Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6481/2021 15.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2, cavabdeh X4 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı1 cavabdeh X1rşı "vərəsəlik şəhadətnaməsinin və çıxarışın ləğv edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh qarşı "vərəsəlik şəhadətnaməsinin və çıxarışın ləğv edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anası X8 24 mart 2009-cu il tarixdə ürək çatışmamazlığından rəhmətə getmişdir. Analarının öldüyü vaxt onun vəsiyyətnaməsi olmadığından qanun üzrə vərəsələri İddiaçı1 və iddiaçının anasının digər övladları olmuşlar. Miras predmeti ünvan 1 ünvanında yerləşən 63,1 kv.m ibarət olan 20 saylı mənzil olmuşdur. Anaları vəfat etdikdən sonra iddiaçı və digər vərəsələr faktiki olaraq vərəsəliyi qəbul etmişlər, daima miras predmeti olan mənzilə baş çəkmişlər, orada qalmışlar, mənzildə yerləşən əşyalardan istifadə edib onlardan bəzilərini öz evlərinə aparmışlar. Lakin qayğı və şəxsi işlər ucbatından, həmçinin aralarında düşündükləri kimi mübahisə olmadığından vərəsəliyi qeydiyyata almağa tələsmirdilər. Nəhayət təsadüf nəticəsində cavabdeh onlara bu barədə heç bir məlumat vermədən, məsləhət və razılıqlarını almadan, tam qanunsuz olaraq həmin əmlakı öz adına keçirilməsi barədə məlumat almışlar. Göstərilənlərə əsasən 10.11.2009-cu il tarixli, seriya MA № ******* saylı çıxarışı və buna əsas verən vərəsəlik şəhadətnaməsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən ərizə təqdim edilərək, Cavabdeh X9 ilə əvəz edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X4 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək bildirdi ki, 2009-cu ildə tərəflərin anaları rəhmətə gedəndə tərəflərin qardaşları Səfərəli evi boş saxlamamışdı. Həmin evi kirayə vermişdilər. Cavabdeh Səfərəliyə etibarnamə verib ki, evi idarə edə bilsin. İddiaçı ilə cavabdeh arasında mübahisələr gedir. Anaları vaxtı ilə həmin mənzili cavabdehə bağışlamışdır. Həmçinin, Qoldman Gennadinin həmin evdə sənədlərini də oğurlayıblar. Sənədlər oğurlanandan sonra onlar yeni çıxarış aldılar. Mübahisəli mənzil bu ilin avqust ayında satılıb və hazırda cavabdehə məxsus deyildir. Göstərilənlərə əsasən iddianın rədd olunması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 09.04.2009-cu il tarixdə verilmiş AZ-İ № 356713 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 24.03.2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarındakı 08 oktyabr 2009-cu il tarixdə verilmiş «Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə»nin surətindən görünür ki, Cavabdeh 24 mart 2009-cu il tarixdə vəfat etmiş X2 vərəsəsidir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 10.11.2009-cu il tarixli, MA seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 20 Cavabdeh xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1051 saylı reyestr kitabının 94712 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 16 avqust 2021-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunun xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1, mənzil 20-i X9 tərəfindən X5 120.000 manat məbləğinə satılmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 20.08.2021-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 20 X3 xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qüvvədə olan mülki qanunvericiliyə əsasən müddət – subyektiv hüquqların reallaşdırılması və nəticə etibarı ilə müəyyən hüquqi nəticələrin yaranması üçün müəyyənləşdirilmiş vaxt kəsiyidir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göstərilən Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Eyni Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd olunan Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Məhkəmə, cavabdehin nümayəndəsi və vəkilinin iddia müddətinin tətbiqinə dair ərizəsini nəzərdən keçirib hesab edir ki, hazırki mülki işə iddia müddətinin ötürülməsi ilə bağlı müddəalar şamil edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 anasının vəfatından sonra mübahisəli evə getməməsini və orada həmin vaxt Cavabdeh (Qoldman Gennadi) yaşamasını, sonradan orada təxminən 3 il kirayənişinlərin yaşamasını, yalnız İddiaçı2 ora gedib-gəlməsini göstərmişdir. Həmçinin, İddiaçı1 anasının vəfatından sonra notariusa da ərizə verməməsini, özünün və digər bacı- qardaşlarının (Qurbanəlidən başqa) həmin vaxt öz evlərinin olmasını da qeyd etmişdir. Göründüyü kimi, İddiaçı1 anasının vəfatından sonra mirası faktiki qəbul etməməsini, eləcə də notariusa ərizə verməməsini etiraf etmiş, eyni zamanda miras əmlakının anasının adına olmasına baxmayaraq, bacısı Lətifə tərəfindən alınmasını və Cavabdeh (Qoldman Gennadi) həmin evi öz adına qanunsuz olaraq keçirməsini göstərmiş, lakin bu faktla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki, hələ anasının sağlığında ikən anası mübahisəli evin Cavabdeh (Qoldman Gennadi) verilməsini bildirmiş və bunu bütün bacı-qardaşları da bilirdilər. Buna görə də şifahi razılaşma olduğu üçün notariat orqanına yalnız Cavabdeh (Qoldman Gennadi) ərizə vermiş, digər vərəsələrin olmasını qeyd etməmiş və ona qanuni əsaslarla qanun üzrə vərəsəlik şəhadətnaməsi və 10.11.2009-cu ildə çıxarış verilmişdir. Həmin vaxtı miras əmlakda yalnız Cavabdeh (Qoldman Gennadi) və onun ailə üzvləri qeydiyyatda olmuşlar. Həmin vaxt çıxarış onun adına olduğu üçün o, müvafiq orqana müraciət edərək adının X7 dəyişdirilməsi barədə sənədi təqdim edərək yeni çıxarış almış, bu sənəd əsasında mübahisəli əmlakı hazırki iş üzrə vicdanlı edən olan üçüncü şəxsə satmışdır. Mənzilin satılması barədə iddiaçının və digərlərinin də məlumatı olmuşdur. İddiaçı tərəfin mübahisəli evə dair 2009-cu ildə şəhadətnamə və çıxarış əldə etməsindən guya 2021 -ci ildə evin satılması zamanı xəbər tutması barədə dəlilləri əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı1 cavabdeh X1rşı "vərəsəlik şəhadətnaməsinin və çıxarışın ləğv edilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 cavabdeh X1rşı "vərəsəlik şəhadətnaməsinin və çıxarışın ləğv edilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-6481/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6481/2021
15.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver