Məhkəmə qərarları › İş №2(006)-6417/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6417/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6417/2021 02.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbi ilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17.07.2019-cu il tarixli müqaviləsinə əsasən, samsung LED televizor üçün 779 manat ödənilməmiş hissə, 234 manat dəbbə, 06.10.2019-cu il tarixli müqaviləsinə əsasən HP notebook üçün 287 manat ödənilməmiş hissə, 90 manat dəbbə, 11.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********58412 Samsung Galaxy A30s markalı telefon üçün 328 manat ödənilməmiş hissə, 95 manat dəbbə, 29.04.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********42194 Huawei Y9S markalı telefon üçün 557.8 manat ödənilməmiş hissə, 170 manat dəbbə pulu, ümumilikdə 2540,80 manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib izahatında bildirdi ki, Cavabdeh ilə "xxxx" MMC ilə 17.07.2019-cu il, 06.10.2019-cu il, 11.11.2019-cu il və 29.04.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED televizor, HP notebook, İMEİ Kodu **********58412 Samsung Galaxy A30s markalı telefon, İMEİ Kodu **********42194 Huawei Y9s markalı telefon almış və nəticədə 2540.8 (iki min beş yüz qırx manat, səksən qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 17.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1404 (min dörd yiiz dörd) manat (18 ay x 78 manat + 0 manat ilkin ödəniş) Samsung LED televizor üçün ümumilikdə, 1013 (min on üç) manat olmaqla ondan. 779 (yeddi yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 234 (ikiyüz otuz dörd) manat dəbbə; 06.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 600 (altıyiiz) manat (12 ay x 50 manat + 0 manat ilkin ödəniş) HP notebook üçün ümumilikdə, 377 (üç yüz yetmiş yeddi) manat olmaqla ondan, 287 (iki yüz səksən yeddi) manat ödənilməmiş hissə, 90 (doxsan) manat dəbbə; 11.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 636 (altı yüz otuz altı) manat (12 ay x 53 manat + 0 manat ilkin ödəniş) İMEt Kodu **********58412 Samsung Galaxy A30s markalı telefon üçün ümumilikdə, 423 (dörd yüz iyirini üç) manat olmaqla ondan, 328 (üç yiiz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 95 (doxsan beş) manat dəbbə; 29.04.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 805.8 (səkkizyiiz beş manat, səksən qəpik) manat (12 ay x 63 manat 90 qəpik + 39 manat ilkin ödəniş) İMEİ Kodu **********42194 Huawei Y9s markalı telefon üçün ümumilikdə, 727.8 (yeddi yiiz iyirmi yeddi manat, səksən qəpik) manat olmaqla ondan, 557.8 (beş yiiz əlli yeddi manat, səksən qəpik) manat ödənilməmiş hissə, 170 (yüz yetmiş) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1494 manat təşkil edir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 17.07.2019cu il tarixli müqaviləsindən görünür ki, alqı-satqı qiyməti 1404 (min dörd yüz dörd) manat (18 ay x 78 manat + 0 manat ilkin ödəniş) Samsung LED televizor üçün ümumilikdə, 1013 (min on üç) manat olmaqla ondan. 779 (yeddi yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 234 (ikiyüz otuz dörd) manat dəbbə pulu hesablanmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 06.10.2019cu il tarixli müqaviləsindən görünür ki, alqı-satqı qiyməti 600 (altıyiiz) manat (12 ay x 50 manat + 0 manat ilkin ödəniş) HP notebook üçün ümumilikdə, 377 (üç yüz yetmiş yeddi) manat olmaqla ondan, 287 (iki yüz səksən yeddi) manat ödənilməmiş hissə, 90 (doxsan) manat dəbbə pulu hesablanmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 11.11.2019cu il tarixli müqaviləsindən görünür ki, alqı-satqı qiyməti 636 (altı yüz otuz altı) manat (12 ay x 53 manat + 0 manat ilkin ödəniş) İMEt Kodu **********58412 Samsung Galaxy A30s markalı telefon üçün ümumilikdə, 423 (dörd yüz iyirini üç) manat olmaqla ondan, 328 (üç yiiz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 95 (doxsan beş) manat dəbbə pulu hesablanmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 29.04.2020-ci il tarixli müqaviləsindən görünür ki, alqı-satqı qiyməti 805.8 (səkkizyiiz beş manat, səksən qəpik) manat (12 ay x 63 manat 90 qəpik + 39 manat ilkin ödəniş) İMEİ Kodu **********42194 Huawei Y9s markalı telefon üçün ümumilikdə, 727.8 (yeddi yiiz iyirmi yeddi manat, səksən qəpik) manat olmaqla ondan, 557.8 (beş yiiz əlli yeddi manat, səksən qəpik) manat ödənilməmiş hissə, 170 (yüz yetmiş) manat dəbbə pulu hesablanmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə zamanı, həm iddiaçının nümayəndəsinin izahatından, həmçinin iş materiallarından müəyyən edildi ki, Tərəflər arasında kreditin ödənilməsi şərtləri razılaşdırılmasına baxmayaraq iddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında və qaydasında həyata keçirmiş, yəni kredit məbləğini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Belə ki, cavabdeh tərəfindən kredit üzrə əsas və faiz borclarıın ödənilməsində ardıcıl olaraq Məhkəmə qeyd edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən borc məbləği cavabdehdən tutulmalıdır və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilmiş, Cavabdeh 17.07.2019-cu il tarixli müqaviləsinə əsasən, samsung LED televizor üçün 779 manat ödənilməmiş hissə, 23 manat dəbbə, 06.10.2019-cu il tarixli müqaviləsinə əsasən HP notebook üçün 287 manat ödənilməmiş hissə, 9 manat dəbbə, 11.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********58412 Samsung Galaxy A30s markalı telefon üçün 328 manat ödənilməmiş hissə, 9,50 manat dəbbə, 29.04.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********42194 Huawei Y9S markalı telefon üçün 557.8 manat ödənilməmiş hissə, 17 manat dəbbə pulu, ümumilikdə 2010,3 manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Odur ki, məhkəmə təqdim edilmiş sübutların mötəbərliyini əsas götürərək iddianın qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul cavabdehdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 17.07.2019-cu il tarixli müqaviləsinə əsasən, samsung LED televizor üçün 779 manat ödənilməmiş hissə, 23 manat dəbbə, 06.10.2019-cu il tarixli müqaviləsinə əsasən HP notebook üçün 287 manat ödənilməmiş hissə, 9 manat dəbbə, 11.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********58412 Samsung Galaxy A30s markalı telefon üçün 328 manat ödənilməmiş hissə, 9,50 manat dəbbə, 29.04.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********42194 Huawei Y9S markalı telefon üçün 557.8 manat ödənilməmiş hissə, 17 manat dəbbə pulu, ümumilikdə 2010,3 manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar