Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6638/2021 29.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi maraqlı şəxslər Bakı şəhəri 4 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Bakı şəhəri 4 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 127 saylı fərdi yaşayış evində 1/5 hissədə paylı mülkiyyətdə olan X3 miras qalmış əmlakın vərəsə qismində qəbul edilməsi ilə vərəsəlik şəhadətnaməsinin verilməsinə dair ərizəçinin müraciəti Azərbavcan Respublikası Ədliyyə Nazirliyi 6 saylı "Asan Xidmət" Mərkəzində Notariat Ofisinin 144/2021 saylı 14.09.2021 -ci il tarixli məktubu ilə notariat hərəkətinin edilməsindən imtina edilərək qərardan məhkəməyə şikayət etməyi izah edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı "Asan Xidmət" Mərkəzində Notariat Ofisi imtinanı onunla əsaslandırmışdır ki, miras qoyan X3 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi,127 saylı fərdi yaşayış evinin miras kimi qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmış və mirasın qəbulu faktını təsdiq edən sənəd təqdim edilməmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi "Asan Xidmət" Mərkəzindən 6 saylı Notariat Ofisinin 14.09.2021 -ci il tarixli imtinası ilə miras əmlakı ərizəçi faktiki qəbul etdiyinə görə miras əmlakın qəbulu üçün nəzərdə tutulmuş müddət buraxılmamış hesab edilərək mirasın qəbul edilməsi faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Hüquq müəyyənedici sənəddə miras qoyan ərizəçinin anasının soyadı, adı və atasının adı X36 yazılması ölüm haqqında şəhadətnamə ilə uyğunsuzluq təşkil edir. Miras qoyan X3 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 127 saylı fərdi yaşayış evinin hüquqmüəyyənedici sənəddəki soyadı, adı və atasının adı X37 yazılması və ölüm haqqında şəhadətnamədə soyadı, adı və atasının adı Novruzova Hökümə (Okima) Səttar qızı yazılması uyğunsuzluğun aradan qaldırılması başqa qaydada mümkün olmadığına görə hüquqmüəyyənedici sənədin miras qoyan X7 məxsus olması faktını məhkəmə müəyyən etməlidir. Ölüm şəhadətnaməsi Sovet dövründə tərtib edildiyinə görə Hökümə adı rus dilində Okima yazılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 21.02.2020-ci il tarixli, **********82 saylı arayışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 127 saylı fərdi yaşayış evi reyestr kitabında olan məlumatlara görə paylı olaraq 1/5 hissədə X26, 1/5 hissədə X27, 1/5 hissədə X28, 1/5 hissədə X11, 1/5 hissədə X12 mülkiyyət hüququ əsasında məxsusdur. Hüquq müəyyənedici sənədə əsasən həmin payçılardan miras qoyan X36 ərizəçinin anasıdır, 1926-cı ildə Bakı şəhərində anadan olmuşdur, 11.10.1986cı ildə Bakı şəhərində vəfat etmişdir. X1 ilə anası Hökümə Səttar qızı 25 oktyabr 1948-ci ildə nikaha daxil olmuşlar, anası X36 nikahdan sonra Novruzova soyadını qəbul etmişdir. X1 11 aprel 1989-cu ildə vəfat etmişdir. Ərizəçi 23 oktyabr 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur, hüquqmüəyyənedici sənəddə miras qoyan X18 qızıdır. Ədliyyə Nazirliyi Oktyabr (keçmiş) Rayon ZAQS-ı tərəfindən verilmiş 02.09.1951-ci il tarixli, İE № ******* saylı doğum haqqında şəhadətnamədə anasının soyadı, adı və atasının adı Hökümə Səttar qızı, atasının soyadı, adı və atasının adı X29 yazılmışdır. Miras qoyan şəxs anasının soyadı, adı, ata adı X19 olmuşdur, 10 noyabr 1981-ci ildə vəfat etmişdir. Ədliyyə Nazirliyi Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06 noyabr 2019-cu il tarixli, AZ-11 №015934 saylı ölüm şəhadətnaməsində miras qoyanın anasının soyadı, adı, ata adı X19 yazılmışdır. Miras qoyan şəxs anasının atasının soyadı,adı, ata adı X25 olmuşdur. Milli Arxiv İdarəsinin X45 verilmiş 24 oktyabr 2019-cu il tarixli Z-24 saylı arayışa əsasən miras qoyan şəxsin soyadı, ata adı, adı Hökümə Səttar qızı qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yasamal Rayon X10 Qeydiyyatı Şöbəsi tərəfindən verilmiş 06 avqust 1982-ci il tarixli, 11-JQ № 493290 saylı nikah haqqında şəhadətnamədə 25.10.1948-cı ildə X1 ilə nikaha daxil olarkən miras qoyan anasının soyadı, adı və atasının adı Hökümə Səttar qızı, nikahdan sonra Novruzova soyadını daşımışdır. Ona görə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Lenin (indiki Sabunçu rayonu) Rayon X10 tərəfindən verilmiş 11 oktyabr 1986-cı il tarixli 111-JQ, № 351604 saylı ölüm haqqında şəhadətnamədə miras qoyanın soyadı, adı və atasının adı X20 yazılmışdır. Hüquq müəyyənedici sənəddəki miras qoyan X2 Məşədi Səttar oğlunun bacısı, X22 bacısı, X30 və X31 qardaşı X13 qızlarının bibisidir. Həmin sənəddə qeyd edilir ki, həmin fərdi yaşayış evinin digər payçıları X13 və X4 vəfatından sonra həmin əmlak vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən S.Zahidova və G.Səmədovanın adına hər birinə 1/5 hissədə dövlət reyestrində rəsmiləşdirilmişdir. Yuxarıda qeyd edilən sənədlərdən məlum olur ki, hüquqmüəyyənedici sənəddə miras qoyanın soyadı, adı, ata adı "X36" yazılsa da, həmin miras əmlak X7 məxsusdur. Məhkəmə hüquqmüəyyənedici sənəddəki Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küşəsi, 127 saylı fərdi yaşayış evi üzrə miras qoyan X28 məxsus 1/5 hissədə payın X7 məxsus olması faktını müəyyən etməlidir. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi "Asan Xidmət" Mərkəzindən 6 saylı Notariat Ofisinin Qeydiyyat Şöbəsi 14.09.2021 -ci il tarixli imtinası ilə miras əmlakı ərizəçi faktiki qəbul etdiyinə görə miras əmlakın qəbulu üçün nəzərdə tutulmuş müddət buraxılmamış hesab edilərək mirasın qəbul edilməsi faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 127 saylı fərdi yaşayış evi üzrə miras qoyan X28 məxsus 1/5 hissədə paya dair hüquqmüəyyənedici sənədin 11.10.1986-cı ildə Bakı şəhərində vəfat etmiş X7 məxsus olması faktının müəyyən edilməsi, çıxarışın verilməsinin dövlət reyestrinə həvalə edilməsi, həmin miras əmlakın ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan ərizəçinin nümayəndəsi və vəkili ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 127 saylı fərdi yaşayış evi üzrə miras qoyan X28 məxsus olan 1/5 hissədə paya dair hüquq müəyyənedici sənədin 11.10.1986-cı ildə Bakı şəhərində vəfat etmiş X7 məxsus olması faktının müəyyən edilməsi, həmin miras əmlakın ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxslər Bakı şəhəri 4 saylı Notariat Ofisinin və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X33 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qızıdır. Nənəsi onun anasının yanında rəhmətə gedib. O, bütün miras əmlakını anasına vermişdir. Mənzilin 5-də 1 hissəsi 2 otaqdan ibarətdir. Səkinə xanım öz payını Validə xanıma vermişdir. Novruzova soyadı Hökümə xanımın evli olduqdan sonra qəbul etdiyi soyadıdır. Digər soyadı isə evli olmadığı dövrdə daşıdığı soyaddır. O ev Hökümə xanıma anasından qalıb. Onun anası Hökümə xanımın vəfatından sonra miras əmlakı qəbul edib. Sadəcə olaraq xəstəlik dövrü uzun çəkdiyinə görə onlar rəsmiləşdirə bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində bildirmişdir ki, Zeynəb xanım ünvan 1 ünvanında yaşayıb. X38 onun anasıdır. Hökümə isə onun xalasıdır. Nənəsi sağlığında payları ayırmışdır. O, anasından qalan payı qəbul etmişdir. Hökümə xanımın mülkiyyətində 2 otaq olub, onu da Ofelya xanım faktiki olaraq qəbul edib. Ofelya xanımın bacıları Lalə xanım, Sevda xanım paylarından imtina ediblər. Qızıl-zinət əşyalarını Ofelya qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X52 ifadəsində bildirmişdir ki, Ofelya Hökümənin böyük qızıdır. Hökümə xanıma qızı Ofelya baxırdı. O, bütün əmlakını Ofelya xanıma vermişdir. Hökümə xanım Ofelyanın bacılarına miras əmlakdan heç nə verməmişdir. Ofelyanın 2 bacısı və 1 qardaşı vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X39 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. Sözügedən miras əmlak anasına məxsus olmuşdur. Anasına Ofelya qulluq etdiyinə görə miras əmlakdan onun xeyrinə imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X34 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. Analarından qalmış miras əmlaka bacıları Ofelyanın xeyrinə imtina etmişlər. Belə ki, anası Hökümə xanıma qızı Ofelya qulluq etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsi tərəfindən verilmiş 11.11.1981-ci il tarixli, İİ-JQ № 333745 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 10.11.1981-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Oktyabr rayonu ZAQS şöbəsi tərəfindən 06.08.1982-ci il tarixdə verilmiş İİ-JQ № 493290 saylı nikah haqqında şəhadətnaməni təsdiq olunmuş surətindən görünür ki, X29 ilə Okima Səttar qızı nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 25.10.1948-ci il tarixdə 639 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Novruzova soyadı verilmişdir. İş materiallarında olan 08.09.1949-cu il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X24 23 avqust 1949-cu ildə Bakı şəhərində anadan olmuş, X1, anası X15r. İş materiallarında olan 11.10.1986-cı il tarixli, İİİ-JQ № 351604 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X32 11.10.1986-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan 11.04.1989-cu il tarixli, İİ-JQ № 477792 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 12.03.1989-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 09.04.2014-cü il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 127 1/5 hissədə X21 adına, 1/5 hissədə X22 adına, 1/5 hissədə X18 adına, 1/5 hissədə X8 adına, 1/5 hissədə X9 adına paylı mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 252 saylı reyestr kitabının 23413 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 21.02.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 127 saylı fərdi yaşayış evi reyestr kitabında olan məlumatlara əsasən paylı olaraq X21, X22, X18 və digər şəxslərin adına tarixsiz olaraq ilkin qeydiyyata alınmışdır (qeydiyyata əsas olan sənədlər arxiv əsaslarında saxlanılmamışdır). Həmin fərdi yaşayış evinin digər payçılarından olan X13, X5 vəfatından sonra həmin əmlak 13 saylı DNK-nın 14.03.2014-cü il tarixli, 2V/56 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən hər birinə 1/5 hissə olmaqla, X9 və X8 adına dövlət reyestrində rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış 14.09.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, X16 28.10.2020-ci il tarixli ərizəyə əsasən 11.10.1986cı il tarixdə vəfat etmiş X6 adına ünvan 3ünvan ünvan 4şi açılmış, lakin mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxıldığından vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Məhkəmə ərizənin “Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 127 saylı fərdi yaşayış evi üzrə miras qoyan X28 məxsus olan 1/5 hissədə paya dair hüquq müəyyənedici sənədin 11.10.1986-cı ildə Bakı şəhərində vəfat etmiş X7 məxsus olması faktının müəyyən edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, ərizə həmin hissədə təmin olunmalıdır. Belə ki, məhkəmədə müəyyən olundu ki, ərizəçinin anasının adı “Hökümə” olduğu halda, bəzi sənədlərdə adı “Okima”, ata adı isə “Səttar” olduğu halda, bəzi sənədlərdə “Məşədi Səttar” kimi qeyd edilmişdir. Bu səbəbdən ərizəçi bəzi sənədləşmə işlərində çətinlik çəkir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Göstərilən Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə işin faktiki hallarını araşdırıb, şahidlərin ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 127 saylı fərdi yaşayış evi üzrə miras qoyan X28 məxsus olan 1/5 hissədə paya dair hüquq müəyyənedici sənədin 11.10.1986-cı ildə Bakı şəhərində vəfat etmiş X7 məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə ərizənin “həmin miras əmlakın ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, ərizə həmin hissədə də təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 127 saylı fərdi yaşayış evinin 1/5 hissəsi paylı mülkiyyət hüququ əsasında X28 (X20) məxsusdur. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, X20 (X36) ərizəçinin anası olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 (X36) ölümündən sonra Ərizəçi qanun üzrə birinci növbəli vərəsə olmuşdur. Belə ki, digər vərəsələr faktiki olaraq onun xeyrinə paylarından imtina etmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Ərizəçi Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 127 saylı fərdi yaşayış evinin anasına məxsus 1/5 hissəsində yaşamaqla miras əmlaka yiyələnmiş, bununla da mirası faktiki qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Göstərilən Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Eyni Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1243.1, 1243.2, 1243.3, 1246). «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 18.07.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” Məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarını nəzərə alaraq, hesab edir ki, ərizəçi anası X17 qalmış miras əmlakı faktiki qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.8-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə işlərə baxır. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Eyni Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Göstərilən Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 127 saylı fərdi yaşayış evi üzrə miras qoyan X28 məxsus olan 1/5 hissədə paya dair hüquq müəyyənedici sənədin 11.10.1986-cı ildə Bakı şəhərində vəfat etmiş X7 məxsus olması faktı müəyyən edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 127 saylı fərdi yaşayış evi üzrə miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxslər Bakı şəhəri 4 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi”nə dair ərizəsi təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 127 saylı fərdi yaşayış evi üzrə miras qoyan X28 məxsus olan 1/5 hissədə paya dair hüquq müəyyənedici sənədin 11.10.1986-cı ildə Bakı şəhərində vəfat etmiş X7 məxsus olması faktı müəyyən edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 127 saylı fərdi yaşayış evi üzrə miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-6638/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6638/2021
29.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver