Məhkəmə qərarları › İş №2(102)-5157/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5157/2022

11.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5157/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon 2 saylı Notariat Ofisi və X9 qarşı mirasda payların müəyyən edilməsi barədə ilk iddia tələbinə, Cavabdeh2 və Cavabdeh4 İddiaçı qarşı qarşılıqlı iddia tələbinə, X7 Cavabdeh2, Cavabdeh4 və İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: Miras əmlakda payların müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon 2 saylı Notariat Ofisi və X9 qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair ilk, Cavabdeh2 və Cavabdeh4 İddiaçı qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia, X7 Cavabdeh2, Cavabdeh4 və İddiaçı qarşı birgə mülkiyyətdə olan əmlaklardakı payların müəyyən edilməsi və mülkiyyətə verilməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-939/2022 nömrəli, 16 may 2022-ci il tarixli qətnaməsindən X12 tərəfindən verilmiş kassasiya şikayətinə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. X6 ilə X12 02 oktyabr 1972-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar.

2. Birgə nikahlarından xx.xx.1974-cü ildə Zülfiyyə, xx.xx.1975-ci ildə Zaur, xx.xx.1977ci ildə Sevinc, xx.xx.1981-ci ildə Əminə, xx.xx.1983-cü ildə Seymur anadan olmuşdur.

3. X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.

4. Onun ölümündən sonra aşağıdakı əmlaklar miras qalmışdır:

5. Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə 0.01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m yaşayış, 57.3 kv.m köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evi.

6. Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə 0.17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü girişinin 1-ci mərtəbəsində 275.9 kv.m ümumi, 275.9 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi.

7. Abşeron rayonu, Xırdalan şəhəri, 28- ci məhəllə, 1-də yerləşən ümumi sahəsi 49.9 kv.m olan qeyri-yaşayış sahəsi.

8. Abşeron rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsində, 0,0644 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 146,2 kv.m ümumi, 81,7 kv.m yaşayış, 64,5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi. 9. 28.01.2021-ci il tarixli T.Xalıqova ilə İddiaçı arasında bağlanmış Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinə əsasən, T.Ə.Xalıqova ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 339.3 kv.m olan qeyri-yaşayış sahəsini İddiaçı mülkiyyətinə vermişdir. 10. ünvan 2 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, 14 dekabr 2020-ci il tarixdə vəfat etmiş mərhum atası Ş.İ.Xalıqovdan miras qalmış əmlaklara dair vərəsəlik işinin açılması üçün verdikləri ərizəyə cavab olaraq bildirilmişdir ki, mərhum atasın ın ondan başqa digər vərəsələri olduğu üçün və həmin vərəsələr arasında mübahisə olduğundan onun adına “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin açılması imkan xaricindədir. Bu səbəbdən Abşeron Rayon Məhkəməsinə müraciət etməyi tövsiyə olunmuşdur. 11. 26.02.2021-ci il tarixdə verilmiş ərizələrdən görünür ki, Cavabdeh2, T.Xalıqova və Cavabdeh1 mərhum Ş.Xalıqovun ölümündən sonra ondan miras qalmış ********* qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 6/3 yerləşən fərdi yaşayış evindən onlara düşən qanun üzrə vərəsəlik payını qəbul etməmişlər və etmirlər. Mirasın onlara çatası hissəsindən imtina edirlər. 12. 26.02.2021-ci il tarixdə verilmiş ərizələrdən görünür ki, T.Xalıqova mərhum Ş.Xalıqovun ölümündən sonra ondan miras qalmış Abşeron rayo nu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyriyaşayış sahəsindən ona düşən qanun üzrə vərəsəlik payını qəbul etməmişdir və etmir. Mirasın ona çatası hissəsindən imtina edir.

13. T.Xalıqovanın xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, mərhum əri Ş.Xalıqovun ölümündən sonra ondan birgə nikah dövründə əldə etdikləri və miras qalmış ********* qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ünvanında istifadədə olan 0.01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m yaşayış 57.3 kv.m köməkçi sahəsindən ibarət olan 6/3 nömrəli fərdi yaşayış evindən ona düşən 1/2 hissə əmlakdan imtina edir.

14. T.Xalıqovanın xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, mərhum əri Ş.Xalıqovun ölümündən sonra ondan birgə nikah dövründə əldə etdikləri və miras qalmış ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 1 ünvanında yerləşən 1 mərtəbə, 49.9 kv.m ümumi sahəsindən ibarət olan qeyri-yaşayış sahəsindən və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsindən ona düşən 1/2 hissə əmlakdan imtina edir.

15. Azərbaycan Respublikasının DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, ünvan 5 ünvanında yerləş ən ümumi sahəsi 339.3 kv.m olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********63-05101-083002 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

16. Azərbaycan Respublikasının DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Əlihüseyn Əsgərov küçəsi, ev 24, Yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı 2/3 hissə, Cavabdeh1 1/3 hissə adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

17. Abşeron rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli 2V49 reyestr saylı Qanun üzrə vərəsəlik şəhadətnaməyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsində mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m. olan 24 saylı fərdi yaşayış evinin 2/3 hissəsinə İddiaçı adına verilmiş, Cavabdeh1 1/3 hissə payı açıq saxlanılmışdır. Həmin işdən görünür ki, digər vərəsələr paylarından imtina etmişlər.

18. DƏDRX-nin xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsində mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m. olan 24 saylı fərdi yaşayış evinin 2/3 hissəsinə İddiaçı, 1/3 hissəsi isə Cavabdeh1 adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

19. İddiaçı cavabdehlər Cavabd eh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Abşeron 2 saylı Notariat Ofisi, X12) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evi, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin hər bir vərəsənin 5/1 miras payı olmaqla bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Ş.Xalıqov onun atasıdır. Atası xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Cavabdehlər isə onun bacıları və qardaşıdır. Atası vəfat etdikdən sonra ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evi, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahəd ən ibarət qeyriyaşayış sahəsi miras əmlak kimi qalmışdır. Atası vəfat etdikdən sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə müraciət etmişlər, bu zaman anası X12 ona çatmalı olan miras əmlak payından imtina etmiş, digər vərəsələrlə, qardaş və bacıları ilə isə aralarında fikir ayrılığı olmuşdur. Bu səbəbdən də Abşeron 2 saylı Notariat Ofisinin notariusu xx.xx.2021-ci il tarixli, 122 saylı bildirişi ilə vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina edərək məhkəməyə müraciət etmələrini tövsiyə etmişdir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

21. Sonradan Z.Xalıqov Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə verərək, mərhum Ş.Xalıqovdan miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəl lədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evinin onun, Cavabdeh1 və Cavabdeh4 hər birinin 3/1 miras payı olmaqla bölünməsi, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin isə hər bir vərəsənin 5/1 miras payı olmaqla bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. İddia tələbinə əlavədə qeyd edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahə sində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evinə 5/1 hissədə payların müəyyən olunmasını xahiş etsə də, Tailə Xalıqova, Cavabdeh2 və Cavabdeh3 həmin miras əmlaka olan paylarından notarial qaydada imtina etmişlər. Odur ki, iddia tələbini dəqiqləşdirərək, həmin miras əmlaka münasibətdə payların 3/1 hissədə müəyyən edilməsini tələb etmək zərurəti yaranmışdır.

23. Cavabdeh2 və Cavabdeh4 İddiaçı qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ataları Ş.Xalıqovdan miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsində, 0,0644 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 146,2 kv.m ümumi, 81,7 kv.m yaşayış, 64,5 kv.m yardımçı sahədən i barət fərdi yaşayış evindən (0223036 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, reyestr nömrəsi **********61-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il) qanun üzrə birinci növbədə vərəsələrin paylarının müəyyən olunması və bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Qarşılıqlı iddia tələbi onunla əsaslanıdrmışdır ki, mərhum atalarından Abşeron rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsində, 0,0644 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 146,2 kv.m. ümumi, 81,7 kv.m. yaşayış, 64,5 kv.m yardımçı sahəsən ibarət fərdi yaşayış evi (0223036 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, reyestr nömrəsi **********61-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il) miras qalmışdır. Mərhum atalarına məxsu s bütün miras əmlaklar müəyyən edilməli, həmin əmlaklardakı analarının ½ hissə payı çıxıldıqdan sonra həmin əmlaklardakı atalarının payı qanun üzrə birinci növbədə vərəsələr arasında bölünməlidir.

25. X12 Cavabdeh2, Cavabdeh4, İddiaçı qarşı birgə mülkiyyətdə olan əmlaklardakı payların müəyyən edilməsi və mülkiyyətə verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək, mərhum əri Ş.Xalıqovdan miras qalmış ********* saylı qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllədə istifadədə olan 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı, 115,2 kv.m. yaşayış, 57,3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evindən, ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllədəki istifadədə olan 0, 17 ha torpaq sahəsində yerləşən bir mərtəbəli binanın 3-cü girişin birinci mərtəbəsindəki 275,9 kv.m ümumi və 27.5,9 kv.m əsas sahəsindən ibarət olan qeyri-yaşayış sahəsindən, ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu Xırdalan şəhəri, 28- ci məhəllə, 1 ünvanında yerləşən 1 mərtəbə, 49,9 kv.m. ümumi sahədən ibarət olan qeyriyaşayış sahəsindən, ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 8 ünvandakı 0,0644 ha torpaq sahəsində yerləşən 218,48 kv.m. ümumi sahədən ibarət olan 2 mərtəbəli və 146,2 kv.m. ümumi sahədən ibarət olan 2 mərtəbəli evlərdən və həyətyanı torpaq sahəsindən ibarət daşınmaz əmlaklarda onun ½ hissə payının tanınması və həmin hissələrin onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. T.Xalıqova qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Ş.Xalıqov ilə 02 iyul 1972-ci il tarixdə nikah qeyd etdirməklə evlənmişlər. Hazırkı mübahisə predmeti olan daşınmaz əmlaklar onların birgə nikahları dövründə əldə edildiyindən həmin əmlakların yarısı onun olduğundan, onun həmin daşınmaz əmlaklardakı payı mərhum ərindən qalmış miras predmetinə daxil deyildir. Mərhum ərinin ölməsi ilə onun ümumi birgə mülkiyyətdə olan payına miras açılmışdır. Həmin daşınmaz əmlakların yarısı mərhum ərinin payıdır və həmin paya vərəsəlik açılmışdır və həmin pay vərəsələr arasında bölünə bilər. Ona görə də, onun ümumi birgə payları müəyyən edilməmiş və bölünməyən daşınmaz əmlaklardakı ona çatası ½ hissə payına miras açılmamışdır və vərəsəlik həmin paya aid deyildir. O, mərhum ərinin ölümü ilə açılmış mirasdakı pay larını qəbul etməmiş və payların qəbulundan imtina etmişdir. Miras əmlaklardan ona çatası paylar digər vərəsələrə keçmişdir. Onun miras əmlakdakı ½ hissə paylarından imtinanın hər hansı hüquqi nəticəsi yoxdur, çünki həmin hissə onun şəxsi mülkiyyətindədir və həmin hissələr miras predmetinə daxil deyillər. O, daşınmaz əmlaklardakı payını notarial qaydada bağlanmış müqavilələrlə özgəninkiləşdirə bilər. Tərəfindən belə müqavilələr bağlanmamışdır. O, Abşeron rayonu 2 saylı notariat ofisinə yazdığı xx.xx.2021-ci il tarixli **********428 saylı ərizənin məzmunu ilə razı deyil, heç vaxt miras əmlakdakı payından Zaurun xeyrinə imtina etməmiş və belə bir halı xatırlamır: Göründüyü kimi, o, yalnız mərhum əri Ş.Xalıqovla birgə nikah dövründə əldə etdikləri ümumi birgə mülkiyyətində olan daşınmaz əmlak lardakı mərhum ərinin ölümü ilə açılmış və ona onun birinci növbədə vərəsəsi kimi çatmalı olan miras payını qəbul etməmiş və həmin payını qəbul etməkdən imtina etmişdir. Qeyd edilən ümumi birgə mülkiyyətlərində olan daşınmaz əmlaklardakı payından imtina etməmiş, həmin daşınmaz əmlaklardakı ½ payını heç kəsin xeyrinə notarial qaydada təsdiqlənmiş müqavilə ilə özgəninkiləşdirməmişdir. Ona görə də, həmin daşınmaz əmlakın ½ hissəsinə onun mülkiyyət hüququ tanınmalı, yalnız mərhum ərindən miras qalmış ½ hissəyə miras açılmalı və birinci növbədə vərəsələr arasında bərabər paylarla bölünməlidir.

27. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən xx.xx. 2021-ci il tarixdə verilmiş cavab məktubundan görünür ki, X7 adına hazırda dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.

28. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş cavab məktubundan görünür ki, X3 adına Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 1 ünvanında yerləşən ümumi sahəsi 275,9 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2007-ci il tarixdə; Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ünvanında istifadəsində olan 0,01152 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 172,50 kv.m olan 6/3 nömrəli fərdi yaşayış evi 23.11,2007-ci il tarixdə; Abşeron rayonu, Xırdalan şəhəri, 28-c i məhəllə ünvanında yerləşən ümumi sahəsi 49,9 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Həmçinin, ünvan 9 ünvanında mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m olan fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdə X3 adına qeydiyyata alınmış, lakin Abşeron rayon 2 saylı Notariat Kontorunun xx.xx.2021-ci il tarixli 2V-49 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən özgəninkiləşdirilmişdir.

29. Abşeron Rayon Məhkəməsinin 2(012)-4377/2021 nömrəli iş üzrə 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron 2 saylı Notariat Ofisi, X12) qarşı m irasda payların müəyyən edilməsi tələbinə dair ilk iddianın qismən təmin edilməsi, X1 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evində İddiaçı payının 1/3 hissədə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyriyaşayış sahəsinin isə hər birində İddiaçı payının 1/5 hissədə müəyyən edilməsi, hər iki qarşılıqlı iddia tələbinin rədd edilməsi qət olunmuşdur.

30. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, vərəsələr Cavabdeh2, X12 və Cavabdeh3 mərhum X3 ölümündən sonra ondan miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 6/3 yerləşən fərdi yaşayış evindən, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsindən və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsindən onlara düşən qanun üzrə vərəsəlik payını qəbul etməyib imtina etdiklərindən, onların həmin əmlaklardan miras əmlak kimi pay almaq hüquqlarını itirmişlər.

31. X12 isə hər üç əmlaka münasibətdə əmlakdakı payından notariat qaydada imtina etdiyindən və həmin imtina ərizə lərinin etibarsızlığını mübahisələndirmədiyindən, o, həmin mübahisələndirilən miras əmlakda payının müəyyən edilməsi mümkün deyildir.

32. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, ilkin iddia tələbi qismən təmin edilməli, X1 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evinin İddiaçı payı 1/3 hissədə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən iba rət qeyri-yaşayış sahəsinin isə hər birində İddiaçı payı 1/5 hissədə müəyyən edilməlidir. İddiaçının digər vərəsələrin payının müəyyən edilməsi üçün iddia qaldırmaqda subyektiv hüququ olmadığından iddia tələbi bu hissədə təmin edilməməlidir.

33. Məhkəmə həmçinin, X7 miras qalmış ********* qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 6/3 yerləşən fərdi yaşayış evindən, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsindən və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsindən onun payının müəyyən edilməsinə dair qarşılıqlı iddia tələbi bağlı qeyd etmiş dir ki, həmin əmlaklar mərhumla birgə nikah dövründə əldə edilmiş əmlaklar olsa da, qarşılıqlı iddiaçı həmin əmlaklara münasibətdə özünün notariat qaydasında təsdiq edilmiş ərizəsi ilə həmin əmlaklardan imtina etdiyindən və bu imtinaları məhkəmə qaydasında mübahisələndirmədiyindən onun iddiası əsassızdır və təmin edilməməlidir.

34. Məhkəmə, qarşılıqlı iddiaçı X7 və qarşılıqlı iddiaçılar Cavabdeh2 və Cavabdeh4 X2 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsində, 0,0644 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 146,2 kv.m ümumi, 81,7 kv.m yaşayış, 64,5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi tələbinə hüquqi qiymət verərək qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi Abşeron rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 16 mart 2021-ci il tarixl i 2V-49 reyestr saylı Qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsində mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m. olan 24 saylı fərdi yaşayış evinin 2/3 hissəsinə İddiaçı adına verilmiş, Cavabdeh1 1/3 hissə payı açıq saxlanılmış, sonradan DƏDRX-nin xx.xx.2021-ci il tarixli Çıxarışından müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsində mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m. olan 24 saylı fərdi yaşayış evinin 2/3 hissəsinə İddiaçı, 1/3 hissəsi isə Cavabdeh1 adına qeydə alınmışdır.

35. Məhkəmə təqdim edilmiş notariat işindən müəyyən etmişdir ki, digər vərəsələr miras əmlakdan onlara çatası paydan imtina etmişlər. Göründüyü kimi mübahi sələndirilən miras əmlak artıq qanunla müəyyən edilmiş qaydada, habelə qarşılıqlı iddiaçıların öz razılıq ərizələri ilə 2/3 hissəsinə İddiaçı, 1/3 hissəsi isə Cavabdeh1 adına qeydə alınmışdır.

36. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1, 1246, 1256, 1257.2, 1268.1, 1268.2, 1243.2 və 1243.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

37. X12 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

38. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla mərhum ərinin ümumi birgə mülkiyyətində olmuş daşınmaz əmlaklar dakı ərinə məxsus paya miras açılmışdır. Onun həmin daşınmaz əmlaklardakı payı mərhum ərindən qalmış miras predmetinə daxil deyildir. Həmin daşınmaz əmlakların yarısı mərhum əri Ş.Xalıqovun payıdır, həmin paya vərəsəlik açılmış və həmin pay vərəsələr arasında bölünə bilər. O, mübahisəli daşınmaz əmlaklardakı ½ hissə payının özgəninkiləşdirilməsi barədə notarial qaydada təsdiqlənmiş müqavilələr bağlamamışdır. Qeyd edilən ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlaklardakı payından imtina etməmiş, həmin əmlaklardakı ½ payını heç kəsin xeyrinə notarial qaydada təsdiqlənmiş müqavilə ilə özgəninkiləşdirməmişdir. Mübahisəli daşınmaz əmlaklarda onun və mərhum ərinin payları bərabərdir. Onun ümumi birgə payları müəyyən edilməmiş və bölünməyən daşınmaz əmlaklardakı ona çatası ½ hissə payına miras aç ılmamış və vərəsəlik həmin paya aid deyildir.

39. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-939/2022 nömrəli iş üzrə 16 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon 2 saylı Notariat Ofisi və X9 qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair ilk iddiası və X7 cavabdehlər Cavabdeh2, Cavabdeh4 və İddiaçı qarşı birgə mülkiyyətdə olan əmlaklardakı payların müəyyən edilməsi və mülkiyyətə verilməsi barədə qarşılıqlı iddia tələbinə dair iddiası qismən təmin edilmiş, X1 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evində İddiaçı payının 1/6 hissədə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin isə hər birində İddiaçı payının 1/10 hissədə müəyyən edilmiş, Cavabdeh2, Cavabdeh4 İddiaçı qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməmiş, X1 miras qalmış Ab şeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evində X7 payı 1/2 hissədə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin isə hər birində X7 payı 1/2 hissədə müəyyən edilmiş, qalan hissədə iddia təmin edilməmişdir.

40. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-939/2022 nömrəli iş üzrə 25 may 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Apel lyasiya Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(105)-939/2022 saylı qətnaməsinin “Qət etdi” hissəsinin 5-ci abzası “X1 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evində İddiaçı payının 1/6 hissədə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin isə hər birində İddiaçı payının 1/10 hissədə müəyyən edilsin” abzası “Abşeron rayonu, Xır dalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evinin mərhum Ş.Xalıqovdan miras qalmış hissəsinə 1/3 hissəsinə, Abşeron rayonu, Xırdalan şəhəri, 28- ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin isə hər birində mərhum Ş.Xalıqovdan miras qalmış hissəsinə İddiaçı payının 1/5 hissəsinə, yəni evin 1/6 hissəsinə və qeyri-yaşayış sahələrinin hər birinə 1/10 hissəsinə İddiaçı payı müəyyən edilsin” abzası ilə əvəz edilməklə, qətnamədə buraxılmış yanlışlıq düzəldilmişdir.

41. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, T.Xalıqovanın Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsində mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən 218,48 kv.m ümumi sahədən ibarət olan 2 mərtəbəli və 146,2 kv.m ümumi sahədən ibarət olan 2 mərtəbəli evlərdən və həyətyanı torpaq sahəsindən ibarət daşınmaz əmlakda onun ½ hissə payının tanınması barədə iddia tələbi əsassızdır və bu hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

42. Belə ki, həmin əmlak İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və DƏDRX tərəfindən 09 iyul 2013-cü il tarixdə Çıxarış verilmiş, həmin sənədlər qüvvədədir və mübahisələndirilməmişdir.

43. Məhkəmə qeyd etmişdir ki, T.Xalıqovanı n həmin daşınmaz əmlaklardakı payı məhrum ərindən qalmış miras predmetinə daxil deyildir. Həmin daşınmaz əmlakların yarısı mərhum əri Ş.İ.Xalıqovun payıdır, həmin paya vərəsəlik açılmış və həmin pay vərəsələr arasında bölünə bilər. Vərəsələr Cavabdeh2, T.Ə.Xalıqova və Cavabdeh1 mərhum Ş.İ.Xalıqovun ölümündən sonra ondan miras qalmış ********* qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 6/3 yerləşən fərdi yaşayış evindən, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 1 nömrəli binanın 3cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsindən və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsindən onlara düşən qanun üzrə vərəsəlik payını qəbul etməyib imtina etdiklərindən, onların həmin əmlaklardan miras əmlak kimi pay almaq hüquqlarını itirmişlər.

44. T.Xalıqovanın qarşılılqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin əmlaklar mərhumla birgə nikah dövründə əldə edilmiş əmlaklar olsa da, qarşılıqlı iddiaçı həmin əmlaklara münasibətdə özünün notariat qaydasında təsdiq edilmiş ərizəsi ilə həmin əmlaklardan imtina etdiyindən və bu imtinaları məhkəmə qaydasında mübahisələndirmədiyindən onun iddiası əsassızdır və təmin edilməməlidir.

45. Məhkəmə, qarşılıqlı iddiaçılar Cavabdeh2 və Cavabdeh4 Ş.Xalıqovdan miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsində, 0,0644 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 146,2 kv.m ümumi, 81,7 kv.m yaşayış, 64,5 kv.m yardımçı sahədən ibarə t fərdi yaşayış evi tələbinə hüquqi qiymət verərək qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi Abşeron rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli 2V-49 reyestr saylı Qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsində mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m. olan 24 saylı fərdi yaşayış evinin 2/3 hissəsinə İddiaçı adına verilmiş, Cavabdeh1 1/3 hissə payı açıq saxlanılmış, sonradan DƏDRX-nin xx.xx.2021-ci il tarixli Çıxarışından müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsində mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m. olan 24 saylı fərdi yaşayış evinin 2/3 hissəsinə İddiaçı, 1/3 hissəsi isə Ca vabdeh1 adına qeydə alınmışdır. Notariat işindən görünür ki, digər vərəsələr miras əmlakdan onlara çatası paydan imtina etmişlər. Göründüyü kimi mübahisələndirilən miras əmlak artıq qanunla müəyyən edilmiş qaydada, habelə qarşılıqlı iddiaçıların öz razılıq ərizələri ilə 2/3 hissəsinə İddiaçı, 1/3 hissəsi isə Cavabdeh1 adına qeydə alınmışdır.

46. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayı ş sahəsi qarşılıqlı iddia üzrə T.Ə.Xalıqova ilə mərhum Ş.İ.Xalıqovun birgə nikah dövründə əldə edilmiş əmlakıdır. Ona görə də, qanunvericiliyin tələblərinə görə həmin əmlakların ½ hissəsi T.Ə.Xalıqovanın mülkiyyətidir. Yəni mübahisəli əmlaklar bütünlüklə deyil, onların ½ hissəsi miras əmlakın kütləsinə aid edilməlidir. Belə olduqda mərhum Ş.İ.Xalıqovun mübahisəli əmlaklarda mövcud olan ½ hissəyə dair mirası vərəsələr arasında bölünməlidir. T.Ə.Xalıqova notariat orqanında mərhum ərindən ona çatası vərəsəlik payını qəbul etməkdən imtina barədə ərizə verdiyindən və qanunvericiliyin tələblərinə görə imtina barədə ərizənin geri götürülməsi yol verilmədiyindən mərhum ərindən miras qalmış əmlakdan ona pay müəyyən edilə bilməz.

47. Bundan başqa İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək A bşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evinin 1/3 hissəsinə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin isə 1/5 hissəsinə onun vərəsəlik payının müəyyən edilməsini xahiş etmişdir. Odur ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşə n 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi üzərində T.Ə.Xalıqovanın ½ (3/6 və 5/10) hissədə payı müəyyən edilməklə mülkiyyətinə verilməlidir. Belə olduqda mərhum Ş.Xalıqovdan miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evinin 1/3 hissəsinə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin 1/5 hissəsinə, yəni evin 1/6 hissəsinə və qeyri-yaşayış sahəsinin 1/10 hissəsinə İddiaçı payı müəyyən edilməlidir.

48. Məhkəmə gə ldiyi nəticəni Ailə Məcəlləsinin 32.1 və 32.2.2-ci maddələrinə, Mülki Məcəllənin 1151.1, 1151.2, 1159.1, 1246, 1256, 1257.2, 1268.1, 1243.3-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

49. X12 (Vəkil1 Məmməd oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

50. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan daşınmaz əmlakları mərhum əri ilə birgə nikah dövründə əldə etdiyindən həmin əmlaklar onların ümumi birgə mülkiyyəti sayılır. Notarius daşınmaz əmlaka sərəncam verilməsi haqqında mü qaviləni təsdiq edərkən, əmlaka dair sərəncam verən tərəfin sərəncam hüququnu yoxlamalı idi. Notarius həmin məlumatları, eləcə də bağışlanan yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə “Elektron notariat” informasiya sistemi vasitəsi ilə real vaxt rejimində əldə etməli idi. Notarius müqaviləni təsdiq edərkən daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd əsasında bu əmlak üzərində mülkiyyət hüququnun nə vaxt yaranmasını yoxlamalı idi. Göründüyü kimi, qanunverici orqan bu vəzifələri notariusun üzərinə qoymuşdur, onun həmin hallar barədə notariusa məlumat vermək vəzifəsi yoxdur. Ona görə də işə baxan hakimin gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Onun cavabdehə bağışladığı yaşayış sahəsinin yarısı ona məxsus deyildir. Onun başqasının mülkiyyətində olan ə mlak üzərində sərəncam vermək səlahiyyəti yoxdur. Müqaviləni təsdiq edən notarius bağışlanan əmlakın paylar məlum olmayan ümumi birgə mülkiyyətdə olmasını və həmin əmlaka miras açıldığını bilirdi və bilməli idi. Mübahisəli daşınmaz əmlaklarda onun və mərhum ərinin payları bərabərdir. Ümumi birgə paylar müəyyən edilməmiş və bölünməyən daşınmaz əmlaklardakı ona çatası ½ hissə payına miras açılmamışdır və vərəsəlik həmin paya aid deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

51. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

52. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

53. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıda kılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

54. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

55. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

56. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

57. Maddə 1257.2. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir.

58. Maddə 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.

59. Maddə 1268.2. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir.

60. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

61. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Ailə Mə cəlləsi

62. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

63. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kagızlar, kredit idarələrinə və s. Kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandıgı hər hansı sair əmlak daxildir. Mülki Prosessual Məcəllə

64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Maddə

88. Məhkəmə sübutlara oby ektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

67. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

68. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

69. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

70. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

71. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

72. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

73. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

74. Hazırkı kassasiya şikayətində qətnamə X12 tərəfindən qismən, yəni onun qarşılıqlı iddiasının rədd olunan hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üz rə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

76. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi bu məsələyə qiymət verərək qeyd etmişdir ki, mübahisəli əmlaklar kassatorun mərhumla birgə nikah dövründə əldə edilmiş əmlaklar olsa da, qarşılıqlı iddiaçı həmin əmlaklara münasibətdə özünün notariat qaydasında təsdiq edilmiş ərizəsi ilə həmin əmlaklardan imtina etdiyindən və bu imtinaları məhkəmə qaydasında mübahisələndirmədiyindən onun iddiası əsassızdır və təmin edilməməlidir.

77. Digər tərəfdən Ailə Qanunvericiliyi ər-arvadın birgə nikah dövründə birgə vəsait hesabına əldə etdikləri əmlakın bölünməsi prosedurunu və bunun üçün riayət edilməli olan müddət də müəyyən etmişdir.

78. Belə ki, Ailə Məcəlləsinin 36-cı maddəsinə görə, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir Ərarvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. (Maddə 36.1, 36.2, 36.3).

79. Baxılan işdə ər-arvadın ümumi mülkiyyətinin bölünməsi ilə bağlı məhkəmə mübahisəsinin olması və əmlakların bölünərək payların müəyyən edilməsi görünmür.

80. Həmçinin Ailə Məcəlləsinin 36.9-cu maddəsinə görə, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.

81. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

82. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: X12 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-939/2022 nömrəli, 16 may 2022-ci il tarixli qətn aməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar