Məhkəmə qərarları › İş №2(006)-6519/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6519/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6519/2021 16.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı Əlı̇ yev Mahmudağa Hacıağa oğlunun, cavabdeh ləğv prosesində olan "xxxx" ASCnin ləğvedicisi Əmanətlərı̇ n Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Əlı̇ yev Mahmudağa Hacıağa oğlunun cavabdeh ləğv prosesində olan "xxxx" ASCnin ləğvedicisi Əmanətlərı̇ n Sığortalanması Fonduna qarşı "pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əlı̇ yev Mahmudağa Hacıağa oğlu cavabdeh Əmanətlərı̇ n Sığortalanması Fonduna qarşı "pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə ləğv edilmiş "xxxx" ASC arasında bağlanmış 104.LN.1010.250515.00001 saylı, 25 may 2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçıya illik 18% olmaqla 11.100 ABŞ dolları kredit verilmişdir. Bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən birinci ödəniş 25 iyun 2015-ci il , sonuncu ödəniş 25 may 2017-ci il tarixə müəyyən edilmişdir. 05/6679 saylı, 20 iyun 2016-cı il tarixli "xxxx" ASC-nin arayışına əsasən 104.LN.1010.250515.00001 saylı, 25 may 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 11100 ABŞ dolları ayrılmış və iddiaçı tərəfindən banka olan borc 04 fevral 2016-cı il tarixdə tam şəkildə ödənilərək icra edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 2019-cu il 28 fevral tarixli Fərman imzalandığı vaxtda məlum olmuşdur ki, "xxxx" ASC tərəfindən 28 fevral 2019-cu il tarixli Fərmanın icrası həvalə olunmuş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına lazımı qaydada məlumat verilməmiş və iddiaçı ilə bank arasında bağlanmış kredit müqaviləsi gizlədilmişdir. Həmçinin, 25 iyun 2015-ci il tarixli kredit müqaviləsi barədə məlumat Mərkəzləşdirilmiş Kredit Reyestrinə daxil edilməmişdir. Qeyd olunanalardan aydın görünür ki, "xxxx" ASC tərəfindən iddiaçının hüquqları kobud şəkildə pozulmuş və 25 iyun 2015-ci il tarixli kredit müqaviləsi 28 fevral 2019-cu il tarixli Fərman çərçivəsində araşdırılmamış və devalivasiya ilə bağlı artıq ödəmələr hesablanaraq kompensasiya şəkilində iddiaçıya geri qaytarılması mümkün olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5276/2019 saylı, 01.11.2019-cu il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş və "xxxx" ASC ilə aralarında bağlanmış 104.LN.1010.250515.00001 saylı, 25 may 2015-ci il tarixli kredit müqaviləsi barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi "xxxx" ASC-yə həvalə edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01.11.2019-cu il tarixli qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Nəsimi rayonu İcra və Probasiya şöbəsinə yönəldilmişdir və icra edilmişdir. Lakin işin müsbət şəkildə həll edilməsi barədə heç bir tədbir görülməmiş və iddiaçıya əlavə ödədiyi məbləğ geri qaytarılmamışdır. 104.LN.1010.250515.00001 saylı, 25 may 2015-ci il tarixli kredit müqaviləsi 28 fevral 2019-cu il tarixli Fərmana əsasən yoxlanılmamış, restrukturizasiya edilməmiş və iddiaçıya kompensasiya ödənişi edilməmişdir. İddiaçı ərizə ilə cavabdeh Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək 104.LN.1010.250515.00001 saylı, 25 may 2015-ci il tarixli kredit müqaviləsinin 28 fevral 2019-cu il tarixli Fərmanın tələblərinə əsasən araşdırılması və iddiaçı tərəfindən artıq ödənilmiş məbləğlərin hesablanaraq kompensasiya şəkilində geri qaytarılması barədə tədbir görülməsini xahiş etmiş, lakin ərizəyə cavab verilməmiş və tədbir görülməmişdir. İddiaçıya ödəniləcək kompensasiya 5200 manat təşkil edir və bu kompensasiya məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Cavabdehin təqsiri üzündən iddiaçı çox ciddi stress keçirmiş, əsəb gərginliyinə məruz qalmağı səbəbindən mənəvi zərərə məruz qalmışdır. Uzun müddət məsələnin həllini tapmaması iddiaçının şüuruna mənfi psixoloji təsir etmiş, sağlamlığı pozulmuşdur. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi zərəri 5000 manat məbləğindədir. Göstərilənlərə əsasən 104.LN.1010.250515.00001 saylı, 25 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı tərəfindən ödənilmiş artıq məbləğin, 5200 manat məbləğində pulun Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 2019-cu il 28 fevral tarixli Fərmanın tələblərinə əsasən cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçıya geri qaytarılması və mənəvi zərərə görə 5000 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı ərizə təqdim edərək, cavabdeh Əmanətlərı̇ n Sığortalanması Fondunun əsl cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərı̇ n Sığortalanması Fondu ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Əlı̇ yev Mahmudağa Hacıağa oğlu iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərı̇ n Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, bildirmişdi ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli Fərmanına əsasən əgər vətəndaşın 360 gün gecikdirməsi varsa, o zaman vətəndaşın krediti kompensasiya ödənilməli olan kreditlər siyahısına düşür. Vətəndaşın kredit müqaviləsi isə Fərmanın tələblərinə uyğun gəlmir. Çünki onun 360 gündən çox gecikməsi yoxdur. Lakin vətəndaşın 2015-ci ildə bağladığı kredit müqaviləsi üzrə borcu heç bir gecikmə olmadan 2016-cı ildə tam şəkildə ödənilərək icra edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin materiallarında olan "xxxx" ASC ilə Əlı̇ yev Mahmudağa Hacıağa oğlu arasında bağlanmış 25.05.2015-ci il tarixli, № 104.LN.1010.250515.00001 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Əlı̇ yev Mahmudağa Hacıağa oğluna 24 ay müddətinə, illik 18% olmaqla, 11.100 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 20.07.2016-cı il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC-nin Qaradağ filialının müştərisi olan Əlı̇ yev Mahmudağa Hacıağa oğluna 25.05.2015-ci il tarixli, № 104.LN.1010.250515.00001 saylı kredit müqaviləsinə 11.100 ABŞ dolları məbləğində kredit vəsaiti ayrılmışdır. Müştəri Əlı̇ yev Mahmudağa Hacıağa oğlu 04 fevral 2016-cı il tarixində kredit borcunu tam icra etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01.11.2019-cu il tarixli, 2(006)-5276/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" ASC ilə Əlı̇ yev Mahmudağa Hacıağa oğlu arasında bağlanmış 25.05.2015-ci il tarixli, № 104.LN.1010.250515.00001 saylı kredit müqaviləsi barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsinin "xxxx" ASC-yə həvalə edilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, hazırki iş üzrə tərəflər arasında kredit müqaviləsi bağlanmış, hazırda iddiaçı Banka olan borcunun Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşdüyünü iddia edərək, ona kompensasiya ödənilməsini tələb edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər-hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı kredit müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamış və həmin müqavilə əsasında öz üzərinə kredit borcunun ödənilməsi üzrə öhdəlik götürmüşdür. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmışdır. Fərmanın icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla 27 mart 2019-cu il tarixdə ********** nömrəli Qərarla Palata tərəfindən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Fərmanın 1-ci hissəsinə əsasən devalvasiyaların baş verdiyi tarixlərə (21.02.2015- ci və 21.12.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə 01 mart 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, kredit müqaviləsi ilə iddiaçıya Bank tərəfindən 11.100 ABŞ dolları məbləğində kredit verilmişdir. Qeyd edilən kredit müqaviləsi üzrə kredit borcunun 360 gündən çox gecikdirildiyi aşkar edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Fərmanın tələblərinə əsasən kompensasiyalar fiziki şəxslərin banklara devalvasiya tarixlərinə məbləği 10.000 ABŞ dolları ekvivalentinədək xarici valyutada olan əsas kredit borclarına hesablanmalı, restrukturizasiya tədbirləri isə 01.03.2019-cu il tarixinə əsas və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilən, xarici valyutada əsas məbləği 10.000 ABŞ dolları ekvivalentinədək, milli valyutada isə 17.000 manatadək təşkil edən kreditlər üzrə aparılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Əlı̇ yev Mahmudağa Hacıağa oğlunun cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərı̇ n Sığortalanması Fonduna qarşı "pul tələbi”nə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Əlı̇ yev Mahmudağa Hacıağa oğlunun cavabdeh ləğv prosesində olan "xxxx" ASCnin ləğvedicisi Əmanətlərı̇ n Sığortalanması Fonduna qarşı "pul tələbi”nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar