Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6263/2021 16.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini, X19 cəlb etməklə cavabdehlər Cavabdeh1, Bakı şəhəri 43 saylı notariat ofisinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamələrin və çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və vərəsəlik payınnın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini cəlb etməklə cavabdehlər Cavabdeh1, Bakı şəhəri 43 saylı notariat ofisinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamələrin və çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və vərəsəlik payınnın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X3nnun rəsmi nikahla həyat yoldaşıdır. Onlar 26.09.2014-cü il tarixdə 1 saylı Bakı «ASAN xidmət» mərkəzində nikaha daxil olmuşlar. X3 11.07.2020-ci ildə Covid-19 virusu səbəbi ilə dünyasını dəyişmişdir. Mərhumun 1-ci dərəcəli vərəsələrindən ata,anası rəhmətə getməsi səbəbilə yalnız rəsmi nikahla evlilik qurduğu iddiaçı və yeganə övladı olan Cavabdeh1 olmuşdur. Cavabdeh1 digər cavabdeh 43 saylı notariat ofisinin rəisi X13 ilə birləşərək qanunsuz şəkildə iddiaçını aldatmış, onun miras əmlakı üzrə payını (1/2 payını) mənimsəyərək iddiaçının xəbəri olmadan Cavabdeh1 xeyrinə vərəsəlik şəhadətnamələri tərtib etmişdir. Sözügedən məsələdə iddiaçı Nərimanov rayon Məhkəməsi tərəfindən iddiaçı "xxxx" ASC-nin cavabdehlərə qarşı iddia ərizəsi əsasında aparılan mülki işin icraatı zamanı xəbərdar olmuşdur. Dərhal iddiaçı həmin vaxt Cavabdeh1 həyat yoldaşı X21 verdiyi (onların iddiaçını aldadaraq əldə etdikləri) baş etibarnaməni ləğv etdirmiş və aidiyyatı üzrə məhkəməyə müraciət etmişdir. Cavabdeh 43 saylı notariat ofisi tərəfindən digər Cavabdeh1 aşağıdakı əmlaklar üzrə vərəsəlik şəhadətnamələri verilmişdir: "xxxx" MMCnin 21.04.2017-ci il tarixli, qeydiyyat № ********** olan nizamnaməyə əsasən cəmiyyətin nizamnamə kapitalından X14 məxsus 50% hissənin Cavabdeh1 xeyrinə tam hissədə pay almasına dair dair 19.11.2020-ci il tarixli, reyestrdə 2V-118 № ilə qeydiyyata alınmış; AR DİN DBDYPİ Qİİ tərəfindən verilmiş 15.09.1998-ci il tarixli AA 160624 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi YVV1LS55S2184204, mühərrik nömrəsi 326730 və buraxılış ili 1994-cü il olan «Volvo» minik markalı 10FF008 dövlət nömrə nişanlı avtomobil üzrə Cavabdeh1 xeyrinə tam hissədə pay almasına dair 19.11.2020-ci il tarixli, reyestrdə 2V-119 № ilə qeydiyyata alınmış; AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş 08.08.2007-ci il tarixli AB 024108 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JMYLRV93W7J720214, mühərrik nömrəsi 6G72TC0623 və buraxılış ili 2007-ci il olan "Mi“subishi Pajero» minik markalı, 10VN108 dövlət nömrə nişanlı avtomobil üzrə Cavabdeh1 xeyrinə tam hissədə pay almasına dair 19.11.2020-ci il tarixli, reyestrdə 2V- 120 № ilə qeydiyyata alınmış; ƏMDK yanında DƏDRX tərəfindən 03.04.2018-ci il tarixdə X14 verilmiş **********18-10301 reyestr nömrəli **********9 qeydiyyat nömrəli dövlət reyestrinin çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi, ev 123G ünvanında yerləşən ümumi sahəsi 116,6 kv.m. olan fərdi yaşayış evinə Cavabdeh1 xeyrinə tam hissədə pay almasına dair 14.01.2021-ci il tarixli, reyestrdə 2V-12 № ilə qeydiyyata alınmışdır. Göründüyü kimi, cavabdehlər iddiaçını aldadaraq heç bir hüquqi əsası olmayan vəsiyyətnamə əsasında iddiaçının vəsiyyətnamə daxili və xarici hüquqlarını kobud şəkildə pozmuş və onun əmlakını mənimsəmişlər. ƏMDK yanında DƏDRX tərəfindən 03.04.2018ci il tarixdə X14 verilmiş **********-10301 reyestr nömrəli **********9 qeydiyyat nömrəli dövlət reyestrinin çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi, ev 123G unvanında yerləşən ümumi sahəsi 116,6 kv.m. olan fərdi yaşayış evi iddiaçı ilə X3nun birgə nikahdan əldə edilmiş əmlak statusu daşıyır. Hal-hazırda sözügedən əmlak ********** qeydiyyat nömrəsi və 12.02.2021-ci il tarixi ilə **********18-10301 reyestr nömrəsilə Cavabdeh1 İlham qızının adına tam pay şəklində rəsmiləşdirilmişdir. Sözügedən vərəsəlik şəhadətnamələri və mülkiyyətdən çıxarış etibarsız və qanunsuz hesab edilərək ləğv edilməli, iddiaçının (xx.xx.1969-cu il təvəllüdlü) miras əmlakı üzrə hər birinə dair (1/2) payı müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq cavabdeh Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən tərtib edilmiş "xxxx" MMC-nin 21.04.2017-ci il tarixli, qeydiyyat № ********** olan nizamnaməyə əsasən cəmiyyətin nizamnamə kapitalından X14 məxsus 50% hissəsinin Cavabdeh1 xeyrinə tam hissədə pay almasına dair 19.11.2020-ci il tarixli, 2V- 118 reyestr nömrəsi ilə qeydiyyata alınmış vərəsəlik şəhadətnaməsi, AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş, 15.09.1998-ci il tarixli AA 160624 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi YVV1LS55S2184204, mühərrik nömrəsi 326730 və buraxılış ili 1994cü il olan «Volvo» minik markalı 10FF008 dövlət nbmrə nişanlı avtomobil üzrə Cavabdeh1 xeyrinə tam hissədə pay almasına dair 19.11.2020-ci il tarixli, 2V-119 reyestr nömrəsi ilə qeydiyyata alınmış vərəsəlik şəhadətnaməsi, AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş 08.08.2007-ci il tarixli, AB 024108 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JMYLRV93W7J720214, mühərrik nömrəsi 6G72TC0623 və buraxılış ili 2007-ci il olan «Mitsubishi Pajero» minik markalı, 10VN108 dövlət nömrə nişanlı avtomobil üzrə Cavabdeh1 xeyrinə tam hissədə pay almasına dair 19.11.2020-ci il tarixli, 2V-120 reyestr nömrəsi ilə qeydiyyata alınmış vərəsəlik şəhadətnaməsi, ƏMDK yanında DƏDRX tərəfindən 03.04.2018-ci il tarixdə X14 verilmiş **********18-10301 reyestr nömrəli **********9 qeydiyyat nömrəli dövlət reyestrinin çıxarışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi, ev 123G ünvanında yerləşən ümumi sahəsi 116,6 kv.m. olan fərdi yaşayış evinə Cavabdeh1 xeyrinə tam hissədə pay almasına dair 14.01.2021-ci il tarixli, 2V-12 reyestr nömrəsi ilə qeydiyyata alınmış vərəsəlik şəhadətnaməsi, Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi, ev 123G ünvanında yerləşən ümumi sahəsi 116,6 kv.m. olan fərdi yaşayış evinə Cavabdeh1 adına tam pay şəklində rəsmiləşdirilmiş ********** qeydiyyat nömrəsi və 12.02.2021-ci il tarixi ilə **********18-10301 reyestr nömrəsilə mülkiyyətdə çıxarışın qanunsuz hesab edilərək ləğv edilməsi, İddiaçı bütün əmlaklar üzərinə vərəsəlik hüququnun tanınması, İddiaçı bütün miras əmlakları üzərinə ½ hissədə vərəsəlik payının müəyyən edilməsi və həmin paylar üzrə yeni vərəsəlik şəhadətnaməsinin iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi, cavabdehlər Bakı şəhəri 43 saylı notariat kontoru və Cavabdeh1 barəsində xüsusi qərardad çıxarılıb araşdırılması üçün aidiyyaiı üzrə prokurorluğa göndərilməsi məhkəmədən xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X11 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzər baxılmasını xahiş etmiş və iddia tələbini qəbul etməyərək göstərmişdir ki, ilk növbədə Kərimov İlhamın yoldaşı İddiaçı sağ ikən heç yerə getməyə icazə verməməsi absurd bir əsaslandırmadır, çünki artıq Kərimov İlham ölmüşdür və iddiaçıya mane olan heç nə qalmamışdır, o, azad bir qadın idi və öz payına düşən mirası qəbul etmək üçün hansısa idarəyə getmək üçün ona heç bir maneə yox idi. Növbəti olaraq iddiaçı tərəf bildirir ki, X3 vəsiyyətnaməni 2016-cı ildə tərtib etmişdir və sözügedən əmlak 2018-ci ildə, yəni vəsiyyətnamədən sonrakı vaxtda əldə olunmuş əmlakdır. Bu da absurddur. Belə ki, 2016-cı ildə verilmiş vəsiyyətnamədən bütün əmlaklarının Cavabdeh1 vəsiyyət edilməsi qeyd olunmuşdur. Bu şəxsin iradə ifadəsidir və heç kəs öləcəyi vaxtı öncədən bilib vəsiyyətnaməsini dəyişdirə bilmir. Vəsiyyətnamədə bütün əmlaklar ifadəsinin qeyd olunması ölənədək əldə edilmiş bütün əmlaklarının buna aid edilməsi üçün əsasdır. Həmçinin iddiaçının ərizəsi mövcuddu və o, 27.000 manat pul alması qarşılığında bunun müqabilində 19.12.2020-ci il tarixdə 3M-2310 reyestrlə qeydə alınmış ilkin alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evini 21.500 manata almasını qeyd edir. Üstəlik sözügedən əmlak 2018-ci ildə rəsmiləşdirilsə də, birgə nikah dövründən əvvəl alınmışdır və rəsmiləşdirilmə üçün sənədlərin müvafiq orqana verilməsi birgə nikah dövründən əvvələ təsadüf edir. İddiaçı bu günədək mirasın qəbul edilməsi ilə bağlı müraciət etməyib. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh Bakı şəhəri 43 saylı notariat ofisinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçının notariusa gəlməməsi düzgün deyil. Özü bir neçə dəfə notariusa gəlmişdir. İddiaçı və Cavabdeh1 arasında podrat müqaviləsi da bağlanıb. Müqavilənin şərtlərinə görə iddiaçının sözügedən evin üzərindəki payının müqabilində cavabdeh ona başqa bir evi verəcəyini öz öhdəsində götürüb. Tərəflər arasında razılıq olub. Odur ki, iddiaçının iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Bakı şəhəri 43 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi və X23 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. İş üzrə 1 saylı Bakı «ASAN xidmət» mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27.09.2014-cü il tarixli nikah haqqında şəhadətnamənin surətinə əsasən X20 ilə X15 arasında 26.09.2014-cü il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 2183 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra arvada Kərimova soyadı verilmişdir. İş üzrə Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 7E-22180 reyestr üzrə qeydə alınmış AR-İİ seriyalı 202188 nömrəli 19.12.2020-ci il tarixli etibarnamənin surətinə əsasən İddiaçı tərəfindən X21 bütün əmlakı üzərində sərəncam verməklə bağlı etibarnamə verilmişdir. Etibarnamənin müddəti 19.12.2023-cü il tarixədək müəyyən edilmişdir. İş üzrə «Elektron notariat» X1 çıxarışın surətindən görünür ki, Bakı şəhəri 43 saylı notarial ofisi tərəfindən verilmiş 19.12.2020-ci il tarixli 202188 blank nömrəsi etibarnaməyə 09.02.2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan Bakı şəhər 43 saylı notariat ofisi tərəfindən rəsmiləşdirilmiş 2V-118,119,120 saylı vəsiyyətnamə üzrə vərəsəlik işində olan sənədlərin təsdiq edilmiş kserosurətlərindən görünür ki, - Laçın rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnaməyə əsasən X17 xx.xx.1978-ci ildə Laçın rayonunda anadan olmuş, atası X20, anası X6r; - Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş 26.06.2004-cü il tarixli nikah haqqında şəhadətnaməyə əsasən X23 ilə X17 arasında 26.09.2004-cü il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 1360 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra arvada Əliyeva soyadı verilmişdir; - X20 tərəfindən 02.06.2016-cı il tarixdə Bakı şəhəri 43 saylı notariat kontorunda tərtib edilmiş vəsiyyətnaməyə əsasən, X20 ona məxsus olan bütün əmlakını qızı Cavabdeh1 vəsiyyət etmişdir; - AR DİN DYPİ RQİŞ tərəfindən verilmiş 16.09.1998-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ** FF *** qeydiyyat nişanlı «Volvo-850 GTL» minik markalı nəqliyyat vasitəsi X10 adına qeydiyyata alınmışdır; - AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş 08.08.2007-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ** VN *** qeydiyyat nişanlı «Mitsubishi Pajero» minik markalı nəqliyyat vasitəsi X10 adına qeydiyyata alınmışdır; - "xxxx" MMC-nin nizamnaməsinə əsasən X10 adına 50% 3 manat 2 pay pul şəklində qeydiyyata alınmışdır; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli 03.04.2018-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsində yerləşən 123G saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X10 adına qeydiyyata alınmışdır; - Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 15.10.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 11.07.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 14.07.2020-ci il tarixdə 644 № ilə qeyd edilmişdir. - Cavabdeh1 tərəfindən notarial qaydada yazılmış **********700 saylı 19.12.2020-ci il tarixli ərizədən görünür ki, 11.07.2020-ci il tarixdə vəfat etmiş atası X7 miras qalmış əmlakı qəbul edir. Miras əmlak – «Volvo-850 GTL» minik markalı, 10FF008 qeydiyyat nişanlı, «Mitsubishi Pajero» minik markalı, 10VN108 qeydiyyat nişanlı nəqliyyat vasitələrindən və "xxxx" MMC-də olan 50% 3 manat 2 paydan (pul şəklində) ibarətdir. Mirs qoyanın AR MM-nin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olubolmaması barədə məlumat verməsi zəruriliyi notarius tərəfindən ona izah edilmişdir. Ondan başqa vərəsələri yoxdur. Göstərilən əmlakdan ona vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahiş etmişdir; - Cavabdeh1 tərəfindən notarial qaydada yazılmış **********711 saylı 19.12.2020-ci il tarixli ərizədən görünür ki, 11.07.2020-ci il tarixdə ölmüş atası X7 miras qalmış əmlakı qəbul etmişdir. Gələcəkdə digər vərəsələr çıxarsa ona pay verməsi üzərinə götürmüşdür; - Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 2V-118 reyestr nömrəli, 19.11.2020-ci il tarixli şəhadətnamədən görünür ki, Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən 02.06.2016-cı il tarixdə təsdiq edən və reyestrdə 2V-55 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 11.07.2020-ci il tarixdə vəfat etmiş X10 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi qızı Cavabdeh1dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - "xxxx" MMC-nin 21.04.2017-ci il tarixli, qeydiyyat №-si ********** olan nizamnaməsinə əsasən cəmiyyətin nizami kapitalından X14 məxsus 50%, 3 manat, 2 paydan (pul şəkilində) ibarətdir; - Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 2V-119 reyestr nömrəli, 19.11.2020-ci il tarixli şəhadətnamədən görünür ki, Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən 02.06.2016-cı il tarixdə təsdiq edən və reyestrdə 2V-55 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 11.07.2020-ci il tarixdə vəfat etmiş X10 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi qızı Cavabdeh1dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş 15.09.1998-ci il tarixli AA160624 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi YV1LS5502S2184204, mühərrikin nömrəsi 326730 və buraxılış ili 1994-cü il olan «Volvo» minik markalı, 10FF008 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir; - Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 2V-120 reyestr nömrəli, 19.11.2020-ci il tarixli şəhadətnamədən görünür ki, Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən 02.06.2016-cı il tarixdə təsdiq edən və reyestrdə 2V-55 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 11.07.2020-ci il tarixdə vəfat etmiş X10 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi qızı Cavabdeh1dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş 08.08.2007-ci il tarixli AB024108 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JMYLRV93W7J720214, mühərrikin nömrəsi 6G72TC0623 və buraxılış ili 2007-ci il olan «Mitsubishi Pajero» minik markalı, 10VN108 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir; - Qanun üzrə vərəsəlik hüququ haqqında 2V-12 reyestr nömrəli, 14.01.2021-ci il tarixli şəhadətnamədən görünür ki, 11.07.2020-ci il tarixdə vəfat etmiş X10 vərəsələri - qızı Cavabdeh1dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 03.04.2018-ci il tarixdə X14 verilmiş **********18-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi, ev 123G ünvanında yerləşən ümumi sahəsi 116,6 kv.m. olan fərdi yaşayış evindən ibarətdir. İş üzrə Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 12.03.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin (təkrar) surətindən görünür ki, X20 11.07.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 14.07.2020-ci il tarixdə 644 № ilə qeyd edilmişdir. Ölümün səbəbi: Covid-19 virus təyin olundu. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12.02.2021-ci il tarixli çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsində yerləşən 123G saylı evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiyyətindədir. İş üzrə İddiaçı tərəfindən notarial qaydada yazılmış **********560 saylı, 19.12.2020ci il tarixli ərizənin surətindən görünür ki, o, Cavabdeh1 tərəfindən 27.000 manat pulu almış və bunun müqabilində 19.12.2020-ci il tarixdə 3M-2310 reyestrlə qeydə alınmış ilkin alqı-satqı müqaviləsinə əsasə fərdi yaşayış evini həmin pula 21500 manata almışdır. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3394/2014 saylı, 07.08.2014-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, X8 X14 ödənilməsi 45000 manat məbləğində borcu X8 "xxxx" MMc-nin nizamnamə kapitalındakı 40 faiz payın yönəldilməsi, bu qətnamə X8 "xxxx" MMC-də nizamnamə kapitalında 40 faiz payının X2 üçün əsas olması qət edilmişdir. İş üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən «Kəngərli və Partnyorları» vəkil bürosuna ünvanlanmış 19.11.2021-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi, ev 123G ünvanı 43 saylı NK tərəfindən təsdiq olunmuş 7E-1722 reyestr nömrəli, 24.01.2018-ci il tarixli X10 və 43 saylı NK tərəfindən təsdiq olunmuş 7E-5678 reyestr nömrəli, 12.03.2018ci il tarixli X4 Bakı şəhəri, A.Neymətulla və Y.Vəzirov küçələrinin kəsişməsində yerləşən «Basqal-1» texniki xidmət məntəqəsinin sökülməsi ilə bağlı həmin əmlakın qeydiyyatının ləğv edilməsi barədə ərizələrinə, 43 saylı NK tərəfindən təsdiqlənmiş 7E-5679 reyestr nömrəli, 12.03.2018-ci il tarixli X4 razılıq ərizəsinə, qəzetdə elan, Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən verilmiş 13.08.2018-ci il tarixli, 039-4098-1218 saylı arayışa, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilən 16.01.2018-ci il tarixli, K-04 saylı arxiv arayışına, Nərimanov rayon İcra Hakimiyyətinin 03.05.1999-cu il tarixli, 346 saylı sərəncamına əsasən X10 adına 03.04.2018-ci il tarixdə ilkin qeydiyyata alınmışdır. Lakin 43 saylı NO-nun 2V-12 reyestr nömrəli, 14.01.2021-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»yə əsasən həmin fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətinə keçmişdir. Beləliklə, işin araşdırılmış hallarından müəyyən olundu ki, İddiaçı X20 ilə 2014-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. 02.06.2016-cı il tarixdə İlham Kərimov özünə məxsus bütüt əmlakını qızı Cavabdeh1 vəsiyyət etmişdir. X20 11.07.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı və Cavabdeh1 mərhum İlham Kərimovun birinci növbəli vərəsələri olmuşlar. İlham Kərimovun ölümündən sonra Cavabdeh1 atasından miras qalmış əmlaklara vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. İş materiallarında olan vərəsəlik işinə dair açılmış notariat icraatından görünür ki, Cavabdeh1 miras qoyan İlham Kərimovdan miras qalmış əmlakların qəbul edilməsi ilə bağlı 19.11.2020-ci il tarixdə notariat ofisinə ərizə ilə müraciət etmiş və notariat ofisi tərəfindən onun adına vərəsəlik şəhadətnamələri verilmişdir. İddiaçı mirasın qəbul edilməsi ilə bağlı notariat ofisinə müraciət etməyərək bununla bağlı iradə ifadəsini bildirməmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, X20 vəfat etdikdən sonra ondan miras qalmış əmlaklar qızı Cavabdeh1 tərəfindən qəbul edilmiş və həmin əmlaklara dair vərəsəlik şəhadətnamələri verilmişdir. Belə ki, "xxxx" MMC-nin 50%, 3 manat, 2 paya (pul şəklində) dair 19.11.2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi, «Volvo» minik markalı, 10FF008 dövlət qeydiyyat nişanlı avtomaşına dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi, «Mitsubishi Pajero» minik markalı, 10VN108 dövlət qeydiyyat nişanlı avtomaşına dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi, Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi, ev 123G ünvanında yerləşən ümumi sahəsi 116,6 kv.m. olan fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh1 iddiaçını aldadaraq, miras əmlakı üzrə iddiaçıya məxsus ½ payını mənimsəyərək miras qoyan İlham Kərimovdan miras qalmış əmlakların hamısını öz adına rəsmiləşdirmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh1 adına miras əmlakın qəbul edilməsinə dair verilmiş vərəsəlik və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və mülkiyyətdən çıxarışın ləğv edilməsi, iddiaçının bütün əmlaklar üzərinə vərəsəlik hüququ tanınması, həmin əmlakların üzərinə ½ hissədə vərəsəlik payının müəyyən edilməsi və həmin paylar üzrə yeni vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən,ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbəli vərəsələr hesab olunurlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, miras qoyan İlham Kərimov vəfat edən zaman İddiaçı tərəfindən miras əmlakın qəbul edilməsi ilə bağlı notariat ofisinə hər hansı ərizə verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243.3). Məhkəmə qeyd edir ki, vərəsəlik hüquq münasibətləri dedikdə, vərəsəlik hüququ ilə tənzimlənən elə ictimai münasibətlər başa düşülür ki, həmin münasibətlər mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə etməsi prosesində yaranır. Nə mirasın açılması, nə şəxsin vərəsəlik hüququ əldə etməsi, nə də onun vərəsəliyə çağırılması miras əmlakı əldə etmək üçün kifayət etmir. Göstərilən hüquqi faktlar şəxsə yalnız miras əmlakı əldə etmək şansı (imkanı) verir. Vərəsələr tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, onlar miras əmlakın əldə edilməsinə öz razılığını bildirsin və bunu ifadə etsin. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olduğuna görə hüquqi hərəkətdir. Lakin iddiaçı tərəfindən miras qoyan İlham Kərimovun ölümündən sonra miras əmlakın hüquqi cəhətdən qəbul edilməsi ilə əlaqədar hər hansı bir tədbir görülməmişdir. Digər tərəfdən, iddiaçı tərəfindən mirası qəbul etmək üçün hər hansı bir hərəkət də edilməmişdir. Yəni mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısı olur. Miras qəbul etmək iddiaçının vəzifəsi yox, yalnız hüququ olduğundan, lakin iddiaçı tərəfindən həmin hüquqdan istifadə olunmadığından və bununla da miras qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul edilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı mirası qəbul etmə hüququnu itirmişdir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirası formal üsulla, yəni notariat orqanına qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qəbul edilməsi üçün hər hansı maneə mövcud olmamış, (hətta həmin müddət ərzində mirasın rəsmiləşdirildiyi notariat ofisində müvafiq əməliyyatlarda şəxsən iştirak etmişdir) iddiaçı mirasın açılmasından xəbərdar olmuş, lakin miras əmlakın əldə edilməsinə yönələn hərəkət etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, miras əmlakları Cavabdeh1 adına rəsmiləşdirilərkən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, miras qalmış əmlak həmçinin qeyri-formal üsulla da qəbul edilməmişdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Faktiki bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Lakin iddiaçı tərəfindən miras əmlakı qeyriformal üsulla qəbul edilməsi və buna niyyətlərinin olması həmçinin öz təsdiqini tapmadığından, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən miras əmlakları heç faktiki olaraq da qəbul edilməmişdir. Məhkəmə iddiaçı tərəfindən mirasın qəbul edilmə müddətinin ötürülməsinə də hüquqi qiymət verərək qeyd edir ki, miras həm formal üsulla, həm də qeyri-formal üsulla yalnız müəyyən müddət ərzində qəbul edilə bilər. Həmin müddətə mirasın qəbul edilməsi müddəti deyilir. Mirasın qəbul etmə müddəti dedikdə, qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göstərilən Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Göründüyü kimi miras qoyan vəfat etdikdən sonra iddiaçı tərəfindən miras əmlakının qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində notariat ofisinə hər hansı bir ərizə verilməmişdir. Onun həmin vaxtı cavabdeh tərəfindən aldadılması faktı işə baxılarkən öz təsdiqini tapmadığından onun bununla əlaqədar gətirdiyi dəlil əsaslı hesab oluna bilməz. Məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldüyündən və bununla əlaqədar həyata keçirilməli olan hərəkətlər iddiaçı tərəfindən edilmədiyindən, beləliklə də miras əmlaklar üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən hər hansı qanun pozuntusuna yol verilməsi və onun ləğv edilməsi üçün heç bir hal müəyyən olunmadığından, iddia tələbləri əsassızdır və təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi verilmiş şəhadlətnamələrin ləğv edilməsi hissəsində təmin edilmədiyindən iddia tələbinin digər hissələri bununla bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla iddia tələbi digər hissələrdə də təmin edilə bilməz. Məhkəmə iddiaçının cavabdehlər X9 və Bakı şəhəri 43 saylı notariat ofisinin hərəkətlərinin araşdırılması üçün müvafiq qərar çıxarılaraq prokurorluq orqanına göndərilməsi barədə tələbi üzrə aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılması Azərbaycan Respublikası MPMnin 149-cu maddəsinə əsasən iddia ərizəsində tələb kimi deyil, vəsatət-xahiş kimi göstərilə bilər. Azərbaycan Respublikası CPM-nin 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. Eyni Məcəllənin 205.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən hüquqi şəxsin (vəzifəli şəxsin) məlumatları məktub, yaxud təsdiq edilmiş teleqram, telefonoqram, radioqram, teleks və ya digər qəbul edilmiş müraciət formasında olmalıdır. Xüsusi qərardad öz hüquqi mahiyyətinə görə cinayət təqibini həyata keçirən orqana müraciət formasıdır və istər xüsusi qərardad müraciətinin, istər fiziki şəxsin müraciətinin nəticəsi kimi bu müraciətlərə AR CPM-nin 207-ci maddəsi qaydasında baxılaraq müvafiq qərar qəbul edilir. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılmasından imtina olunması iddiaçının müstəqil şəkildə cinayət təqibini həyata keçirən orqana AR CPM-nin 204-cü maddəsinə əsasən müraciət etməsi hüququnu istisna etmir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini, X19 cəlb etməklə cavabdehlər Cavabdeh1, Bakı şəhəri 43 saylı notariat ofisinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamələrin və çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və vərəsəlik payınnın müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini, X19 cəlb etməklə cavabdehlər Cavabdeh1, Bakı şəhəri 43 saylı notariat ofisinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamələrin və çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və vərəsəlik payınnın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-6263/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6263/2021
16.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver