Məhkəmə qərarları › İş №2(006)-6544/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6544/2021

14.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6544/2021 14.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı X2 Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X8 Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanda yerləşən uşaq bağçasında məskunlaşmışdır. 12.03.2020-ci il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən yaşadığı bir otaqlı sahəyə G4 tipli qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacı yeni olmamış, belə ki sayğacın quraşdırılmasına dair tərtib edilmiş «qaz sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 58778158 nömrəli aktdan da göründüyü ki, sayğac quraşdırılarkən üzərində 32272 kub.m. göstərici olmuşdur. Qısa bir müddət həmin sayğacdan istifadə etdikdən sonra iddiaçıya 4448,60 manat məbləğində borcunun olması barədə bildiriş gəlmişdir. Bu axı absurddur. İddiaçı məcburi köçkün olaraq bir otaqlı sahədə məskunlaşmışdır, həyat yoldaşı uzun illərdir ki, vəfat edib, tək qalmışdır və istifadə etdiyi qaz cihazı yalnız bir ədəd 4 gözlü qaz plitəsidir. Həmin qaz plitəsinin bu absurd məbləğdə qazın işlətməsi mümkün deyil. Abonent saldosundan göründüyü kimi cavabdeh təşkilat 2020-ci ilin mart ayında sayğac göstərici 68 kub.m. olduğu halda «sərfin məbləği» bölümündə 2341,10 manat, «yeni tarifə keçid» bölümündə isə 2107,50 manat, cəmi 4448,60 manat məbləğində borc hesablamışdır. Bununla bağlı iddiaçı rəsmi qaydada cavabdeh təşkilata müraciət etmiş və iddiaçıya 06.04.2020-ci il tarixdə rəsmi cavab daxil olmuşdur. Cavabdeh təşkilatın cavab məktubunda qeyd edilmişdir ki, onun müraciəti ilə bağlı materiallar daimi fəaliyyət göstərən komissiyaya verilmiş və nəticəsi barədə məlumat veriləcəkdir. Cavab məktubunun mətnindən də göründüyü kimi borcun əsassız hesablanmasını cavabdeh təşkilat etiraf etmiş və müvafiq düzəlişlərin edilməsi üçün müraciətin komissiyaya göndərilmişdir. Lakin əfsuslar olsun ki, bugünədək heç bir nəticə barədə ona məlumat verilməmişdir. Göründüyü kimi, cavabdeh təşkilat borcun yaranmasının hüquqi əsasını göstərə bilməmiş, lakin buna baxmayaraq əsassız hesablanmış borcu silməkdən boyun qaçırır. Göstərinlərə əsasən Cavabdeh tərəfindən iddiaçıya **********0030 saylı abonent kodu üzrə hesablanmış 4448,60 manat əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı X3 nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir, həmin ərazidə 2020-ci ilin mart ayınadək təbii qazdan istifadə olunmuşdur və həmin sayğac kompakt sayğac olmaqla ondan bir neçə şəxs istifadə etmişdir. Orada yaşayan qaçqınlara limit verilmişdir. Bu gün artıq o sayğac yoxdur və o kompakt sayğacdan hansı abonentin nə qədər qaz istifadə etməsini müəyyənləşdirmək mümkün deyildir. Ona görə də sırf bir abonentə görə bütün borcu silmək düzgün olmazdı. Həmin mənzildə 12 nəfər qeydiyyatda olub, o qədər şəxsin bir evdə yaşaması üçün də kifayət qədər qaz tələb oluna bilər. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş üzrə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 12.03.2020-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, Cavabdeh İBnin əməkdaşları tərəfindən abonent Zeynəb Səfərovanın yaşadığı ünvan 2 ünvanda qaz sayğacı əvəzlənmiş, çıxarılan sayğacın göstərici 32272 kub.m.-dir. Aktda qeyd edilmişdir ki, sayğac Quba rayonunda qeydiyyatda olmuş, çıxarılan vaxt göstərici 18997 kub.m. olmuşdur. İş üzrə “Paylayıcı” qismində Cavabdeh İB-nin BRQSD-nin rəisi X9 ilə X8 arasında bağlanılmış «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» 01-85 saylı, 12.03.2020-ci il tarixli müqaviləyə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçının keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş üzrə məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X1 rayonundan məcburi köçkündür. İş üzrə Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Nəsimi rayonu sektorunun 02.07.2020-ci il tarixli arayışın surətindən görünür ki, Cəbrayıl rayonundan məcburi köçkün X8 ailəsi ilə birlikdə (özü, qızı X10, oğlu X13 və gəlini X5) ünvan 3 ünvanında qeydiyyatsız yaşayırlar. İş üzrə abonentin (kod **********10030) abonent saldosundan görünür ki, abonent X4 2020-ci ilin aprel ayında 4448,62 manat əlavə borc hesablanmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının ünvanından köhnə sayğac çıxarılmış və başqa bir ünvandan üzərində borcla müəyyən edilmiş sayğac quraşdırılmışdır. Abone saldosuna əsasən isə müəyyən edilmişdir ki, iddiaçının sayğacına bir dəfədən 4448,60 manat borc əlavə edilmiş, daha sonradan cavabdeh tərəfindən həmin borcdan 560 manat pul silinərək ümumilikdə 3888,60 manat qalıq qalması göstərilmişdir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 4.8 və 4.9-cu bəndlərinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir Belə olan halda, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçıya məxsus mənzilə quraşdırılan sayğac üzərində olan borcun iddiaçıya məxsus olması müəyyən edilmədiyindən, həmçini iddiaçının ünvanının böyük olmaması, bunun nəticəsində sərfiyyatının az olmasını, iddiaçının mənzilində məcburi köçkün və qaçqınların qeydiyyatda olmasına görə onlara dövlət tərəfindən verilmiş qaz limitin miqdarının çox olmasını nəzərə alaraq qeyd olunan məbləğin birdən birə 4448,60 manat olması qeyri mümkündür. Odur ki, iddia tələbi qismən təmin olunmaqla, iddiaçıya məxsus ünvan 4 ünvanına məxsus **********10030 saylı abonent kodu üzrə hesablanmış 3888,60 (üç min səkkiz yüz səksən səkkiz manat, altmış qəpik) manat məbləğində borc Cavabdeh tərəfindən silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı X6 məxsus ünvan 4 ünvanına məxsus **********10030 saylı abonent kodu üzrə hesablanmış 3888,60 (üç min səkkiz yüz səksən səkkiz manat, altmış qəpik) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar