Məhkəmə qərarları › İş №2(006)-6199/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6199/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6199/2021 02.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səməd Cəfərov Fəxrəddin oğlunun, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 11.11.2019-cu il tarixli müqaviləsinə əsasən, LG LED televizor, LG Paltaryuyan üçün 1153 (min yüz əlli üç) manat ödənilməmiş hissə, 350 (üç yüz əlli) manat dəbbə pulu; 17.02.2020-ci il tarixli müqaviləsinə əsasən, Apple saat üçün 758.8 (yeddi yüz səkkiz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 218.2 (iki yüz on səkkiz manat , iyirmi qəpik) manat dəbbə pulu; 14.03.2020-ci il tarixli müqaviləsinə əsasən, Apple saat üçün 1001 (min bir) manat ödənilməmiş hissə, 300 (üç yüz) manat dəbbə pulu; 29.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********35962 ıPhone 11 Pro Max markalı telefon üçün 3005 (üç min beş) manat ödənilməmiş hissə, 894 (səkkiz yüz doxsan dörd) manat dəbbə pulu hesablanmışdır. Ümumilikdə, 7680 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə 11.11.2019-cu il, 17.02.2020-ci il, 14.03.2020-ci il və 29.05.2020-ci il tarixli müqaviləsinə əsasən, LG LED televizor, LG Paltaryuyan, 2 ədəd Apple saat, İMEİ Kodu **********35962 iPhone 11 Pro Max markalı telefon almış və nəticədə 7680 (yeddi min altı yüz səksən) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 11.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2004 (iki min dörd) manat (12 ay x 167 manat 0 manat ilkin ödəniş) LG LED televizor, LG Paltaryuyan üçün ümumilikdə, 1503 (min beş yüz üç) manat olmaqla ondan, 1153 (min yüz əlli üç) manat ödənilməmiş hissə, 350 (üç yüz əlli) manat dəbbə pulu; 17.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1102.8 (min yüz iki manat, səksən qəpik) manat (12 ay x 91 manat 90 qəpik + 0 manat ilkin ödəniş) Apple saat üçün ümumilikdə, 977 (doqquz yüz yetmiş yeddi) manat olmaqla ondan, 758.8 (yeddi yüz əlli səkkiz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 218.2 (iki yüz on səkkiz manat, iyirmi qəpik) manat dəbbə pulu; 14.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1103 (min yüz üç) manat (12 ay x 91 manat + 11 manat ilkin ödəniş) Apple saat üçün ümumilikdə, 1301 (min üçyüz bir) manat olmaqla ondan, 1001 (min bir) manat ödənilməmiş hissə, 300 (üç yüz) manat dəbbə pulu; 29.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3650 (üç min altı yüz əlli) manat (12 ay x 298.5 manat + 68 manat ilkin ödəniş) İMEİ Kodu **********35962 iPhone 11 Pro Max markalı telefon üçün ümumilikdə, 3899 (üç min səkkiz yüz doxsan doqquz) manat olmaqla ondan, 3005 (üç min beş) manat ödənilməmiş hissə, 894 (səkkiz yüz doxsan dörd) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1942 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında bağlanan 29.05.2020-ci il tarixli, 20317867 nömrəli müqaviləyə əsasən İMEİ Kodu **********35962 iPhone 11 Pro Max markalı telefonu, 14.03.2020-ci il tarixli 20176253 nömrəli və 17.02.2020-ci il tarixli, 20110432 nömrəli müqavilələrə əsasən Apple saatı, 11.11.2019-cu il tarixli 01044561 nömrəli müqaviləyə əsasən LG LED televizor, LG Paltaryuyanı hissə-hissə ödəmək şərti ilə alqısatqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış 11.12.2019-cu il tarixli əlavə ödəniş cədvəlinin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ 57 manat təşkil edir. 29.05.2020-ci il tarixli bildirişdən görünür ki, 20317867 nömrəli müqaviləyə əsasən İMEİ Kodu **********35962 iPhone 11 Pro Max markalı telefonu, 14.03.2020-ci il tarixli bildirişdən görünür ki, 20176253 nömrəli müqaviləyə əsasən və 17.02.2020-ci il tarixli bildirişdən görünür ki, 20110432 nömrəli müqaviləyə əsasən Apple saatları, 11.11.2019-cu il tarixli bildirişdən görünür ki, LG LED televizor, LG Paltaryuyanı tam qüsursuz halda təhvil almışdır. 12.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№ 8********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd edilən malın hissə-hissə ödəmə şərti ilə alqı-satqısına dair müqaviləsiə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və 27.08.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu 11.11.2019-cu il tarixli müqavilə üzrə cavabdehə 1153 manat əsas borc, 350 manat dəbbə pulu, 17.02.2020-ci il tarixli müqavilə üzrə 758.8 manat əsas borc, 218.2 manat dəbbə pulu, 14.03.2020-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 1001 manat, 300 manat dəbbə pulu, 29.05.2020-ci il tarixli müqavilə üzrə 3005 manat əsas borc, 894 manat dəbbə pulu, ümumilkdə 7680 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Bundan başqa MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, müqavilələr üzrə müəyyən edilmiş dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək qiymətləndirilməli və dəbbə pulu azaldılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh yaranmış borc üzrə 11.11.2019-cu il tarixli müqavilə üzrə 1153 manat əsas borc, 12 manat dəbbə pulu, 17.02.2020-ci il tarixli müqavilə üzrə 758.8 manat əsas borc, 10.2 manat dəbbə pulu, 14.03.2020-ci il tarixli müqavilə üzrə 1001 manat əsas borc, 11 manat dəbbə pulu, 29.05.2020-ci il tarixli müqavilə üzrə 3005 manat əsas borc, 17 manat dəbbə pulu, ümumilikdə 5968 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 5917.8 manat, cərimə borcu üzrə 50.2 manat, cəmi 5968 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar