Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-939/2022 16.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X17 Tağızadənin sədrliyi və məruzəsi, X6 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Naibə İlham qızı Abdullayevanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili: Vəkil2, Cavabdehlər: Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs: X21, Üçüncü şəxsin vəkili: Vəkil1 iştirakları ilə, İddiaçı Şı̇ rı̇ nbala oğlunun cavabdehlər Kərı̇ mova Zülfı̇ yyə Şı̇ rı̇ nbala qızı, Xalıqova Sevı̇ nc Şı̇ rı̇ nbala qızı, Cavabdeh1 Şı̇ rı̇ nbala oğlu, Səmədzadə Əmı̇ nə Şı̇ rı̇ nbala qızı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon 2 saylı Notariat Ofisi və X18 qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair ilk, Cavabdeh2 və Cavabdeh4 X8 qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia, ilk iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 cavabdehlər Kərı̇ mova Zülfı̇ yyə Şı̇ rı̇ nbala qızına, Cavabdeh4 və X8 qarşı birgə mülkiyyətdə olan əmlaklardakı payların müəyyən edilməsi və mülkiyyətə verilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20.12.2021-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs T.Ə.Xaliqova tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) X7 cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron 2 saylı Notariat Ofisi, X22) qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair ilk iddianın qismən təmin edilməsi, X2 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evində İddiaçı payının 1/3 hissədə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin isə hər birində İddiaçı payının 1/5 hissədə müəyyən edilməsi, Cavabdeh2, Cavabdeh4 X8 qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi, ilk iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 cavabdehlər Cavabdeh2 və X8 qarşı birgə mülkiyyətdə olan əmlaklardakı payların müəyyən edilməsi və mülkiyyətə verilməsi barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: X13 cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Abşeron 2 saylı Notariat Ofisi, X22) qarşı mirasda payların müəyyən edilməsi iddia ilə məhkəməyə müraciət edərək, X2 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evi, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyriyaşayış sahəsinin hər bir vərəsənin 5/1 miras payı olmaqla bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Z.Ş.Xalıqov Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə verərək, mərhum Ş.İ.Xalıqovdan miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evinin onun, Cavabdeh1 və Cavabdeh4 hər birinin 3/1 miras payı olmaqla bölünməsi, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin isə hər bir vərəsənin 5/1 miras payı olmaqla bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Ş.İ.Xalıqov onun atasıdır. Atası 14.12.2020-ci il tarixdə vəfat etmişdir. Cavabdehlər isə onun bacıları və qardaşıdır. Atası vəfat etdikdən sonra ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evi, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi miras əmlak kimi qalmışdır. Atası vəfat etdikdən sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə müraciət etmişlər, bu zaman anası X22 ona çatmalı olan miras əmlak payından imtina etmiş, digər vərəsələrlə, qardaş və bacıları ilə isə aralarında fikir ayrılığı olmuşdur. Bu səbəbdən də Abşeron 2 saylı Notariat Ofisinin notariusu 29.06.2021-ci il tarixli, 122 saylı bildirişi ilə vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina edərək məhkəməyə müraciət etmələrini tövsiyə etmişdir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlkin iddia tələbinə əlavədə qeyd etmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evinə 5/1 hissədə payların müəyyən olunmasını xahiş etsə də Tailə Xalıqova, Cavabdeh2 və Cavabdeh3 həmin miras əmlaka olan paylarından notarial qaydada imtina etmişlər. Odur ki, iddia tələbini dəqiqləşdirərək, həmin miras əmlaka münasibətdə payların 3/1 hissədə müəyyən edilməsini tələb etmək zərurəti yaranmışdır. Eyni zamanda Cavabdeh2 və Cavabdeh4 X8 qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ataları Ş.İ.Xalıqovdan miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsində, 0,0644 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 146,2 kv.m ümumi, 81,7 kv.m yaşayış, 64,5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evindən (0223036 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, reyestr nömrəsi **********61-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 09.07.2013-cü il) qanun üzrə birinci növbədə vərəsələrin paylarının müəyyən olunması və bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslanıdrmışdır ki, mərhum atalarından Abşeron rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsində, 0,0644 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 146,2 kv.m. ümumi, 81,7 kv.m. yaşayış, 64,5 kv.m yardımçı sahəsən ibarət fərdi yaşayış evi (0223036 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, reyestr nömrəsi **********61-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 09.07.2013-cü il) miras qalmışdır. Mərhum atalarına məxsus bütün miras əmlaklar müəyyən edilməli, həmin əmlaklardakı analarının ½ hissə payı çıxıldıqdan sonra həmin əmlaklardakı atalarının payı qanun üzrə birinci növbədə vərəsələr arasında bölünməlidir. İlk iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs-qarşılıqlı iddiaçı X22 cavabdehlər Cavabdeh2, Cavabdeh4, X8 qarşı birgə mülkiyyətdə olan əmlaklardakı payların müəyyən edilməsi və mülkiyyətə verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək, mərhum əri Ş.İ.Xalıqovdan miras qalmış ********* saylı qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllədə istifadədə olan 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı, 115,2 kv.m. yaşayış, 57,3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evindən, ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllədəki istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən bir mərtəbəli binanın 3-cü girişin birinci mərtəbəsindəki 275,9 kv.m ümumi və 27.5,9 kv.m əsas sahəsindən ibarət olan qeyri-yaşayış sahəsindən, ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllə, 1 ünvanında yerləşən 1 mərtəbə, 49,9 kv.m. ümumi sahədən ibarət olan qeyriyaşayış sahəsindən, ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 3 ünvandakı 0,0644 ha torpaq sahəsində yerləşən 218,48 kv.m. ümumi sahədən ibarət olan 2 mərtəbəli və 146,2 kv.m. ümumi sahədən ibarət olan 2 mərtəbəli evlərdən və həyətyanı torpaq sahəsindən ibarət daşınmaz əmlaklarda onun ½ hissə payının tanınması və həmin hissələrin onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs-qarşılıqlı iddiaçı T.Ə.Xalıqova qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, O, Ş.İ.Xalıqov ilə 02 iyul 1972-ci il tarixdə nikah qeyd etdirməklə evlənmişlər. Həmin nikahdan xx xxxxxx 1974cü il təvəllüdlü Zülfiyyə, xx xxx 1975-ci il təvəllüdlü Zaur, xx xxxxxx 1977-ci il təvəllüdlü Sevinc, xx xxxxxx 1981-ci il təvəllüdlü Əminə və xx xxxx 1983-cü il təvəllüdlü Seymur adlı uşaqları vardır. Hazırkı mübahisə predmeti olan daşınmaz əmlakları birgə nikah dövründə əldə etmişlər. Hazırkı mübahisə predmeti olan daşınmaz əmlaklar onların birgə nikahları dövründə əldə edildiyindən həmin əmlakların yarısı onun olduğundan, onun həmin daşınmaz əmlaklardakı payı mərhum əridən qalmış miras predmetinə daxil deyildir. Mərhum ərinin ölməsi ilə onun ümumi birgə mülkiyyətdə olan payına miras açılmışdır. Həmin daşınmaz əmlakların yarısı mərhum əri Ş.İ.Xalıqovun payıdır və həmin paya vərəsəlik açılmışdır və həmin pay vərəsələr arasında bölünə bilər. Ona görə də, onun ümumi birgə payları müəyyən edilməmiş və bölünməyən daşınmaz əmlaklardakı ona çatası ½ hissə payına miras açılmamışdır və vərəsəlik həmin paya aid deyildir. Göründüyü kimi, o mərhum ərinin ölümü ilə açılmış mirasdakı paylarını qəbul etməmiş və payların qəbulundan imtina etmişdir. Miras əmlaklardan ona çatası paylar digər vərəsələrə keçmişdir. Onun miras əmlakdakı ½ hissə paylarından imtinanın hər hansı hüquqi nəticəsi yoxdur, çünki həmin hissə onun şəxsi mülkiyyətindədir və həmin hissələr miras predmetinə daxil deyillər. O, daşınmaz əmlaklardakı payını notarial qaydada bağlanmış müqavilələrlə özgəninkiləşdirə bilər. Tərəfindən belə müqavilələr bağlanmamışdır. O, Abşeron rayonu 2 saylı notariat ofisinə yazdığı 03.03.2021-ci il tarixli **********428 saylı ərizənin məzmunu ilə razı deyil, heç vaxt miras əmlakdakı payından Zaurun xeyrinə imtina etməmiş və belə bir halı xatırlamır: Göründüyü kimi, o, yalnız mərhum əri Ş.Xalıqovla birgə nikah dövründə əldə etdikləri ümumi birgə mülkiyyətində olan daşınmaz əmlaklardakı mərhum ərinin ölümü ilə açılmış və ona onun birinci növbədə vərəsəsi kimi çatmalı olan miras payını qəbul etməmiş və həmin payını qəbul etməkdən imtina etmişdir. Qeyd edilən ümumi birgə mülkiyyətlərində olan daşınmaz əmlaklardakı payından imtina etməmiş, həmin daşınmaz əmlaklardakı ½ payını heç kəsin xeyrinə notarial qaydada təsdiqlənmiş müqavilə ilə özgəninkiləşdirməmişdir. Ona görə də həmin daşınmaz əmlakın ½ hissəsinə onun mülkiyyət hüququ tanınmalı, yalnız mərhum ərindən miras qalmış ½ hissəyə miras açılmalı və birinci növbədə vərəsələr arasında bərabər paylarla bölünməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İlk iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs T.Ə.Xalıqova apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onunla mərhum ərinin ümumi birgə mülkiyyətində olmuş daşınmaz əmlaklardakı ərinə məxsus paya miras açılmışdır. Onun həmin daşınmaz əmlaklardakı payı mərhum ərindən qalmış miras predmetinə daxil deyildir. Həmin daşınmaz əmlakların yarısı mərhum əri Ş.Xalıqovun payıdır, həmin paya vərəsəlik açılmış və həmin pay vərəsələr arasında bölünə bilər. O, mübahisəli daşınmaz əmlaklardakı ½ hissə payının özgəninkiləşdirilməsi barədə notarial qaydada təsdiqlənmiş müqavilələr bağlamamışdır. Qeyd edilən ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlaklardakı payından imtina etməmiş, həmin əmlaklardakı ½ payını heç kəsin xeyrinə notarial qaydada təsdiqlənmiş müqavilə ilə özgəninkiləşdirməmişdir. Mübahisəli daşınmaz əmlaklarda onun və mərhum ərinin payları bərabərdir. Onun ümumi birgə payları müəyyən edilməmiş və bölünməyən daşınmaz əmlaklardakı ona çatası ½ hissə payına miras açılmamış və vərəsəlik həmin paya aid deyildir. İşə baxan hakim tərəfindən işdəki sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmişdir. İşə baxan hakim gəldiyi nəticəni mülki prosessual qanunvericilikdə təsbit edilmiş qaydada əldə edilməmiş sübutlarla əsaslandırmışdır. Mütəxəssisin hesabatı sübut kimi qəbul edilmişdir. Mütəxəssis yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıması barədə xəbərdar edilməmişdir. Mütəxəssis tərəfindən hər hansı elmi əsaslara istinad etmədən tərtib olunmuş hesabat sübut kimi qəbul edilmişdir. Məhkəmə iddiaçının tələbini əsaslandırdığı və işin düzgün həll etmək üçün əhəmiyyəti olan diqər halların olduğunu və ya olmadığını müəyyən edərkən istinad etdiyi məlumatları bu Məcəllədə müəyyən olunmuş əldə etməmişdir. Ona görə də işə baxan hakimin gəldiyi nəticə əsaslı sayıla bilməz. Mübahisə predmeti olan daşınmaz əmlakların onunla mərhum əri Ş.Xalıqovun ümumi birgə mülkiyyəti olması, Ş.Xalıqovun ölümü ilə yalnız onun həmin əmlaklardakı ½ hissə payına miras açılması faktını araşdırmamışdır. Onun mərhum əri birgə nikah dövründə əldə etdiyi ümumi birgə mülkiyyətdəki ½ hissə payından imtina barədə ərizəsinin qanuni olması faktı sübut edilməmişdir. İşin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən hallar işə baxan hakim tərəfindən qulluq mövqeyinə görə irəli sürdüyü dəlillərlə əsaslandırmışdır. İşə baxan hakimin onun payının qanun üzrə vərəsələr arasında bölünməsi barədə gəldiyi nəticə işin hallarına uyğun deyildir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4377/2021 saylı 20 dekabr 2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi və ilk iddia tələbinin qismən, onun qarşılıqlı iddia ərizəsinin bütövlükdə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs T.Ə.Xalıqova və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. İlk iddia üzrə iddiaçı Z.Ş.Xalıqovun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh1 və Cavabdeh4 apellyasiya şikayətinin dəlillərini qəbul edərək, onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon 2 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi qismən ləğv edilməlidir, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ilkin iddia ərizəsini qismən təmin, qarşılıqlı iddia tələbinin rədd edərkən, mübahisə olunan əmlakların miras əmlaka daxil olmasını və vərəsələr arasında bərabər paylara bölünməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə üçüncü şəxs hissəsində qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs T.Ə.Xalıqovanın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının DƏDRX-ti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə istifadəsində olan 0.01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m yaşayış, 57.3 kv.m köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Ş.İ.Xalıqovun adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində 23.11.2017-ci il tarixdə ********* qeydiyyat nömrəsi, **********83-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının DƏDRX-ti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə istifadəsində olan 0.17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3cü girişinin 1-ci mərtəbəsində 275.9 kv.m ümumi, 275.9 kv.m əsas sahədən ibarət qeyriyaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Ş.İ.Xalıqovun adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində 25.07.2007-ci il tarixdə ********* qeydiyyat nömrəsi, **********63-05101-083004 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşə əlavə olan Azərbaycan Respublikasının DƏDRX-ti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 1-də yerləşən ümumi sahəsi 49.9 kv.m olan QYS Ş.İ.Xalıqovun adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində 27.04.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********63-05101-083003 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, Ş.İ.Xalıqov ilə T.Ə.Əliyeva arasında 02 oktyabr 1972-ci ildə rəsmi nikah bağlanmış, T.Ə.Əliyevaya Xalıqova soyadı verilmişdir və bu nikahdan xx.xx.1974-cü ildə X5, xx.xx.1975-ci ildə İddiaçı, xx.xx.1977-ci ildə Cavabdeh3, xx.xx.1981-ci ildə X9, xx.xx.1983cü ildə Cavabdeh1 anadan olmuşdur. İşə əlavə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ş.İ.Xalıqov 14.12.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan ünvan 4 ünvanlanmış 29.06.2021-ci il tarixli məktubdan görünür ki, 14 dekabr 2020-ci il tarixdə vəfat etmiş mərhum atası Ş.İ.Xalıqovdan miras qalmış əmlaklara dair vərəsəlik işinin açılması üçün verdikləri ərizəyə cavab olaraq bildirilmişdir ki, mərhum atasının ondan başqa digər vərəsələri olduğu üçün və həmin vərəsələr arasında mübahisə olduğundan onun adına “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin açılması imkan xaricindədir. Bu səbəbdən Abşeron Rayon Məhkəməsinə müraciət etməyi tövsiyə olunmuşdur. İşə əlavə olan 26.02.2021-ci il tarixdə verilmiş ərizələrdən görünür ki, Cavabdeh2, T.Ə.Xalıqova və Cavabdeh1 mərhum Ş.İ.Xalıqovun ölümündən sonra ondan miras qalmış ********* qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 6/3 yerləşən fərdi yaşayış evindən onlara düşən qanun üzrə vərəsəlik payını qəbul etməmişlər və etmirlər. Mirasın onlara çatası hissəsindən imtina edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı, 1268-ci və 1269-cu maddələrinin tələbləri onlara izah edilmişdir. İş materiallarında əlavə olan 26.02.2021-ci il tarixdə verilmiş ərizələrdən görünür ki, T.Ə.Xalıqova mərhum Ş.İ.Xalıqovun ölümündən sonra ondan miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyriyaşayış sahəsindən ona düşən qanun üzrə vərəsəlik payını qəbul etməmişdir və etmir. Mirasın ona çatası hissəsindən imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı, 1268-ci və 1269-cu maddələrinin tələbləri onlara izah edildi. İşdə olan T.Ə.Xalıqovanın 17.03.2021-ci il tarixli ərizəsindən görünür ki, mərhum əri Ş.İ.Xalıqovun ölümündən sonra ondan birgə nikah dövründə əldə etdikləri və miras qalmış ********* qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ünvanında istifadədə olan 0.01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m yaşayış 57.3 kv.m köməkçi sahəsindən ibarət olan 6/3 nömrəli fərdi yaşayış evindən ona düşən 1/2 hissə əmlakdan imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı, 1268-ci və 1269-cu maddələrinin tələbləri ona izah edildi. İş materiallarında əlavə olan T.Ə.Xalıqovanın 17.03.2021-ci il tarixli ərizəsindən görünür ki, mərhum əri Ş.İ.Xalıqovun ölümündən sonra ondan birgə nikah dövründə əldə etdikləri və miras qalmış ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 1 ünvanında yerləşən 1 mərtəbə, 49.9 kv.m ümumi sahəsindən ibarət olan qeyri-yaşayış sahəsindən və Abşeron rayonu, Xırdalan şəhəri, 28ci məhəllədə yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış sahəsindən ona düşən 1/2 hissə əmlakdan imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı, 1268-ci və 1269-cu maddələrinin tələbləri ona izah edildi. İşə əlavə olan Azərbaycan Respublikasının DƏDRX-ti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 339.3 kv.m olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində 03.02.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********63-05101- 083002 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının DƏDRX-ti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Əlihüseyn Əsgərov küçəsi, ev 24, Yeni qaydalarla: ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı 2/3 hissə, Cavabdeh1 1/3 hissə adına daşınmaz əmlakın dövlət reyestrində 16.04.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İşə əlavə olunan 28.01.2021-ci il tarixli T.Ə.Xalıqova ilə İddiaçı arasında bağlanmış Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin surətindən görünür ki, T.Ə.Xalıqova ünvan 6. 7-8-ci giriş, 1-ci mərtəbəsi ünvanında yerləşən, ümumi sahəsi 339.3 kv.m olan qeyri-yaşayış sahəsini İddiaçı mülkiyyətinə vermişdir. İş materiallarında olan Abşeron rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli 2V-49 reyestr saylı Qanun üzrə vərəsəlik şəhadətnaməsindən müəyyən edilir ki, həmin şəhadətnamə ilə Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsində mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m. olan 24 saylı fərdi yaşayış evinin 2/3 hissəsinə İddiaçı adına verilmiş, Cavabdeh1 1/3 hissə payı açıq saxlanılmışdır. Həmin işdən görünür ki, digər vərəsələr paylarından imtina etmişlər. İşə əlavə olan DƏDRX-nin 16.04.2021-ci il tarixli Çıxarışından müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsində mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m. olan 24 saylı fərdi yaşayış evinin 2/3 hissəsinə İddiaçı, 1/3 hissəsi isə Cavabdeh1 adına qeydə alınmışdır. Məhkəmə kollegiyası T.Xalıqovanın Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsində mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən 218,48 kv.m ümumi sahədən ibarət olan 2 mərtəbəli və 146,2 kv.m ümumi sahədən ibarət olan 2 mərtəbəli evlərdən və həyətyanı torpaq sahəsindən ibarət daşınmaz əmlakda onun ½ hissə payının tanınması barədə iddia tələbinin əsassız olduğunu və bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Belə ki, həmin əmlak İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və DƏDRX-i tərəfindən 09 iyul 2013-cü il tarixdə Çıxarış verilmiş, həmin sənədlər qüvvədədir və mübahisələndirilməmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən 02.12.2021-ci il tarixdə verilmiş cavab məktubundan görünür ki, X14 adına hazırda dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən 02.12.2021-ci il tarixdə verilmiş cavab məktubundan görünür ki, X4 adına Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 1 ünvanında yerləşən ümumi sahəsi 275,9 kv.m olan qeyri-yaşayış sahəsi 25.07.2007-ci il tarixdə; Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ünvanında istifadəsində olan 0,01152 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 172,50 kv.m olan 6/3 nömrəli fərdi yaşayış evi 23.11,2007-ci il tarixdə; Abşeron rayonu, Xırdalan şəhəri, 28- ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 49,9 kv.m olan qeyri-yaşayış sahəsi 27.04.2011-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Həmçinin, ünvan 10 ünvanında mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m olan fərdi yaşayış evi 09.07.2013-cü il tarixdə X4 adına qeydiyyata alınmış, lakin Abşeron rayon 2 saylı Notariat Kontorunun 16.03.2021-ci il tarixli 2V-49 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən özgəninkiləşdirilmişdir. İş materialları ilə müəyyən edilir ki, X4 ölümündən sonra qəbul edilməmiş qalan miras əmlak ********* saylı qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllədə istifadədə olan 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı, 115,2 kv.m. yaşayış, 57,3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evi, ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu Xırdalan şəhəri, 28ci məhəllədəki istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən bir mərtəbəli binanın 3cü girişin birinci mərtəbəsindəki 275,9 kv.m ümumi və 275,9 kv.m əsas sahəsindən ibarət olan qeyri-yaşayış sahəsindən, ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllə, 1 ünvanında yerləşən 1 mərtəbə, 49,9 kv.m. ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi qalmışdır. X1 ölümündən sonra vərəsələri arvadı və beş övladıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kagızlar, kredit idarələrinə və s. Kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandıgı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. İş materialları ilə müəyyən edilir ki, T.Xalıqovanın mərhum ərinin ümumi birgə mülkiyyətində olmuş daşınmaz əmlaklardakı ərinə məxsus paya miras açılmışdır. T.Xalıqovanın həmin daşınmaz əmlaklardakı payı məhrum ərindən qalmış miras predmetinə daxil deyildir. Həmin daşınmaz əmlakların yarısı mərhum əri Ş.İ.Xalıqovun payıdır, həmin paya vərəsəlik açılmış və həmin pay vərəsələr arasında bölünə bilər. İlkin iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evinin onun, Cavabdeh1 və Cavabdeh4 hər birinin 3/1 miras payı olmaqla bölünməsi, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin isə hər bir vərəsənin 5/1 miras payı olmaqla bölünməsi barədə qətnamə qəbul edilməsini, qarşılıqlı iddiaçı Tailə Xalıqova isə həmin əmlaklarda, habelə miras əmlak olaraq ünvan 3 ünvandakı 0,0644 ha torpaq sahəsində yerləşən 218,48 kv.m. ümumi sahədən ibarət olan 2 mərtəbəli və 146,2 kv.m. ümumi sahədən ibarət olan 2 mərtəbəli evlərdən və həyətyanı torpaq sahəsindən ibarət daşınmaz əmlaklarda onun ½ hissə payının tanınması və həmin hissələrin onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini, digər qarşılıqlı iddiaçılar isə ünvan 3 ünvandakı 0,0644 ha torpaq sahəsində yerləşən 218,48 kv.m. ümumi sahədən ibarət olan 2 mərtəbəli və 146,2 kv.m. ümumi sahədən ibarət olan 2 mərtəbəli evindən qanun üzrə birinci növbə vərəsələrin payının müəyyən edilməsini xahiş etmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, 26.02.2021-ci il tarixdə verilmiş notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, Cavabdeh2, T.Ə.Xalıqova və Cavabdeh1 mərhum Ş.İ.Xalıqovun ölümündən sonra ondan miras qalmış ********* qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 6/3 yerləşən fərdi yaşayış evindən onlara düşən qanun üzrə vərəsəlik payını qəbul etməmişlər və etmirlər. Mirasın onlara çatası hissəsindən imtina edirlər. Eyni zamanda, 26.02.2021-ci il tarixdə verilmiş notariat qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, X22 mərhum X4 ölümündən sonra ondan miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsindən ona düşən qanun üzrə vərəsəlik payını qəbul etməmişdir və etmir. Mirasın ona çatası hissəsindən imtina edir. Həmçinin, T.Ə.Xalıqovanın 17.03.2021-ci il tarixli notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, mərhum əri Ş.İ.Xalıqovun ölümündən sonra ondan birgə nikah dövründə əldə etdikləri və miras qalmış ********* qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ünvanında istifadədə olan 0.01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m yaşayış 57.3 kv.m köməkçi sahəsindən ibarət olan 6/3 nömrəli fərdi yaşayış evindən ona düşən 1/2 hissə əmlakdan miras qalmış ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 1 ünvanında yerləşən 1 mərtəbə, 49.9 kv.m ümumi sahəsindən ibarət olan qeyri-yaşayış sahəsindən və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsindən ona düşən 1/2 hissə əmlakdan imtina edir. Mülki Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1256-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. 1268.2-ci maddəsinə əsasən əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1.maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İş materiallarından göründüyü kimi vərəsələr mirasın qəbulu üçün məhkəməyə müraciət etmişlər, aralarında narazılıq olduğundan onlara məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. İş materiallarından göründüyü kimi, vərəsələr Cavabdeh2, T.Ə.Xalıqova və Cavabdeh1 mərhum Ş.İ.Xalıqovun ölümündən sonra ondan miras qalmış ********* qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 6/3 yerləşən fərdi yaşayış evindən, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış sahəsindən və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsindən onlara düşən qanun üzrə vərəsəlik payını qəbul etməyib imtina etdiklərindən, onların həmin əmlaklardan miras əmlak kimi pay almaq hüquqlarını itirmişlər. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə həmçinin, ilk iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddiaçı T.Ə.Xalıqovanın miras qalmış ********* qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 6/3 yerləşən fərdi yaşayış evindən, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsindən və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyriyaşayış sahəsindən onun payının müəyyən edilməsinə dair iddia tələbi qeyd edir ki, həmin əmlaklar mərhumla birgə nikah dövründə əldə edilmiş əmlaklar olsa da, qarşılıqlı iddiaçı həmin əmlaklara münasibətdə özünün notariat qaydasında təsdiq edilmiş ərizəsi ilə həmin əmlaklardan imtina etdiyindən və bu imtinaları məhkəmə qaydasında mübahisələndirmədiyindən onun iddiası əsassızdır və təmin edilməməlidir. Məhkəmə, qarşılıqlı iddiaçılar Cavabdeh2 və Cavabdeh4 Ş.İ.Xalıqovdan miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsində, 0,0644 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 146,2 kv.m ümumi, 81,7 kv.m yaşayış, 64,5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi tələbinə hüquqi qiymət verərək qeyd edir ki, iş materiallarından göründüyü kimi Abşeron rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli 2V-49 reyestr saylı Qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsində mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m. olan 24 saylı fərdi yaşayış evinin 2/3 hissəsinə İddiaçı adına verilmiş, Cavabdeh1 1/3 hissə payı açıq saxlanılmış, sonradan DƏDRX-nin 16.04.2021-ci il tarixli Çıxarışından müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsində mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m. olan 24 saylı fərdi yaşayış evinin 2/3 hissəsinə İddiaçı, 1/3 hissəsi isə Cavabdeh1 adına qeydə alınmışdır. Notariat işindən görünür ki, digər vərəsələr miras əmlakdan onlara çatası paydan imtina etmişlər. Göründüyü kimi mübahisələndirilən miras əmlak artıq qanunla müəyyən edilmiş qaydada, habelə qarşılıqlı iddiaçıların öz razılıq ərizələri ilə 2/3 hissəsinə İddiaçı, 1/3 hissəsi isə Cavabdeh1 adına qeydə alınmışdır. Beləliklə, iş materialları ilə müəyyən olundu ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi qarşılıqlı iddia üzrə T.Ə.Xalıqova ilə mərhum Ş.İ.Xalıqovun birdə nikah dövründə əldə edilmiş əmlakıdır. Ona görə də, qanunvericiliyin tələblərinə görə həmin əmlakların ½ hissəsi T.Ə.Xalıqovanın mülkiyyətidir. Yəni mübahisəli əmlaklar bütünlüklə deyil, onların ½ hissəsi miras əmlakın kütləsinə aid edilməlidir. Belə olduqda mərhum Ş.İ.Xalıqovun mübahisəli əmlaklarda mövcud olan ½ hissəyə dair mirası vərəsələr arasında bölünməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs T.Ə.Xalıqova notariat orqanında mərhum ərindən ona çatası vərəsəlik payını qəbul etməkdən imtina barədə ərizə verdiyindən və qanunvericiliyin tələblərinə görə imtina barədə ərizənin geri götürülməsi yol verilmədiyindən mərhum ərindən miras qalmış əmlakdan ona pay müəyyən edilə bilməz. Bundan başqa iş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evinin 1/3 hissəsinə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin isə 1/5 hissəsinə onun vərəsəlik payının müəyyən edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi üzərində müstəqil tələb irəli sürən 3-cü şəxs T.Ə.Xalıqovanın ½ (3/6 və 5/10) hissədə payı müəyyən edilməklə mülkiyyətinə verilməlidir. Belə olduqda mərhum Ş.Xalıqovdan miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evinin 1/3 hissəsinə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin 1/5 hissəsinə, yəni evin 1/6 hissəsinə və qeyri-yaşayış sahəsinin 1/10 hissəsinə İddiaçı payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Məcəllənin 107-ci maddəsində göstərilir ki. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə kollegiyası müstəqil tələb irəli sürən üçüncü şəxs T.Ə.Xalıqovanın apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qismən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi qismən ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli 2(012)-4377/2021 saylı qətnaməsi qismən ləğv edilsin. İddiaçı Şı̇ rı̇ nbala oğlunun cavabdehlər Kərı̇ mova Zülfı̇ yyə Şı̇ rı̇ nbala qızı, Xalıqova Sevı̇ nc Şı̇ rı̇ nbala qızı, Cavabdeh1 Şı̇ rı̇ nbala oğlu, Səmədzadə Əmı̇ nə Şı̇ rı̇ nbala qızı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon 2 saylı Notariat Ofisi və X18 qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair ilk iddia qismən təmin edilsin. İlk iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 cavabdehlər Kərı̇ mova Zülfı̇ yyə Şı̇ rı̇ nbala qızına, Cavabdeh4 və X8 qarşı birgə mülkiyyətdə olan əmlaklardakı payların müəyyən edilməsi və mülkiyyətə verilməsi barədə qarşılıqlı iddia tələbinə dair iddia qismən təmin edilsin. X2 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evində İddiaçı payının 1/6 hissədə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin isə hər birində İddiaçı payının 1/10 hissədə müəyyən edilsin. Cavabdeh2, Cavabdeh4 X8 qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. X2 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evində X14 payı 1/2 hissədə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin isə hər birində X14 payı 1/2 hissədə müəyyən edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-939/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-939/2022
16.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver