Məhkəmə qərarları › İş №2(006)-620/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-620/2022

02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-620/2022 02.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “X10 müqaviləsinin ləğvi, avtomobilin təhvil verilməsi və pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15 noyabr 2018-ci il tarixli, Lg-16-151118/291911 nömrəli X10 müqaviləsinə xitam verilməsi, cəmi borc 30.632 (otuz min altı yüz otuz iki) manat 84 (səksən dörd) qəpik- bundan 22.094 (iyirmi iki min doxsan dörd) manat 03 (üç) qəpik əsas, 8454 (səkkiz min dörd yüz əlli dörd) manat 66 (altmış altı) qəpik faiz və 84 (səksən dörd) manat 15 (on beş) qəpik cərimə borcu və iş üzrə ödənilmiş 181 (yüz səksən bir) manat 90 (doxsan) qəpik məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı ASCnin xeyrinə tutulması, Cavabdeh sahiblik və istifadəsinə verilmiş “Mercedes Benz S63 amg” minik markalı (tip sedan, Ban WDDNG77X48A160651, rəngi qara, buraxılış ili 2008-ci il) olan avtomobil tam işlək vəziyyətdə ləğv prosesində olan İddiaçı ASC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edərək bildirdi ki, İddiaçı ASC-nin Sumqayıt filialı (bundan sonra “Bank” adlanacaq) ilə Cavabdeh arasında 15 noyabr 2018-ci il tarixli, Lg-16-151118/291911 nömrəli X10 müqaviləsi bağlanaraq İddiaçı ASC Lizinq alanın sifariş etdiyi və həmin Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı, yəni “Mercedes Benz S63 amg” minik markalı (tip sedan, Ban WDDNG77X48A160651, Rəngi qara, Buraxılış ili 2008-ci il) olan avtomobili (bundan sonra lizinq obyekti) öz mülkiyyətinə əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə X1-satqı müqaviləsinə əsasən satıcı Mercedes Benz S63 amg minik markalı, tip sedan, Ban WDDNG77X48A160651, Rəngi qara, Buraxılış ili 2008-ci il olan avtomobili İddiaçı ASC-yə satılmasını, İddiaçı ASC isə avtomobilin dəyəri olan 48.000 AZN satıcıya ödənilməsini və qeyd olunmuş avtomobilin qəbul edilməsini öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən, İddiaçı ASC əmlakı Cavabdeh lizinqə verilməsi məqsədilə əldə etmişdir. Lizinq müqaviləsinin ümumi məbləği 31.200 manat, o cümlədən lizinq obyektinin qiyməti 48.000 manat təşkil etmişdir. Lizinq obyekti Lizinq alana 36 ay müddətinə lizinq ödənişi illik 28 faiz olmaqla lizinqə verilmişdir. Kredit müqaviləsinin 4.1-ci bəndlərinə əsasən, lizinq alan bu müqavilə üzrə lizinq ödənişlərinin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, müqavilə üzrə əsas borcun, faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Lizinq müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********154 saylı 16.06.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsa idi, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh 10 iyun 2021-ci il tarixə kredit üzrə cəmi borcu 30.632,84 manat təşkil edir. Bundan 22.094,03 manat əsas, 8.454,66 manat faiz, 84,15 manat cərimə borcu təşkil edir. Beləliklə, Lizinq alana dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ardıcıl olaraq 2 dəfədən artıqdır ki, lizinq ödənişlərini etməmişdir. Lizinq alan sonuncu dəfə 29 yanvar 2020-ci il tarixində 1.290 manat ödəniş etmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olur ki, “Alıcı” adlandırılan İddiaçı ASC Sumqayıt filialı ilə “Satıcı” adlandırılan X3 etibarnamə üzrə nümayəndəsi X4 arasında bağlanmış 15 noyabr 2018-ci il tarixli Lg-16-151118/291911 nömrəli “Lizinq obyektinin alqı-satqı müqaviləsi”ndən görünür ki, “Satıcı” bu Müqavilənin 1 saylı Əlavəsində göstərilmiş avtomobilin “Mercedes Benz S63 amg” minik markalı (tip sedan, Ban WDDNG77X48A160651, Rəngi qara, Buraxılış ili 2008-ci il Alıcıya satılmasını, Alıcı isə həmin Əmlakın dəyəri olan 48.000 manatı Satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan 15 noyabr 2018-ci il tarixli Lg-16-151118/291911 saylı X10 müqaviləsindən görünür ki, “Lizinq verən” adlandırılan İddiaçı ASC ilə “Lizinq alan” adlandırılan Cavabdeh arasında X10 müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə uyğun olaraq, Lizinq verən Lizinq alanın sifariş etdiyi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı 1 ədəd “Mercedes Benz S63 amg” minik markalı (tip sedan, Ban WDDNG77X48A160651, Rəngi qara, Buraxılış ili 2008-ci il olan avtomobili öz mülkiyyətinə əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan Ödəniş cədvəlindən görünür ki, Cavabdeh 15 noyabr 2021-ci il tarixə cəmi faiz ödənişi 15273.82 manat, əsas borcdan ödənişi 31200.00 manat, aylıq cəmi ödənişi isə 46473.82 manat təşkil edir. İş materiallarında olan 16.06.2021 tarixli Bildirişdən görünür ki, Cavabdeh 15.11.2018-ci il tarixli Lizinq müqaviləsinin tələblərini pozmuş, kredit ödənişlərini qrafilə uyğun həyata keçirməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Cavabdeh müqavilə üzrə bank qarşısında 10.06.2021-ci il tarixinə 22094.03 manat məbləğində əsas borcu, 8454.66 manat məbləğində faiz borcu, 84.15 manat məbləğində cərimə borcu, cəmi 30632.84 manat məbləğində borc öhdəliyi mövcuddur. Beləliklə, iş materiallarından göründüyü kimi lizinq verən lizinq obyekti olan “Mercedes Benz S63 amg” minik markalı (tip sedan, Ban WDDNG77X48A160651, Rəngi qara, Buraxılış ili 2008-ci il olan avtomobili lizinq alan Cavabdeh istifadəsinə vermiş, eyni zamanda Cavabdeh 15 noyabr 2018-ci il tarixli Lg-16-151118/291911 saylı daxili lizinq müqaviləsinə uyğun öhdəlikləri icra etməsini üzərinə götürmüşdür. Lakin, iddiaçının təqdim etdiyi sənədlərdən məlum olduğu kimi, Cavabdeh müqavilə ilə nəzərdə tutulan öhdəlikləri lazımi qaydada icra etməmiş, yəni lizinq ödənişlərini həyata keçirməmişdir. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə öhdəliklərin icra edilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının MM-nin 747-2-ci maddsinə əsasən «lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır». Azərbaycan Respublikasının MM-nin 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikasının MM-nin 748-2.5-ci maddəsinə əsasən, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir Azərbaycan Respublikasının MM-nin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikasının MM-nin 748-1.1-ci maddəsinə əsasən, lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Azərbaycan Respublikası MM-nin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1 maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Eyni Məsəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məsəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Belə ki, cavabdehin daxili lizinq müqaviləsi üzrə öhdəliklərini icra etməməsi, bununla da lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsi, lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququnu yaratmış olur. Odur ki, məhkəmənin gəldiyi nəticəyə görə, iddia tələbi təmin edilməli, Amrahbank” ASC ilə Cavabdeh arasında bağlanmış 15 noyabr 2018-ci il tarixli, Lg-16-151118/291911 nömrəli X10 müqaviləsinə xitam verilməli, cəmi borc 30.632,84 manat- bundan 22.094,03 manat əsas, 8454.66 manat faiz və 84.15 manat cərimə borcu və Cavabdeh sahiblik və istifadəsinə verilmiş “Mercedes Benz S63 amg” minik markalı (tip sedan, Ban WDDNG77X48A160651, rəngi qara, buraxılış ili 2008-ci il) olan avtomobil tam işlək vəziyyətdə ləğv prosesində olan İddiaçı ASC-yə qaytarılmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 181.90 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 181.90 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci, 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15 noyabr 2018-ci il tarixli, Lg-16- 151118/291911 nömrəli X10 müqaviləsinə xitam verilsin. Cəmi borc 30.632 (otuz min altı yüz otuz iki) manat 84 (səksən dörd) qəpik- bundan 22.094 (iyirmi iki min doxsan dörd) manat 03 (üç) qəpik əsas, 8454 (səkkiz min dörd yüz əlli dörd) manat 66 (altmış altı) qəpik faiz və 84 (səksən dörd) manat 15 (on beş) qəpik cərimə borcu və iş üzrə ödənilmiş 181 (yüz səksən bir) manat 90 (doxsan) qəpik məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh sahiblik və istifadəsinə verilmiş “Mercedes Benz S63 amg” minik markalı (tip sedan, Ban WDDNG77X48A160651, rəngi qara, buraxılış ili 2008-ci il) olan avtomobil tam işlək vəziyyətdə ləğv prosesində olan İddiaçı ASC-yə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar