Məhkəmə qərarları › İş №2(006)-649/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-649/2020

14.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-649/2020 14.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı (digər iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili X7 iştirakı ilə İddiaçı Cavabdeh İddiaçı qarşı «vərəsəlik və mənzilə pay hüququnun müəyyən edilməsi» tələbinə dair və İddiaçı Cavabdeh qarşı «payın naturada ayrılması» tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İddiaçı qarşı «vərəsəlik və mənzilə pay hüququnun müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsi, ev 20, mənzil 20 tərəflərin atası olan X4 mülkiyyətində olmuşdur. Ataları xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Bakı şəhəri, Nəsimi rayonu, M. Cəlal küçəsi ev 20, mənzil 20-də daim iddiaçı və ailəsi, həyat yoldaşı və həmin evdə qeydiyyatda olan iki övladları - xx.xx.2006-cı il təvəllüdlü qızı Elnarə və xx.xx.2008-ci il təvəllüdlü oğlu rəhmətlik atası ilə birlikdə yaşamışlar. Cavabdeh V.Z. Çelikkıran isə Yasamal rayonunda qeydiyyatda olmaqla yanaşı, uzun müddətdir ki, ölkə xaricində yaşayır. Belə ki, ailə həyatı qurandan sonra o, daimi olaraq ailəsi ilə Türkiyədə yaşayır. Hətta illərdir ki, demək olar Bakıya gəlmirdi. Ataları rəhmətə gedəndən sonra da həmin mənzildə əvvəlki kimi iddiaçı və ailəsi yaşayırlar. İllərdir ki, mənzilin saxlanması, atasına qulluq etmək, bütün kommunal və digər xərclər iddiaçının üzərindədir. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsi, ev 20-də yerləşən 20 saylı mənzilə (xx xxxx 2019-cu il tarixdə vəfat etmiş atası X4 mülkiyyətindədir) iddiaçının vərəsəlik və mənzildə ailənin daim yaşamasını, həmçinin ailə üzvlərinin qeydiyyatında olmalarını nəzərə alaraq, 3/4 pay hüququnun müəyyən edilməsi, xx.xx.2018-ci il tarixdə qanun pozuntuları, istək olmadan vəsiyyətnamənin verilməsini və tərtib olunmasını nəzərə alaraq onun məhkəmə qaydasında ləğvinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı Cavabdeh qarşı «payın naturada ayrılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsində yerləşən 20 saylı evin, 20 nömrəli mənzili xüsusi mülkiyyət hüququ ilə X6 məxsus olmuşdur. X8 xx.xx.2019- cu il tarixdə vəfat etmiş, onun sağ qalan birinci növbəli 2 vərəsəsi var. Həmin vərəsələrdən İddiaçı miras əmlakın ¾ hissəsini qəbul edərək ona xx.xx.2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, ¼ hissəsi isə digər vərəsə Cavabdeh tərəfindən faktiki olaraq qəbul edilmiş, lakin həmin miras payı vərəsə tərəfindən rəsmiləşdirilmədiyindən açıq qalmışdır. Hazırda isə miras əmlakın ¾ hissəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. X6 məxsus açıq qalan ¼ hissədən isə faktiki olaraq Cavabdeh istifadə edir. Belə ki, bu fakt Nəsimi Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin 77 saylı Mənzil Komunal İstismar sahəsinin xx xxxxxxxx 2019-cu il tarixli arayışı ilə təsdiq olunur. Cavabdeh İddiaçı mülkiyyətində olan mənzilə dair hüquqlarını həyata keçirməyə qərəzli maneələr yaradır. Belə ki, İddiaçı nə həmin evdə yaşaya bilir, nə də öz payına düşən payın pulunu ala bilir. Bu isə İddiaçı mülkiyyət hüququnun kobud surətdə pozulmasıdır. İddiaçı Bakı şəhərində yaşamağa yeri olmadığı üçün müxtəlif yerlərdə kirayə qalmağa məcbur olur. Bu isə onun maddi vəziyyətini daha da çətinləşdirir. Buna görə də İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsi, 20 saylı evin, 20 nömrəli mənzilinin naturada bölünməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsində yerləşən ümumi sahəsi 39,63 kv.metrdən ibarət 20 saylı evin, 20 nömrəli mənzilinə dair ¾ hissədə iddiaçının payının naturada ayrılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı (digər iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili X9 İddiaçı tələbinin təmin edilməsini, Cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı (digər iddia üzrə cavabdeh) Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının (digər iddia üzrə cavabdehin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı (digər iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, hər iki iddia tələbləri təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri 32 saylı notariat kontorunun xüsusi notariusu E.A.Kazımov tərəfindən təsdiq olunmuş xx xxxx 2018-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X8 ölən günədək ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1985-ci il doğulmuş İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İİ № 000290 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarındakı Bakı şəhəri 43 saylı notariat kontorunun xüsusi notariusu E.B.Qurbanov tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli «Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X4 vəsiyyətnamə üzrə vərəsəsi İddiaçıdır, o miras əmlakdan ¾ hissədə payda irs almalıdır. Həmin şəhadətnaməyə əsasən miras əmlakünvan 2 ünvanında yerləşən ümumi sahəsi 39,63 kv.m olan daşınmaz əmlakdan (torpaq sahələrindən başqa) ibarətdir. Mərhum X4 adında ¼ hissə pay açıq qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 2 İddiaçı adına ¾ hissədə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, H/06-PLS saylı hesabatından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 4 MR,, M.Cəlal küçəsi, bina 20, mənzil 20-nin tərəflərin paylarına münasib real bölgüsü texniki cəhətdən qeyri-mümkündür. Ekspert tədqiqatının dəyəri 300 (üç yüz) manat təşkil etmişdir. İddiaçı Cavabdeh iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Eyni Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Göstərilən Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Eyni Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Göstərilən Məcəllənin 1220-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni aşağıdakı üsullarla həmişə dəyişdirə və ya ləğv edə bilər: -1220.0.1. əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə; -1220.0.2. notariat orqanına ərizə verməklə; -1220.0.3. Vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən - Bakı şəhəri, Nəsimi rayonu, 4 MR,, M.Cəlal küçəsi, bina 20, mənzil 20-nin keçmiş mülkiyyətçisi X3 ikən ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını (ölən günədək) övladı xx.xx.1985-ci ildə doğulmuş İddiaçı vəsiyyət etmişdir. xx.xx.2019-cu il tarixdə X8 vəfat etmiş, onun vərəsələrindən İddiaçı miras əmlakın- Bakı şəhəri, Nəsimi rayonu, 4 MR,, M.Cəlal küçəsi, bina 20, mənzil 20-nin ¾ hissəsini qəbul edərək ona xx.xx.2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, ¼ hissəsi isə digər vərəsə Cavabdeh tərəfindən faktiki olaraq qəbul edilmiş, lakin həmin miras payı vərəsə Cavabdeh tərəfindən rəsmiləşdirilmədiyindən açıq qalmışdır. Hazırda iddiaçı miras əmlaka 3/4 pay hüququnun müəyyən edilməsini, xx.xx.2018-ci il tarixli vəsiyyətnamənin ləğv edilməsini məhkəmədən tələb edir. Məhkəmə hesab edir ki, mübahisəli miras əmlakın mülkiyyətçisi X1 öz iradə ifadəsini bildirərək, öz əmlakını qızı İddiaçı vəsiyyət etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli vəsiyyətnamənin ləğv edilməsinə əsas yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Göründüyü kimi iddiaçı Cavabdeh öz tələbinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı «vərəsəlik və mənzilə pay hüququnun müəyyən edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə İddiaçı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən olundu ki, miras əmlak - Bakı şəhəri, Nəsimi rayonu, 4 MR,, M.Cəlal küçəsi, bina 20, mənzil 20-yə dair tərəflərin payları müəyyən olunmuşdur. Hazırda İddiaçı yaşayış sahəsinin real bölgüsünün aparılmasını tələb edir, lakin ekspert rəyinə əsasən həmin mənzilin tərəflərin paylarına uyğun bölünməsi texniki cəhətdən mümkün deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Eyni Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qeyd olunan Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İş materiallarından göründüyü kimi, mübahisəli mənzilin tərəflər arasında paylarına uyğun real bölgüsü texniki cəhətdən mümkün deyil. Beləliklə, məhkəmə hesab edir ki, həm Cavabdeh, həm də İddiaçı iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən aparılmış hesabatın haqqı olan 300 (üç yüz) manat məbləğində pul İddiaçı tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin “xxxxxxx” KB ASC “11 saylı Dərnəgül” filialı, Kod 502058, Müxbir hesab AZ65UBAZ**********0060AZN001, VÖEN **********, H/Hesab AZ46NAZBZ********************, S.W.İ.F.T. UBAZAZ22 hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh İddiaçı qarşı «vərəsəlik və mənzilə pay hüququnun müəyyən edilməsi» tələbinə dair iddia tələbi təmin edilməsin. İddiaçı Cavabdeh qarşı «payın naturada ayrılması» tələbinə dair iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. «xxxxxxxxxxxxxxxxxxxxxx»MMC tərəfindən aparılmış hesabatın haqqı olan 300 (üç yüz) manat məbləğində pul İddiaçı tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin “xxxxxxx” KB ASC “11 saylı Dərnəgül” filialı, Kod 502058, Müxbir hesab AZ65UBAZ**********0060AZN001, VÖEN **********, H/Hesab AZ46NAZBZ********************, S.W.İ.F.T. UBAZAZ22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar