “X3 8” markalı telefon almış və nəticədə 1238.4 AZN borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 08.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 586.8 AZN (beş yüz səksən altı manat, səksən qəpik) (18 ay x 32 manat 60 qəpik + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********00290 “X3 8” markalı telefon üçün ümumilikdə, 410.8 AZN (dörd yüz on manat, səksən qəpik) olmaqla ondan, 410.8 AZN (dörd yüz on manat, səksən qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 AZN (sıfır manat) cərimə; 24.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 598.8 AZN (beş yüz doxsan səkkiz manat, səksən qəpik) (12 ay x 49 manat 90 qəpik + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********11508 “X3 8” markalı telefon üçün ümumilikdə, 297.8 AZN (iki yüz doxsan yeddi manat, səksən qəpik) olmaqla ondan, 297.8 AZN (iki yüz doxsan yeddi manat, səksən qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 AZN (sıfır manat) cərimə; 24.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 670.8 AZN (altı yüz yetmiş manat, səksən qəpik) (12 ay x 46 manat 70 qəpik +110 manat 40 qəpik ilkin ödəniş) İMEİ Kodu **********40886 “X3 8” markalı telefon üçün ümumilikdə, 529.8 AZN (beş yüz iyirmi doqqıız manat, səksən qəpik) olmaqla ondan, 529.8 AZN (beş yüz iyirmi doqquz manat, səksən qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 AZN (sıfır manat) cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 618 AZN təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, 08.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********00290 “X3 8” markalı telefon üçün, 410.80 AZN (dörd yüz on manat, səksən qəpik) ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə; 24.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********11508 “X3 8” markalı telefon üçün 297.80 AZN (iki yüz doxsan yeddi manat, səksən qəpik) manat ödənilməmiş hissə, 0 AZN (sıfır manat) cərimə; 24.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********40886 “X3 8” markalı telefon üçün 529.80 AZN (beş yüz iyirmi doqquz manat, səksən qəpik) ödənilməmiş hissə, 0 AZN (sıfır manat) cərimə miqdarında borc, ümumilikdə, 1238,40 AZN (bir min iki yüz otuz səkkiz manat, qırx qəpik) məbləğində borc və 30 AZN (otuz manat) ödənilmiş dövlət rüsumu cavabdeh X1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti iki min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 08 yanvar 2020-ci il tarixli, 20021471 saylı müqavilədən görünür ki, "xxxx" MMC “X3 8” telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 32,60 AZN olmaqla ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 24 may 2020-ci il tarixli, 20302173 saylı müqavilədən görünür ki, "xxxx" MMC “X3 8” telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 49,90 AZN olmaqla ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 24 may 2020-ci il tarixli, 20304268 saylı müqavilədən görünür ki, "xxxx" MMC “X3 8” telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ilkin ödəniş 110,40 AZN etməklə, hissə-hissə 12 ay müddətinə hər ay 46,70 AZN olmaqla ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 12 avqust 2021-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 08 yanvar 2020-ci il tarixli müqavilə üzrə 410,80 AZN ödənilməmiş hissə, 24 may 2020-ci il tarixli müqavilə üzrə 297,80 AZN ödənilməmiş hissə, 24 may 2020-ci il tarixli müqavilə üzrə 529,80 AZN ödənilməmiş hissə, hər üç müqavilə üzrə ümumilikdə isə 1238,40 AZN borcu vardır. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 15.07.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh "xxxx" MMC ilə 08.01.2020-ci il, 24.05.2020-ci il və 24.05.2020-ci il tarixli müqavilələrə əsasən “X3 8” markalı 3 ədəd telefonlar “almış və nəticədə 1238,40 AZN borc yaranmışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtləri pozulmuş və nəticədə 08.01.2020-ci il tarixli müqavilə üzrə 410,80 AZN ödənilməmiş hissə, 24 may 2020-ci il tarixli müqavilə üzrə 297,80 AZN ödənilməmiş hissə, 24 may 2020-ci il tarixli müqavilə üzrə 529,80 AZN ödənilməmiş hissə, hər üç müqavilə üzrə ümumilikdə isə 1238,40 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 AZN (otuz manat) məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 08.01.2020-ci il tarixli müqavilə üzrə 410,80 AZN (dörd yüz on manat, səksən qəpik) ödənilməmiş hissə, 24 may 2020-ci il tarixli müqavilə üzrə 297,80 AZN (iki yüz doxsan yeddi manat, səksən qəpik) ödənilməmiş hissə, 24 may 2020-ci il tarixli müqavilə üzrə 529,80 AZN (beş yüz iyirmi doqquz manat, səksən qəpik) ödənilməmiş hissə, hər üç müqavilə üzrə ümumilikdə isə 1238,40 AZN (bir min iki yüz otuz səkkiz manat, qırx qəpik) məbləğində borc və 30 AZN (otuz manat) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 08.01.2020-ci il tarixli müqavilə üzrə 410,80 AZN (dörd yüz on manat, səksən qəpik) ödənilməmiş hissə, 24 may 2020-ci il tarixli müqavilə üzrə 297,80 AZN (iki yüz doxsan yeddi manat, səksən qəpik) ödənilməmiş hissə, 24 may 2020-ci il tarixli müqavilə üzrə 529,80 AZN (beş yüz iyirmi doqquz manat, səksən qəpik) ödənilməmiş hissə, hər üç müqavilə üzrə ümumilikdə isə 1238,40 AZN (bir min iki yüz otuz səkkiz manat, qırx qəpik) məbləğində borc və 30 AZN (otuz manat) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-6079/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6079/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver