Məhkəmə qərarları › İş №2(006)-642/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-642/2023

13.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-642/2023 13.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X23 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və X9 ərazisindəki 1151a nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli müqavilənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Fatmayi (Göradil) qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 1151a nömrəli bağ sahəsinin istifadəyə verilməsinə dair Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə Ərizəçi arasında bağlanmış xx.xx.2004-cü il tarixli 32846 saylı müqavilədə ərizəçinin adı və ata adı “Ərizəçi” əvəzinə yanlış olaraq “X10” kimi qeyd olunmuşdur. Ərizəçiyə məxsus bütün sənədlərdə, o cümlədən şəxsiyyət vəsiqəsində ərizəçinin adı və ata adı düzgün olaraq “Ərizəçi” kimi qeyd olunmuşdur. Ərizəçinin atası xx.xx.1976-cı ildə ölmüşdür. Sözügedən müqavilədə qeyd edilən məlumatların səhv yazılması Ərizəçi bağ sahəsinə dair sənədləşmə işlərinin aparılmasına mane olur. Ərizəçi qeyd edilən sənəddə olan addakı uyğunsuzluğu başqa cür aradan qaldıra bilmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan ******* nömrəli hərbi biletdən görünür ki, X3 1922-ci il tarixdə doğulmuşdur. Mülki işin materiallarında olan İ-ИЕ seriyalı 215671 nömrəli evlənmək haqqında şəhadətnamədən görünür ki, X3 ilə X6 nikahı Bakı şəhəri Oktyabr rayonu VVAQ şöbəsində xx.xx.1958-ci il tarixdə 2093 nömrə ilə qeydə alınmışdır. Evlənmə qeyd ediləndən sonra arvada Quliyeva soyadı verilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Oktyabr rayonu VVAQ şöbəsi tərəfindən verilmiş İ-ИЕ seriyalı 992645 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx xxxxx 1960-cı il tarixdə Bakı şəhərində doğulmuş, atası qrafasında X3, anası qrafasında X8 qeyd edilmişdir. Mülki işin materiallarında olan xx.xx.1976-cı il tarixdə Bakı şəhəri Nərimanov rayonu VVAQ şöbəsi tərəfindən verilmiş İ-ЖГ seriyalı 372540 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1976-cı il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 551 nömrə ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan İV-ЖГ seriyalı 257101 nömrəli evlənmə haqqında şəhadətnamədən görünür ki, X17 ilə X1 nikahı xx.xx.1985-ci il tarixdə 104 nömrə ilə qeydə alınmışdır. Evlənmə qeyd ediləndən sonra arvada Musayeva soyadı verilmişdir. Mülki işin materiallarında olan AZ-İ seriyalı 074457 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X21 ilə Ərizəçi nikahı xx.xx.2007-ci ildə ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 324 nömrə ilə qeyd edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində “qüvvədən düşmüş sənədlər” bölməsindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi xx.xx.2002-ci il tarixdə AZE seriyalı 687083 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Mülki işin materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Bakı şəhərində doğulmuşdur, şəxsiyyət vəsiqəsi xx.xx.2012-ci il tarixdə verilmişdir. Mülki işin materiallarında olan bağın istifadəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli 32846 saylı müqavilədən görünür ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən Binəqədi rayonunun Goradil ərazisindəki 0.12 hektar torpaq sahəsi olan 1151a nömrəli bağı (müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla) 10 (on) il müddətinə X7 istifadəsinə verilmişdir. Bağ 1960-cı il təvəllüdlü X10 və ailə üzvləri 1958-ci il təvəllüdlü Ehtibar, 1986-cı il təvəllüdlü Jalənin istifadəsinə verilmişdir. İstifadəçinin müqavilə öhdəliklərini yerinə yetirdikdə müqaviləsinin yeni müddətə artırılması qeyd edilmişdir. Mülki işin materiallarında olan Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Bakı şəhəri Binəqədi rayonu Fatmayi (Göradil) qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 1151a nömrəli bağ sahəsinin istifadəyə verilməsinə dair keçmiş bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə onun arasında xx.xx.2004-cü il tarixli, 32846 saylı müqaviləyə əsasən, həmin ünvana dair çıxarış verilməsini xahiş etmişdir. Həmin müqavilədə adı və ata adı yanlış olaraq “X10” kimi qeyd olunmuşdur. Adına çıxarış verilərkən qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi digər torpaq sahəsi ilə bir hasar daxilində yerləşdiyindən keçid üçün yol nəzərə alınmaqla həmin torpaq sahəsinin qanuni istifadəçisi ilə notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməsinin məqsədə uyğun olduğu qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ərizəsinin verilməsinə görə Ərizəçi tərəfindən 100 manat rüsum ödənilmişdir. Mülki işin materiallarında olan Ərizəçi Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Fatmayi (Göradil) qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 1151a nömrəli bağ sahəsinin istifadəyə verilməsinə dair Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə onun arasında bağlanmış xx.xx.2004-cü il tarixli 32846 saylı müqavilədə adı və ata adı “Ərizəçi” əvəzinə yanlış olaraq “X10” kimi qeyd olunmuşdur. Bütün sənədlərdə, o cümlədən şəxsiyyət vəsiqəsində ərizəçinin adı və ata adı düzgün olaraq “Ərizəçi” kimi qeyd olunmuşdur. Ərizəçinin atası xx.xx.1976-cı ildə ölmüşdür. Sözügedən müqavilədə qeyd edilən məlumatların səhv yazılması Ərizəçi bağ sahəsinə dair sənədləşmə işlərinin aparılmasına mane olur. Ərizəçi məxsus olan AZE 0******* şəxsiyyət vəsiqəsindən də göründüyü kimi, o, xx.xx.1960-cı ildə Bakı şəhərində doğulmuş və adı Ərizəçidır. Lakin qeyd olunan sənəddə Ərizəçi adı yanlış yazıldığından o, özünə məxsus torpaq sahəsinə dair çıxarışı əldə edə bilmir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə onun arasında bağlanmış xx.xx.2004-cü il tarixli 32846 saylı müqavilədə adının “Ərizəçi” kimi yazılmasına (düzəliş edilməsinə) köməklik göstərməsini xahiş etmişdir. Mülki işin materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 saylı Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyəti nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş və bağ təsərrüfatı idarələrinin arxivləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ərizənin məhkəməyə verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən olundu ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə X10 arasında Bakı şəhəri Binəqədi rayonu Goradil qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 1151a nömrəli bağ sahəsinin istifadəyə verilməsinə dair xx.xx.2004-cü il tarixdə 32846 saylı müqavilə bağlanmışdır. Lakin həmin müqavilədə istifadəçi kimi Ərizəçi adı texniki səhv olaraq “X10” kimi qeyd edilmişdir. Ərizəçi səhvin aradan qaldırılması və hüququnun qeydiyyata alınmasına dair aidiyyəti dövlət orqanlarına müraciətlər ünvanlamış, lakin heç bir nəticə əldə edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsi xx.xx.2022-ci il tarixdə ərizəçiyə ünvanladığı cavab məktubunda qeyd etmişdir ki, ad və ata adının yanlış qeyd olunduğu müqavilə müvafiq qanunvericiliyə əsasən dövlət qeydiyyatı üçün qəbul edilə bilməz. Məktubda o da qeyd edilmişdir ki, həmin məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müvafiq cavab məktubunda məktubun dövlət reyestrində qeydiyyatdan imtina sayılmadığı qeyd edilsə də, faktiki olaraq ərizəçidə olan sənədin dövlət qeydiyyatı üçün qəbul edilə bilməməsi də göstərilmişdir. Məhkəmə müvafiq məktubu imtina kimi qiymətləndirməyi məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən, məhkəmə ərizəçinin hazırki tələblə məhkəməyə müraciət etməzdən əvvəl və məhkəmə araşdırmaları dövründə özünə məxsus olan bağ sahəsinə dair hüququnun dövlət qeydiyyatına alınması üçün cəhdlər etməsini, lakin cəhdlərinin nəticəsiz qalmasını, bununla da hazırda etdiyi tələbin başqa qaydada aradan qaldırıla bilmədiyini nəzərə alaraq, vətəndaş süründürməçiliyinə yol verməmək məqsədilə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır, buna görə də ərizə təmin edilməli, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və X9 ərazisindəki 1151a nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli müqavilənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. Həmin Qərarın 1.6-cı bəndində göstərilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Qərarın 6 və 6.1-ci bəndlərinə görə, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın – yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi – şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi – həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü – məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Məhkəmə yuxarıda qeyd edilmiş şərtlərin hazırki işdə mövcudluğunu araşdıraraq qeyd etməyi zəruri hesab edir ki, hər üç şərt mövcuddur. Belə ki, ərizəçinin müqavilədə göstərilən adı və atasının adı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı və atasının adı ilə düz gəlmir (üst-üstə düşmür); həmin müqavilə mülki qanunvericiliyə görə hüquqmüəyyənedici sənəddir; ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat hazırda ləğv edilmiş və arxivi iş üzrə maraqlı şəxs qismində cəlb edilən orqana təhvil verilmiş, həmin orqan tərəfindən isə sənədin dövlət qeydiyyatı üçün qəbul edilə bilmədiyinə dair imtina məktubu verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1, 139-1.1.7-ci maddəsinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – Mülki-Prosessual Məcəllənin) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki-Prosessual Məcəllənin 307.2 və 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır: Mülki-Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki-Prosessual Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Mülki-Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub belə qənaətə gəlir ki, Bakı şəhəri Binəqədi rayonu Fatmayi (Göradil) qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 1151a nömrəli bağ sahəsinin istifadəyə verilməsinə dair Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağlanmış müqavilənin Ərizəçi məxsus olması faktı öz təsdiqini tapır. Faktın başqa qaydada müəyyən edilməsi mümkün deyildir, faktın müəyyən edilməsi isə ərizəçinin həmin bağ sahəsinə olan hüququnun dövlət qeydiyyatına alınması üçün lazımdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və X9 ərazisindəki 1151a nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli müqavilənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və X9 ərazisindəki 1151a nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli müqavilənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar