Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-6203/2025 01.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, iddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi və s.” tələbilə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:
1. İddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən binanın 6-cı mərtəbəsində liftin yanındakı ümumi istifadə üçün nəzərdə tutulmuş sahədə qanunsuz tikintinin sökülməsi və s. barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
2. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılmalıdır.
Əsaslandırıcı hissə:
3. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, cavabdeh qismində cəlb olunan Cavabdeh2 şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) iddiaçı tərəfindən iddia ərizəsində göstərilməmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən isə belə adda fiziki şəxsin olmaması aşkar edilmişdir.
4. Tələb fiziki şəxsə yönələrsə, həmin fiziki şəxslərin şəxsiyyətini eyniləşdirən məlumatlar (ad, soyad, ata adı, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, rəsmi qeydə alındığı ünvan) göstərilməli, tələb hüquqi şəxsə qarşı yönələrsə, həmin hüquqi şəxslərin eyniləşdirmə məlumatları (VÖEN) qeyd edilməlidir.
5. Tələb kimə qarşı yönəlmişdirsə, yəni fiziki şəxsə qarşı yönələrsə, həmin fiziki şəxsin qeydiyyat ünvanı üzrə, hüquqi şəxsə qarşı yönəlmişdirsə, hüquqi şəxsin ünvanının olduğu yerə görə aidiyyəti məhkəməyə müraciət edilməlidir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 149.2.2-ci maddə. İddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir; 151.1-ci maddə. Ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci maddə. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. 152.4-cü maddə. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
7. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılmalıdır.
Nəticə:
8. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149- 152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM:
İddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova