Məhkəmə qərarları › İş №2(006)-6385/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6385/2021

23.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6385/2021 23.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı1 nümayəndəsi (vəkili) X2, Cavabdeh1 nümayəndəsi X5 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “03 may 2021-ci il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi (vəkili) X2 iddia tələbini müdafiə edərək, bildirdi ki, 03 may 2021-ci il tarixdə satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında 4Ə/687 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqısı” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, satıcı Şabran şəhəri, X9 küçəsi, ev 20 ünvanında yerləşən, ümumi sahəsi 56.7 kv.m. olan fərdi yaşayış evinin tam müəliyyət üzrə onlara məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) “Alıcının" mülkiyyətinə verir: Satıcı Cavabdeh1 (56.7 kv.m) alıcı Cavabdeh2 Şabran şəhəri, X9 küçəsi, ev 20 ünvanında yerləşən, ümumi sahəsi 0.0868 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni “Alıcının” mülkiyyətinə verir: Satıcı Cavabdeh1 (0.0868 ha) - alıcı Cavabdeh2 müqaviləyə əsasən, satıcı daşınmaz əmlakı 90 000 manat 00 qəpik qiymətinə satdı. Alıcı isə həmin qiymətə aldı; Alıcı Cavabdeh2 satıcı Cavabdeh1 satdığı (sahəsi 56.7 kv.m. olan fərdi yaşayış evini və 0.0868 ha torpaq sahəsini) ondan 90 000 manat 00 qəpik qiymətinə aldı. 21.04.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən, 22.03.2020-ci il tarixdə vəfat etmiş X1 vərəsələri: oğlu Cavabdeh1 miras əmlakdan 1/3 hissədə, oğlu olan X7 miras əmlakdan 1/3 hissədə və 01.08.2016-cı il tarixdə ölmüş oğlu X3 vərəsələri: qızı X6 və oğlu X8 miras əmlakdan 1/3 hissədə irs almalıdırlar. 21.04.2021-ci il tarixli “Miras payın bağışlanması müqaviləsi”nə əsasən, X7, Cavabdeh1, X6 və X8 21.04.2021-ci il tarixli, 2V/318 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlakdakı paylarını Cavabdeh1 bağışlamışlar. O, yəni Şabran rayonu, Şabran şəhəri, X13 küçəsi, ev 20 ünvanında qeydiyyatda olan İddiaçı1, eyni zamanda həmin ünvanda qeydiyyatda olan ailə üzvləri - İddiaçı2, X4 **********49-10301 reyestr nömrəli çıxarışa əsasən qeydiyyatda olduğu və Cavabdeh1 məxsus olan Şabran rayonu, Şabran şəhəri, X13 küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evini və 0.0868 nömrəli torpaq -sahəsinin satılmasına razılıq vermişlər. Lakin evin alqı-satqısı zamanı vərəsə kimi nə ona, İddiaçı1, nə də onun ailə üzvlərinə verilmiş vədlərə hal-hazırda nə satıcı Cavabdeh1 tərəfindən, nə də alıcı Cavabdeh2 tərəfindən əməl edilməmişdir. Buna görə də hesab edir ki, 03 may 2021-ci il tarixdə satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında bağlanmış 4Ə/687 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqısı” müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X7 iddia tələbinə etiraz edərək, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan 03 may 2021-ci il tarixdə satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında 4Ə/687 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqısı” müqaviləsindən görünür ki, satıcı Şabran şəhəri, X9 küçəsi, ev 20 ünvanında yerləşən, ümumi sahəsi 56.7 kv.m. olan fərdi yaşayış evinin tam müəliyyət üzrə onlara məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) “Alıcının" mülkiyyətinə verir(lər): Satıcı Cavabdeh1 (56.7 kv.m) - alıcı Cavabdeh2 Şabran şəhəri, X9 küçəsi, ev 20 ünvanında yerləşən, ümumi sahəsi 0.0868 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) “Alıcının” mülkiyyətinə verir(lər): Satıcı Cavabdeh1 (0.0868 ha) - alıcı Cavabdeh2 müqaviləyə əsasən, satıcı(lar) daşınmaz əmlakı 90 000 manat 00 qəpik (doxsan min manat sıfır qəpik) qiymətinə satdı(lar). Alıcı(/ar) isə həmin qiymətə aldı(lar); Alıcı Cavabdeh2 satıcı Cavabdeh1 satdığı (sahəsi 56.7 kv.m. olan fərdi yaşayış evini və 0.0868 ha torpaq sahəsini) ondan 90 000 manat 00 qəpik (doxsan min manat sıfır qəpik) qiymətinə aldı. İş materiallarında olan 21.04.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsindən görünür ki, 22.03.2020-ci il tarixdə vəfat etmiş X1 vərəsələri: oğlu Cavabdeh1 miras əmlakdan 1/3 hissədə, oğlu olan X7 miras əmlakdan 1/3 hissədə və 01.08.2016-cı il tarixdə ölmüş oğlu X3 vərəsələri: qızı X6 və oğlu X8 miras əmlakdan 1/3 hissədə irs almalıdırlar. İş materiallarında olan 21.04.2021-ci il tarixli “Miras payın bağışlanması müqaviləsi”ndən görünür ki, X7, Cavabdeh1, X6 və X8 21.04.2021-ci il tarixli, 2V/318 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlakdakı paylarını Cavabdeh1 bağışlamışlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, Şabran rayonu, X13 küçəsi, ev 20 ünvanında Cavabdeh1 fərdi yaşayış evidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən əqdlər birtərfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə baxışında müəyyən edildi ki, 03 may 2021-ci il tarixdə satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında 4Ə/687 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqısı” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, satıcı Şabran şəhəri, X9 küçəsi, ev 20 ünvanında yerləşən, ümumi sahəsi 56.7 kv.m. olan fərdi yaşayış evinin tam müəliyyət üzrə onlara məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) “Alıcının" mülkiyyətinə verir(lər): Satıcı Cavabdeh1 (56.7 kv.m) - alıcı Cavabdeh2 Şabran şəhəri, X9 küçəsi, ev 20 ünvanında yerləşən, ümumi sahəsi 0.0868 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni “Alıcının” mülkiyyətinə verir: Satıcı Cavabdeh1 (0.0868 ha) - alıcı Cavabdeh2 müqaviləyə əsasən, satıcı daşınmaz əmlakı 90 000 manat 00 qəpik qiymətinə satdı. Alıcı isə həmin qiymətə aldı. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə aralarında imzalanmış alqı-satqı müqaviləsinin yalan əqd olduğunu, əslində aralarında başqa münasibəti olduğunu, imzalanmış alqı-satqı müqaviləsinin əslində iddiaçıya və onun ailə üzvlərinə vərəsələr kimi verilmiş vədlərə pərdələmək məqsədi ilə bağlanan əqd olduğunu, alqı-satqının formal olduğunu bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədi. Əksinə iş materiallarından görünür ki, alqı-satqı müqaviləsi notariusda bağlanmış, müqavilə imzalanmış, notarius tərəfindən müqavilə təsdiq edilmiş, tərəflər arasında fərdi yaşayış evininin alqı-satqısına görə razılaşdırılmış məbləğ alıcı tərəfindən notariat kontorunun depozit hesabına köçürülmüşdür. İddiaçı mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş əqdin etibarsız hesab edilməsinin əsaslarından hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “03 may 2021-ci il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “03 may 2021-ci il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar