Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-280/2022 11.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı və onun vəkili X13 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Abbasova (Kərimova) Solmaz Əhməd qızına qarşı miras əmlakda vərəsəlik payının müəyyən olunması tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı miras əmlakdan məcburi pay tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək X8 mülkiyyətində olmuş yaşayış sahəsi 74,3 kv.m., köməkçi sahəsi 18,7 kv.m olan Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən 5 otaqlı 16 saylı evin 73 saylı mənzilinin vərəsələr arasında bölüşdürülməsi, onun mirasdan məcburi payının verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşayış sahəsi 74,3 kv.m., köməkçi sahəsi 18,7 kv.m olan Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən 5 otaqlı 16 saylı evin 73 saylı mənzili onun mərhum X4nun adına dövlət reyestri xidmətində qeydiyyatdan keçmiş və mülkiyyətində olmuşdur. X4 03 noyabr 2003-cü il tarixdə vəfat etdikdən sonra da o və cavabdehlər həmin mənzildə anaları ilə birgə yaşayaraq, faktiki vərəsəliyi qəbul etmişlər. 14 oktyabr 2020-ci il tarixdə anası vəfat etmiş, dəfndən 3 ay keçdikdən sonra miras əmlakın bölgüsündə vərəsələr arasında mübahisə yaranmışdır. Vərəsələrin razılaşması mümkün olmadığı üçün o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, onun yaşamaq üçün başqa evi olsa da və 2007-ci ildə atasının mülkiyyətində olan evi tərk etmiş olsa da, faktiki olaraq hazırda da həmin mənzildə qeydiyyatdadır, valideynləri ilə onlar vəfat edənə kimi həmin ünvanda birlikdə yaşamışdır, bu səbəbdən də miras qalmış əmlaka münasibətdə məcburi payının olduğunu iddia edərək həmin payın ayrılmasını tələb edir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Abbasova (Kərimova) Solmaz Əhməd qızına qarşı miras əmlakda vərəsəlik payının müəyyən olunmasına dair iddia tələbi üzrə X8 mülkiyyətində olmuş yaşayış sahəsi 74,3 kv.m., köməkçi sahəsi 18,7 kv.m olan Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən 5 otaqlı 16 saylı evin 73 saylı mənzilinin vərəsələr arasında bölüşdürülməsi və onun vərəsəlik payının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, X4 vəfat etdikdən sonra mübahisəli mənzili o, anası X2 və qardaşları Cavabdeh5 və Cavabdeh4 ilə birlikdə qəbul etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X16 iddia ərizəsini müdafiə edərək iddiaçının izahatı ilə eyni məzmunlu izahat vermişdir. Cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Abbasova (Kərimova) Solmaz Əhməd qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh5 iddia tələbini qəbul edərək bildirdi ki, X4 vəfat etdikdən sonra mübahisəli mənzili o, anası X2 və qardaşları İddiaçı və Cavabdeh4 ilə birlikdə qəbul etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul edərək bildirdi ki, X4 vəfat etdikdən sonra mübahisəli mənzili anası X2 qardaşları Cavabdeh5, İddiaçı və Cavabdeh4 ilə birlikdə qəbul etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən, qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - 28.10.1962-ci il tarixli № 009209 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X3 28.10.1962-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1811 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Abbasova soyadı verilmişdir. - Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 1997-ci il tarixli 11826 reyestr nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 16 saylı evin 73 saylı mənzili X8 adına dövlət qeydiyyatından keçmişdir. - Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07.11.2003-cü il tarixli AZ-İ № 069151 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 07.11.2003-cü il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 156 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. - Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21.10.2020-ci il tarixli AZ-İİ № 108640 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 21.10.2020-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1052 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. - “Notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında” 24 iyul 2021-ci il tarixli 2697 saylı Qərardan görünür ki, Abşeron rayonu 1 saylı notariat ofisində İddiaçı 03.11.2003-cü ildə vəfat etmiş X4ndan miras qalmış ünvan 1 ünvanında yerləşən 73 saylı mənzilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün ərizə ilə müraciət etmişdir. İddiaçı 17.07.2021-ci il tarixdə notariat ofisinə ərizə ilə müraciət edərək vərəsələr arasında mübahisə yarandığı üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməməsini və məhkəməyə müraciət edəcəyini bildirmişdir. Göstərilənlərə əsasən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsini rəhbər tutaraq İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilməsi qərara alınmışdır. - 117091 saylı 28.02.1975-ci il tarixli orderin surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 16 saylı evin 73 saylı mənzili ailə üzvləri ilə birlikdə X8 istifadəsinə ayrılmışdır. - Mülki iş materiallarında olan 230 saylı arayışdan görünür ki, hazırki iş üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və X1 rayonu Xırdalan şəhəri 28-ci məhəllə 16 saylı evin 73 saylı mənzilində qeydiyyatda olmuşlar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə tərəflərin valideynləri – X14 ilə X3 28.10.1962-ci il tarixdə nikaha daxil olmuş, birgə nikah dövründə Bakı şəhəri X9 İcraiyyə Komitəsinin 17 mart 1975-ci il tarixli, 117091 nömrəli orderi ilə X11 X2, Cavabdeh3, X10, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və İddiaçı ibarət 7 nəfər ailə üzvü ilə birgə yaşamaq üçün hazırki mübahisəli Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 16 saylı evin 73 saylı mənzili verilmişdir. Daha sonra ailə üzvlərinin razılığı ilə qeyd edilən mənzil X8 adına özəlləşdirilmişdir. Əhməd Abbasov 03 noyabr 2003-cü il tarixdə vəfat etmişdir. O vəfat etdikdən sonra həmin mənzilə dair vərəsəlik işi açılmasa da, miras əmlak faktiki olaraq onun həyat yoldaşı X2 və üç övladı - Cavabdeh4, İddiaçı və Cavabdeh5 tərəfindən qəbul edilmiş, 14 oktyabr 2020-ci il tarixdə X2 vəfat etmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X7 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 16 saylı evin 73 saylı mənzilinin vərəsələr arasında bölüşdürülməsini və onun vərəsəlik payının müəyyən olunmasını xahiş edir. Məhkəmə mübahisə ilə bağlı aşağıdakı hüquq normalarını qeyd edir. Belə ki, X14 03.11.2003-cü il tarixdə vəfat etdiyindən maddi hüquq münasibətinin yaranması baxımından onun mirası barədə mübahisəyə 2000-ci il 01 sentyabr tarixdən sonra qüvvəyə minmiş Mülki Məcəllənin müddəaları tətbiq edilməlidir. Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X8 vərəsəsi olan Cavabdeh4, İddiaçı və Cavabdeh5 onun miras əmlakı olan hazırda barəsində mübahisə qaldırılan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 16 saylı evin 73 saylı mənzilinə dair vərəsəlik işi açılmasa da, mirası faktiki idarə etməklə həmin əmlaka münasibətdə mirası qəbul etmək niyyətini açıq-aşkar sərgiləməklə faktiki olaraq qəbul etmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı mübahisələndirilən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 16 saylı evin 73 saylı mənzili üzərində 1/3 hissədə payı müəyyən edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, mənzildə pay hüququ olan digər vərəsələr həmin mənzilin onlar arasında bölüşdürülməsi ilə bağlı tələblə çıxış etmirlər. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X7 miras qalmış Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 16 saylı evin 73 saylı mənzilinə dair İddiaçı 1/3 hissədə payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-280/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-280/2022
11.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver