Məhkəmə qərarları › İş №2(006)-6555/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-6555/2021

22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-6555/2021 22.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı “pul məbləğinin yenidən hesablanması tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı “pul məbləğinin yenidən hesablanması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracdan satılmasına dair 03 mart 2020-ci il tarixli, 12/02-1 saylı protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 03.03.2020-ci il tarixli müqavilə üzrə pul məbləğinin yenidən hesablanmaqla qalıq borc məbləğinin müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı “pul məbləğinin yenidən hesablanması tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilməlidir. İşin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29.09.2017-ci il tarixli, 2(011)-147/2017 saylı qətnaməsi ilə ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı 32322 ABŞ dolları məbləğmdə əsas borc, 4420,36 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə, cəmi 36842,36 ABŞ dolları (ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə), iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manatın tutularaq iddiaçı “Bank VTB ( Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin xüsusi mülkiyyət hüququ ilə cavabdeh İddiaçı məxsus olan ipoteka predmeti-Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 17 saylı evin, 30 saylı mənzilinə yönəldilməsi, ilkin satış qiymətinin 90000 (doxsan min) manat olmaqla açıq hərracdan satılması, həmin yaşayış sahəsinə tutma yönəldildikdə və mənzil satıldıqdan sonra, cavabdehlər İddiaçı, X8, X9, X11, X5 və X10 tərəfindən 1 (bir) ay müddətində tərk edilmədikdə, həmin yaşayış sahələrindən çıxarılmaları, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına cavabdeh İddiaçı “Bank VTB (Azərhavcan)” Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdeh İddiaçı iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki vüz) manatın alınaraq "xxxx" MMC-nin hesabına, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan-100 (bir yüz) manatın alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. İşin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1624/2018 saylı, 30.01.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin cavabdehlər İddiaçı, X8, X9, X11, X5 və X6 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli, 2(011)-147/2017 saylı qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli, 2(011)-147/2017 saylı qətnaməsinin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.12.2021ci il tarixli, 2(005)-4332/2021 saylı qətnaməsi ilə iddiaçılar X2, İddiaçı, X3, X7, X1 və X4 cavabdehlər "xxxx" MMC-yə və "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi tələbi”nə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırda İddiaçı mübahisələndirdiyi hallarla bağlı (hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi, habelə müqavilə üzrə pul məbləğinin yenidən hesablanmaqla qalıq borc məbləğinin müəyyən edilməsi ilə əlaqədar) yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə aktlarında müəyyən olunmuş hallar mahiyyət etibarı ilə eynilik təşkil edir. Yəni iddiaçının hazırda qaldırdığı iddiada mübahisələndirdiyi məsələlərə (hərracın yekunları barədə protokola və hərracın yekunları üzrə əmlakın alqısatqı müqaviləsinə, habelə müqavilə üzrə borc məbləğinin müəyyən edilməsinə) artıq hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 261- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı “pul məbləğinin yenidən hesablanması tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar