Məhkəmə qərarları › İş №2(012)-4377/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4377/2021

20.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4377/2021 20.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X18 Səfiyevanın sədrliyi, Arzu Siyavuş qızı Əliyevanın katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X8, cavabdehlər Cavabdeh3, Cavabdeh1, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 və Kərimova Zülfiyyə Şiirinbala qızının, ilk iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs və qarşılıqlı iddia üzrə iddiaçı X16, Cavabdeh4, Cavabdeh2 və X16 vəkili fərdi qaydada fəaliyyət göstərən vəkil Məmmədov Səyyad Məhəmməd oğlunun iştirakları ilə, X8 cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Abşeron 2 saylı Notariat Ofisi, X22) qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair ilk, Cavabdeh2 və Cavabdeh4 X10 qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia, ilk iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 cavabdehlər Cavabdeh2, Cavabdeh4 Şirinbala qızına və X10 qarşı birgə mülkiyyətdə olan əmlaklardakı payların müəyyən edilməsi və mülkiyyətə verilməsi barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə 20 dekabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X15 cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Abşeron 2 saylı Notariat Ofisi, X22) qarşı mirasda payların müəyyən edilməsi iddia ilə məhkəməyə müraciət edərək, X2 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evi, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyriyaşayış sahəsinin hər bir vərəsənin 5/1 miras payı olmaqla bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X3 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə verərək, X2 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evinin onun, Cavabdeh1 və Cavabdeh4 hər birinin 3/1 miras payı olmaqla bölünməsi, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin isə hər bir vərəsənin 5/1 miras payı olmaqla bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 X10 qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ataları X4 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsində, 0,0644 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 146,2 kv.m ümumi, 81,7 kv.m yaşayış, 64,5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evindən (0223036 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, reyestr nömrəsi **********61-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 09.07.2013-cü il) qanun üzrə birinci növbədə vərəsələrin paylarının müəyyən olunması və bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, ilk iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs-qarşılıqlı iddiaçı X22 cavabdehlər Cavabdeh2, Cavabdeh4, X10 qarşı birgə mülkiyyətdə olan əmlaklardakı payların müəyyən edilməsi və mülkiyyətə verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək, mərhum əri X4 miras qalmış ********* saylı qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllədə istifadədə olan 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı, 115,2 kv.m. yaşayış, 57,3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evindən, ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllədəki istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən bir mərtəbəli binanın 3-cü girişin birinci mərtəbəsindəki 275,9 kv.m ümumi və 27.5,9 kv.m əsas sahəsindən ibarət olan qeyri-yaşayış sahəsindən, ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllə, 1 ünvanında yerləşən 1 mərtəbə, 49,9 kv.m. ümumi sahədən ibarət olan qeyriyaşayış sahəsindən, ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 3 ünvandakı 0,0644 ha torpaq sahəsində yerləşən 218,48 kv.m. ümumi sahədən ibarət olan 2 mərtəbəli və 146,2 kv.m. ümumi sahədən ibarət olan 2 mərtəbəli evlərdən və həyətyanı torpaq sahəsindən ibarət daşınmaz əmlaklarda onun ½ hissə payının tanınması və həmin hissələrin onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddiaçı X15 ilk iddia tələbini onunla əsaslandırılmışdır ki, X9 onun atasıdır. Atası 14.12.2020-ci il tarixdə vəfat etmişdir. Cavabdehlər isə onun bacıları və qardaşıdır. Atası vəfat etdikdən sonra ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evi, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi miras əmlak kimi qalmışdır. Atası vəfat etdikdən sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə müraciət etmişlər, bu zaman anası X22 ona çatmalı olan miras əmlak payından imtina etmiş, digər vərəsələrlə, qardaş və bacıları ilə isə aralarında fikir ayrılığı olmuşdur. Bu səbəbdən də Abşeron 2 saylı Notariat Ofisinin notariusu 29.06.2021-ci il tarixli, 122 saylı bildirişi ilə vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina edərək məhkəməyə müraciət etmələrini tövsiyə etmişdir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlkin iddia tələbinə əlavədə qeyd etmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evinə 5/1 hissədə payların müəyyən olunmasını xahiş etsə də Tailə Xalıqova, Cavabdeh2 və Cavabdeh3 həmin miras əmlaka olan paylarından notarial qaydada imtina etmişlər. Odur ki, iddia tələbini dəqiqləşdirərək, həmin miras əmlaka münasibətdə payların 3/1 hissədə müəyyən edilməsini tələb etmək zərurəti yarnmışdır. Cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh2 və Cavabdeh4 qarşılıqlı iddia ərizəsini onunla əsaslanıdrmışlar ki, mərhum atalarından Abşeron rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsində, 0,0644 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 146,2 kv.m. ümumi, 81,7 kv.m. yaşayış, 64,5 kv.m yardımçı sahəsən ibarət fərdi yaşayış evi (0223036 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, reyestr nömrəsi **********61-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 09.07.2013-cü il) miras qalmışdır. Mərhum atalarına məxsus bütün miras əmlaklar müəyyən edilməli, həmin əmlaklardakı analarının ½ hissə payı çıxıldıqdan sonra həmin əmlaklardakı atalarının payı qanun üzrə birinci növbədə vərəsələr arasında bölünməlidir. İlk iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs-qarşılıqlı iddiaçı X22 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddia ərizəsini qəbul etmir, iddia ərizəsi əsassızdır. O, X9 ilə 02 iyul 1972-ci il tarixdə nikah qeyd etdirməklə evlənmişlər. Həmin nikahdan xx xxxxxx 1974-cü il təvəllüdlü Zülfiyyə, xx xxx 1975-ci il təvəllüdlü Zaur, xx xxxxxx 1977-ci il təvəllüdlü Sevinc, xx xxxxxx 1981-ci il təvəllüdlü Əminə və xx xxxx 1983cü il təvəllüdlü Seymur adlı uşaqları vardır. Hazırkı mübahisə predmeti olan daşınmaz əmlakları birgə nikah dövründə əldə etmişlər. Hazırkı mübahisə predmeti olan daşınmaz əmlaklar onların birgə nikahları dövründə əldə edildiyindən həmin əmlakların yarısı onun olduğundan, onun həmin daşınmaz əmlaklardakı payı mərhum əridən qalmış miras predmetinə daxil deyildir. Mərhum ərinin ölməsi ilə onun ümumi birgə mülkiyyətdə olan payına miras açılmışdır. Həmin daşınmaz əmlakların yarısı mərhum əri X5 payıdır və həmin paya vərəsəlik açılmışdır və həmin pay vərəsələr arasında bölünə bilər. Ona görə də, onun ümumi birgə payları müəyyən edilməmiş və bölünməyən daşınmaz əmlaklardakı ona çatası ½ hissə payına miras açılmamışdır və vərəsəlik həmin paya aid deyildir. Göründüyü kimi, o mərhum ərinin ölümü ilə açılmış mirasdakı paylarını qəbul etməmiş və payların qəbulundan imtina etmişdir. Miras əmlaklardan ona çatası paylar digər vərəsələrə keçmişdir. Onun miras əmlakdakı ½ hissə paylarından imtinanın hər hansı hüquqi nəticəsi yoxdur, çünki həmin hissə onun şəxsi mülkiyyətindədir və həmin hissələr miras predmetinə daxil deyillər. O, daşınmaz əmlaklardakı payını notarial qaydada bağlanmış müqavilələrlə özgəninkiləşdirə bilər. Tərəfindən belə müqavilələr bağlanmamışdır. O, Abşeron rayonu 2 saylı notariat ofisinə yazdığı 03.03.2021-ci il tarixli **********428 saylı ərizənin məzmunu ilə razı deyil, heç vaxt miras əmlakdakı payından Zaurun xeyrinə imtina etməmiş və belə bir halı xatırlamır: Göründüyü kimi, o, yalnız mərhum əri Şirinbala Xalıqovla birgə nikah dövründə əldə etdikləri ümumi birgə mülkiyyətində olan daşınmaz əmlaklardakı mərhum ərinin ölümü ilə açılmış və ona onun birinci növbədə vərəsəsi kimi çatmalı olan miras payını qəbul etməmiş və həmin payını qəbul etməkdən imtina etmişdir. Qeyd edilən ümumi birgə mülkiyyətlərində olan daşınmaz əmlaklardakı payından imtina etməmiş, həmin daşınmaz əmlaklardakı ½ payını heç kəsin xeyrinə notarial qaydada təsdiqlənmiş müqavilə ilə özgəninkiləşdirməmişdir. Ona görə də həmin daşınmaz əmlakın ½ hissəsinə onun mülkiyyət hüququ tanınmalı, yalnız mərhum ərindən miras qalmış ½ hissəyə miras açılmalı və birinci növbədə vərəsələr arasında bərabər paylarla bölünməlidir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X15 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsini, hər iki qarşılıqlı iddia tələbinin isə təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədiklərini, qarşılıqlı iddia tələblərini qəbul etdiklərini və miras əmlakın tərəflər arasında bərabər bölünməsini məhkəmədən xahiş etdilər. Cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh2 ilkin iddia tələbini qəbul etməyərək rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh4 məhkəmə iclasında ilkin iddia tələbini qəbul etməyərək rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. İlk iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs, qarşılıqlı iddia üzrə iddiaçı X22 özünün verdiyi qarşılıqlı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. İş üzrə digər tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməli, qarşılıqlı iddialar isə təmin edilməməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə istifadəsində olan 0.01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m yaşayış, 57.3 kv.m köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində 23.11.2017-ci il tarixdə ********* qeydiyyat nömrəsi, **********83-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə istifadəsində olan 0.17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü girişinin 1-ci mərtəbəsində 275.9 kv.m ümumi, 275.9 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində 25.07.2007-ci il tarixdə ********* qeydiyyat nömrəsi, **********63-05101- 083004 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 1-də yerləşən ümumi sahəsi 49.9 kv.m olan QYS X5 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində 27.04.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********63-05101-083003 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Mülki iş materiallarında olan evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 ilə X25 arasında 02 oktyabr 1972-ci ildə rəsmi nikah bağlanmış, X21 Xalıqova soyadı verilmişdir. Mülki iş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X9 ilə X25 birgə nikahlarından xx.xx.1974-cü ildə X6, xx.xx.1975-ci ildə İddiaçı, xx.xx.1977-ci ildə Cavabdeh3, xx.xx.1981-ci ildə X11, xx.xx.1983-cü ildə Cavabdeh1 anadan olmuşdur. Mülki iş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 14.12.2020-ci il tarixdə vəfat etmişdir. Mülki iş materiallarında olan Abşeron rayon 2 saylı Notariat Ofisi tərəfindən X10 ünvanlanmış 29.06.2021-ci il tarixli məktubdan görünür ki, 14 dekabr 2020-ci il tarixdə vəfat etmiş mərhum atası X4 miras qalmış əmlaklara dair vərəsəlik işinin açılması üçün verdikləri ərizəyə cavab olaraq bildirilmişdir ki, mərhum atasının ondan başqa digər vərəsələri olduğu üçün və həmin vərəsələr arasında mübahisə olduğundan onun adına “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin açılması imkan xaricindədir. Bu səbəbdən Abşeron rayon Məhkəməsinə müraciət etməyi tövsiyə olunmuşdur. Mülki iş materiallarında əlavə olunan 26.02.2021-ci il tarixdə verilmiş notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, Cavabdeh2, X22 və Cavabdeh3 mərhum X5 ölümündən sonra ondan miras qalmış ********* qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 6/3 yerləşən fərdi yaşayış evindən onlara düşən qanun üzrə vərəsəlik payını qəbul etməmişlər və etmirlər. Mirasın onlara çatası hissəsindən imtina edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı, 1268-ci və 1269-cu maddələrinin tələbləri onlara izah edildi. Mülki iş materiallarında əlavə olunan 26.02.2021-ci il tarixdə verilmiş notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, X22 mərhum X5 ölümündən sonra ondan miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsindən ona düşən qanun üzrə vərəsəlik payını qəbul etməmişdir və etmir. Mirasın ona çatası hissəsindən imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı, 1268-ci və 1269-cu maddələrinin tələbləri onlara izah edildi. Mülki iş materiallarında əlavə olunan X16 17.03.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, mərhum əri X5 ölümündən sonra ondan birgə nikah dövründə əldə etdikləri və miras qalmış ********* qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ünvanında istifadədə olan 0.01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m yaşayış 57.3 kv.m köməkçi sahəsindən ibarət olan 6/3 nömrəli fərdi yaşayış evindən ona düşən 1/2 hissə əmlakdan imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı, 1268-ci və 1269-cu maddələrinin tələbləri ona izah edildi. Mülki iş materiallarında əlavə olunan X16 17.03.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, mərhum əri X5 ölümündən sonra ondan birgə nikah dövründə əldə etdikləri və miras qalmış ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 1 ünvanında yerləşən 1 mərtəbə, 49.9 kv.m ümumi sahəsindən ibarət olan qeyri-yaşayış sahəsindən və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsindən ona düşən 1/2 hissə əmlakdan imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı, 1268-ci və 1269-cu maddələrinin tələbləri ona izah edildi. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 339.3 kv.m olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində 03.02.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********63-05101-083002 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Əlihüseyn Əsgərov küçəsi, ev 24, Yeni qaydalarla: ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı 2/3 hissə, Cavabdeh1 1/3 hissə adına daşınmaz əmlakın dövlət reyestrində 16.04.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki iş materiallarına əlavə olunan 28.01.2021-ci il tarixli X26 ilə İddiaçı arasında bağlanmış Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin surətindən görünür ki, X7 rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, bina 1. 7-8-ci giriş, 1-ci mərtəbəsi ünvanında yerləşən, ümumi sahəsi 339.3 kv.m olan qeyri-yaşayış sahəsini ilə İddiaçı mülkiyyətinə vermişdir. Mülki işin materiallarında olan Abşeron rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli 2V-49 reyestr saylı Qanun üzrə vərəsəlik şəhadətnaməsindən müəyyən edilir ki, həmin şəhadətnamə ilə Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsində mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m. olan 24 saylı fərdi yaşayış evinin 2/3 hissəsinə İddiaçı adına verilmiş, Xalıqov Seymur Şirinbala oğlunun 1/3 hissə payı açıq saxlanılmışdır. Həmin işdən görünür ki, digər vərəsələr paylarından imtina etmişlər. İşin materiallarında olan DƏDRX-nin 16.04.2021-ci il tarixli Çıxarışından müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsində mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m. olan 24 saylı fərdi yaşayış evinin 2/3 hissəsinə Xalıqzadə Zaur Şirinbala oğlunun, 1/3 hissəsi isə Xalıqov Seymur Şirinbala oğlunun adına qeydə alınmışdır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən 02.12.2021-ci il tarixdə verilmiş cavab məktubundan görünür ki, X16 adına hazırda dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən 02.12.2021-ci il tarixdə verilmiş cavab məktubundan görünür ki, X5 adına Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 1 ünvanında yerləşən ümumi sahəsi 275,9 kv.m olan qeyri-yaşayış sahəsi 25.07.2007-ci il tarixdə; Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ünvanında istifadəsində olan 0,01152 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 172,50 kv.m olan 6/3 nömrəli fərdi yaşayış evi 23.11,2007-ci il tarixdə; Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 49,9 kv.m olan qeyri-yaşayış sahəsi 27.04.2011-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Həmçinin, ünvan 9 ünvanında mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m olan fərdi yaşayış evi 09.07.2013-cü il tarixdə X5 adına qeydiyyata alınmış, lakin Abşeron rayon 2 saylı Notariat Kontorunun 16.03.2021-ci il tarixli 2V-49 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən özgəninkiləşdirilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, X5 ölümündən sonra qəbul edilməmiş qalan miras əmlak ********* saylı qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllədə istifadədə olan 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı, 115,2 kv.m. yaşayış, 57,3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evi, ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllədəki istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən bir mərtəbəli binanın 3-cü girişin birinci mərtəbəsindəki 275,9 kv.m ümumi və 275,9 kv.m əsas sahəsindən ibarət olan qeyri-yaşayış sahəsindən, ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllə, 1 ünvanında yerləşən 1 mərtəbə, 49,9 kv.m. ümumi sahədən ibarət olan qeyriyaşayış sahəsi qalmışdır. X1 ölümündən sonra vərəsələri arvadı və beş övladıdır. İlkin iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evinin onun, Cavabdeh1 və Cavabdeh4 hər birinin 3/1 miras payı olmaqla bölünməsi, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin isə hər bir vərəsənin 5/1 miras payı olmaqla bölünməsi barədə qətnamə qəbul edilməsini, qarşılıqlı iddiaçı Tailə Xalıqova isə həmin əmlaklarda, habelə miras əmlak olaraq ünvan 3 ünvandakı 0,0644 ha torpaq sahəsində yerləşən 218,48 kv.m. ümumi sahədən ibarət olan 2 mərtəbəli və 146,2 kv.m. ümumi sahədən ibarət olan 2 mərtəbəli evlərdən və həyətyanı torpaq sahəsindən ibarət daşınmaz əmlaklarda onun ½ hissə payının tanınması və həmin hissələrin onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini, digər qarşılıqlı iddiaçılar isə ünvan 3 ünvandakı 0,0644 ha torpaq sahəsində yerləşən 218,48 kv.m. ümumi sahədən ibarət olan 2 mərtəbəli və 146,2 kv.m. ümumi sahədən ibarət olan 2 mərtəbəli evindən qanun üzrə birinci növbə vərəsələrin payının müəyyən edilməsini xahiş etmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, 26.02.2021-ci il tarixdə verilmiş notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, Cavabdeh2, X22 və Cavabdeh3 mərhum X5 ölümündən sonra ondan miras qalmış ********* qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 6/3 yerləşən fərdi yaşayış evindən onlara düşən qanun üzrə vərəsəlik payını qəbul etməmişlər və etmirlər. Mirasın onlara çatası hissəsindən imtina edirlər. Eyni zamanda, 26.02.2021-ci il tarixdə verilmiş notariat qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, X22 mərhum X5 ölümündən sonra ondan miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsindən ona düşən qanun üzrə vərəsəlik payını qəbul etməmişdir və etmir. Mirasın ona çatası hissəsindən imtina edir. Həmçinin, X16 17.03.2021-ci il tarixli notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, mərhum əri X5 ölümündən sonra ondan birgə nikah dövründə əldə etdikləri və miras qalmış ********* qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ünvanında istifadədə olan 0.01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m yaşayış 57.3 kv.m köməkçi sahəsindən ibarət olan 6/3 nömrəli fərdi yaşayış evindən ona düşən 1/2 hissə əmlakdan miras qalmış ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 1 ünvanında yerləşən 1 mərtəbə, 49.9 kv.m ümumi sahəsindən ibarət olan qeyri-yaşayış sahəsindən və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış sahəsindən ona düşən 1/2 hissə əmlakdan imtina edir. Mülki Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1256-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. 1268.2-ci maddəsinə əsasən əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1.maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İş materiallarından göründüyü kimi vərəsələr mirasın qəbulu üçün məhkəməyə müraciət etmişlər, aralarında narazılıq olduğundan onlara məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. İş materiallarından göründüyü kimi vərəsələr Cavabdeh2, X22 və Cavabdeh3 mərhum X5 ölümündən sonra ondan miras qalmış ********* qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 6/3 yerləşən fərdi yaşayış evindən, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 1 nömrəli binanın 3cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsindən və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsindən onlara düşən qanun üzrə vərəsəlik payını qəbul etməyib imtina etdiklərindən, onların həmin əmlaklardan miras əmlak kimi pay almaq hüquqlarını itirmişlər. X22 isə hər üç əmlaka münasibətdə əmlakdakı payından notariat qaydada imtina etdiyindən və həmin imtina ərizələrinin etibarsızlığını mübahisələndirmədiiyindən məhkəmə hesab edir ki, X16 həmin mübahisələndirilən miras əmlakda payının müəyyən edilməsi mümkün deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən əsaslı olmaqla qismən təmin edilməli, X2 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evinin Xalıqzadə Zaur Şirinbala oğlunun payı 1/3 hissədə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin isə hər birində İddiaçı payı 1/5 hissədə müəyyən edilməlidir. İddiaçının digər vərəsələrin payının müəyyən edilməsi üçün iddia qaldırmaqda subyektiv hüququ olmadığından iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə həmçinin, qarşılıqlı iddiaçı X16 miras qalmış ********* qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 6/3 yerləşən fərdi yaşayış evindən, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsindən və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsindən onun payının müəyyən edilməsinə dair iddia tələbi qeyd edir ki, həmin əmlaklar mərhumla birgə nikah dövründə əldə edilmiş əmlaklar olsa da, qarşılıqlı iddiaçı həmin əmlaklara münasibətdə özünün notariat qaydasında təsdiq edilmiş ərizəsi ilə həmin əmlaklardan imtina etdiyindən və bu imtinaları məhkəmə qaydasında mübahisələndirmədiyindən onun iddiası əsassızdır və təmin edilməməlidir. Məhkəmə, qarşılıqlı iddiaçı X16 və qarşılıqlı iddiaçılar Cavabdeh2 və Cavabdeh4 X4 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsində, 0,0644 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 146,2 kv.m ümumi, 81,7 kv.m yaşayış, 64,5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi tələbinə hüquqi qiymət verərək qeyd edir ki, iş materiallarından göründüyü kimi Abşeron rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli 2V-49 reyestr saylı Qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsində mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m. olan 24 saylı fərdi yaşayış evinin 2/3 hissəsinə Xalıqzadə Zaur Şirinbala oğlunun adına verilmiş, Cavabdeh1 1/3 hissə payı açıq saxlanılmış, sonradan DƏDRX-nin 16.04.2021-ci il tarixli Çıxarışından müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsində mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m. olan 24 saylı fərdi yaşayış evinin 2/3 hissəsinə Xalıqzadə Zaur Şirinbala oğlunun, 1/3 hissəsi isə Cavabdeh1 adına qeydə alınmışdır. Notariat işindən görünür ki, digər vərəsələr miras əmlakdan onlara çatası paydan imtina etmişlər. Göründüyü kimi mübahisələndirilən miras əmlak artıq qanunla müəyyən edilmiş qaydada, habelə qarşılıqlı iddiaçıların öz razılıq ərizələri ilə 2/3 hissəsinə Xalıqzadə Zaur Şirinbala oğlunun, 1/3 hissəsi isə Xalıqov Seymur Şirinbala oğlunun adına qeydə alınmışdır. Ona görə də, qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hər iki qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, X2 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evində İddiaçı Şirinbala oğlunun payı 1/3 hissədə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyriyaşayış sahəsinin isə hər birində Xalıqzadə Zaur Şirinbala oğlunun payı 1/5 hissədə müəyyən edilməli, hər iki qarşılıqlı iddia isə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-ci maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X8 cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Abşeron 2 saylı Notariat Ofisi, X22) qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair ilk iddia qismən təmin edilsin. X2 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evində İddiaçı payı 1/3 hissədə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin isə hər birində İddiaçı payı 1/5 hissədə müəyyən edilsin. Cavabdeh2, Cavabdeh4 X10 qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. İlk iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 cavabdehlər Cavabdeh2 və X10 qarşı birgə mülkiyyətdə olan əmlaklardakı payların müəyyən edilməsi və mülkiyyətə verilməsi barədə qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar